Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə56/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   122

 
müəyyən olunur. Lakin bunu məcburi qayda hesab etmək olmaz
çünki hökumət üzvləri missiya daxilində  hər zaman üstünlüyə 
malikdirlər. Texniki missiyanın tərkibində isə adətən diplomatik 
rütbəli şəxslər olmur və burada birincilik həmin şəxslərin akkreditiv 
dövlətdə tutduğu vəzifələrinə görə müəyyən olunur. (maddə 16) 
7. 3. Xüsusi missiyaların immunitet və üstünlükləri 
 
Artıq qeyd etdiyimiz kimi xüsusi missiyalar diplomatiyanın 
ilkin forması kimi meydana gəlmiş  və inkişaf etmişdir. Mövcud 
olduğu bütün dövrlərdə diplomatiyanın bu forması xüsusi rejimdən 
istifadə etmişdir. Lakin xüsusi missiyaya immunitet və üstünlüklərin 
verilməsinin hüququ əsasının mövcud olması ilə bağlı  nəzəriyyə  və 
praktikada vahid fikir mövcud deyildi. Xüsusi missiyalar haqqında 
1969-cu il Konvensiyasının layihəsinin müzakirəsi zamanı da bu 
məsələ müzakirələr yaratmışdır.  
Mərasim xarakterli missiyada isə, missiyanın başçıları arasında 
birincilik qəbul edən dövlətin protokoluna əsasən müəyyən olunur. 
(16-cı maddə,bənd 2) 
Artıq qeyd etdiyimiz kimi, xüsusi missiyanın başçıları dövlətin 
rəhbər vəzifəli  şəxsləri də ola bilərlər. Məhz 1969-cu il 
Konvensiyasında ilk dəfə olaraq, beynəlxalq ünsiyyətdə iştirak edən 
dövlət və hökumət başçılarının xüsusi statusu müəyyən olunmuşdur. 
Konvensiyanın 21-ci maddəsi "Dövlət başçısının və yüksək rütbəli 
şəxslərin statusu" adlanır. Həmin maddənin 1-ci bəndinə  əsasən 
xüsusi missiyaya başçılıq edən göndərən dövlətin başçısı, qəbul edən 
dövlətdə  və ya üçüncü dövlətdə, rəsmi səfərlə digər dövlətdə olan 
dövlət başçısının beynəlxalq hüquqla tanınan imtiyaz, üstünlük və 
immunitetlərindən istifadə edir.  
Beynəlxalq Hüquq Komissiyası Konvensiyanın mətnini 
hazırlayarkən Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana 
Konvensiyasını  əsas kimi götürmüş  və  tələb olunan yerlərdə uyğun 
dəyişikliklər etmişdir.  
İlk öncə qeyd edək ki, Konvensiyanın 22- ci maddəsi qəbul 
edən dövləti xüsusi missiyanın xarakterini və  vəzifələrini nəzərə 
alaraq, onun funksiyasını  həyata keçirə bilməsi üçün lazım olan 
şəraitlə  təmin etməyə öhdələndirir. Yəni artıq bu missiyanın 
immunitet və imtiyazlarla təmin olunması nəzakət normalarına deyil, 
hüquqi normalara əsaslanır.  
2-ci bənddə isə göstərilir ki, xüsusi missiyada iştirak edən 
hökumət başçısı, xarici işlər naziri və digər vəzifəli  şəxslər qəbul 
edən dövlətdə və ya üçüncü dövlətdə Konvensiyada göstərilənlərdən 
başqa, beynəlxalq hüquqla onlar üçün nəzərdə tutulan immunitet və 
üstünlüklərdən istifadə edirlər.  
 Öz funksiyasını yerinə yetirmək üçün missiya material baza - 
mənzil, bina ilə təmin olunmalıdır. Bu haqda 23-cü maddədə deyilir: 
"Xüsusi missiya xahiş etdiyi təqdirdə, qəbul edən dövlət lazım olan 
binanın, eyni zamanda missiyanın üzvlərinin yaşayış binalarının 
alınmasında xüsusi missiyaya yardım etməlidir".  
Xüsusi missiyanın harada yerləşməsi məsələsi, yerləşmə dövləti 
və akkreditiv dövlətin qarşılıqlı razılaşması yolu ilə müəyyən olunur. 
Missiya öz nümayəndəliyini fəaliyyət göstərdiyi yerin yaxınlığında aça 
bilər.  Əgər missiya ölkə daxilində  səyahət edirsə, o zaman onun 
iqamətgahı göndərən dövlətin daimi nümayəndəliyi hesab olunur və 
yaxud da bir neçə yerləşmə yerləri ola bilər ki, bunlardan da biri onların 
özü tərəfindən əsas olaraq seçilir.  
Akkreditiv dövlət, missiyanın başçısı, missiya və onun üzvləri, 
konkret xidmət növlərinə görə ödənişlərdən başqa, missiyanın 
binasına münasibətdə bütün dövlət, rayon və  bələdiyyə vergi və 
rüsumlarından azad olunurlar. (maddə 24) 
Əgər dövlətlər arasında razılaşma mövcud deyilsə, xüsusi missiya 
xarici işlər nazirliyi yerləşən məntəqədə yerləşir. (maddə 17) 
Qeyd etmək lazımdır ki, missiyanın üzvlərinin yaşayış 
binalarının xərclərinin ödənilməsində, qəbul edən dövlətin iştirak 
etmək öhdəliyi yoxdur.  
Xüsusi missiya üçüncü dövlətin ərazisində də, onun razılığı ilə 
fəaliyyət göstərə bilər. Üçüncü dövlət özünün göstərdiyi  şərtlərlə, 
qəbul edən dövlət öhdəliklərini üzərinə götürə bilər. İstənilən zaman, 
səbəb gətirmədən, həmən dövlət missiyanı saxlamaqdan imtina edə 
bilər. (maddə 18).  
Xüsusi missiyanın binaları toxunulmazdır. Lakin bu 
toxunulmazlıq mütləq xarakter daşımır. Xüsusi missiyanın 
toxunulmazlığını nəzədə tutan 25-ci maddənin 1-ci bəndində deyilir 
ki, yerli dövlətin hökumət orqanı, missiyanın başçısının və ya onun 
müavininin və yaxud da müəyyən uyğun hallarda akkreditiv dövlətin 
 
 
224 
 
225


diplomatik nümayəndəsinin başçısının icazəsi olmadan onun binasına 
daxil ola bilməzlər. Lakin yanğın halında və ya başqa təbii fəlakət 
hallarında bilavasitə bu razılığı almaq mümkün olmayanda, belə 
razılıq ehtimal oluna bilər. Qeyd etmək lazımdır ki, bu müddəa 
ümumi qaydalara ziddir. Belə ki, yerləşmə dövlətinin birtərəfli qərar 
qəbul etmək hüququ rəsmi nümayəndəliklərin binalarının 
toxunulmazlığı prinsipinin pozulması hallarına səbəb ola bilər. Belə 
razılıq ehtimal olunmamalıdır. O, ya missiyanın başçısı, ya da daimi 
nümayəndəliyin başçısı tərəfindən aydın ifadə edilməlidir.  
Bütün digər məsələlərdə Konvensiya 1961-ci il 
Konvensiyasının nəzərdən keçirdiyimiz uyğun maddələri  əsasında 
hazırlanmışdır.  
Daimi nümayəndəliklərdə olduğu kimi, xüsusi missiyanın da 
arxiv və  sənədləri yerləşdikləri yerdən asılı olmayaraq istənilən 
zaman toxunulmazdır (maddə 26).  
Yerləşmə dövlətində mövcud normalar pozulmayana qədər 
xüsusi missiyanın üzvləri qəbul edən dövlətin  ərazisində öz 
funksiyalarının həyata keçirilməsi üçün zəruri olan həddə azad 
hərəkət etmək hüququ ilə təmin olunurlar (maddə 27).  
 
Daimi diplomatik nümayəndəliklərin istifadə etdiyi 
vasitələrdən istifadə edərək xüsusi missiyanın azad əlaqə saxlamaq 
hüququ tanınır və təmin olunur. Missiyanın poçtu diplomatik poçtla 
eyni toxunulmazlıqdan istifadə edir və onun daşınması üçün 
missiyalar da “ ad hoc” kuryerlərdən istifadə edə bilər.  
Şəxsi immunitet və üstünlüklərə isə ilk növbədə xüsusi 
missiyanın başçısının və onun diplomatik personalının qalan 
üzvlərinin şəxsi toxunulmazlığı aiddir(maddə 29).  
Xüsusi missiyanın başçısı və onun üzvləri qəbul edən dövlətin 
yurisdiksiya immunitetindən diplomatik agentlərlə eyni qaydada və 
eyni istisnalarla istifadə edirlər (maddə 31).  
Vergi, rüsum və yığımlardan azad edilmə (maddə 33) və 35-ci 
maddədə  nəzərdə tutulan xüsusi missiyanın diplomatik personalının 
gömrük imtiyazları da diplomatik agentlərlə eyni qaydadadır. 35-ci 
maddədə  nəzərdə tutulur ki, xüsusi missiyanın diplomatik 
personalının üzvlərinin baqajı gömrük nəzarətindən və rüsumlardan 
azad olunur. Lakin əgər, onların baqajında ölkəyə  gətirilməsi və ya 
ölkədən çıxarılması qadağan olunan əşyaların olması haqqında əsaslı 
şübhə varsa, bu baqaj onun sahibinin və ya onun səlahiyyətli 
nümayəndəsinin iştirakı ilə gömrük nəzarətindən keçirilə bilər.  
Xüsusi missiyanın inzibati-texniki, xidmətçi personalının, 
onların ailə üzvlərinin immunitet və imtiyazlardan istifadə etmək 
qaydaları  və onların həcmi də daimi diplomatiya sahəsində olduğu 
kimi müəyyən olunduğuna görə təkrarlamaga ehtiyac görmürük.  
VIII FƏSİL 
 
KONSULLUQ HÜQUQU
 
 
 
8.1. Konsul münasibətlərinin yaradılması  
və konsul nümayəndəliklərinin təsis edilməsi 
 
Diplomatik münasibətlər dövlətlər arasında  əlaqələrin bütün 
müxtəlifliyini  əhatə etmir. Bu prosesdə dövlətlərin xaricdə  təsis 
etdikləri spesifik müəssisələr kimi konsulluqları özünəməxsus yer 
tutur
1
.  
Konsulluqlar digər dövlətin razılığı ilə onun ərazisində 
fəaliyyət göstərən, öz dövlətinin, onun vətəndaşlarının və hüquqi 
şəxslərinin hüquq və maraqlarını qoruyan dövlətin xarici əlaqələrinin 
daimi xarici orqanıdır 
2
.  
Konsul institutu daimi səfirliklərin yaranmasından çox daha 
əvvəllər yaranmışdır. Bu institutun yaranmasının ilkin xüsusiyyətləri 
hələ quldarlıq dövründə özünü göstərirdi. Onun yaranması 
beynəlxalq  əlaqələrin, xüsusilə  də ticarət və  gəmiçiliyin inkişafı ilə 
bağlı idi 
3
.  
Elmi  ədəbiyyatlarda üstünlük təşkil edən fikrə  əsasən, konsul 
institutları ilk dəfə Yunanıstan və Romada yaranmışdır. Yunanıstanda 
heç bir hüququ olmayan xaricilər himayədarlıq üçün şəhərin tanınmış 
adamlarına –proksenlərə müraciət edirdilər. E. ə. V əsrdə proksenlik 
artıq müqavilə ilə qanuni şəkil almağa başlamışdır. Qədim Romada isə 
 
227
                                                 
1
 Лапин Г.Э. Консульская служба М.: Международные отношения, 2002, с. 5 
2
  Плотникова  О.В.  Консульские  отношения  и  консульское  право. 
М.: Норма ИНФРА, 1998, с. 12 
3
  Павлов  О.  Консульская  деятельность.  Международная  жизнь, 
№10, М.: Знание, 1986, с. 157 
 
226 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə