Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə18/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   122

funksiyalarını (X fəsil), avtomobil, dəmiryol nəqliyyatı vasitələri 
barəsində konsulun funksiyalarını (XI fəsil), sanitariya, fitosanitariya 
və baytarlıq mühafizəsi sahəsində konsulun funksiyalarını özündə 
ehtiva edir.  
Ştatdankənar konsullara 95, 96 və 97-ci maddələrdən ibarət 
olan sonuncu - XIII fəsil həsr olunmuşdur.  
Gördüyümüz kimi Konsul Nizamnaməsində konsulun təyin ol-
unması, onun xaricdə  iş müddəti və s. kimi məsələləri tənzimləyən 
müddəalar yer almamışdır. Məlum olduğu kimi, diplomatiya hüqu-
qundan fərqli olaraq, konsulluq hüququnda konsulluğun başçısının 
təyin olunması məsələsi beynəlxalq hüquqla tənzimlənmir. 1963-cü il 
Konsul əlaqələri haqqında Vyana Konvensiyasında deyilir ki, konsul 
müəssisəsi başçısının təyin olunması  və  vəzifənin icrasına buraxıl-
ması məsələləri akkreditiv və yerləşmə dövlətlərinin daxili normaları 
ilə tənzimlənir (Məs. keçmiş SSRİ-də konsulu Xarici İşlər Nazirliyi 
təyin edirdi).  
Bu və digər boşluqları tamamlamaq və bəzi məsələlərə aydınlıq 
gətirmək məqsədilə 2007-ci il fevralın 2-də  “Azərbaycan Respub-
likasının Konsulluğu haqqında Əsasnamə” təsdiq edilmişdir.  
Əsasnamədə deyilir ki, Konsulluqlar Azərbaycan Respublikası 
xarici işlər nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən təsis edilir (mad. I. 3.).  
Baş konsul Azərbaycan Respublikası xarici işlər nazirinin 
təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən, kon-
sul, vitse-konsul və konsul agenti Azərbaycan Respublikasının xarici 
işlər naziri tərəfindən təyin edilir və geri çağırılır (V. 17.). Baş konsu-
lun xaricdə fasiləsiz iş müddəti, bir qayda olaraq, dörd ildir. Bu 
müddət Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla 
bilər (hansı müddətə qədər uzadıla biləcəyi burada da dəqiq müəyyən 
edilməmişdir). Konsul, vitse- konsul və konsul agenti təyin olunmuş 
şəxsin xaricdə fasiləsiz iş müddəti, bir qayda olaraq, üç ildir. Bu 
müddət Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən bir 
ildən artıq olmayan müddətə uzadıla bilər (V. 19).  
Əsasnamə, həmçinin müəyyən edir ki, ali təhsilli və üzərinə 
qoyulmuş  vəzifələri yerinə yetirmək üçün işgüzar, mənəvi, peşəkar 
keyfiyyətlərə və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan Respub-
likasının vətəndaşı Konsulluğun başçısı təyin edilə bilər (V. 18).  
Əsasnamə Konsulluğun əsas vəzifələrini (II bölmə), onun funk-
siyalarını (III bölmə) və hüquqlarını (IV bölmə) dəqiqləşdirir.  
Konsulluğun fəaliyyətinin təşkili ilə bağlı mühüm müddəalar 
Əsasnamənin V bölməsində əks olunmuşdur. Onun 28-ci maddəsində 
xüsusi qeyd olunur ki, Azərbaycan Respublikasının diplomatik 
nümayəndəliyi olmadığı 
və üçüncü dövlətin diplomatik 
nümayəndəliyi vasitəsilə təmsil olunmadığı bir dövlətdə Konsulluğun 
başçısına və (və ya) Konsulluğun digər işçilərinə qəbul edən dövlətin 
razılığı ilə onların konsul statusuna təsir göstərmədən diplomatik 
funksiyaların həyata keçirilməsi həvalə oluna bilər. Konsulluğun 
başçısı və (və ya) Konsulluğun digər işçiləri tərəfindən bu funksiya-
ların yerinə yetirilməsi onlara diplomatik immunitet və imtiyazlara 
iddia etmək hüququ vermir.  
Azərbaycan Respublikasının xarici ölkələrlə çoxsahəli 
əlaqələrinin genişlənməsi və həmin əlaqələrin konsulluq təminatının 
səmərəliliyinin gücləndirilməsi və hüquqi şəxslərin hüquqlarının və 
qanuni mənafelərinin qorunmasının lazımi səviyyədə  həyata 
keçirilməsi məqsədilə 1997-ci ildə  Azərbaycan Respublikasının 
ştatdankənar (fəxri) konsulu haqqında  Əsasnamə  qəbul edilmiş-
dir.  
Əsasnamənin I fəslinin 1. 3-cü maddəsində deyilir ki, 
Azərbaycan Respublikasının 
ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının qəbul edən dövlətlərlə dostluq 
münasibətlərinin inkişafına, iqtisadi, ticarət, elmi-texniki, 
mədəniyyət, turizm və idman sahələrində əlaqələrin genişlənməsinə, 
Azərbaycan Respublikasının iştirakı ilə  təşkilatların və  şirkətlərin 
yaradılmasına və fəaliyyət göstərməsinə yardım edir.  
Əsasnaməyə görə, Azərbaycan Respublikasının  ştatdankənar 
(fəxri) konsulu istər Azərbaycan Respublikasının vətəndaşı, istərsə də 
xarici dövlətin vətəndaşı ola bilər (maddə 1. 1.). Burada, həmçinin 
qeyd olunur ki, Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) 
konsulu vəzifəsinə müəyyən ictimai vəzifə tutan, lazımi  şəxsi 
keyfiyyətlərə malik olan və ona həvalə olunmuş konsulluq funksiya-
larını lazımınca yerinə yetirə bilən şəxs təyin edilir.  
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının dövlət qulluğunda olmur (maddə 1. 2.). 
Azərbaycan Respublikasının 
ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tabe olub 
Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nüma-
 
68
 
69


yəndəliyi və ya konsulluğunun və ya bilavasitə Azərbaycan Respub-
likasının xarici işlər nazirinin rəhbərliyi altında fəaliyyət göstərir 
(maddə 1. 6).  
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
haqqında  əsasnamə  ştatdankənar (fəxri) konsulların aşağıdakı 
dərəcələrini müəyyən etmişdir: 
a)
 
ştatdankənar (fəxri) baş konsul 
b)
 
ştatdankənar (fəxri) konsul 
c)
 
ştatdankənar (fəxri) vitse-konsul 
Əsasnamənin II fəslində Azərbaycan Respublikasının 
ştatdankənar (fəxri) konsulunun təyin edilməsi və onun fəaliyyətinə 
xitam verilməsi qaydaları müəyyən olunmuşdur. Burada ən önəmli 
məsələlərdən biri odur ki, ştatdankənar (fəxri) konsul qəbul edən 
dövlətdəki diplomatik nümayəndəliyin və konsulluğun təklifi ilə 
həmin dövlətin müvafiq hakimiyyət orqanlarının razılığı ilə 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə  təyin 
edilir və vəzifədən azad edilir (maddə 2. 1. ).  
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
vəzifəsinə  təyin olunmuş  şəxs ona həvalə edilmiş konsulluq 
funksiyalarını qüsursuz yerinə yetirəcəyi və  əmək haqqı, digər 
mükafat tələb etməyəcəyi barədə Azərbaycan Respublikasının xarici 
işlər nazirinə yazılı şəkildə öhdəlik təqdim edir (maddə 2. 6).  
Ştatdankənar (fəxri) konsul funksiyalarının yerinə yetirilməsi 
qaydaları III fəsildə göstərilir. Burada müəyyən olunur ki, 
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu öz 
konsulluq funksiyalarının yerinə yetirilməsi ilə  əlaqədar olaraq 
konsulluq dairəsindən kənarda yerləşən Azərbaycan Respublikasının 
və xarici ölkələrin idarə və təşkilatlarilə, habelə bu dairədən kənarda 
ayrı-ayrı  şəxslərlə yalnız rəhbərliyi altında fəaliyyət göstərdiyi 
Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin və ya 
konsulluğunun vasitəsilə əlaqə saxlaya bilər (3. 2). Daha bir mühüm 
məqam ondan ibarətdir ki, ştatdankənar (fəxri) konsul kommersiya və 
öz peşə fəaliyyəti ilə məşğul ola bilər (maddə 3. 5).  
Ştatdankənar (fəxri) konsulun konsul funksiyalarına gəldikdə 
isə,  əsasnamədə onların funksiyaları  ştatlı konsullarla müqayisədə 
daha məhdud  şəkildə müəyyən olunmuşdur. Birincisi, ştatdankənar 
(fəxri) konsullar müəyyən olunmuş funksiyalarını Azərbaycan 
Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə 
razılaşdırmaqla həyata keçirirlər.  
İkincisi, onların, məsələn, Azərbaycan Respublikası 
vətəndaşlarına pasport vermək, Azərbaycan Respublikasının 
ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək 
üçün vizalar vermək, onların vaxtını uzatmaq və ya onlarda 
dəyişikliklər etmək və s. kimi funksiyaları müəyyən olunmamışdır.  
Ümumiyyətlə,  əsasnaməni bütövlükdə  nəzərdən keçirəndə 
görürük ki, ştatdankənar (fəxri) konsulun hüquqları geniş olsa da, 
qeyri-məhdud deyildir. Başqa sözlə desək, onlar, bir növ, yardımcı 
funksiyanı  həyata keçirirlər və  ştatlı konsul əməkdaşlarının 
fəaliyyətini  əvəz edə bilməzlər. Buna baxmayaraq, bu institutun 
vacibliyi heç kimdə şübhə doğurmur.  
Diplomatik fəaliyyəti tənzimləyən mühüm dövlətdaxili 
aktlardan biri də  Azərbaycan Respublikasının Xarici İşlər 
Nazirliyi haqqında 2004-cü il 29 yanvar tarixli Əsasnamədir.  
Əsasnamədə xarici işlər nazirliyinin əsas vəzifələri, funksi-
yaları, hüquqları, fəaliyyətinin təşkili qaydaları  ətraflı  təsbit 
olunmuşdur.  
1-ci maddədə deyilir ki, Azərbaycan Respublikasının Xarici 
İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini həyata 
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.  
2-ci maddəyə  əsasən nazirlik öz fəaliyyətində Azərbaycan 
Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 
qanunlarını, Azərbaycan Respublikasının fərman və  sərəncamlarını, 
habelə bu əsasnaməni rəhbər tutur.  
Əsasnamə nazirliyin əsas vəzifələri sırasında – Azərbaycan 
Respublikasının xarici siyasətinin konsepsiyası  və  əsas istiqamətləri 
üzrə  təkliflərin hazırlanması  və prezidentə  təqdim edliməsi (7.1), 
Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin 
təmin edilməsi (7.2), beynəlxalq sülhün və  təhlükəsizliyin 
qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi (7.4), 
Azərbaycan Respublikasının digər dövlətlərlə  və beynəlxalq 
təşkilatlarla diplomatik və konsul əlaqələrinin təmin edilməsi (7.7) və 
s. kimi mühüm vəzifələri sadalanmışdır.  Əsasnamədə, həmçinin, bu 
vəzifələrə uyğun olaraq nazirliyin otuz dörd funksiyası da öz əksini 
tapmışdır. Bunların arasında Azərbaycan Respublikasını digər 
dövlətlərlə  və beynəlxalq təşkilatlarla münasibətlərdə  təmsil etmək 
(8.1.), Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin 
 
70
 
71


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə