Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə23/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   122

beynəlxalq praktika parlamentin xarici əlaqə orqanı statusunu tanıyır. 
Konstitusiya hüququnda da bu, müəyyən olunmamışdır. ABŞ-ın 
Prezidenti və dövlət katibi dəfələrlə digər hökumətlərə müraciət 
edərək izah etmişlər ki, Konqres üzvləri nə fərdi çıxışlarında, nə  də 
birgə bəyanatlarında ABŞ-ın xarici siyasət mövqeyini əks etdirmir və 
bu cür sənədlər hüquqi əhəmiyyətə malik deyil.  
Lakin bütün bu deyilənlər parlamentlərin xarici siyasətin müəy-
yən olunması və həyata keçirilməsindəki rolunu azaltmır. Məlumdur ki, 
icra hakimiyyəti qanunverici hakimiyyətin siyasi, mənəvi və maddi 
dəstəyinə  hər zaman ehtiyac duyur. Burada Blişenkonun fikri ilə 
razılaşmaq olar ki, parlamentin dövlət mexanizmindəki yeri onun xarici 
əlaqə orqanı kimi tanınmasını tələb edir 
1
.  
Lakin müxtəlif dövlətlərdə parlamentlərin xarici əlaqələrdə 
faktiki rolu eyni deyildir. Bir sıra dövlətlərdə parlamentlər xarici 
əlaqələr sahəsində geniş səlahiyyətlərə malik olsalar da, digərlərində 
bu orqanların xarici əlaqələrdə rolu formal xarakter daşıyır.  
İstənilən halda xarici siyasətin formalaşması  və  həyata 
keçirilməsində parlamentin rolu onun dövlət hakimiyyəti orqanları 
sistemindəki yeri ilə müəyyən olunur.  
Azərbaycan Respublikasının Milli Məclisinin timsalında ali 
qanunverici orqanın xarici əlaqələr sahəsində  fəaliyyətini nəzərdən 
keçirək.  
 Azərbaycan Respublikasının parlamenti – Milli Məclis Azər-
baycanın xarici siyasətinin  əsas istiqamətlərini müəyyən edir. Onun 
səlahiyyətləri ilk öncə Azərbaycan Respublikasının Konstitusiyası ilə 
müəyyən olunur.  
Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili 
məsələləri Azərbaycan Respublikası Milli Məclisinin Daxili 
Nizamnaməsi (1996-cı il 17 may tarixində Azərbaycan 
Respublikasının qanunu ilə təsdiq edilmişdir) ilə müəyyən edilir.  
Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan 
Respublikası Milli Məclisinin xarici əlaqələr sahəsindəki 
səlahiyyətləri aşağıdakı qaydada təsbit olunmuşdur. Konstitusiyanın 
95-ci maddəsi "Azərbaycan Respublikasının Milli Məclisinin həll 
etdiyi məsələlər" adlanır. Bu məsələlər sırasında xarici əlaqələr 
                                                 
sahəsində bir sıra geniş  səlahiyyətlər də mövcuddur. Belə ki, Milli 
Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə 
Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edil-
məsi məsələsini həll edir (maddə 9 bənd 2), dövlətlərarası 
müqavilələrin təsdiq və  ləğv edilməsi məsələsini həll edir (bənd 4); 
Azərbaycan Respublikası Prezidentinin təqdimatına  əsasən 
Azərbaycan Respublikasının hərbi doktrinasını  təsdiq edir (bənd 7); 
Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə 
elan edilməsinə və sülh bağlanmasına razılıq verir (bənd 17).  
Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisi 
Konstitusiyanın 94-cü maddəsinə uyğun olaraq aşağıdakı məsələlərə 
dair ümumi qaydalar müəyyən edir; ərazi quruluşu, dövlət sərhədi 
rejimi (bənd 21); beynəlxalq müqavilələrin təsdiqi və ləğvi (bənd 22).  
95-ci maddənin 2-ci bəndində göstərilən səlahiyyətlərin icrası 
məqsədilə yeni konstitusiya qəbul edilənədək Milli Məclis tərəfindən 
qərarlar qəbul edilirdi. Milli Məclisin qərarı ilə Azərbaycan 
Respublikasının Amerika Birləşmiş  Ştatlarında (1922-ci il 23 
sentyabr), Azərbaycan Respublikasının Böyük Britaniya və  Şimali 
İrlandiya Birləşmiş Krallığında (1992-ci il 23 sentyabr), Azərbaycan 
Respublikasının Fransa Respublikasında (1992-ci il 23 sentyabr); 
Azərbaycan Respublikasının Ukraynada (1992-ci il 28 oktyabr) və 
digər ölkələrdə səfirliyi açılmışdır.  
1995-ci ildən
 Azərbaycan Respublikasının səfirlikləri 
Qazaxıstanda (1997-ci il 11 aprel), Özbəkistanda (1996-cı il 14 iyun), 
Türkmənistanda (1997-ci il 11 aprel), Koreya Respublikasında 
(2005-ci il 20 sentyabr), Litva Respublikasında (2006- cı il 2 okt-
yabr), Qırğız Respublikasında (2006-cı il 2 0ktyabr) və s. Azərbaycan 
Respublikasının qanunları ilə təsis olunmuşdur.  
Dövlətlərarası müqavilələrin təsdiq və  ləğv edilməsi Milli 
Məclisin  ən mühüm fəaliyyət sahələrindən biridir. Azərbaycan 
Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası  və 
ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası 
Qanununun 8-ci maddəsi Milli Məclis tərəfindən ratifikasiya edilməli 
olan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə  aşa-
ğıdakıları aid edir: 
1)
 
dostluq,  əməkdaşlıq və qarşılıqlı yardım (həmrəylik) haq-
qında dövlətlərarası münasibətlərin prinsiplərini müəyyən edən 
müqavilələr; 
1
 Блищенко И.П. Дипломатическое право 2-е издание. М.: Высшая 
школа, 1990, с. 18 
 
88
 
89


2)
 
sülh müqavilələri; 
3)
 
ərazilərin bölünməsi, özgəninkiləşdirilməsi və  sərhədlərin 
dəqiqləşdirilməsi məsələsi istisna olmaqla, ərazi və sərhəd məsələləri 
barəsində Azərbaycan Respublikasının başqa dövlətlərlə mü-
qavilələri; 
4)
 
müdafiə xarakterli və hərbi əməkdaşlığa dair müqavilələr;  
5)
 
hüquqi yardım haqqında müqavilələr;  
6)
 
Azərbaycan Respublikasının universal və regional xarakter 
daşıyan beynəlxalq təşkilatlara daxil olması haqqında müqavilələr və 
s.  
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müxtəlif 
müqavilə və sazişlər təsdiq edilir. Konstitusiyanın 118-ci maddəsinin 
ikinci hissəsinə uyğun olaraq həmin sənədlər təsdiq edildikdən sonra 
Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz 
tərkib hissəsini təşkil edir.  
Azərbaycan Respublikasının beynəlxalq konvensiyalara qo-
şulması – həm beynəlxalq hüquq nöqteyi-nəzərindən, həm də milli 
hüquq sistemi üçün pozitiv faktdır. Lakin bu məsələ eyni zamanda 
ölçülü yanaşma tələb edir. Buna görə də Azərbaycan Respublikasının 
hər hansı bir beynəlxalq müqaviləni ratifikasiya etməsi və ya ona 
qoşulması məsələsini müzakirə edən zaman parlamentin bu məsələyə 
ekspertləri, mütəxəssisləri, beynəlxalq hüquqşünasları  cəlb etməsi, 
fikrimizcə, daha səmərəli nəticələr verərdi. Belə ki, beynəlxalq 
müqavilə mühüm hüquqi akt olmaqla yanaşı, eyni zamanda onu 
qəbul edən dövlətin müəyyən öhdəliklərini və məsuliyyətini yaradan 
sənəddir.  
Adıçəkilən qanunun 22-ci maddəsinə  əsasən, Milli Məclis
həmçinin Azərbaycan Respublikasının adından bağlanmış  və 
ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrini Azərbaycan Respublikası Prezidentinin təklifinə 
əsasən ləğv edir. Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrinin bağlanması, icrası  və  ləğv edilməsi qaydaları 
haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə 
əsasən ləğv edilən Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələrinin ləğvi haqqında təkliflərə Milli Məclisin müvafiq 
daimi komissiyaları qabaqcadan baxıb rəy verir (maddə 23).  
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Res-
publikasının hərbi doktrinasını 
təsdiq edir. Azərbaycan 
Respublikasının hərbi doktrinası Azərbaycan dövlətinin mənafeyinin 
və təhlükəsizliyinin təmin edilməsi prinsiplərini və üsullarını özündə 
əks etdirən, ölkənin xarici siyasətinin formalaşmasında mühüm rol 
oynayan, siyasi və hüquqi əhəmiyyəti ilə digər normativ hüquqi 
aktlar sırasında xüsusi yerə malik olan sənəddir. Bu sənədin işlənib 
hazırlanmasında başlıca rol icra hakimiyyətinə  mənsubdur. Dövlət 
təhlükəsizliyinin təmin olunmasında  əsas ağırlıq məhz icra 
hakimiyyəti strukturlarının üzərinə düşür. Bununla belə, 95-ci mad-
dədəki səlahiyyətlər qanunverici orqana icra hakimiyyətinə  nəzarət 
imkanı verir. Milli Məclisin həll etdiyi məsələlər elə qurulub ki, bunlar 
icra hakimiyyəti başçısının çoxşaxəli fəaliyyətinin müxtəlif sferalarına 
müəyyən dərəcədə nəzarət etməyə imkan verir
 
91
                                                
1
.  
95-ci maddənin 17-ci bəndinə uyğun olaraq qanunverici 
hakimiyyət icra hakimiyyəti ilə birgə müharibə elan etmək və sülh 
bağlamaq hüququna malikdir. Şübhəsiz ki, bu səlahiyyətin həyata 
keçirilməsi beynəlxalq hüquqa uyğun olmalıdır.  
Bütövlükdə parlamentin xarici siyasətə qanunverici təsir 
örnəkləri bununla bitmir. Buna misal olaraq Milli Məclisin qəbul 
etdiyi bu və ya digər dərəcədə xarici siyasətlə  əlaqəli olan çoxsaylı 
qanunları göstərmək olar. Məsələn, qeyd etdiyimiz Azərbaycan 
Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası  və 
ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 
Qanununda xarici əlaqələr sahəsində göstərilən mühüm funksiyaların 
həyata keçirilməsi ilə bağlı prezidentin, Nazirlər Kabinetinin, Xarici 
İşlər Nazirliyinin bir sıra əsas səlahiyyətləri müəyyən olunmuşdur.  
Yeri gəlmişkən onu da qeyd edək ki, xarici siyasətin qanunverici 
əsaslarının müəyyən olunması ilə bağlı Milli Məclisin qarşısında 
görülməli olan bir çox işlər vardır. Artıq qeyd etdiyimiz kimi, diplomatik 
fəaliyyətin təşkili və  həyata keçirilməsi ilə  əlaqəli respublikamızın 
qanunvericilik sistemində bir sıra boşluqlar mövcuddur.  
Bütövlükdə xarici siyasətə  gəldikdə isə, burada İ.İ.Lukaşukun 
fikri ilə  də razılaşmaq lazımdır ki, xarici siyasətin tamamilə 
tənzimlənməsi daha çox onun imkanlarının məhdudlaşdırılmasına gətirib 
çıxarır 
2
. Buna görə  də xarici siyasətin formalaşması  və  həyata 
 
1
  Əsgərov Z. Konstitusiya hüququ. Bakı, Bakı Universiteti nəşriyyatı. 
2002, s. 342 
2
 Лукашук И.И. Внешняя политика: президент и парламент // Госу-
 
90


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə