Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə25/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   122

onun Xarici İşlər Nazirliyinin işi əsasən üç istiqamətdə qurulmuşdur. 
Belə ki, Azərbaycan SSR-in Xarici İşlər Nazirliyinin təşkilati 
strukturu haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 15 
sentyabr tarixli 323 nömrəli qərarına  əsasən nazirliyin strukturu 
aşağıdakı  şəkildə müəyyən olunmuşdur. Konsul şöbəsi, protokol 
şöbəsi, informasiya və məlumat şöbəsi.  
4)
 
Azərbaycan Respublikasının suverenliyinin, 
təhlükəsizliyinin, 
ərazi bütövlüyünün və 
sərhədlərinin 
toxunulmazlığının, onun siyasi, iqtisadi və digər maraqlarının 
diplomatik üsul və vasitələrlə təmin edilməsi (7. 5); 
5)
 
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və 
hüquqi  şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə edilməsi 
(7. 6); 
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası 
Xarici  İşlər Nazirliyinin funksiyaları  və  vəzifələri  əhəmiyyətli 
dərəcədə genişlənmişdir. Onun strukturu kökündən dəyişmiş, 
tamamilə yeni şöbələr və xidmətlər meydana gəlmişdir.  
6)
 
Azərbaycan Respublikasının digər dövlətlərdə 
və 
beynəlxalq təşkilatlarda diplomatik və konsul əlaqələrinin təmin 
edilməsi və s. (7. 7).  
1992-ci ildə 9 aprel tarixli prezident fərmanı ilə təsdiq edilmiş 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında 
Əsasnamədə  XİN-in artıq bir sıra yeni, çoxistiqamətli funksiya və 
vəzifələri öz əksini tapmışdır.  
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi əsasnamə ilə 
müəyyən edilmiş  vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları 
yerinə yetirir: 
1)
 
Azərbaycan Respublikasını digər dövlətlərlə və beynəlxalq 
təşkilatlarla münasibətlərdə təmsil edir (8. 1); 
2004-cü il yanvarın 29-da isə Azərbaycan Respublikası Xarici 
İşlər Nazirliyinin yeni Əsasnaməsi qüvvəyə minmişdir.  
2)
 
Azərbaycan Respublikasının diplomatik xidmət 
orqanlarının vahid sisteminə rəhbərlik edir (8. 2); 
İlk öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Xarici 
İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini həyata 
keçirən mərkəzi hakimiyyət orqanıdır. Nazirlik öz fəaliyyətində 
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 
Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 
fərman və  sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin qərar və  sərəncamlarını, habelə  əsasnaməni rəhbər tutur. 
Nazirlik öz fəaliyyətini bilavasitə  və Azərbaycan Respublikasının 
diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən, 
Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında 
nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və qurumlar 
vasitəsilə həyata keçirir.  
3)
 
Azərbaycan Respublikasının xarici və daxili siyasəti 
ölkənin iqtisadi, sosial və  mədəni həyatı haqqında informasiyanın 
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə 
xaricdə yayılmasını təmin edir (8. 3); 
4)
 
Azərbaycanın beynəlxalq müqavilələrinin layihələrini 
hazırlayır, müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüv-
vəsinin dayandırılması barədə  təkliflər hazırlayır və müəyyən 
olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə 
baxılmaq üçün təqdim edir (8. 5); 
5)
 
Azərbaycan Respublikasının digər dövlətlər və beynəlxalq 
təşkilatlarla danışıqları aparmasını təşkil edir (8. 6); 
6)
 
Azərbaycan Respublikasında xarici dövlətin diplomatik 
nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinə kömək göstərir, 
öz səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların 
fəaliyyətinə nəzarət edir (8. 14); 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi haqqında 2004-
cü il Əsasnaməsi nazirliyin əsasən aşağıdakı  vəzifələrini müəyyən 
etmişdir: 
1)
 
Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası 
və  əsas istiqamətləri üzrə  təkliflərin hazırlanması  və Azərbaycan 
Respublikasının Prezidentinə təqdim edilməsi (7. 1); 
7)
 
Diplomatik və konsul imtiyaz və immunitetlərinə riayət 
olunması üzərində nəzarəti həyata keçirir (8. 17); 
2)
 
Azərbaycan Respublikasının xarici siyasətinin həyata 
keçirilməsinin təmin edilməsi (7. 2); 
8)
 
Öz səlahiyyətləri daxilində diplomatik rütbələrin verilməsi 
qaydalarını müəyyən edir (8. 31) və s.  
3)
 
beynəlxalq sülhün və  təhlükəsizliyin qorunmasına dip-
lomatik üsul və vasitələrlə kömək göstərilməsi (7. 3); 
Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında” 
qanununda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Xarici 
 
96
 
97


İşlər Nazirliyi Azərbaycan Respublikasının diplomatik xidmət 
orqanlarının vahid sisteminə rəhbərlik edir (maddə 2. 2), fövqəladə və 
səlahiyyətli səfir, birinci və ikinci dərəcəli fövqəladə  və  səlahiyyətli 
elçi diplomatik rütbələri istisna olmaqla, digər diplomatik rütbələrin 
verilməsi qaydalarını müəyyən edir (maddə 9. 2).  
 Bunlarla yanaşı, Xarici İşlər Nazirliyi hökumətimizi və 
dövlətimizi digər dövlətlərlə xarici əlaqələrində, o cümlədən, ölkəyə 
akkreditə olunmuş  səfirliklərə münasibətdə gündəlik təmsil edir. 
Xarici  İşlər Nazirliyi xaricdəki diplomatik nümayəndəliklərə 
rəhbərlik edir, diplomatik kadrları hazırlayır, xarici əlaqələr 
sahəsində arxiv materiallarının hazırlanmasına rəhbərlik edir və s.  
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası 
üzərində ümumi müşahidəni həyata keçirmək, milli qanunvericiliyin 
Azərbaycan Respublikasının beynəlxalq hüquq öhdəliklərinə 
uyğunlaşdırılması haqqında təkliflərin hazırlanmasında iştirak etmək 
də XİN-in birbaşa funksiyalarına aiddir.  
XİN, həmçinin dövlət hakimiyyəti orqanlarının xarici siyasi 
fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə Azərbaycan Respublikası 
Prezidentinə  məlumat verir, xarici siyasət və beynəlxalq 
münasibətlər, habelə diplomatik xidmət haqqında Azərbaycan 
Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri 
müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Prezidentinə 
təqdim edir, Azərbaycan Respublikası Milli Məclisinin 
parlamentlərarası  və digər xarici əlaqələrinin həyata keçirilməsinə 
kömək edir.  
XİN öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası 
vətəndaşlığı məsələlərinin baxılmasında da iştirak edir.  
Xarici  İşlər Nazirliyi aparatının  əməkdaşları xarici dövlət və 
hökumət nümayəndə heyətlərinin qəbulunda, dövlət 
nümayəndələrinin xarici səfərlərinin təşkilində iştirak edir. Nazirliyin 
nümayəndələri müxtəlif beynəlxalq konfransların, müşavirələrin 
işində  fəaliyyət göstərir, müqavilə  və razılaşmaların layihələrini 
işləyib hazırlayır
1
 [92, s. 15].  
Xarici İşlər Nazirliyinin mühüm funksiyalarından biri də onun 
depozitarı funksiyasıdır. Nazirlik Azərbaycan Respublikasının 
                                                 
bağladığı beynəlxalq müqavilələrin  əsl nüsxələrinin (təsdiq edilmiş 
nüsxələrinin, rəsmi tərcümələrinin) saxlanmasını, nazirlikdə 
saxlanacaq olan sənədlərin uçotunu və istifadəsini təmin edir.  
Fövqəladə və səlahiyyətli səfir, 1-ci və 2-ci dərəcəli fövqəladə 
və səlahiyyətli elçi diplomatik rütbələrinin verilməsinə olan təklifləri 
Xarici  İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidentinə 
təqdim edir.  
Bütün sadalananlarla yanaşı, Xarici İşlər Nazirliyi haqqında 
Əsasnamənin 8.34-cü maddəsində deyilir ki, nazirlik Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş digər 
funksiyaları da yerinə yetirir.  
Göstərilən vəzifələrə  və funksiyalara müvafiq olaraq Xarici 
İşlər Nazirliyi aparatının strukturu təşkil olunur.  
Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikası Prezidenti 
tərəfindən vəzifəyə  təyin olunan və  vəzifədən azad edilən nazir 
rəhbərlik edir. Onun prezident tərəfindən vəzifəyə  təyin olunan və 
vəzifədən azad edilən müavinləri vardır. Nazirliyin strukturunda 
xüsusi tapşırıqlar üzrə  səfirlər, ümumi katiblik, ərazi  şöbələri, 
funksional və inzibati şöbələr yer alır.  
Nazir nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir. 
Onun səlahiyyətləri Azərbaycan Respublikasının XİN haqqında 29 
yanvar 2004-cü il Əsasnaməsi ilə müəyyən olunmuşdur. O, nazirliyin 
mərkəzi aparatının strukturunu təsdiq edir, ikitərəfli və çoxtərəfli 
danışıqlarda Azərbaycan Respublikasını  təmsil edir, Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan 
Respublikasının beynəlxalq müqavilələrini imzalayır, xarici 
dövlətlərin dövlət hakimiyyəti orqanları, beynəlxalq təşkilatlarla 
qarşılıqlı münasibətlərdə nazirliyi təmsil edir; müəyyən edilmiş 
qaydada nazirliyin mərkəzi aparatının və xaricdəki nü-
mayəndəliklərin işçilərini öz səlahiyyətləri çərçivəsində  vəzifəyə 
təyin edir və  vəzifədən azad edir, öz səlahiyyətləri daxilində dip-
lomatik rütbələr verir; müəyyən edilmiş qaydada xaricdəki 
nümayəndəliklərin  əməkdaşlarının rotasiyasını  həyata keçirir və 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər 
səlahiyyətləri həyata keçirir.  
Xarici işlər nazirinin tapşırığı ilə yuxarıda sadalanan funk-
siyaların bəzilərinin həyata keçirilməsi onun müavinlərinə  həvalə 
edilə bilər.  
1
  Никифоров  Д.С.,  Борунков  А.Ф.  Дипломатический  протокол  в 
СССР. Принципы, нормы, практика М.: МО, 1985, с. 15 
 
98
 
99


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə