Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə59/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   55   56   57   58   59   60   61   62   ...   122

Konsulluqların dövlətin orqanı kimi fəaliyyətinin bitməsi 
halları isə diplomatik nümayəndəliklərlə eynidir.  
 
8.3. Fəxri konsul institutu 
 
İndiyə kimi araşdırdığımız məsələlər, bir qayda olaraq, ştatlı 
konsullara aid olan məsələlər idi. Ştatlı konsullar akkreditiv dövlətin 
Xarici İşlər Nazirliyində dövlət qulluğunda olurlar.  
Lakin bir çox dövlətlər öz praktikasında  ştatdankənar (fəxri) 
konsul institutundan da istifadə edirlər. Fəxri konsul institutundan 
uzun zamandan bəri istifadə olunmasına baxmayaraq, onlar haqqında 
məsələ  ədəbiyyatlarda hələ tam öyrənilməmişdir. Ayr-ayrı ölkələrin 
qanunvericiliklərində  və beynəlxalq hüquqda bu instituta aid olan 
normalar mövcuddur. Lakin fəxri konsulun ümumtanınmış tərifi hələ 
də müəyyən olunmamışdır.  
1963-cü il Vyana Konvensiyasında bu cür konsul “fəxri konsul 
vəzifəli  şəxsləri” kimi müəyyən olunmuşdur. Lakin bu cür təyinin 
özündə ziddiyyət mövcuddur. Belə ki, fəxri konsul vəzifəli şəxs ola 
bilməz. Çünki onlar dövlət qulluğunda olmurlar. Azərbaycan 
Respublikasının fəxri konsullarının fəaliyyətinin hüquqi əsası olan 
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu haqqında 
Əsasnamədə də deyilir ki, Azərbaycan Respublikasının ştatdankənar 
(fəxri) konsulu Azərbaycan Respublikasının dövlət qulluğunda 
deyildir (1. 2).  
K.K.Sandrovski fəxri konsul institutunun xarakterini 
araşdırarkən onu ştatlı konsullardan fərqləndirən dörd xüsusiyyəti 
göstərmişdir: 
1) artıq qeyd etdiyimiz kimi, ştatdankənar (fəxri) konsullar 
nəinki diplomatik xidmətdə, akkreditiv dövlətdə adətən, 
ümumiyyətlə, dövlət qulluğunda olmurlar;  
2)  ştatlı konsullardan fərqli olaraq, ştatdankənar (fəxri) kon-
sullar başqa dövlətin vətəndaşı ola bilərlər (Azərbaycan Respublikası 
ştatdankənar (fəxri) konsulu haqqında Əsasnamənin 1. 1-ci maddəsi); 
3)  ştatdankənar (fəxri) konsullar təmsil etdikləri dövlətdən 
əməkhaqqı almırlar (əsasnamənin 3. 5-ci maddəsi); Onlar həyata 
keçirdikləri konsul əməliyyatlarından gələn gəlirin müəyyən hissəsini 
sərəncamlarına keçirə bilər.  
4)  ştatlı konsullardan fərqli olaraq ştatdankənar (fəxri) 
konsullar kommersiya və öz peşə  fəaliyyəti ilə  məşğul ola bilər 
(əsasnamənin 3. 5-ci maddəsi).  
II fəsildə  ştatdankənar (fəxri) konsullarla əlaqədar bir sıra 
məsələləri artıq qeyd etmişdik.  
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
haqqında  Əsasnamənin 2-ci maddəsinin 1-ci bəndinə  əsasən Azər-
baycan Respublikasının  ştatdankənar (fəxri) konsulu Azərbaycan 
Respublikasının qəbul edən dövlətdəki diplomatik 
nümayəndəliklərinin və konsulluğunun təklifi ilə  həmin dövlətin 
müvafiq hakimiyyət orqanlarının razılığı ilə Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən vəzifəyə  təyin edilir və 
vəzifədən azad edilir. Ştatdankənar (fəxri) konsula patentin və 
ekzekvaturanın verilməsi qaydası ştatlı konsullarla eynidir (maddə 2. 
2 və 2. 3). 1963-cü il Vyana Konvensiyası 5-ci maddədə konsul 
funksiyalarını müəyyən edərkən konsulluğa  ştatlı  və  ştatdankənar 
konsulun rəhbərlik etməsi məsələsinə toxunmur. Buna görə də fəxri 
konsulun funksiya və 
səlahiyyətlərinin həcmi Vyana 
Konvensiyasının 5-ci maddəsinin ümumi müddəaları  və dövlətlərin 
daxili qanunvericiliyi ilə müəyyən olunur
1
. Bu barədə II fəsildə 
ətraflı bəhs etmişdik.  
Ştatdankənar (fəxri) konsullara aid olan məsələlər dövlətlərin 
uyğun ikitərəfli razılaşmaları ilə  tənzimlənməlidir. Azərbaycan 
Respublikasının Rusiya Federasiyası, Gürcüstan, Özbəkistan və s. 
dövlətlərlə bağladığı konsul konvensiyalarında göstərilmişdir ki, 
“razılaşan hər iki tərəf fəxri konsulluq vəzifəli  şəxslərin təyin 
olunması barədə razılığa gələrlərsə, onlar fəxri konsul vəzifəli 
şəxslərinə  tətbiq edilən rejimin müəyyən edilməsi məqsədilə bu 
konvensiyanın müddəaları  və beynəlxalq ümumi hüququn 
normalarına  əsasən müvafiq sazişlərin bağlanması  məqsədləri ilə 
əlaqədar məsləhətləşmələr keçirəcəklər” (maddə 10).  
Yeri gəlmişkən, konsul məsələləri ilə əlaqədar məsləhətləşmələr 
konsulluq sahəsində  əməkdaşlığın yeni formalarındandır. Azərbaycan 
Respublikasının konsul münasibətlərinin hüquqi əsasının 
formalaşdırılmasında onun digər dövlətlərlə  (əsasən MDB 
çərçivəsində) konsul məsləhətləşmələri mühüm rol oynayır. Bu 
                                                 
1
  Иваненко  В.С.  Институт  почетного  консула  иностранного  госу-
дарства в правовой системе России. // Международное право, 2002, №1 
 
236 
 
237


məsləhətləşmələrdə  həmin dövlətlərlə konsul münasibətlərinə aid 
müxtəlif mövzular müzakirə oluna bilər (Məsələn, konsul 
konvensiyasının, hüquqi yardım haqqında müqavilələrin həyata 
keçirilməsi məsələləri, mövcud razılaşmalar  əsasında dövlətlərin 
vətəndaşlarının sərhədi keçmə məsələləri, onların viza alma məsələləri 
və s.).  
Fəxri konsullarla əlaqədar isə son olaraq qeyd edək ki
baxmayaraq ki, fəxri konsul institutu ştatlı konsullara münasibətdə 
köməkçi, yardımçı funksiya daşıyır, bu institutdan istifadə 
olunmasının dövlətlər üçün müsbət tərəfləri də vardır.  
Hal-hazırda Azərbaycan Respublikasının Livanda fəxri 
konsulu fəaliyyət göstərir.  
8.4. Konsul funksiyaları 
 
Bütövlükdə konsul funksiyalarını şərti olaraq iki kateqoriyaya 
bölmək olar. Birinci kateqoriya məqsəd və  vəzifələrinə görə 
diplomatik nümayəndəliyin funksiyalarına yaxın funksiyaları özündə 
birləşdirir.  İkinci kateqoriyaya isə “sırf” konsul funksiyaları aid 
olunur
1
.  
Konsul münasibətləri haqqında 1963-cü il Vyana 
Konvensiyasının 5-ci maddəsinə uyğun olaraq konsulluqların 
aşağıdakı əsas funksiyalarını ayırmaq olar: 
1)
 
yerləşmə dövlətində göndərən dövlətin və onun fiziki və 
hüquqi şəxslərinin maraqlarının beynəlxalq hüquqla müəyyən edilmiş 
hüdudlarında müdafiəsi; 
2)
 
göndərən dövlət və yerləşmə dövləti arasında ticarət, 
iqtisadi, mədəni və elmi əlaqələrin inkişafına yardım göstərilməsi, 
habelə bu Konvensiyada göstərilən digər yollarla dostluq 
münasibətlərinin inkişafına kömək göstərilməsi; 
3)
 
bütün qanuni yollarla qəbul edən dövlətin ticarət, iqtisadi, 
mədəni və elmi həyatındakı şərtlərin və hadisələrin aydınlaşdırılması, 
onlar haqqında göndərən dövlətin hökumətinə  və maraqlı  şəxslərə 
məlumat verilməsi; 
4)
 
təmsil olunan dövlətin vətəndaşlarının pasportlarının və 
digər sənədlərinin verilməsi, ləğv edilməsi, düzəlişlər edilməsi, 
                                                 
götürülməsi və ya saxlanması  və  təmsil olunan dövlətə getmək 
arzusunda olan şəxslərin vizalarının və ya müvafiq sənədlərinin 
verilməsi, müddətinin uzadılması və ya ləğv edilməsi; 
5)
 
göndərən dövlətin vətəndaşlarına və hüquqi şəxslərinə 
kömək və yardım göstərilməsi; 
6)
 
notarius, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatçısı 
vəzifələrinin icra edilməsi, habelə inzibati xarakterli digər 
funksiyaların yerinə yetirilməsi, bu şərtlə ki, bu hallarda heç bir şey 
qəbul edən dövlətin qanunlarına zidd deyildir; 
7)
 
göndərən dövlətin vətəndaşlarının və hüquqi şəxslərinin 
qəbul edən dövlətin  ərazisində  qəbul edən dövlətin qanunlarına 
uyğun olaraq “mortis cansa” varisliyi halında mənafeyinin qorun-
ması; 
8)
 
qəbul edən dövlətin qanun və qaydaları ilə müəyyən edil-
miş  çərçivədə göndərən dövlətin vətəndaşı olan yetkinlik yaşına 
çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan digər  şəxslərinin, 
xüsusilə, həmin  şəxslər üzərində  hər hansı bir qəyyumluq və ya 
himayəçiliyin müəyyən edilməsi tələb edilirsə  mənafeyinin mü-
dafiəsi; 
9)
 
qəbul edən dövlətdə  qəbul olunmuş  təcrübə  və qaydalara 
riayət etməklə, qəbul edən dövlətin məhkəmə  və digər idarələrində 
göndərən dövlətin vətəndaşlarının təmsilçılıyı  və ya lazımi 
təmsilçiliyinin qəbul edən dövlətin qanun və qaydalarına uyğun 
olaraq bu vətəndaşların ölkədə olmaması  və ya öz hüquqlarının və 
mənafelərinin vaxtlı-vaxtında həyata keçirilməsi ilə  əlaqədar bu 
vətəndaşların hüquqlarının və maraqlarının mühafizəsi üçün ibtidai 
tədbirlər barədə sərəncam verilməsinin təmin edilməsi; 
10)
 
beynəlxalq sazişlərə uyğun olaraq və ya belə sazişlər 
olmadıqda qəbul edən dövlətin qanunlarına və qaydalara zidd 
olmayaraq məhkəmə və qeyri-məhkəmə sənədlərinin verilməsi və ya 
məhkəmə tapşırıqlarının və göndərən dövlətin məhkəmələri üçün 
ifadələrin alınması üzrə tapşırıqların icra edilməsi; 
11)
 
göndərən dövlətin milliyyətinə  mənsub olan gəmilərə  və 
bu dövlətdə qeydiyyatdan keçmiş  təyyarələrə, onların heyətinə 
münasibətdə göndərən dövlətin qanun və qaydalarına uyğun olaraq 
nəzarət və təftiş hüquqlarının həyata keçirilməsi; 
12)
 
11-ci bənddə göstərilən gəmilərə və təyyarələrə və onların 
heyətinə yardım göstərilməsi, gəmi sənədlərinin qəbul edilməsi və 
1
  Международное  право.  Учебник  для  вузов.  Под  ред.  Г.В.Игна-
тенко и Д.Д.Остапенко. М.: Высшая школа, 1978, с. 157 
 
238 
 
239


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə