Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə61/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   57   58   59   60   61   62   63   64   ...   122

“konsulluq binaları toxunulmazdır, qəbul edən dövlətin hakimiyyət 
orqanları bu binaların yalnız konsulluq məqsədləri üçün istifadə 
edilən hissələrinə konsulluq başçısının, göndərən dövlətin diplomatik 
nümayəndəliyinin başçısı  və ya onlardan biri tərəfindən təyin 
olunmuş şəxsin icazəsi olmadan daxil ola bilməzlər. Təcili mühafizə 
tədbirləri tələb edən yanğın və digər təbii fəlakət halları zamanı, 
konsulluq başçısının razılığı ehtimal oluna bilər. ”(bənd 2).  
Onu qeyd edək ki, Azərbaycan Respublikasının əksər ikitərəfli 
konsul Konvensiyalarında “yanğin qeyd-şərti” saxlanılır (Azərbaycan 
Resdpublikası ilə Rusiya Federasiyası, Özbəkistan, Gürcüstan 
respublikaları arasında ikitərəfli konsul Konvensiyaları (maddə 13)). 
Lakin bu Konvensiyalarda Vyana Konvensiyasından fərqli olaraq 
“adıçəkilən  şəxslərdən heç biri tərəfindən birbaşa etiraz olmazsa” 
binaya daxil olmağa icazə verilir, və bu zaman xüsusi olaraq qeyd 
olunur ki, qəbul edən dövlətin orqanlarına konsulluq binalarının, 
arxivlərinin toxunulmazlıq prinsiplərini pozmaq, xüsusilə onu 
öyrənmək və müsadirə etmək icazəsi verilmir.  
Azərbaycan Respublikası ilə Ukrayna arasında ikitərəfli 
Konsul Konvensiyası xüsusi maraq kəsb edir. Burada konsulluqlar və 
onun personalı üçün diplomatik nümayəndəliklərlə analoji immunitet 
və imtiyazlar müəyyən olunmuşdur. Bu Konvensiyanın 30-cu 
maddəsində  nəinki “yanğın qeyd-şərti” yer almır və konsulluq 
binaları mütləq toxunulmazlıqla təmin olunur, burada həmçinin 
konsul vəzifəli  şəxslərinin yaşayış binalarının da mütləq 
toxunulmazlığı təsbit olunur. 
 
Vyana Konvensiyasının və 
həmçinin Azərbaycan 
Respublikasının bir çox ikitərəfli konsul konvensiyalarının, 
fikrimizcə, çatışmayan cəhətlərindən biri də onlarda konsul vəzifəli 
şəxslərinin şəxsi iqamətgahlarının hüquqi rejimi barədə müddəaların 
yer almamasıdır. Müqayisə üçün qeyd edək ki, diplomatik əlaqələr 
haqqında 1961-ci il Vyana Konvensiyasının 30-cu maddəsində 
diplomatik agentlərin  şəxsi iqamətgahlarının tam toxunulmazlığı 
prinsipi öz əksini tapmışdır.  
1963-cü il Vyana Konvensiyasının 31-cı maddəsində  nəzərdə 
tutulan yerləşmə dövlətinin daha bir öhdəliyinə  əsasən o, konsulluq 
binalarını  hər cür zorla daxil olma və ya zərər yetirə biləcək 
hərəkətlərdən müdafiə etmək, konsulluğun narahatlığına səbəb olan, 
ləyaqətinə  xələl gətirən hər cür halların qarşısını almaq üçün lazımi 
tədbirlər görməlidir. Bu öhdəlik özündə 2 komponenti birləşdirir: 
1) konsul müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi; 2) 
onların normal fəaliyyətini təmin etmək.  
Konsulluğun binası, onun avadanlığı, konsulluğun  əmlakı, 
habelə  nəqliyyat vasitələri də dövlət müdafiəsi və ya başqa ictimai 
ehtiyac baxımından aparılan hər növ rekvizisiyaya qarşı 
immunitetlərdən istifadə edir.  
Konsul nəqliyyat vasitəsi dedikdə konsul müəssisələrinin, 
konsul vəzifəli şəxsləri və onların ailə üzvlərinin müntəzəm istifadəsi 
üçün onlara aid olan, kirayə alınan və ya verilən istənilən nəqliyyat 
vasitələri (əsasən avtomobil, hava və su nəqliyyatı) başa düşülür
1

Konsulluq praktikasında və beynəlxalq hüququn özündə birbaşa 
konsulluğun özünə aid olan və konsul vəzifəli şəxsləri və onların ailə 
üzvlərinin  şəxsi istifadəsində olan nəqliyyat vasitələri arasında fərq 
qoyulmur.  
Konsul nəqliyyat vasitələri ilə bağlı mürəkkəb məsələlərdən 
biri yerləşmə dövləti tərəfindən onlara qarşı bu və ya digər məc-
buretmə  tədbirlərinin həyata keçirilməsinin hüquqi mümkünlüyü 
məsələsidir. Beynəlxalq hüquq doktrinası bu məsələyə birmənalı 
cavab vermir. Belə ki, hüquq ədəbiyyatlarında konsul nəqliyyat 
vasitələri haqqında məsələ  dərindən araşdırılmamışdır və bu sahədə 
hüquqşünasların fikirləri ziddiyyətlidir. Beynəlxalq hüquq 
doktrinasında daha sıx rast gəlinən fikrə  əsasən, konsul nəqliyyat 
vasitələri toxunulmazdır. Bu, iki məqamla izah olunur: 
1)
 
onlar konsulun iqamətgahının bir hissəsi kimi nəzərdən 
keçirilə bilər; 2) onlar konsulluğun daşınan əmlakıdır.  
Bu baxımdan yanaşsaq konsul nəqliyyat vasitələri 
toxunulmazdır, həmçinin Konvensiyanın 49-cu maddəsinə  əsasən 
bütün vergi və rüsumlardan, 50-ci maddəsinə  əsasən gömrük rü-
sumlarından azad olunur. Gömrük nəzarətinə gəldikdə isə, 1963-cü il 
Konvensiyasına uyğun olaraq onlara gömrük nəzarəti həyata keçirilir.  
Göründüyü kimi, konsul nəqliyyat vasitələrinin toxunulmazlığı 
prinsipinin konkretləşdirilməsinə ehtiyac vardır. Müqayisə üçün qeyd 
edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il Konvensiyasına 
əsasən, diplomatik nümayəndəliyin nəqliyyat vasitələri təkcə 
                                                 
1
  Плотникова  О.  В.  Консульские  отношения  и  консульское  право. 
М.: Норма ИНФРА, 1998, с. 58 
 
244 
 
245


rekvizisiyaya qarşı deyil, həmçinin axtarış, həbs və digər icra 
əməllərinə münasibətdə  də toxunulmazlıqdan istifadə edir. Onlar 
konsul nəqliyyat vasitələrindən fərqli olaraq gömrük nəzarətindən də 
azaddır.  
Vyana Konvensiyasının 33- cü maddəsinə əsasən, konsulluğun 
arxivləri və konsulluq sənədləri yerindən asılı olmayaraq hər vaxt 
toxunulmazdır. Konvensiyanın 1-ci maddəsinin “k” yarımbəndində 
konsulluq arxivini təşkil edən  əşyaların siyahısı verilir. Lakin artıq 
qeyd etdiyimiz kimi, informasiya sahəsində sürətlə irəliləyiş, inkişaf 
nəticəsində bu siyahı hər gün genişlənməkdədir.  
Konsulluqlar konvensiyanın 32-ci maddəsinə uyğun olaraq 
konkret xidmət növlərinə görə ödəniş istisna edilməklə dövlət, rayon 
və ya bələdiyyə vergilərindən, yığımlarından və rüsumlardan azad 
edilir.  
Konsulluqlar yerləşdikləri dövlətin  ərazisində  sərbəst hərəkət 
etmək hüququndan və  əlaqələr azadlığından istifadə edirlər. Qəbul 
edən dövlət bütün rəsmi məqsədlər üçün konsulluğun  əlaqələr 
azadlığına icazə verməli və onu qorumalıdır. Burada mühüm 
əhəmiyyət kəsb edən məsələlərdən biri konsulluq valizinin hüquqi 
statusu məsələsidir. Konsulluq valizi əlaqələr azadlığının həyata keçi-
rilməsində istifadə olunan mühüm vasitələrdəndir. Konvensiyanın 
35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq konsulluq 
valizi toxunulmazdır, o, açıla və tutulub saxlanıla bilməz. Bu valizi 
təşkil edən bütün yerlər aydın görünən zahiri işarələrə malik olmalı 
və yalnız konsulluğun rəsmi istifadəsi üçün ayrılmış 
korrespondensiyalardan, sənədlərdən,  əşyalardan ibarət ola bilər. 
Lakin konsulluq valizinin hüquqi statusu diplomatik poçtun 
statusundan fərqlənir. Qəbul edən dövlətin səlahiyyətli orqanlarının 
valizdə korrespondensiyalar, sənədlər və ya rəsmi istifadə üçün 
nəzərdə tutulmuş  əşyalardan başqa, digər  əşyaların olmasına güman 
edildiyi ciddi əsasları olduqda, o, göndərən dövlətin müvəkkil 
edilmiş nümayəndəsinin iştirakı ilə valizin açılmasını tələb edə bilər. 
Tərəf bu tələbləri yerinə yetirməkdən imtina etdiyi halda onu 
göndərən yerə geri qaytarmalıdır.  
Bu müddəa Azərbaycan Respublikasının ikitərəfli konsul 
konvensiyalarında da, həmçinin Azərbaycan Respublikası Gömrük 
Məcəlləsinin 201-ci maddəsində də öz əksini tapmışdır.  
Konsul valizinin açılmaması üçün praktikada dövlətlər onu çox 
vaxt diplomatik poçtun içərisində yerləşdirirlər.  
Konsul valizi ilə, o cümlədən, diplomatik poçtla əlaqəli olan 
daha bir problemli məsələ ondan ibarətdir ki, onların konkret ölçüləri 
və  ağırlığı barədə konvensiyalarda söz açılmır. Bunun nəticəsində 
praktikada həmin məsələ ilə əlaqədar mürəkkəb situasiyalar yaranır.  
Konsulluqların daha bir imtiyazı akkreditiv dövlətin bayraq və 
rəmzlərindən istifadə etmək hüququdur. Göndərən dövlətin dövlət 
bayrağı konsulluq binası üzərində, onun dövlət gerbi konsulluğun 
binasında, binanın giriş qapılarında sancıla, habelə dövlət bayrağı 
konsulluq başçısının iqamətgahında, xidməti vəzifələrini yerinə 
yetirərkən onun nəqliyyat vasitələrinin üzərində ucaldıla bilər.  
 
 8.5.2. Konsul vəzifəli şəxslərinin immunitet və imtiyazları 
2-ci kateqoriya immunitet və imtiyazlar arasında  əsas norma 
konsul vəzifəli şəxslərinin şəxsi toxunulmazlığıdır.  
Öz funksiyalarını həyata keçirə bilmələri üçün konsul vəzifəli 
şəxsləri 1963-cü il Vyana Konvensiyası  və Azərbaycan 
Respublikasının ikitərəfli konsul konvensiyaları  əsasında  şəxsi 
immunitet və imtiyazlarla təmin olunurlar. Vyana Konvensiyasının 
və Azərbaycan Respublikasının ikitərəfli konsul konvensiyalarının 
müqayisəli analizi göstərir ki, xüsusilə,  şəxsi immunitet 
məsələlərində onlar arasında bir çox fərqlər mövcuddur. Bu problemi 
I fəsildə bir qədər araşdırmış  və qeyd etmişdirk ki, Vyana 
Konvensiyasının 41-ci maddəsində  təsbit olunmuş konsul vəzifəli 
şəxslərinin  şəxsi toxunulmazlığı prinsipinə  əsasən konsul vəzifəli 
şəxsləri “ağır cinayət törədilməsi halında səlahiyyətli məhkəmə 
hakimiyyətinin qərarı” istisna olmaqla, həbs edilə, tutulub saxlanıla 
bilməz. Həmin maddənin sonuncu bəndində müəyyən olunmuş 
öhdəliyə əsasən konsul vəzifəli şəxsi, ona qarşı cinayət işi qaldırılan 
zaman səlahiyyətli orqanlara gəlməlidir. Lakin işə baxılması zamanı 
ona rəsmi mövqeyinə görə lazımi hörmətlə yanaşılmalıdır. Qeyd 
etdiyimiz kimi, Azərbaycan Respublikası digər dövlətlərlə bağladığı 
ikitərəfli konsul konvensiyaları praktikasında konsul vəzifəli 
şəxslərinin immunitet və imtiyazlarının genişləndirilməsi 
mövqeyindən çıxış edir. Belə ki, Azərbaycan Respublikasının, 
məsələn, Gürcüstan, Özbəkistan, Rusiya Federasiyası ilə konsul 
konvensiyalarında konsul vəzifəli  şəxslərinin  şəxsi toxunulmazlığı 
aşağıdakı  şəkildə  təsbit olunmuşdur: “Konsulluğun vəzifəli  şəxsi və 
 
246 
 
247


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə