Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə39/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   122

şəraitdə toxunulmazlıqla təmin olunması  şəklində  şərh olunmalıdır 
ki, bu da nümayəndəlik tərəfindən onun toxunulmazlığından sui-
istifadə edilməsi hallarında hər hansı bir repressaliləri qeyri-mümkün 
edir.  
Nümayəndəliyin binasının toxunulmazlığı ilə bağlı yaranan 
məsələlərdən biri də onun mühafizəsi problemidir. Binanın 
mühafizəsinin təmin edilməsi yerləşmə dövlətinin öhdəliyidir. Nüma-
yəndəliyin mühafizəsinin təşkil olunmasının konkret qaydalarının və 
həcminin müəyyən edilməsi onun səlahiyyətlərinə aiddir. Bu cür 
mühafizənin həyata keçirilməsi üçün xüsusi polislərdən və ya hərbi 
hissələrdən istifadə olunur. BMT-nin Baş katibinin 1971-ci ildə 
hazırladığı “Beynəlxalq hüquq icmalı” adlanan sənəddə deyilir 
ki,”yerləşmə dövləti hücum, basqın haqqında qabaqcadan məlumata 
malikdirsə  və ya tam əsaslı olaraq həmin basqının mümkünlüyünü 
görə bilirsə, başqa  şəraitdə  qəbuledilməz hesab olunan tədbirlərin 
(məs., xüsusi mühafizə) görülməsi vacibdir ”.  
Onu da qeyd edək ki, repressalilər nümayəndəliyin binasına 
zorla daxil olmaq deyil, digər formalarda, məsələn, binanın mü-
hafizəsinin götürülməsi və s. formalarda da həyata keçirilə bilər. 
Problem repressalilərin tətbiq olunması  məsələsinin özündə deyil, 
daha çox onun adekvat tətbiqindədir.  
Repressalilərin tətbiq olunmasının qadağan edilməsi adətən 
beynəlxalq müqavilələrdə xüsusi qeyd olunur və Konvensiyada 
bunun qeyd edilməməsi onun tətbiqi imkanını istisna etmir.  
Praktikada diplomatik nümayəndəliklər bir cox hallarda 
onların fikrinə görə  aşırı  təşkil olunmuş  və ya kifayət qədər yetərli 
olmayan mühafizədən şikayət edirlər. Nümayəndəliyin mühafizəsinin 
təmin olunması ilə yanaşı, nümayəndəliyin normal fəaliyyət 
göstərməsi üçün lazımi  şəraitlə  təmin etmək də yerləşmə dövlətinin 
öhdəliyi olduğu üçün yerləşmə dövləti bu iki öhdəliyini uzlaşdıraraq 
həyata keçirməlidir.  
Diplomatiya hüququnda repressalinin tətbiq olunmasının 
mümkünlüyü Konvensiyanın 47-ci maddəsində nəzərdə tutulmuşdur. 
Akkreditiv dövlət tərəfindən konvensiyanın pozulması halında 
repressalilər qanunauyğun hesab olunduğuna görə Y.Q.Deminin fikri 
ilə tamamilə razıyıq ki, akkreditiv dövlətin orqanı olan diplomatik 
nümayəndəliklər tərəfindən də bu müddəalar pozularsa, uyğun 
repressalilər tətbiq olunmalıdır. Diplomatik praktikada bu məsələ ilə 
bağlı çoxsaylı presedentlər mövcuddur.  
Nümayəndəliyin binasının mühafizəsi öhdəliyi eyni zamanda 
ona qarşı qeyri-qanuni əməllər törətmiş fiziki şəxslərin 
cəzalandırılmasını və vurulmuş zərərin təzminatının təmin edilməsini 
də özündə ehtiva edir.  
Fransız hüquqşünası F.Kaye yazır ki, ”Hesab edirik bu cür 
istisnalar zəruridir. Binada yanğın baş verdikdə  və nümayəndəliyin 
başçısını tapmaq mümkün olmadıqda; orada hazırlanan cinayət 
haqqında məlumat olduqda; əgər nümayəndəlik yerli hökumət 
əleyhinə hazırlanan təxribatçılıq fəaliyyətinin mərkəzinə çevrilirsə. . . 
əgər nümayəndəlik yerli qanunlara hörmət etmirsə. . . və ya, əgər bu 
son dərəcə  zəruridirsə yerləşmə dövləti müdaxilə etmək hüququna 
malik olmalıdır; nümayəndəliyin binası onun funksiyaları ilə uyğun 
olmayan məqsədlərdə istifadə olunduqda da eyni hal keçərlidir ”
1

Kaye belə hesab edir ki, yerləşmə dövlətinin bu cür müdaxilə etmək 
hüququ BMT Nizamnaməsinin 51- ci maddəsində  təsbit olunmuş 
dövlətlərin qanuni özünümüdafiə hüququndan irəli gəlir.  
Konvensiyanın 22-ci maddəsi binanın toxunulmazlığı ilə 
yanaşı, buradakı avadanlıqların, həmçinin nümayəndəliyin nəqliyyat 
vasitələrinin də axtarış, müsadirə həbs və icra hərəkətlərində immu-
nitetini müəyyən edir (3-cü bənd).  
Diplomatik nəqliyyat vasitələrinin immuniteti Konvensiyanın 
iki maddəsi ilə müəyyən olunur. 22-ci maddə ilə yanaşı, 30-cu 
maddənin 2-ci bəndi diplomatik agentin əmlakının toxunulmazlığını 
müəyyən edir ki, buraya, həmçinin onun nəqliyyat vasitələrini də aid 
etmək olar.  
Qeyd edək ki, özünümüdafiə tezisi o zaman özünü doğrultmuş 
olar ki, nümayəndəlik binasından yerləşmə dövlətinə qarşı  təcavüz 
məqsədlərilə istifadə olunsun.  
                                                 
 
157
Konvensiya nümayəndəliyin və diplomatik agentlərin 
nəqliyyat vasitələrini bir birindən fərqləndirmir. Diplomatik 
nəqliyyat vasitələri dedikdə diplomatik nümayəndəlik, onun 
əməkdaşları  və onların ailə üzvlərinə  məxsus olan, onlar tərəfindən 
icarəyə götürülən və ya onların istifadəsinə verilən istənilən nəqliyyat 
vasitələri nəzərdə tutulur. Bütün diplomatik nəqliyyat vasitələri ax-
1
 Cahier Ph. Le droit diplomatique contemporain. – Geneva – Paris, 
1962. - P. 203.  
 
156 


tarış, müsadirə, həbs və icra hərəkətlərindən azad olunur.  
Diplomatik nəqliyyat vasitələri axtarışa və yerli hakimiyyət 
orqanları  tərəfindən nəzarətə  məruz qala bilməz.  Əgər diplomatik 
maşında diplomatik yük daşınırsa o, nəzarətdən azad olunmur, belə 
ki, diplomatik yük maşının ayrılmaz hissəsi deyildir və Konvensiya 
diplomatik yüklərin gömrük nəzarətindən azad olunmasını  nəzərdə 
tutmur.  
Hüquqi cəhətdən diplomatik nəqliyyat vasitələrindən istifadə
əgər bunun hüquq pozuntusuna yol açma ehtimalı varsa müəyyən 
hallarda məhdudlaşdırıla bilər (məs., diplomatın içkili vəziyyətdə 
maşın sürməsinin qarşısını almaq məqsədilə onun maşını polis 
tərəfindən müvəqqəti saxlanıla bilər).  
Konvensiya yerləşmə dövlətinin diplomatik nəqliyyat 
vasitələrini fiziki şəxslərin qəsdlərindən qorumaq öhdəliyini 
müəyyən etməmişdir.  
Diplomatik nəqliyyat vasitələri xüsusi nömrə nişanlarla təmin 
olunur ki, bu da onların mühüm atributudur.  
 
5.3.2. Arxiv və sənədlərin toxunulmazlığı  
Nümayəndəliyin immunitet və imtiyazlarının ikinci əsas növü 
– onun arxiv və sənədlərinin toxunulmazlığıdır. Bu norma da mütləq 
xarakter daşıyır. Nümayəndəliyin arxiv və sənədləri istənilən zaman, 
yerindən asılı olmayaraq toxunulmazdır (maddə 24). Bu toxunul-
mazlıq diplomatik münasibətlərin kəsilməsi və  hətta kontragent 
dövlətlər arasında silahlı münaqişə vaxtında belə qüvvədə qalır.  
“Arxiv” anlayışına Konvensiyanın özündə açıqlıq gətirilmir. 
Yeri gəlmişkən, 1963-cü il Konsul əlaqələri haqqında Vyana Kon-
vensiyasında “arxiv” anlayışını  təşkil edən predmetlərin siyahısı ver-
ilmişdir. Lakin informasiya sahəsində müasir inkişaf sürətini nəzərə 
alaraq bu predmetlərin konkret siyahısını vermək onun 
məhdudlaşdırılmasına gətirib çıxara bilər. Bu baxımdan arxiv dedikdə 
informasiyanın istənilən daşıyıcıları nəzərdə tutulmalıdır.  
Arxiv və  sənədlərin “ yerlərindən asılı olmayaraq “ toxunul-
mazlığı onların bu və ya digər səbəbdən nümayəndəliyin ixtiyarında 
olmadığı hallarda belə immunitetini təmin edir.  
“Sənədlər” dedikdə birbaşa arxivə aid olmayan cari sənədlər 
nəzərdə tutulur.  
Arxiv və  sənədlərin toxunulmazlığı, həmçinin binanın 
toxunulmazlığı və diplomatik poçtun toxunulmazlığı prinsipləri ilə də 
təmin edilir.  
“Toxunulmazlıq” anlayışı yerləşmə dövlətinin bir tərəfdən, 
arxiv və  sənədləri öz hakimiyyət orqanlarının hər hansı  təsirindən, 
digər tərəfdən arxiv və  sənədləri fiziki şəxslərin qəsdlərindən qoru-
maq öhdəliyini nəzərdə tutur. Yerləşmə dövləti bu və ya digər vasitə 
ilə onun əlinə keçmiş arxiv və sənədləri məhkəmə təhqiqatında və ya 
digər rəsmi məqsədlərlə istifadə etməməli, onu nümayəndəliyə geri 
qaytarmalıdır.  
Praktikada bir çox hallarda yerləşmə dövlətinin  əlinə keçən 
nümayəndəliyin kəşfiyyat xarakterli sənədlərinin rəsmi məqsədlərlə 
istifadə olunmasına dövlətin təhlükəsizliyi baxımından haqq 
qazandırmaq cəhdləri olunur. Hüquq ədəbiyyatlarında belə hallara 
birmənalı yanaşılmır. Konvensiyanın məzmununa  əsasən isə  kəş-
fiyyat xarakterli sənədlər nümayəndəliyin sənədləri kimi nəzərdən 
keçirilməməlidir. Bu cür sənədlər nümayəndəliyin Konvensiya ilə 
müəyyən olunmuş funksiyalarının həyata keçirilməsi ilə bağlı 
fəaliyyətilə  əlaqəli ola bilməz.  İmmunitet və imtiyazlar isə 
nümayəndəliyin funksiyalarının effektli həyata keçirilməsi məqsədilə 
verildiyi üçün kəşfiyyat xarakterli sənədlərə onlar şamil olun-
mamalıdır.  
Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə  əsasən nü-
mayəndəliyin rəsmi korrespondensiyası da toxunulmazdır. ”Korre-
spondensya” dedikdə nümayəndəlikdən çıxan və ya ona daxil olan 
bütün yazışma və məktublaşmalar nəzərdə tutulur.  
 
5.3.3. Nümayəndəliyin vergi və gömrük imtiyazları 
Nümayəndəliyin digər növ üstünlüyü vergi imtiyazlarıdır. 
Doktrinalarda o, adətən, fiskal immunitet adlanır. 1961-ci il Konven-
siyasının 23-cü maddəsinə  əsasən, akkreditiv dövlət və nüma-
yəndəliyin başçısı, konkret xidmət növlərinə görə vergi və rüsumlar 
istisna olmaqla, nümayəndəliyin bütün binaları, o cümlədən, kirayə 
alınmış binalara münasibətdə hər cür vergi və rüsumlardan azad ol-
unur.  
Bu, missiyanın başçısı  və ya onun hökuməti ilə müqavilə 
imzalamış şəxslərə şamil olunmur; bu səbəbdən müqavilədə qeyd olunur 
ki, iqamətgah və missiya ilə bağlı olan istənilən ödəmələr və yığımlara 
 
158 
 
159


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə