Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə33/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   122

personal nəzərdə tutulur. Buraya müşavir-elçilər, müavinlər, birinci, 
ikinci, üçüncü katiblər, attaşelər, o cümlədən, hərbi, hərbi-hava və 
hərbi-dəniz attaşeləri, onların köməkçiləri, xüsusi attaşelər aid edilir. 
Geniş  mənada dipkorpusa, həmçinin diplomatik agentlərin ailə 
üzvləri – həyat yoldaşları,  ərdə olmayan qızları, yetkinlik yaşına 
çatmayan oğulları, bəzi hallarda ata və anaları da daxil edilir.  
Yerləşmə dövlətinin xarici işlər nazirliyi mütəmadi olaraq 
diplomatik korpus barədə  məlumat kitabçası hazırlayır. Burada 
dipkorpusa daxil olan şəxslərin soyadları, ünvanları, əlaqə telefonları 
göstərilir. Yerləşmə dövlətinin xarici işlər nazirliyi bu şəxslərə 
onların statusunu təsdiq edən sənəd- diplomatik kartoçkalar verir.  
Peşəkar əlamətlər əsasında təşkil olunan diplomatik agentlərin 
vahid korporasiyası kimi diplomatik korpus siyasi və ya hüquqi 
təşkilat deyil. Diplomatik korpus bir-birindən asılı olmayan müxtəlif 
diplomatik nümayəndələri birləşdirir. Diplomatiyanın  əsas ideyasını 
müxtəlif siyasi kursa, sosial quruluşa malik bərabərhüquqlu dövlətlər 
arasında ikitərəfli qarşılıqlı saziş əsasında qurulan rəsmi münasibətlər 
təşkil etdiyinə görə müəyyən siyası  məsələlərlə bağlı dipkorpusun 
vahid çıxışı  qəbuledilməzdir. Diplomatik nümayəndəliklərin öz 
aralarında və onlarla yerləşmə dövləti arasında münasibətlərin yalnız 
protokol (mərasim, məişət-təşkilati) aspektləri ilə bağlı diplomatik 
korpus kollektiv çıxış edə bilər.  
Diplomatik korpusa duayen (ağsaqqal, dekan) rəhbərlik edir. 
Duayen  ən yüksək dərəcəli nümayəndəlik başçıları arasından 
etimadnaməsini daha tez təqdim edən şəxs seçilir. 1961-ci il konven-
siyasının 13- cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, 
etimadnamələrin və ya onların təsdiq olunmuş surətlərinin təqdim 
edilməsi ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix və saatla 
müəyyənləşdirilir.  Əgər bir neçə nümayəndəlik başçısı eyni vaxtda 
ölkəyə gəlirsə (eyni tarix və eyni saatda), bu zaman aqreman verilən 
tarix əsas götürülə bilər.  
Qeyd olunan ümumi qaydadan istisnalar da mövcuddur. Bəzi 
katolik dövlətlərdə mövcud ənənəyə görə Vatikan nunsiləri akkreditə 
olunduqları zamandan asılı olmayaraq duayen seçilir. Bir sıra Afrika 
dövlətlərində bu cür istisnalar mövcuddur. Məsələn, Toqoda duayen 
hər zaman AFR səfiri, Burkina-Faso dövlətində isə yalnız Afrika 
ölkələrindən olan səfirlər seçilir.  
Duayen fəxri və kifayət qədər məsuliyyətli vəzifədir. Dipkor-
pusun adından çıxış etdiyinə görə o, yerləşmə ölkəsində daha geniş 
əlaqələr yaratmaq imkanına malik olur (lakin bu ona öz funksional 
fəaliyyətini həyata keçirməsi ilə bağlı digər nümayəndəlik başçıları 
ilə müqayisədə üstünlük vermir).  
Duayen protokol xarakterli məsələlərdə bütün korpusun adın-
dan çıxış etmək hüququna malikdir. Bunun üçün o, mütəmadi olaraq 
dipkorpusun üzvləri ilə uyğun məsələlərlə bağlı  məşvərətlər keçirə 
bilər. Bu cür məşvərətlər bir qayda olaraq qeyri-rəsmi xarakter daşı-
yır.  
Duayen dipkorpusda baş verən hadisələrə  də münasibətini 
bildirir. Daha təcrübəli diplomatik nümayəndə kimi yeni akkreditə 
olunmuş nümayəndəlik başçılarına yerli ölkənin xüsusiyyətləri ilə 
bağlı fikirlərini,onun siyasi kursu ilə bağlı mülahizələrini çatdıra 
bilər. Dipkorpusun üzvlərinin immunitet və imtiyazlarının pozulması 
halında duayenin müdaxilə etmək hüququ vardır. O, həmçinin dip-
korpusun adında hər hansı diplomatik nümayəndəlik başçısının yola 
salınma mərasimini təşkil edir, ona hədiyyələr verir və s. Duayenin 
təmsil etdiyi dövlət ilə diplomatik münasibətlərə malik olmayan 
ölkənin diplomatik nümayəndələri duayenin səlahiyyətlərinə aid olan 
məsələlərlə bağlı ondan sonra böyük sayılan diplomatik 
nümayəndəlik başçısı ilə əlaqə saxlayırlar.  
Duayen ilə yanaşı diplomatik nümayəndəliyin digər dərəcələrə 
malik başçıları arasında da birincilik müəyyən oluna bilər. Lakin ar-
tıq qeyd etdiyimiz kimi hal-hazırda dövlətlər birinci sinif 
nümayəndəlik başçıları  səviyyəsində münasibət qurulmasına üs-
tünlük verirlər. Müvəqqəti işlər müvəkilləri arasında birincilik 
onların  əvəz etdikləri nümayəndəlik başçılarının birinciliyi və mü-
vəqqəti işlər müvəkkilin vəzifəsinə başladığı tarixi ilə müəyyən ol-
unur.  
Nümayəndəliyin daxilində birincilik məsələsi isə akkreditiv 
dövlət tərəfindən müəyyən edilir və bu barədə yerləşmə dövlətinin 
xarici işlər nazirliyinə məlumat verilir.  
 
 
4. 6. Diplomatik nümayəndəliyin funksiyaları  
və onların həyata keçirilməsi vasitələri  
 
4. 6. 1. Nümayəndəliyin funksiyaları 
 
128 
 
129


Diplomatik nümayəndəliklər öz dövlətinin xarici siyasət 
vəzifələrini həyata keçirmək, yerləşmə ölkəsində akkreditiv dövləti 
təmsil etmək, onun fiziki, hüquqi şəxslərinin hüquq və maraqlarının 
müdafiəsi və s. məqsədlərlə  təsis olunan xarici əlaqə orqanlarıdır. 
Nümayəndəliyin əsas fəaliyyət istiqamətləri və ya onun funksiyaları 
bir qayda olaraq beynəlxalq hüquqla müəyyən olunur. Nü-
mayəndəliyin aparıcı funksiyalarını 1961-ci il Diplomatik əlaqələr 
haqqında Vyana Konvensiyasına müvafiq olaraq araşdıraq. Konven-
siya 3-cü maddədə diplomatik nümayəndəliklərin beş  əsas funksi-
yasını müəyyən etmişdir.  
Birincisi və  ən mühümü təmsil etmək funksiyasıdır. Nüma-
yəndəliyin bütün digər funksiyaları, demək olar ki, bu əsas funk-
siyadan yaranmışdır. Diplomatik nümayəndəlik  əsasən akkreditiv 
dövləti təmsil etmək, ikitərəfli münasibətlərin istənilən məsələlərinə 
dair öz dövlətinin adından çıxış etmək məqsədiylə təsis edilir.  
Təmsilçilik funksiyasını dar və genış  mənada fərqləndirmək 
olar. Dar mənada təmsilçilik funksiyası bütün diplomatik personal 
tərəfindən deyil, yalnız onun başçısı  tərəfindən həyata keçirilir. 
Məsələn, hər hansı bir mərasimdə, protokol xarakterli görüşlərdə öz 
dövlətini təmsil etmək üçün nümayəndəliyin başçısı  iştirak edir. Bu 
cür hallarda təmsilçilik funksiyası müstəqil funksiya kimi daha qa-
barıq gözə çarpır. Onu da qeyd edək ki, 1961-ci il Vyana Konvensi-
yası qəbul olunana qədər yalnız səfirlər, nunslar və onlara ekvivalent 
nümayəndəlik başçıları öz dövlətinin təmsilçisi hesab olunur, digər 
personal isə onları müşayiət edən  şəxslər kimi qəbul olunurdular. 
Hal- hazırda isə geniş  mənada təmsilçilik funksiyası bütün diplo-
matik personal tərəfindən həyata keçirilir.  
İkinci yerdə Vyana Konvensiyasının 3-cü maddəsində sa-
dalanan sıraya əsasən, diplomatik müdafiə funksiyası gəlir. Burada 
akkreditiv dövlətin, onun vətəndaşlarının və hüquqi şəxslərinin 
hüquqlarının və qanuni maraqlarının müdafiəsi nəzərdə tutulur. Dip-
lomatik müdafiə  əsasən səfirlik tərəfindən akkreditiv dövlətin və 
onun vətəndaşlarının maraqlarının müdafiəsi üzrə sorğu-suallar apa-
rılması, yeri gələndə yerli hökumətə etiraz etməklə və s. ifadə olunur.  
Diplomatik müdafiə geniş  mənada özündə, həmçinin konsul 
müdafiəsini birləşdirir
1
. Bir qayda olaraq bu və ya digər dövlətdə 
                                                 
xaricilərin hüquqları pozulursa, bununla diplomatik nüma-
yəndəliklərin konsul şöbələri və ya müstəqil konsul nümayəndəlikləri 
məşğul olur. Xüsusi ciddi hallarda, əgər məsələ siyasi xarakter al-
mağa başlayırsa, məsələyə artıq diplomatik nümayəndəliklər cəlb 
olunmağa başlayır. Bu zaman diplomatik müdafiə yer alır.  
Diplomatik müdafiə beynəlxalq hüququn nəzəriyyədə və prak-
tikada müxtəlif mübahisələr yaradan ən mürəkkəb institutudur. Çünki 
başqa dövlətin  ərazisində olan əcnəbi həm öz dövlətinin, həm də 
olduğu dövlətin yurisdiksiyası altında olur. Belə  şəraitdə diplomatik 
müdafiə elə həyata keçirilməlidir ki, bu iki yurisdiksiya arasında qar-
şıdurma yaranmasın.  
Beynəlxalq hüquqi nöqteyi - nəzərdən diplomatik müdafiə 
müəyyən şərtlərlə həyata keçirilə bilər. Vyana Konvensiyasının 3-cü 
maddəsinin 1“
b” 
bəndində buna yalnız ümumi formada toxunulur. 
Burada deyilir ki, belə müdafiə “beynəlxalq hüquqla icazə verilən” 
hüdudlarda həyata keçirilir. Bununla yanaşı, doktrinalarda diplomatik 
müdafiə ilə bağlı bir sıra  şərtlər irəli sürülür və ya təkzib edilir. 
Məsələn, K. K. Sandrovski bu müdafiənin qanunauyğunluğunu təmin 
edən 4 şərti əsas göstərir: 
1. Diplomatik müdafiəni həyata keçirərkən yerli dövlətin daxili 
kompetensiyasına aid olan işlərə qarışmağa yol vermək olmaz.  
2.
 
Diplomatik müdafiə yalnız səfirliyi akkreditə edən dövlətin 
vətəndaşlarına və orqanlarına göstərilə bilər. Xarici dövlətin vətəndaş 
və orqanlarının başqa dövlətin səfirliyinin himayədarlığından istifadə 
etməyə ixtiyarı yoxdur. Təbii ki, Vyana Konvensiyasının 45 və 46-cı 
maddələrinə uyğun olaraq maraqlı dövlətlər arasında bu barədə razı-
laşmalar və ya xüsusi çıxılmaz vəziyyətlər istisna təşkil edir.  
3.
 
Diplomatik müdafiə vasitələrinə  əl atmazdan əvvəl səfirlik 
əmin olmalıdır ki, onun dövlətinin vətəndaşlarına və ya orqanlarına 
məhkəmə müdafiəsi və ya yerli qanunvericiliklə  nəzərdə tutulan 
digər müdafiə formalarının təqdim edilməsindən imtina edilmiş və ya 
pozulmuş hüquqlarının bərpası üçün bu qanunvericilikdə  nəzərdə 
tutulan bütün vasitələrdən istifadə edilmiş, lakin nəticə alınmamışdır.  
4.
 
Diplomatik müdafiə individlərinin deyil, öz səfirliklərinin 
timsalında dövlətin müstəsna hüququdur. Yəni yalnız və yalnız 
akkreditiv dövlət nümayəndəliyin yerləşdiyi dövlətin hakimiyyəti 
                                                                                                        
1
  Зорин  В.А.  Основы  дипломатической  службы.  М.:  Международ-
ные отношения, 1977, с. 372 
 
130 
 
131


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə