Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə69/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   ...   122

Maddə 5 
Konsul funksiyaları 
1)
 
yerləşmə dövlətində göndərən dövlətin və onun 
vətəndaşlarının (fiziki və hüquqi şəxslərinin) maraqlarının beynəlxalq 
hüquqla müəyyən edilmiş hüdudlarında müdafiəsi; 
2)
 
göndərən dövlət və yerləşmə dövləti arasında ticarət, 
iqtisadi, mədəni və elmi əlaqələrin inkişafına yardım göstərilməsi, 
habelə bu konvensiyada göstərilən digər yollarla dostluq 
münasibətlərinin inkişafına kömək göstərilməsi; 
3)
 
bütün qanuni yollarla yerləşmə dövlətinin ticarət, iqtisadi, 
mədəni və elmi həyatındakı şərtlərin və hadisələrin aydınlaşdırılması, 
onlar haqqında göndərən dövlətin hökumətinə  və maraqlı  şəxslərə 
məlumat verilməsi; 
4)
 
göndərən dövlətin vətəndaşlarının pasportlarının və yol 
sənədlərinin verilməsi və  təmsil olunan dövlətə getmək arzusunda 
olan şəxslərin vizalarının və ya müvafiq sənədlərinin verilməsi; 
5)
 
göndərən dövlətin vətəndaşlarına (fiziki və hüquqi 
şəxslərinə) kömək və yardım göstərilməsi; 
6)
 
notarius, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatçısı 
vəzifələrinin icra edilməsi, habelə inzibati xarakterli digər funk-
siyaların yerinə yetirilməsi, bu şərtlə ki, bu hallarda heç bir şey 
yerləşmə dövlətinin qanunlarına və qaydalarına zidd deyildir
7)
 
göndərən dövlətin vətəndaşlarının (fiziki və hüquqi 
şəxslərinin) yerləşmə dövlətinin  ərazisində yerləşmə dövlətinin 
qanunlarına uyğun olaraq “mortis cansa” varisliyi halında 
mənafeyinin qorunması; 
8)
 
yerləşmə dövlətinin qanun və qaydaları ilə müəyyən 
edilmiş  çərçivədə göndərən dövlətin vətəndaşı olan yetkinlik yaşına 
çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan digər  şəxslərinin, 
xüsusilə, həmin  şəxslər üzərində  hər hansı bir qəyyumluq və ya 
himayəçiliyin müəyyən edilməsi tələb edilirsə  mənafeyinin mü-
dafiəsi; 
9)
 
yerləşmə dövlətində  qəbul olunmuş  təcrübə  və qaydalara 
riayiət etməklə göndərən dövlətin vətəndaşlarının,  əgər onların 
ölkədə olmamasına və ya digər səbəblərə görə bu vətəndaşlar öz 
hüquq və maraqlarının müdafiəsini vaxtlı-vaxtında həyata keçirə 
bilmirlərsə, yerləşmə dövlətinin qanun və qaydalarına uyğun olaraq 
bu vətəndaşların hüquqlarının və maraqlarının mühafizəsi üçün 
ibtidai tədbirlər barədə  sərəncam verilməsinin təmin edilməsi 
məqsədilə yerləşmə dövlətinin məhkəmə  və digər idarələrində 
göndərən dövlətin vətəndaşlarının təmsilçiliyi və  təmsilçiliyinin 
təmin edilməsi.  
10)
 
 beynəlxalq sazişlərə uyğun olaraq və ya belə sazişlər 
olmadıqda yerləşmə dövlətinin qanunlarına və qaydalara zidd 
olmayan istənilən digər qaydada məhkəmə  və qeyri-məhkəmə 
sənədlərinin verilməsi və ya məhkəmə tapşırıqlarının və göndərən 
dövlətin məhkəmələri üçün ifadələrin alınması üzrə tapşırıqların icra 
edilməsi; 
11)
 
göndərən dövlətin milliyyətinə mənsub olan gəmilərə və bu 
dövlətdə qeydiyyatdan keçmiş  təyyarələrə, onların heyətinə 
münasibətdə göndərən dövlətin qanun və qaydalarına uyğun olaraq 
nəzarət və təftiş hüquqlarının həyata keçirilməsi
12)
 
bu maddənin k bəndində göstərilən gəmilərə və təyyarələrə 
və onların heyətinə yardım göstərilməsi, gəmi üzmələrinə aid 
ərizələrin qəbul edilməsi, gəmi sənədlərinə baxılması  və qeydiyyatı 
və  qəbul edən dövlətin hakimiyyət orqanlarının hüquqlarına zərər 
gətirmədən yolda baş vermiş istənilən hadisələrin araşdırılması və ya 
göndərən dövlətin qanun və qaydaları ilə müəyyən edilmişsə, 
kapitan, heyət üzvləri və matroslar arasında olan hər bir mübahisənin 
həlli; 
13)
 
göndərən dövlət tərəfindən konsulluğa həvalə olunan, 
yerləşmə dövlətinin qanun və qaydaları ilə qadağan olunmayan və ya 
icra edilməsinə yerləşmə dövlətinin etiraz etmədiyi və ya göndərən 
dövlət və yerləşmə dövləti arasında qüvvədə olan beynəlxalq 
müqavilələrlə nəzərdə tutulan digər funksiyaların həyata keçirilməsi.  
 
Maddə 6 
Konsulluq dairəsi hüdudlarından kənarda konsul 
funksiyalarının yerinə yetirilməsi 
Konsulluğun vəzifəli şəxsi xüsusi hallarda yerləşmə dövlətinin 
razılığı ilə konsulluq funksiyalarını öz konsulluq dairəsi hüdud-
larından kənarda yerinə yetirə bilər.  
 
Maddə 7 
Üçüncü dövlətdə konsulluq funksiyalarının yerinə yetirilməsi 
Göndərən dövlət müvafiq dövlətləri xəbərdar etdikdən sonra, 
 
276
 
277


bu dövlətlərin müəyyən  şəkildə ifadə edilmiş etirazı olmadığı 
təqdirdə, bir dövlətdə açılmış konsulluq idarəsinə digər dövlətdə 
konsulluq funksiyalarını yerinə yetirməyi tapşıra bilər.  
 
Maddə 8 
Üçüncü dövlətin adından konsul funksiyalarının yerinə 
yetirilməsi 
Yerləşmə dövlətini müvafiq şəkildə  xəbərdarlıq etdikdən 
sonra, yerləşmə dövləti etiraz etmirsə, göndərən dövlətin konsulluğu 
yerləşmə dövlətində üçüncü dövlətin adından konsulluq 
funksiyalarını yerinə yetirə bilər.  
 
Maddə 9 
 Konsulluğun başçılarının dərəcələri 
1. Konsuluğun başçıları dörd dərəcəyə bölünür. Bunlar aşağı-
dakılardır: 
a) baş konsullar; 
b) konsullar; 
c) vitse-konsullar; 
d) konsul agentləri.  
2. Bu maddənin 1-ci bəndi istənilən Razılaşmış  Tərəfin, kon-
sulluğun başçısı olmayan konsul vəzifəli şəxslərinin adlandırılmasını 
müəyyən etmək hüququnu məhdudlaşdırmır.  
 
Maddə 10 
Konsulluq başçılarının təyin olunması və icazə verilməsi.  
1. Konsulluğun başçıları göndərən dövlət tərəfindən təyin ol-
unur və yerləşmə dövləti tərəfindən öz funksiyalarının icrasına burax-
ılır.  
2. Hazırkı konvensiyanın müddəalarına riayət etmək  şərtilə 
konsulluq başçılarının təyin olunması və icazə verilməsinin təfərrüatı 
uyğun olaraq göndərən dövlətin və yerləşmə dövlətinin qanunları, 
qaydaları və adətləri ilə müəyyən olunur.  
 
Maddə 11  
Konsul patenti və ya təyinedilmə haqqında bildiriş 
1. Göndərən dövlət konsulluğun başçısına hər bir 
təyinedilmədə  tərtib olunan, onun vəzifəsini təsdiq edən və ümumi 
qayda kimi onun tam adını və soyadını, aid olduğu kateqoriya və ya 
dərəcəsini, konsulluq dairəsini və konsulluğun olduğu yeri göstərən, 
patent və ya anoloji akt formasına malik olan sənəd verir.  
2. Göndərən dövlət bu patenti və ya anoloji aktı diplomatik və 
ya digər uyğun kanallar vasitəsilə ərazisində konsulluq başçısının öz 
funksiyalarını yerinə yetirməli olan dövlətin hökumətinə göndərir.  
3. Əgər yerləşmə dövləti razıdırsa, göndərən dövlət patentin və 
ya ona anoloji aktın yerinə yerləşmə dövlətinə hazırkı maddənin 1-ci 
bəndində bəhs olunan məlumatları ehtiva edən bildiriş göndərə bilər 
Maddə 12 
Ekzekvatura 
1. Konsulluğun başçısı öz funksiyalarının yerinə yetirilməsinə 
yerləşmə dövlətinin formasından asılı olmayaraq ekzekvatura ad-
lanan icazəsi ilə buraxılır.  
2. Ekzekvaturanı verməkdən imtina edən dövlət, göndərən 
dövlətə bu imtinanın səbəblərini göstərməyə borclu deyil.  
3. 13 və 15-ci maddələrdə göstərilən hallar istisna olmaqla, 
konsulluğun başçısı ekzekvatura alınana qədər öz vəzifələrinin icras-
ına başlaya bilməz.  
 
Maddə 13 
Konsulluq başçılarının müvəqqəti icazəsi 
Ekzekvaturanın verilməsinə  qədər konsulluğun başçısının 
funksiyalarının icrasına müvəqqəti icazə verilə bilər. Bu halda hazırkı 
Konvensiyanın müddəları tətbiq edilir.  
 
Maddə 14 
Konsulluq dairəsi hakimiyyətinin məlumatlandırılması 
Konsulluq başçısına hətta müvəqqəti olaraq öz funksiyalarını 
yerinə yetirmək icazəsi verildikdən sonra yerləşmə dövləti təcili 
surətdə konsulluq dairəsinin səlahiyyətli hakimiyyət orqanına bu 
barədə məlumat verməlidir. Bundan əlavə yerləşmə dövləti konsulluq 
başçısına öz vəzifəsini icra etməsi və bu konvensiyadan irəli gələn 
üstünlüklərdən istifadə edə bilməsi üçün lazımi tədbirlər görülməsini 
təmin edir.  
 
Maddə 15 
Konsulluq başçısı funksiyalarının  
 
278
 
279


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə