Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə36/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   122

Diplomatik poçtun təyin olunan yerə çatdırılması üçün dip-
lomatik kuryerlərdən istifadə olunur. Statusu və diplomatik poçtu 
təşkil edən yerlərin sayı göstərilmiş  sənədlərlə  təmin edilmiş 
diplomatik kuryer öz vəzifəsini yerinə yetirərkən yerləşmə dövlətinin 
müdafiəsindən istifadə edir. O, şəxsi toxunulmazlıqdan istifadə edir 
və  hər hansı bir formada həbs edilə  və ya tutulub saxlanıla bilməz 
(maddə 27. 5).  
Diplomatik kuryerlər akkreditiv dövlətin xarici işlər 
nazirliyində  ştatda olur. Lakin onlar rütbəli diplomat olmadıqları 
üçün və səfirlikdə ştatda olmadıqları üçün onların hüquqi statusu dip-
lomatik agentlərlə eyni deyildir. Praktikada diplomatik kuryerlərin 
statusunun kifayət qədər tənzimlənmiş olmaması mürəkkəb və-
ziyyətlərin yaranmasına gətirib çıxarır. Bunu nəzərə alaraq BMT-nin 
Beynəlxalq Hüquq Komissiyası 1989-cu ildə diplomatik kuryerlərin 
və diplomatik kuryerlə müşayiət olunmayan diplomatik poçtun 
statusunu müəyyən edən maddələrin son mətni üzərində  işi başa 
çatdırmışdır.  
Diplomatik poçtun göndərilməsində ad hoc diplomatik kur-
yerlərdən və digər müasir üsullardan da istifadə olunur.  
b) Azad hərəkət etmək hüququ 
Diplomatik nümayəndəliyin funksiyalarının, xüsusilə, 
informasiya, diplomatik müdafiə funksiyalarnın həyata 
keçirilməsində azad hərəkət etmək hüququ mühüm vasitədir.  
Diplomatik agentlər yerləşmə dövlətinin  ərazisində müəyyən 
ərazilər istisna olmaqla azad hərəkət etmək hüququ ilə  təmin 
olunurlar. Konvensiyanın 26-cı maddəsinə müvafiq olaraq əgər bu, 
dövlətin təhlükəsizliyi baxımından gedilməsi qadağan edilən və ya 
tənzimlənən zonalar haqqında qanun və qaydalara zidd deyilsə, 
yerləşmə dövləti nümayəndəliyin bütün əməkdaşlarının öz ərazisində 
azad hərəkətini təmin etməlidir.  
Keçmiş Sovet İttifaqında xarici diplomatların hərəkəti üçün 
icazəli qaydanın tətbiq edilməsi bir çox ölkələrdə  də diplomatik 
agentlərin azad hərəkət etmək hüququnun qeyri- qanuni 
məhdudlaşdırılması praktikasının yayılmasına səbəb olmuşdur. Bu 
cür məhdudiyyətlər müxtəlif səbəblərlə  əsaslandırılır, məsələn, 
diplomatik agentlərin təhlükəsizliyinin təmin edilməsi, diplomatik 
nümayəndəlik tərəfindən təxribat hallarının qarşısını almaq və s.  
Beynəlxalq hüquq doktrinası nümayəndəliyin  əməkdaşlarının 
azad hərəkət etmək hüququnun qeyri- qanuni məhdudlaşdırılması 
hallarına mənfi yanaşır. İcazəli qaydanın tətbiqi Konvensiyanın 26-cı 
maddəsinə ziddir. Məhdudiyyətlər bütün əraziyə deyil, müəyyən 
konkret zonalara aid oluna bilər və onlar təkcə diplomatlara deyil, 
geniş ictimayyətə samil olunmalıdır. Doktrinalarda doğru olaraq eyd 
olunur ki, yalnız fövqəladə hallarda (müharibə  vəziyyəti, ümumxalq 
seçkiləri və s.), diplomatların azad hərəkət etmək hüququ müvəqqəti 
olaraq məhdudlaşdırıla bilər.  
  
 
140 
 
141


V FƏSİL 
 
DİPLOMATİK  
İMMUNİTET VƏ İMTİYAZLAR 
 
 
5.1. Diplomatik immunitet və diplomatik imtiyaz anlayışları 
 
Beynəlxalq hüququn ümumtanınmış prinsipinə  əsasən dip-
lomatik nümayəndəliklər öz hüquqlarının həyata keçirilməsi üçün 
diplomatik immunitet və imtiyazlardan istifadə edirlər. Diplomatik 
immunitet və imtiyazlar beynəlxalq hüququn ümumi qaydasından 
(hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar 
və  əşyalar üzərində yurisdiksiyasını  həyata keçirir) istisnadır.
1
 Bu 
istisna olmasa, dövlətlərarası xarici əlaqələr zədələnə bilər  
Diplomatik immunitet və üstünlük dedikdə xarici diplomatik 
nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən 
nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən 
digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu 
başa düşülür.  
İmmunitet və imtiyaz anlayışları arasında ehtimal olunan bütün 
fərqlər 1961-ci il Vyana Konvensiyası ilə hüquqi baxımdan aradan 
qaldırılsa da, doktrinalarda belə fərqləndirmələrə tez-tez rast gəlinir. 
Məsələn, M.İ.Lazarev yazır ki, “immunitet diplomatların öz funksi-
yalarını normal həyata keçirmələri üçün və öz hüquq və vəzifələrinin 
realizəsi üçün vacib təminatdır (buraya şəxsi toxunulmazlıq, xidməti 
və yaşayış binalarının, əmlaklarının toxunulmazlığı, yerli hakimiyyət 
orqanlarının yurisdiksiyasından çıxarılma və s. aiddir), diplomatik 
imtiyaz və üstünlüklər isə diplomatın öz xidməti funksiyalarını nor-
mal həyata keçirə bilmələrində belə həlledici əhəmiyyətə malik deyil 
və belə təminat rolunu oynamır. Diplomat təkcə immunitet əsasında 
da öz fəaliyyətini həyata keçirə bilər. Lakin diplomatik imtiyaz və 
üstünlüklər (rüsumlardan, müxtəlif yığımlardan azad olunma, bayraq 
                                                 
 
147
                                                
1
 Jack C. Plano: Roy Olton “The international Relations Dictionary” 
Longman 1988, p. 246 
hüququ, forma daşımaq və birincilik hüququ və s. ), onun işini 
əhəmiyyətli dərəcədə yüngülləşdirir”
1
.  
K.K.Sandrovski də  nəzəriyyə  və  məsələnin tarixi mövqeyi 
baxımından “diplomatik immunitet” və “diplomatik üstünlük” an-
layışları arasında məlum fərqlərin olmasını qeyd edir. Onun fikrincə, 
bu fərq ilk növbədə onların mənşəyinə, mənbəyinə və dövlətlər üçün 
məcburiliyinin hüdudlarına aiddir. Tarixən diplomatik immunitet ilk 
öncə beynəlxalq hüququn adət, daha sonra müqavilə normalarında öz 
əksini tapmış hüquqi qayda kimi nəzərdən keçirilmişdir. Xarici 
dövlətin diplomatik agentlərinə immunitetlər verilməsinin, yəni 
onları yerli yurisdiksiyadan azad edən xüsusi hüquqların verilməsi, 
yerli qanunvericilikdə  nəzərdə tutulan məcburetmə  tədbirlərinin, 
sanksiyaların onlara tətbiq olunmamasının hüquqi məcburiliyi də bu-
radan yaranır. Diplomatik nümayəndəliklərin və onların personalının 
işinin yüngülləşdirilməsinə yönəldilən diplomatik üstünlüklərə 
gəldikdə isə, ilk öncə onlar hüquqi xarakterə malik deyildilər və buna 
görə də dövlətlər üçün hüquqi məcburi hesab olunmurdular. Onların 
verilməsi beynəlxalq nəzakət normalarına əsaslanırdı və sabit xarak-
ter daşımırdı
2
.  
İ.P.Blişenko da imtiyaz və immunitet anlayışlarını fərqləndirir. 
O, qeyd edir ki, imtiyaz dedikdə dövlət başçısı  və onun nü-
mayəndələri kimi bir sıra xaricilərin xüsusi hüquqi üstünlükləri başa 
düşülür (Məsələn, öz bayrağından istifadə etmək hüququ, xüsusi 
əlaqə vasitələrinə malik olmaq hüququ və s.). İmmunitet anlayışı 
altında isə xaricdəki dövlət başçısı  və digər  şəxslərin, onların 
əmlaklarının məhkəmə, maliyyə aparatı  və ölkənin təhlükəsizlik 
xidməti tərəfindən həyata keçirilən məcburetmə  tədbirlərindən 
mühafizəsi prinsipi başa düşülür 
3
.  
A.A.Kovalyov da özünün “Müasir beynəlxalq hüquqda 
üstünlük və immunitetlər” kitabında Blişenkonun yuxarıda göstərilən 
 
1
 Лазарев М.И. Вступительная статья к кн. Вуд Дж., Сере Ж. Дипло-
матический церемониал и протокол 2-е изд. М.: Прогресс, 1976, с. 12 
2
 Сандровский К. К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 128 
3
 Блищенко И.П. Дипломатическое право 2-е издание. М.: Высшая 
школа, 1990, с. 77 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə