Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə21/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   122

başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi 
bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və s. yönəldilən bu 
kimi hərəkətlər edildikdə Azərbaycan Respublikasının Prezidenti 
ayrı-ayrı yerlərdə fövqəladə  vəziyyət tətbiq edir (Konstitusiyanın 
112-ci maddəsi).  
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanıdır (maddə 9). 
Ali Baş komandan kimi Prezident özünümüdafiə qaydasında Silahlı 
Qüvvələrin tətbiqi də daxil olmaqla, neytrallığın elan edilməsi, 
barışıq haqqında müqavilənin imzalanması və s. beynəlxalq hüquqla 
müharibə halı üçün nəzərdə tutulmuş bu kimi hüquqları  həyata 
keçirir.  
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti 
respublikamızı xarici əlaqələrdə  hərtərəfli təmsil edir. O, digər 
dövlətin başçıları  və  vəzifəli  şəxsləri ilə gündəlik görüşlər keçirir, 
danışıqlar aparır, sənədlər imzalayır və sair.  
Bu görüşlərdə mühüm xarici - siyasi məsələlər müzakirə edilir 
və bu məsələlərlə əlaqədar əhəmiyyətli qərarlar qəbul olunur.  
Gördüyümüz kimi, diplomatiya və xarici siyasət dövlət 
başçısının fəaliyyətinin mühüm sferalarından biridir. Dövlətin xarici-
siyasi funksiyalarının həyata keçirilməsində dövlət başçısının rolu və 
əhəmiyyəti, təbii ki, artmaqdadır. Dövlətin başçısı kimi prezident 
beynəlxalq səviyyədə ali diplomatik vəzifəli  şəxsdir, o, geniş 
səlahiyyətlərə malikdir, ölkəni beynəlxalq münasibətlərdə təmsil edir 
və bir sözlə, dövlətin timsalıdır.  
Prezidentin xarici əlaqələr sahəsində  səlahiyyətlərinin həyata 
keçirilməsində Prezidentin İcra Aparatı və onun xarici əlaqələr şöbəsi 
də mühüm yer tutur. Xarici əlaqələr  şöbəsinin  əsas fəaliyyət 
istiqamətlərini aşağıdakı kimi müəyyən etmək olar: 
1) Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə 
səfərləri üçün lazımi sənədlərin və materialların hazırlanması; 
2) xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına 
səfərləri ilə bağlı lazımi sənədlərin və materialların hazırlanması; 
3)
 
Azərbaycan Respublikasının Prezidenti ilə xarici dövlət 
rəhbərləri arasında rəsmi yazışmaların, telefon danışıqlarının təşkili; 
4)
 
dövlət başçılarından və digər rəsmilərdən daxil olmuş 
müxtəlif məzmunlu məktubların prezidentə  məruzə edilməsi, onlara 
cavabların hazırlanması  və lazım gələrsə, onların mətbuatda dərc 
edilməsi; 
5)
 
Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə 
olunmuş diplomatik nümayəndəlikləri ilə daimi əlaqələrin 
saxlanılması  və prezidentin xarici siyasət konsepsiyasının həyata 
keçirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsi və s.  
Prezidentin bütün sadalanan səlahiyyətləri, təbii ki, beynəlxalq 
hüquqla prezidentə verilmiş bütün imkanları  əhatə etmir. Bununla 
yanaşı, təkcə ayrı-ayrı  səlahiyyətləri və ya onların cəmini deyil, 
bütövlükdə prezidentin hakimiyyətindən irəli gələrək real imkanları 
nəzərə almaq vacibdir
1
. Prezidentin səlahiyyətləri bir qayda olaraq 
onların realizəsi prosesində daha aydın ortaya çıxır.  
Xarici siyasi funksiyaların həyata keçirilməsi sahəsində dövlət 
başçılarının səlahiyyətləri təkcə dövlətlərin konstitusiyaları ilə deyil, 
həm də beynəlxalq hüquqi aktlarla nəzərdə tutulur. Diplomatiya 
hüququnda dövlət başçısının funksiyaları  və statusu aşağıdakı 
qaydada  əks olunmuşdur. Diplomatik əlaqələr haqqında 1961-ci il 
Vyana Konvensiyasının 14-cü maddəsinə müvafiq olaraq diplomatik 
nümayəndəliklərin başçıları kimi səfir və elçilər dövlət başçısı yanına 
akkreditə olunurlar.  
Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyasının 21-ci 
maddəsində ilk dəfə olaraq beynəlxalq ünsiyyətdə iştirak edən dövlət 
başçısı  və yüksəkrütbəli  şəxslərin xüsusi statusu müəyyən 
olunmuşdur. Həmin maddənin birinci bəndinə  əsasən xüsusi 
missiyaya başçılıq edən göndərən dövlətin başçısı  qəbul edən 
dövlətdə  və ya üçüncü dövlətdə  rəsmi səfərlə digər dövlətdə olan 
dövlət başçısının beynəlxalq hüquqla tanınan imtiyaz, üstünlük və 
immunitetlərindən istifadə edir. Bu o deməkdir ki, dövlət başçısı 
ölkədən kənarda beynəlxalq müdafiədən istifadə edir. Eyni 
məzmunlu müddəa Universal xarakterli beynəlxalq təşkilatlara 
münasibətdə dövlətlərin nümayəndəlikləri haqqında 1975-ci il Vyana 
Konvensiyasının 50-ci maddəsində  də  təsbit olunmuşdur. Yəni 
beynəlxalq təşkilatların orqan və konfransındakı dövlətlərin nü-
mayəndə heyətinin başçıları kimi, dövlət başçılarının uyğun 
immunitet və imtiyazları 50-ci maddədə öz əksini tapmışdır.  
Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana 
                                                 
1
 Лукашук И.И. Внешняя политика: президент и парламент // Госу-
дарство и право, 1996, №7, с. 145 
 
80
 
81


Konvensiyasının 7-ci maddəsi qeyd edir ki, "dövlət başçıları öz 
funksiyalarına görə  və  vəkalətnamə  təqdim etmək zərurəti olmadan 
müqavilənin imzalanmasına aid olan bütün aktların həyata keçirilməsi 
məqsədlərində öz dövlətlərini təmsil etmiş hesab olunurlar".  
Beynəlxalq müdafiədən istifadə edən  şəxslərə, o cümlədən, 
diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması  və 
cəzalandırılması haqqında 1973-cü il Konvensiyasında da dövlət 
başçısı beynəlxalq müdafiədən istifadə edən  şəxs kimi müəyyən 
olunmuşdur.  
Beləliklə, "suverenin immuniteti" beynəlxalq ünsiyyətdə dəqiq 
əməl olunan beynəlxalq hüququn ümumtanınmış normasıdır. Bu, o 
deməkdir ki, dövlət başçısına istənilən digər dövlətdə tutduğu yüksək 
vəzifəyə görə  həmin dövlətdəki dövlət başçısına göstərilən hörmətə 
bərabər hörmət göstərilməlidir. Dövlət başçısının ona hörmət 
edilməsinə, təntənəli qəbul edilməsinə  və s. olan hüquqların yerinə 
yetirilməsi istənilən qəbul edən dövlətin öhdəliyidir.  
Beləliklə, dövlətin xarici siyasətində icra hakimiyyətinin  əsas 
rolu və məsuliyyəti qanunauyğun haldır.  
 
3.1.2. Hökumət və hökumət başçısı.  
Hökumət də, həmçinin dövlətin yuxarı icra orqanı kimi xarici 
əlaqələrin konstitusion orqanı hesab olunur. Dövlətin xarici siyasət 
kursunun realizəsi və diplomatik fəaliyyətin təşkili hökumətin fəal 
iştirakı olmadan təsəvvür edilə bilməz. Qeyd edək ki, hökumətin 
fəaliyyətində xarici əlaqələr sahəsində əsas üç fəaliyyət istiqamətləri 
birləşir. Belə ki, hökumət başçısı  və hökumətin xarici əlaqələr üzrə 
səlahiyyətlərinə xarici siyasətin  əsas istiqamətlərinin müəyyən 
edilməsində parlament və dövlət başçısına təkliflər vermək, qəbul 
edilmiş xarici siyasət qərarlarının həyata keçirilməsi və  həmçinin 
onlar üzərində nəzarəti təşkil etmək daxildir
1
.  
Parlament respublikalarında xarici əlaqələrin həyata 
keçirilməsində  əsas rol məhz hökumətə  məxsusdur. Bizim 
respublikamızda Nazirlər Kabineti prezident respublikalarına xas 
olan ənənəvi sosial-iqtisadi rəhbərlik orqanı xarakteri daşıyır.  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri 
                                                 
Azərbaycan Respublikasının Konstitusiyası, 1993-cü il 8 iyun tarixli 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında 
Əsasnaməsi və 1994-cü il 8 fevral tarixli Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin müvəqqəti reqlamenti ilə müəyyən olunmuşdur.  
Nazirlər Kabineti Azərbaycan Respublikasının xarici 
dövlətlərdə, beynəlxalq təşkilatlarda təmsilçiliyini təmin edir, 
hökumətlərarası müqavilə  və razılaşmalar imzalayır, onları  həyata 
keçirir, xarci siyasi fəaliyyətə, dövlətlərarası iqtisadi, elmi-texniki və 
mədəni əməkdaşlığa rəhbərliyi həyata keçirir.  
Nazirlər Kabineti bütün dövlət müəssisələrinin xarici 
əlaqələrini tənzimləyir. Koordinativ funksiya xarici əlaqələrlə bağlı 
Nazirlər Kabinetinin ən mühüm funksiyasıdır.  
Beynəlxalq müqavilələrin bağlanması haqqında təklifləri 
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə  və ya 
onunla razılaşdırmaqla müəyyən edilmiş qaydada Azərbaycan 
Respublikasının Nazirlər Kabinetinə verirlər. Nazirlər Kabineti 
verilmiş  təkliflərə baxır, onları digər müvafiq idarə  və nazirliklərə 
ötürərək təkliflər, rəylər alır, ümumiləşdirilmiş formada rəyləri və 
məlumatları Xarici İşlər Nazirliyinə göndərir və  nəhayət, bütün 
bunların  əsasında artıq konkret təklifi müvafiq rəylə birlikdə 
Azərbaycan Respublikasının Prezidentinə  təqdim edir. Təklif 
verilərkən artıq beynəlxalq müqavilənin bağlanması  zərurəti 
əsaslandırılır, onun ehtimal olunan siyasi, iqtisadi, hüquqi, maddi və 
maliyyə nəticələri müəyyənləşdirilir, beynəlxalq müqavilənin icraçıları 
göstərilir, danışıqların aparılması, beynəlxalq müqavilənin mətninin 
qəbul edilməsi və ya əslinə uyğunluğunun müəyyən edilməsi 
məqsədilə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibi 
də 
təklif edilir (“Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrinin bağlanması, icrası  və  ləğv edilməsi qaydaları 
haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 4).  
Nazirlər Kabineti Azərbaycan Respublikası hökuməti adından 
bağlanan və ratifikasiyası  tələb olunmayan beynəlxalq müqavilələri 
Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən təsdiq və ya 
qəbul etmək səlahiyyətinə malikdir.  
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin 
bağlanması, icrası  və  ləğv edilməsi qaydaları haqqında Azərbaycan 
Respublikasının Qanununa əsasən, Nazirlər Kabineti müstəqil 
1
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 65 
 
82
 
83


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə