Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə29/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   122

2. İkinci sinif nümayəndəlik olan missiyalar. Onlara internun-
siaturalar ekvivalentdir.  
 
Diplomatik nümayəndəliklərin mübadiləsi haqqında xüsusi ra-
zılıq  əldə olunduqdan sonra növbəti mühüm mərhələ diplomatik 
nümayəndəliyin başçısının təyin olunması  mərhələsidir. Azərbaycan 
Respublikasında diplomatik vəzifələrə  təyinedilmə  və  vəzifədən 
azadedilmə qaydaları, habelə  vəzifə tutan şəxslərə dair tələblər 
Azərbaycan Respublikasının Konstitusiyası, qanunları  və digər nor-
mativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir (“Diplomatik 
xidmət haqqında” qanunun 7-ci maddəsi).  
3. Bu və ya digər səbəbdən müxtəlif cür adlanan və müxtəlif 
təşkilati struktura malik olan diplomatik nümayəndəliklər. Bunlara 
misal olaraq aralarında normal diplomatik münasibətlər olmayan 
dövlətlərin təsis etdikləri maraq şöbələrini, əlaqə qruplarını aid etmək 
olar. Məsələn, Misir Ərəb Respubliksı bir sıra dövlətlərdə “maraq 
büroları“ açmışdır. Bir çox ərəb dövlətlərində öz səfirliklərinin 
fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşdikdən sonra Misir dip-
lomatlarını dost ölkələrin səfirliklərində yerləşdirmək 
məcburiyyətində qalmışdır. Həmin səfirliklərin üzərinə “Misir Ərəb 
Respublikasının maraq bürosü” sözləri yazılmış lövhələr asılmışdır. 
Ərəb dövlətləri də qarşılıqlı  tədbir kimi keçmiş  səfirliklərin maraq 
büroları ilə  əvəzlənməsinə başladılar. Bu büroların  əməkdaşlarının 
immunitet və imtiyazları qorunub saxlanılmışdır.  
K.K.Sandrovski diplomatik nümayəndəliyin başçısının bütün 
təyinolunma prosesinin aşağıdakı  mərhələlərini ayırır: səfir və ya 
elçinin namizədliyinin seçilməsi; aqreman istənilməsi; təyinolunmanı 
qanuniləşdirən daxili hüquqi aktın nəşri; bu təyinolma haqqında 
rəsmi məlumatın eyni zamanda hər iki ölkə  mətbuatında verilməsi; 
etimadnamənin verilməsi; səfir və ya elçinin gəldiyi dövlətin xarici 
işlər naziri tərəfindən ilkin qəbulu və etimadnamənin nüsxəsinin 
nazirə  təqdim olunması; akkreditasiya prosesinin sonu kimi 
etimadnamənin rəsmi mərasim zamanı yerli dövlətin başçısına 
təqdim edilməsi 
1
.  
Diplomatik  əlaqələrin normal olduğu bəzi hallarda da təmsil 
olunma fərqli ola bilər. Liviyada diplomatik institutlar mövcud deyil. 
Burada xarici əlaqələrlə Xalq bürosu məşğul olur. Səfirlikləri isə 
katiblərin başçılıq etdikləri Xalq Komitələri əvəz edir. Bu Komitənin 
əməkdaşları Vyana Konvensiyası ilə diplomatik agentlərə verilən 
eyni imunitet və imtiyazlardan istifadə edir.  
Səfirin namizədliyinin seçilməsi, təyinolunmanı qanuniləşdirən 
daxili hüquqi aktın verilməsi kimi məsələlər akkreditiv dövlətin dax-
ili hüquq normaları ilə  tənzimlənsə  də, diplomatik nümayəndəliyin 
başçısının vəzifəyə başlamasının beynəlxalq hüquqla müəyyən olun-
muş ciddi qaydaları mövcuddur.  
Qeyd edilən diplomatik orqanlar arasında hüquqi status baxı-
mından heç bir fərq yoxdur. Nümayəndəliklərin dərəcələri arasındakı 
fərq yalnız uyğun dövlətlər arasında siyasi, iqtisadi, mədəni və s. 
sahələrdə münasibətlərin inkişaf səviyyəsini nümayiş etdirir. 
Dövlətlər qarşılıqlı razılıq  əsasında öz diplomatik nüma-
yəndəliklərinin statusunu dəyişdirə – onu aşağı sala və ya yüksəldə 
bilərlər. II Dünya müharibəsindən sonra əksər dövlətlər öz diplomatik 
nümayəndəliklərinin statusunu yüksəltmiş, bir qayda olaraq missiya-
ları səfirliklərə çevirmişdir. Hal-hazırda əksər dövlətlər Fövqəladə və 
Səlahiyyətli səfirlərin rəhbərlik etdiyi səfirliklər və ya ona ekvivalent 
olan nümayəndəliklərlə mübadilə edirlər. Elçi və ya işlər 
müvəkkillərinin rəhbərlik etdiyi missiyalar institutuna istisna qaydas-
ında rast gəlmək olar. Səfirlik səviyyəsində nümayəndəliklə mübadilə 
etmək və ya nümayəndəliyin dərəcəsini yüksəltmək dövlətlər aras-
ında münasibətlərin inkişaf səviyyəsinin yüksəlməsindən daha çox 
mötəbərliliklə izah olunur.  
Öz diplomatik nümayəndəliyinin başçısını, məsələn, səfiri 
təyin etmək istəyən dövlət qəbul edən tərəfdən bu şəxsin 
namizədliyinə razılıq almalıdır. Dövlətin həmin  şəxsin onun 
ərazisində  səfir, elçi və ya işlər müvəkkili qismində  fəaliyyət 
göstərməsinə verdiyi razılığına  aqreman (fransız dilində  aqrement
razılıq deməkdir) deyilir. 1961-ci il Vyana Konvensiyasında 
göstərilir ki, akkreditə edən dövlət  əmin olmalıdır ki, yerli dövlət 
onun diplomatik nümayəndəliyin başçısı kimi akkreditə etməyi 
nəzərdə tutduğu  şəxsə aqreman vermişdir (maddə 4). Qəbul edən 
dövlət aqreman verməkdən imtina etməsinin səbəblərini açıqlamaq 
                                                 
1
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 93 
4.2. Diplomatik missiyanın başlanması və bitməsi 
 
112 
 
113


məcburiyyətində deyil.  
Aqreman yalnız diplomatik nümayəndələrin başçılarının təyini 
üçün tələb olunur. Nümayəndəliyin digər  əmakdaşlarının təyini 
nisbətən daha sadədir. Onların təyin olunması üçün qabaqcadan ra-
zılıq tələb olunmur. Əməkdaşların təyin olunduğu dövlətə bildirilir 
ki, hər hansı bir şəxsin məsələn, müşavir, attaşe və s. keyfiyyətdə 
təyin olunması  nəzərdə tutulur və yaxud da artıq attaşe, katib və s. 
kimi təyin olunmuş  şəxsə birbaşa viza istənilir. Qəbul edən dövlət 
viza vermək və ya ondan imtina etməklə  həmin  şəxslə bağlı fikrini 
ifadə edə bilər.  Əgər müəyyən bir müddət  ərzində notaya cavab ol-
mazsa, həmin  şəxs qəbul edilmiş hesab olunur. Dövlətlər arasında 
vizasız rejim mövcud olduqda yerləşmə dövləti şəxsin təyin olunması 
ilə bağlı fikrini digər mümkün forma ilə də bildirə bilər.  
Nümayəndəliyin əmakdaşlarının təyin olunması və onların ailə 
üzvlərinin, ev işçilərinin ölkəyə  gəlişi və onu birdəfəlik tərk etməsi 
barədə məlumat yerləşmə dövlətinin xarici işlər nazirliyinə bildirilir. 
Nümayəndəliyin  əməkdaşlarının nümayəndəlikdəki funksiyalarına 
son verildikdə, hər hansı bir şəxsin nümayəndəliyin əməkdaşının ailə 
üzvünə çevrilməsi və ya ailə üzvülüyündən çıxması halında, o 
cümlədən, ev işçilərinin nümayəndəliyin  əməkdaşı yanında işdən 
azad olması halında yerləşmə dövlətinin xarici işlər nazirliyinə qa-
baqcadan məlumat verilməlidir.  
Əgər diplomatik münasiətlər ilk dəfə qurulursa, yəni səfir ilk 
diplomatik nümayəndə kimi təyin olunursa, aqreman sorğusu hər iki 
razılaşmış tərəfin diplomatik nümayəndəsi vasitəsilə üçüncü dövlətdə 
həyata keçirilə bilər. Bir diplomatik nümayəndənin digərini əvəz et-
diyi zaman isə aqreman sorğusu onun sələfinin və ya müvəqqəti işlər 
müvəkkilinin yerləşmə dövlətinin xarici işlər naziri ilə görüşündə 
edilə bilər.  
Qeyd etmək vacibdir ki, aqreman sorğusu şəxsi xarakter daşı-
yır. Nəzərdə tutulan namizəd barədə qeyri-rəsmi xarakterli qısa 
məlumat (yaşı, təhsili, ailə  vəziyyəti, tutmuş olduğu vəzifələr) hər 
hansı bir blankda deyil, sadə kağızda yazılır, imzasız və möhürzüz bir 
kağız şəklində olur. Akkreditə olunan dövlət daha ətraflı məlumatlar 
tələb edə bilər. Aqreman sorğusu və onun cavabı bir qayda olaraq 
bəyan edilmir.  
Praktikada aqreman sorğusuna bir ay ərzində cavab almaq 
qəbul olunmuşdur. Sorğu göndəriləndən aqreman alınana qədər 
keçən müddət dövlətlərarası münasibətlərin vəziyyətinin göstəricisi 
kimi çıxış edir. Aqreman sorğusuna rəsmi rədd cavabı vermək qəbul 
olunmamışdır. Bəzən elə olur ki, nəzakətlə bunun yada salınmasına 
baxmayaraq, cavab eyni nəzakətlə gecikdirilir ki, bu da artıq digər 
namizədi görmək istəmələrinə dəlalət edir
 
115
1
. Bu zaman akkreditə edən 
dövlət növbəti namizəd haqqında bir müddət sonra sorğu 
göndərməlidir. Aqremandan imtina edilməsi  şəxsin sırf fərdi 
keyfiyyətləri ilə  əlaqəli olan bir hal olmasına baxmayaraq,bu 
dövlətlər arasında xoşagəlməz halların yaranmasına gətirib çıxara 
bilir.  
Yalnız aqreman alındıqdan sonra şəxsin təyin olunması 
haqqında dövlət başçısı fərman verə bilər.  
Hərbi, hərbi hava və  hərbi dəniz attaşelərinin təyin olunması 
zamanı yerləşmə dövləti onların adlarının qabaqcadan bəyənilməsi 
üçün ona göndərilmısini təklif edə bilər. 1961-ci il Vyana Konvensi-
yası müxtəlif dövlətlərin praktikasını nəzərə alaraq 7-ci maddədə bu 
normanı  əks etdirmişdir. Praktikada akkreditiv dövlət adətən bu cür 
təklif gözləmədən də  hərbi attaşelər haqqında məlumatı onların 
təyinindən öncə yerləşmə dövlətinə göndərir.  
Aqreman alındıqdan və səfirin təyin olunması haqqında dövlət 
başçısının fərmanı  dərc olunduqdan sonra səfirə  vəzifə yerinə yola 
düşməzdən öncə akkreditiv dövlətin dövlət başçısı  tərəfindən qəbul 
edən dövlətin başçısının adına imzalanmış xüsusi sənəd – 
etimadnamə  verilir.  İşlər müvəkkilinə isə xarici işlər naziri 
tərəfindən qəbul edən dövlətin xarici işlər nazirinə imzalanmış 
məktubu verilir. Bu qayda, artıq qeyd etdiyimiz kimi, 1815-ci il 
Vyana Reqlamenti ilə müəyyən olunmuş  və 1961-ci il Vyana Kon-
vensiyası ilə təsdiq edilmişdir.  
Etimadnamə nümayəndəliyin başçısının fəaliyyətinin 
təmsilçilik xarakterini sübut edir. Bu sənəd akkreditiv dövlətin 
başçısının rəsmi adı ilə başlayır. Sonra qəbul edən dövlətin başçısının 
titulları göstərilir və yeni səfirin təyin olunması ilə uyğun dövlətlər 
arasındakı münasıbətlərin inkişaf etdirilməsi arzusu ifadə olunur. 
Daha sonra isə  səfirin adı, atasının adı  və soyadı göstərilir və onun 
dövlətin adından bütün dediklərinə etimad edilməsi xahiş olunur 
                                                 
1
  Селянинов  О.П.  Тетради  по  дипломатической  службе  государств 
(история и современность), И. МГИМО Анкил,1998, с. 110 
 
114 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə