Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə26/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   122

Nazirliyin növbəti struktur hissəsi - kollegiyadır. Kollegiya 
nazirdən (kollegiya sədri), onun müavinlərindən, habelə nazirliyin 
digər rəhbər işçilərindən təşkil olunur. Kollegiya üzvlərinin sayı  və 
şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 
təsdiq edilir. Kollegiya məşvərətçi orqan xarakteri daşıyır. Kollegiya 
hər hansı məsələni müzakirə edib, müvafiq qərar qəbul etdikdən sonra 
onun qərarları nazirin əmrləri ilə həyata keçirilir.  
Funksional idarələr və  şöbələr isə dövlətin maraqlı olduğu 
beynəlxalq münasibətlərin konkret məsələləri, xarici əlaqələrin xüsusi 
sahələri üzrə  iş aparır. Azərbaycan Respublikasının Xarici İşlər 
Nazirliyində  əsasən aşağıdakı funksional şöbələr fəaliyyət göstərir: 
Dövlət Protokolu İdarəsi; Beynəlxalq Hüquq və Müqavilələr  İdarəsi; 
Təhlükəsizlik  İdarəsi;  İqtisadi  Əməkdaşlıq və  İnkişaf  İdarəsi; Xarici 
siyasətin planlaşdırılması  və strateji araşdırmalar idarəsi; Konsulluq 
İdarəsi; Mətbuat və İnformasiya Siyasəti İdarəsi və s.  
Mərkəzi aparatın xarici əlaqələr sahəsində gündəlik praktiki 
fəaliyyətini həyata keçirən  əsas işçi orqanları  XİN - in şöbə  və 
idarələridir. Bütün digər xarici işlər idarələrində olduğu kimi, 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində  də iki qrup şöbə 
mövcuddur: operativ diplomatik şöbələr və inzibati - təsərrüfat 
şöbələri. Operativ diplomatik şöbələr isə, öz nöbəsində,  ərazi və 
funksional şöbə və idarələrə bölünür.  
Bu idarənin bir neçəsinin  əsas fəaliyyət istiqamətini nəzərdən 
keçirək.  
Dövlət Protokolu İdarəsi xarici səfirliklərin Xarici İşlər 
Nazirliyi ilə diplomatik əlaqələrinin və nazirlik vasitəsilə yerləşmə 
dövlətinin dövlət və ictimai təşkilatları ilə  əlaqələrinin təşkilini və 
həyata keçirilməsini təmin edir, diplomatların qəbulunu və yolasalma 
mərasimini həyata keçirir, diplomatik qəbulları, səfərləri və ölkənin 
protokol qaydalarına müvafiq olaraq digər tədbirləri təşkil edir.  
Ərazi idarələri müəyyən qrup ölkələrlə xarici əlaqə 
məsələlərinə baxır. Bu ölkələr bir qayda olaraq regional əlamətlərə 
əsasən təşkil olunur. Azərbaycan Respublikası Xarici İşlər Nazirli-
yində  ərazi idarələri aşağıdakı prinsiplə  təşkil olunmuşdur: Birinci 
(Qərb)  ərazi idarələri - buraya beş Avropa şöbələri və bir Amerika 
şöbəsi daxildir.  
Ölkəyə akkreditə olunmuş diplomatik nümayəndəliklərin 
başçıları ölkə ilə ilk əlaqələrini bu idarə vasitəsilə qurur və  həmin 
dövlətin siyasətinin  əsasları haqqında məlumat alır
1
. Bu şöbə 
vasitəsilə  XİN-in rəhbərliyi hər bir ölkə ilə adi diplomatik formada 
münasibətləri tənzimləmək imkanı əldə edir.  
İkinci (Şərq) ərazi idarəsi: 1) Yaxın Şərq və Afrika şöbəsi; 2) 
Orta Şərq və Cənubi Asiya şöbəsi; 3) Şərqi Asiya şöbəsi; 4) Cənub-
Şərqi Asiya şöbəsi; 5) Avstraliya və Okeaniya şöbəsi; 6) Mərkəzi 
Asiya şöbəsi.  
Diplomatik korpusun üzvlərinin immunitet və imtiyazlarına 
riayət olunmasına da bu idarənin əməkdaşları nəzarət edir.  
Diplomatiya huququ baxımından Azərbaycan Respublikası 
XİN-in Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi xüsusi əhəmiy-
yət kəsb edir. Bu orqanın fəaliyyətində dövlətin bütövlükdə  rəsmi 
beynəlxalq hüquqi mövqeyi əks olunur. O, Azərbaycan Res-
publikasının beynəlxalq müqavilələrinin hazırlanmasında iştirak edən 
onlarla müxtəlif nazirlik və komitələrin işini əlaqələndirir.  
Ərazi idarələrinin rəhbərləri XİN rəhbərliyinin göstərişinə 
əsasən bu ölkələrdəki Azərbaycan Respublikasının diplomatik 
nümayəndəliklərinin işini istiqamətləndirir və  əlaqələndirir və eyni 
zamanda Azərbaycanda akkreditə olunmuş bu ölkələrin diplomatik 
nümayəndəlikləri ilə bilavasitə  əlaqələr yaradır. Hər bir ərazi 
idarəsinin  əsas vəzifələrindən biri də uyğun ikitərəfli müqavilələrin 
və razılaşmaların həyata keçirilməsinə nəzarət etməkdir. Bu idarələr, 
həmçinin həmin ölkələrin siyasi və iqtisadi vəziyyətinin öyrənilməsi 
yönündə cari operativ fəaliyyəti həyata keçirir, xaricdəki 
nümayəndəliklərdən gələn hesabatları ümumiləşdirir və 
sistemləşdirir, rəhbərliyin adından xaricdəki nümayəndəliklər üçün 
təlimatlar hazırlayır, həmin ölkələrlə münasibətlərin bu və ya digər 
məsələlərinə dair nota tərtib olunması üçün nazirliyin rəhbərliyinə 
materiallar hazırlayır və s.  
Beynəlxalq Hüquq və Müqavilələr  İdarəsi bütün müqavilə  və 
sazişləri lazımi  şəklə salır, onların mətnləri üzərində  işləyir, bu 
müqavilə  və sazişlərin beynəlxalq hüququn ümumtanınmış 
normalarına uyğunluğuna nəzarət edir və s.  
Bu idarənin məşğul olduğu məsələlərə, həmçinin dövlətlər 
arasında sərhədlər,  əraziyə aid məsələlər də daxildir. Beynəlxalq 
                                                 
1
 Садыхов Ф. Дипломатическая практика и международный прото-
кол. Баку: БИСУП, Сийасят,1993, c. 34 
 
100 
 
101


Hüquq və Müqavilələr  İdarəsi beynəlxalq hüquqi məsələlərə dair 
notaların, bəyanatların və digər diplomatik sənədlərin hazırlanmasında 
və baxılmasında iştirak edir. O, operativ - diplomatik şöbələrə hüquqi 
məsələlər üzrə  məsləhətlər verir və beynəlxalq konfransların, 
görüşlərin hazırlanmasında və keçirilməsində iştirak edir.  
Beynəlxalq Hüquq və Müqavilələr  İdarəsinin  şöbələri də 
sadalanan bu əsas fəaliyyət istiqamətlərinə görə  təşkil olunmuşdur. 
Bu idarənin aşağıdakı şöbələri fəaliyyət göstərir:  
1)
 
İnsan hüquqları  şöbəsi; 2) Sərhəd məsələləri  şöbəsi; 3) Çox-
tərəfli əməkdaşlıq şöbəsi; 4) ikitərəfli əməkdaşlıq şöbəsi; 5) Beynəlxalq 
müqavilələr şöbəsi.  
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyiynin Kon-
sulluq  İdarəsi xüsusi binada yerləşir.  İdarənin 1) Pasport-viza 
şöbəsi; 2) Viza-informasiya şöbəsi; 3) Konsulluq hüquqi məsələlər 
şöbəsi; 4) Konsulluq İdarəsinin Naxçıvan MR-dəki  şöbəsi fəaliyyət 
göstərir. Konsulluq İdarəsinin fəaliyyəti  əsasən iki istiqamətdə 
aparılır: Azərbaycan Respublikasının xaricdəki konsulluqları  və dip-
lomatik nümayəndəliklərinin konsul şöbələri ilə  əlaqəli iş  və 
Azərbaycan Respublikasının  ərazisində adi konsul funksiyalarının 
həyata keçirilməsi ilə bağlı fəaliyyət.  
Konsulluq idarəsi, bununla yanaşı, Azərbaycan 
Respublikasının  ərazisindəki bütün səfirliklərlə, onların konsul 
şöbələri ilə əlaqə saxlayır.  
Azərbaycan Respublikasının XİN-in Mətbuat və İnformasiya 
İdarəsi Azərbaycanın xaricdəki səfirliklərinin uyğun  şöbələrinin 
işinə  rəhbərliyi həyata keçirir. Onların vacib informasiya ilə  təmin 
olunmasını təşkil edir, onlardan gələn informasiyaları araşdırır və s.  
Xarici  İşlər Nazirliyinin strukturunda inzibati-təsərrüfat 
şöbələri və idarələri də yer alır. Bu şöbə və idarələr təkcə xarici işlər 
idarəsi üçün deyil, ümumiyyətlə, istənilən nazirlik və idarə üçün 
xarakterikdir. Bu, əsasən kadrlar və ixtisaslaşdırma idarəsi, maliyyə-
valyuta idarəsi, işlər idarəsi, informatika şöbələri və s. şöbə  və 
idarələrdir.  
 
3.2.2. İxtisaslaşdırılmış orqanlar  
Dövlətlərarası əlaqələrin spektrinin genişlənməsi və hər keçən 
gün daha da intensivləşən inteqrasiya prosesləri, öz səlahiyyətləri 
çərçivəsində xarici əlaqələrdə  iştirak edən idarə  və qurumların 
sayının artmasına gətirib çıxarmışdır.  
Bu orqanlar sırf diplomatik orqanlar olmasa da, aid olduqları 
sahə ilə bağlı xarici əlaqə  məsələləri ilə  məşğul olurlar. Həmin 
orqanların yaradılması  bəzi hallarda dövlətin birbaşa konstitusiyası 
ilə  nəzərdə tutulsa da, əksər hallarda onlar dövlətin digər normativ 
hüquqi aktları - fərman, hökumət qərarı  və  hətta idarədaxili 
sərəncamlar  əsasında yaradılır və  fəaliyyət göstərir. Lakin bu 
orqanların yaradılması konkret beynəlxalq müqavilə  və ya sazişin 
(konvensiyanın) mövcud olmasından asılıdır ki, bu müqavilə 
əsasında da onun iştirakçısı olan dövlət hər hansı bir xüsusi sahədə 
xarici əlaqələrini həyata keçirir. Beynəlxalq konvensiyalar vasitəsilə 
bu xarici əlaqə orqanlarının digər dövlətlərin uyğun xarici əlaqə 
orqanları ilə qarşılıqlı  əlaqələri tənzimlənir. Məhz buna əsaslanaraq 
bir sıra müəlliflər həmin orqanları konvension orqanlar adlandırır 
1

Zənnimizcə, bu orqanları konvension orqanlar deyil, V.A.Zorinin, 
K.K.Sandrovskinin qeyd etdiyi kimi, "ixtisaslaşdırılmış orqanlar"
2
 
adlandırmaq daha düzgün olar. Belə ki, ayrı-ayrı nazirliklər və 
idarələrin xarici əlaqə  şöbələrinin "dövlətdaxili konvension orqan" 
adlandırılmasının özündə ziddiyyət mövcuddur.  
Doğrudur, həmin orqanlar dövlətin konkret sahələrdə müqavilə 
öhdəliklərinin həyata keçirilməsi üçün yaradılsa da, dövlət hansı 
orqanlar vasitəsilə  və hansı qaydada bu öhdəliklərin yerinə 
yetirilməsi məsələlərini müstəqil həll edir. Buna görə də xarici əlaqə 
şöbələrinin səlahiyyətləri dövlətin ratifikasiya etdiyi beynəlxalq 
müqavilələrdən deyil, həmin idarə  və nazirliklərin fəaliyyət 
qaydalarını reqlamentləşdirən dövlətdaxili hüquq aktlarından irəli 
gəlir.  
Azərbaycan Respublikasının da xarici əlaqələrinin həyata 
keçirilməsində onun dövlətdaxili ixtisaslaşdırılmış orqanları 
özünəməxsus yer tutur. Ayrı-ayrı idarə, nazirlik və komitələrin 
strukturunda yer almış bu xarici əlaqə  şöbələri həmin qurumların 
 
103
                                                 
1
 Блищенко И.П., Дурденевский В. Н. Дипломатическое и консуль-
ское право. М.: ИМО, 1962, с. 131-132; Блищенко И.П. Правовая орга-
низация внешних сношений государств. М.: 1964, с. 12 
2
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 58-59; Зорин В.А. Основы дипломатической службы. М.: Меж-
дународные отношения 1977, с. 92;  
 
102 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə