Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə27/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   122

fəaliyyət istiqamətlərinə müvafiq xarici siyasət məqsədlərinin həyata 
keçirilməsində  iştirak edir. Onların fəaliyyəti Azərbaycan 
Respublikasının müxtəlif sferalarda ratifikasiya etdiyi beynəlxalq 
konvensiyaların tələblərinin əməl olunmasına və həyata keçirilməsinə 
yönəldilmişdir. Labüd olaraq bu orqanların xarici əlaqələr sahəsində 
səlahiyyətləri məhdud olub daxil olduqları qurumun fəaliyyət sferası 
ilə müəyyənləşir.  
Azərbaycan Respublikasının dövlətdaxili ixtisaslaşdırılmış 
orqanlarına  İqtisadi  İnkişaf Nazirliyini, Nəqliyyat Nazirliyini, 
Mədəniyyət Nazirliyini, Səhiyyə Nazirliyini və s. misal göstərmək 
olar.  
Xarici  əlaqə  şöbələri ayrı-ayrı idarə  və nazirliklərin struktur 
hissələrini təşkil etdiyinə görə dövlətdaxili ixtisaslaşdırılmış orqan 
kimi təkcə  şöbələrin deyil, bütövlükdə idarə  və nazirliyin özünün 
götürülməsi doğru olardı. Elə nazirliyin struktur hissələri olduğuna 
görə  də bu şöbələrin fəaliyyətinin hüquqi əsasını  həmin idarə  və 
nazirliyin əsasnamələri təşkil edir. Aşağıdakı konkret misallarla bunu 
nəzərdən keçirək.  
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il 
tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının İqtisadi 
İnkişaf Nazirliyi haqqında  Əsasnaməyə müvafiq olaraq bu nazirlik 
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  və beynəlxalq 
əməkdaşlığı sahəsində dövlət siyasətini formalaşdıran və  həyata 
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır (3). Nazirlik öz 
fəaliyyətini  əsasnamənin 4-cü maddəsinə müvafiq olaraq, həmçinin 
xaricdəki ticarət-iqtisadi nümayəndəliklər vasitəsilə  həyata keçirir. 
Əsasnaməyə görə, nazirliyin əsas vəzifələrindən biri xarici ölkələrlə
beynəlxalq və regional maliyyə  təşkilatları ilə iqtisadi əməkdaşlıq 
sahəsində dövlət siyasətini, habelə xarici iqtisadi əlaqələrin 
səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir 
(9. 4). Nazirliyin funksiyalarına xarici iqtisadi fəaliyyət sahəsində 
dövlət tənzimlənməsinin həyata keçirilməsi, bu sahədə  vəziyyətin 
araşdırılması  və inkişafın proqnoz göstəricilərinin hazırlanması (10. 
26), xarici ticarət daşımalarının hüquqi, tarif və digər tədbirləri 
sahəsində beynəlxalq müqavilələrin hazırlanması, razılaşdırılması və 
həyata keçirilməsində  iştirak (10. 27); xarici dövlətlərdə, eləcə  də, 
beynəlxalq iqtisadi və ticarət təşkilatları yanında Azərbaycan 
Respublikasının ticarət - iqtisadi nümayəndəliklərini 
qanunvericilikdə müəyyən edilmiş qaydada yaratmaq və onların 
operativ fəaliyyətinə  rəhbərliyi həyata keçirmək (10. 35); 
Ümumdünya Ticarət Təşkilatı  və digər beynəlxalq iqtisadi 
təşkilatlarla  əməkdaşlığı  təşkil etmək, onların keçirdiyi tədbirlərdə 
Azərbaycan Respublikasını  təmsil etmək (10. 36); Azərbaycan 
Respublikasının üzv olduğu beynəlxalq iqtisadi və maliyyə 
təşkilatları ilə mütəmadi  əsasda işgüzar  əlaqələr yaratmaq (10. 37); 
xarici dövlətlərin, beynəlxalq iqtisadi və maliyyə  təşkilatlarının 
keçirdiyi tədbirlərdə  iştirak etmək (10. 38); Azərbaycan 
Respublikasının investisiya fəaliyyətinin əhatə etdiyi bütün məsələlər 
üzrə ikitərəfli, çoxtərəfli və beynəlxalq müqavilələrin bağlanması 
üçün danışıqlar aparmaq və onların həyata keçirilməsini təmin etmək 
(10. 51); bu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə 
yetirilməsinə  nəzarəti həyata keçirmək və s. bu kimi xarici iqtisadi 
əlaqələr sahəsində geniş funksiyalar daxildir. Əsasnamədə bu 
funksiyalara müvafiq olaraq nazirliyin bir sıra geniş hüquqları da 
müəyyən olunmuşdur.  
Xarici əlaqələrin digər dövlətdaxili ixtisaslaşdırılmış orqanının 
– Azərbaycan Respublikası  Nəqliyyat Nazirliyiynin Əsasnaməsi 
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2003-cü il tarixli 
fərmanı ilə təsdiq edilmişdir. Bu fərmanda prezident dəniz gəmiçiliyi 
sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz 
Təşkilatı  və digər beynəlxalq dəniz təşkilatları ilə  əməkdaşlğın, 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq dəniz 
konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi 
səlahiyyətlərini birbaşa Azərbaycan Respublikası  Nəqliyyat 
Nazirliyinə tapşırmışdır.  
Əsasnamədə nazirliyin uyğun sahənin xarici əlaqələri ilə  də 
bağlı bir sıra funksiyaları müəyyən olunmuşdur. Bunlara əsasən 
nəqliyyat-yol kompleksinin inkişafı  məsələləri ilə bağlı xarici 
ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq etmək (19. 20); müəyyən 
edilmiş qaydada BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər dəniz 
təşkilatları ilə  əməkdaşlıq, Azərbaycan Respublikasını  nəqliyyat 
sahəsində beynəlxalq təşkilatlarda təmsil etmək (9. 21); beynəlxalq 
nəqliyyat konvensiyalarına və sazişlərinə qoşulmaq barədə  təkliflər 
vermək (9. 22); nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq 
sazişlər üzrə öhdəliklərin yerinə yetirilməsini təmin edən tədbirlər 
görmək (9. 23); Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına 
 
104 
 
105


 
uyğun olaraq beynəlxalq sazişlər üzrə danışıqlar aparmaq, onları 
müəyyən olunmuş qaydada imzalamaq və  təsdiq olunmuş sazişlərin 
icrasına nəzarət etmək (9. 33) və s. aiddir. Əsasnaməyə müvafiq 
olaraq nazirliyin xarici dövlətlərdə nümayəndəliklərin açılması  və 
beynəlxalq təşkilatlarda təmsilçilərin təyin edilməsi məsələlərini 
qanunvericiliyə uyğun olaraq həll etmək hüququ vardır (10. 6).  
 
 
 
 
 
Azərbaycan Respublikasının 6 sentyabr 2001-ci il tarixli 
fərmanı ilə  təsdiq edilmiş Azərbaycan Respublikasının Yanacaq və 
Energetika Nazirliyi haqqında  Əsasnamədə  də qeyd olunur ki
nazirlik yanacaq - energetika kompleksi sahəsində  əməkdaşlığa dair 
dövlətlərarası sazişlərin hazırlanmasında iştirak edir, səlahiyyətləri 
daxilində onlardan irəli gələn müvafiq öhdəliklərin yerinə 
yetirilməsini təşkil edir və əlaqələndirir (17. 33).  
Azərbaycan Respublikası idarələrinin beynəlxalq 
münasibətlərdə  iştirak etmək imkanı idarələrarası xarakter daşıyan 
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, 
icrası  və  ləğv edilməsi qaydaları ilə  təsdiq edilmişdir. Burada qeyd 
olunur ki, idarələrarası müqavilələr Azərbaycan Respublikasının 
qanunvericiliyinə  və Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrinə zidd olmamalı, onu bağlayan idarənin səlahiyyətləri 
çərçivəsində  həyata keçirilməlidir (1. 2). İdarələrarası müqavilələrin 
bağlanması haqqında təkliflərin verilməsi, imzalanması  və icrası 
qaydaları bu sənəddə öz əksini tapmışdır.  
Dövlətlərin qarşılıqlı  əlaqələrinin və asılılığının getdikcə 
artdığı bir dövrdə dövlətdaxili ixtisaslaşdırılmış orqanların rolu hər 
gün artır. Bu istiqamət müasir dünyada bütün dövlətlərin xarici 
əlaqələrində özünü göstərir. Nəticədə hökumət, demək olar ki, xarici 
əlaqələrin həyata keçirilməsi sahəsindəki hüquqlarını idarəetmənin 
müxtəlif sferalarına ötürür ki, bununla da beynəlxalq qarşılıqlı 
müqavilələrin iştirakçılarının dairəsini genişləndirir. Və bütün 
bunların da nəticəsində Azərbaycan Respublikasının beynəlxalq 
strukturlara inteqrasiyası daha da fəallaşır.  
 
 
 
 
 
 
 
106 
 
107


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə