Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə31/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   122

başçıları arasında rütbə böyüklüyü və etiketdən başqa, bu və ya digər 
sinfə mənsub olduğuna görə heç bir fərq qoyulmamalıdır. Bu müddəa 
dövlət başçısı ilə unsiyyət hüqüqunu yalnız birinci sinfə aid edən 
Vyana Reqlamentinə ciddi dəyişiklik etmişdir.  
Nümayəndəliyin başçılarının dərəcələri dövlətlər arasında 
razılaşmaya  əsasən müəyyən olunur. Səfirlər bir qayda olaraq, 
səfirliyə, elçilər isə diplomatik missiyalara rəhbərlik edirlər.  İşlər 
müvəkkilləri isə prinsipcə, həm səfirliyə, həm də missiyalara başçılıq 
edə bilərlər. Amma onlar, adətən missiyaya rəhbərlik edirlər.  
Bu nümayəndəlik başçılarının akkreditə olunma üsullarında da 
fərq vardır. Səfir və elçilər xarici ölkənin dövlət başçısı yanına 
akkreditə olunur və akkreditiv ölkənin dövlət başçısı  tərəfindən 
imzalanmış etimadnaməni təqdim edirlər. İşlər müvəkkilləri isə xarici 
işlər naziri yanına akkreditə olunur və etimadnamənin yerinə öz 
xarici işlər nazirinin uyğun məktubunu təqdim edirlər.  
Artıq  əvvəl də qeyd etdiyimiz kimi hal-hazırda dövlətlər, o 
cümlədən, Azərbaycan Respublikası  səfirlik səviyyəsində nüma-
yəndəlik mübadiləsinə üstünlük verir və uyğun olaraq elçi və  işlər 
müvəkkilləri institutlarına istisna qaydasında rast gəlinir.  
Diplomatik nümayəndəliyin müstəqil başçısı kimi işlər mü-
vəkkilini  müvəqqəti işlər müvəkkilindən  fərqləndirmək vacibdir. 
Müvəqqəti işlər müvəkkili ayrıca bir dərəcə  təşkil etmir və nü-
mayəndəlik başçısı faktiki olaraq öz funksiyalarını yerinə yetirə 
bilmədiyi hallarda və ya nümayəndəliyin başçısı  vəzifəsi vakant ol-
duqda müvəqqəti olaraq onu əvəz edən  şəxsdir. Bu cür hallarda 
missiya başçısı  və ya akkreditiv dövlətin xarici işlər nazirliyi 
yerləşmə dövlətini bu barədə  məlumatlandırır və  həmçinin 
missiyanin başçısının geri dönmə zamanını da bildirir. Belə  işlər 
müvəkkilləri bir qayda olaraq, nümayəndəlik başçısından sonra 
gələn, diplomatik heyətin vəzifəcə böyük olan əməkdaşı (müşavir-
elçi və s. ) təyin edilir və bu haqda yerləşmə dövlətinin xarici işlər 
nazirliyinə  və digər nümayəndəliklərin başçılarına məlumat verilir. 
Əgər müvəqqəti işlər müvəkkili onun üzərinə qoyulmuş  vəzifələri 
yerinə yetirmək iqtidarında deyilsə, o öz yerinə hər hansı şəxsi təyin 
edə bilməz. Bu xarici işlər nazirliyinin səlahiyyətlərinə aiddir.  
Diplomatik dərəcələrdən diplomatik rütbələr  fərqləndirilir. 
Belə ki, diplomatik dərəcələr beynəlxalq hüquqa əsasən verilir və 
yalnız nümayəndəliyin başçılarına aid edilir. Diplomatik rütbələr – 
hər bir ölkədə diplomatik xidmətin aparılmasına aid qanun və 
qaydalara uyğun olaraq verilən diplomatın şəxsi rütbəsidir. Rütbələr 
dövlətdaxili qanunvericiliklə müəyyən olunur və bütün diplomatik 
işçilərə - həm xarici işlər nazirliyinin mərkəzi aparatının, həm də 
ölkənin xarici əlaqə orqanlarının diplomatik işçiləri üçün nəzərdə 
tutulur.  
Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 8 
iyun 2001-ci il tarixli qanununun 8-ci maddəsi Azərbaycan 
Respublikasının diplomatik xidmət  əməkdaşları üçün on bir dip-
lomatik rütbə müəyyən edir. Bunlar aşağıdakılardır: 
1) fövqəladə və səlahiyyətli səfir; 2) birinci dərəcəli fövqəladə 
və səlahiyyətli elçi; 3) ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi; 
4) birinci dərəcəli müşavir; 5) ikinci dərəcəli müşavir; 6) birinci 
dərəcəli birinci katib; 7) ikinci dərəcəli birinci katib; 8) birinci 
dərəcəli ikinci katib; 9) ikinci dərəcəli ikinci katib; 10) üçüncü katib; 
11) attaşe.  Şəxsi diplomatik rütbənin verilməsi diplomatik xidmət 
əməkdaşlarının peşəkar keyfiyyətlərinin inkişaf etdirilməsinə xidmət 
edir. Bu rütbələr bir qayuda olaraq diplomatların xarici səfirliklərdəki 
vəzifələri ilə uyğun olur.  
Qanunun 6.3-cü maddəsi Azərbaycan Respublikasının 
diplomatik nümayəndəliklərində  və konsulluqlarında işləyən 
diplomatik xidmət  əməkdaşları üçün aşağıdakı  vəzifələri müəyyən 
edir: 1) fövqəladə  və  səlahiyyətli səfir, Azərbaycan Respublikasının 
beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi; 2) baş konsul; 3) 
müşavir-elçi, daimi nümayəndənin müavini; 4) müşavir; 5) konsul; 6) 
birinci katib; 7) vitse-konsul; 8) ikinci katib; 9) üçüncü katib; 10) 
attaşe.    
Beynəlxalq münasibətlərin inkişafı və onun rəngarəng xarakter 
alması diplomatik nümayəndəliklərin daxilində müxtəlif sahələrin 
mütəxəssisləri olan xüsusi attaşelərin  fəaliyyətini  şərtləndirmişdir. 
Bu demək olar ki, bütün dövlətlərin praktikasında öz əksini 
tapmışdır. Dövlətlər arasında münasıbətlərin həcmindən və dövlətin 
konkret maraqlarından asılı olaraq nümayəndəliyin tərkibində 
müxtəlif attaşelər (mətbuat üzrə attaşe, maliyyə  məsələləri üzrə 
attaşe, kənd təsərrüfatı üzrə attaşe, əmək məsələləri üzrə attaşe, bəzi 
ölkələrdə dini məsələlər üzrə attaşe və s.) fəaliyyət göstərir. Onlar 
yerləşdikləri ölkədə öz ixtisaslarına aid məsələləri öyrənmək, öz 
idarəsi ilə yerləşmə ölkəsinin müvafiq idarəsi arasında  əlaqə 
 
120 
 
121


yaratmaq və inkişaf etdirməklə öhdələndirilirlər.  
Məsələn, ticarət məsələləri üzrə attaşe iqtisadi məcmuələr 
hazırlayır, akkreditiv dövlətin müəssisələrinə, iş adamlarına lazımi 
informasıya verir, xarici firmalar haqqında hesabatlar hazırlayır və s. 
Maliyyə  məsələləri üzrə attaşe  əhali, işçi qüvvəsinin miqrasiyası, 
milli gəlir, sənayenin vəziyyəti, daxili ticarət, qiymətlərin vəziyyəti, 
əhalinin  əmək haqqı, işə alınma  şərtləri, ölkənin xarici ticarəti 
haqqında məlumatın toplanılması ilə  məşgul olur, o cümlədən, 
akkreditiv dövlətin vətəndaşlarının maliyyə  məsələləri ilə bağlı 
müdafiəsını  həyata keçirir. Mətbuat işləri üzrə attaşe mətbuat və 
informasiya işlərinə  rəhbərlik edir. Qeyd olunan attaşelər bir çox 
hallarda uyğun yarımidarələrə rəhbərlik edirlər.  
Hərbi attaşelər attaşelərin xüsusi kateqoriyasını  təşkil edir. 
Hərbi attaşelər öz dövlətlərinin hərbi idarələrini təmsil edən və 
gəldikləri dövlətin uyğun idarələri ilə  əlaqələrin həyata keçirilməsi 
üçün müəyyən müddətə öz nümayəndəlikləri yanına təyin olunan 
akkreditiv dövlətin silahlı qüvvələrinin həqiqi hərbi xidmətdə olan 
nümayəndəsidir. Bir çox hallarda belə səhv fikrə rast gəlinir ki, hərbi 
attaşeər yerləşmə dövlətinin hərbi idarələri yanına təyin olunurlar. 
Hərbi attaşelər dövlətlər arasında razılaşmalara uyğun olaraq hərbi, 
hərbi-hava və  hərbi-dəniz attaşelərinə ayrılır. Onlar eyni zamanda 
səfirin hərbi məsələlər üzrə müşaviri olur.  
Bu və ya digər  şəxsin hərbi attaşe təyin olunması haqqında 
xarici işlər nazirliyinə göndərilən notada, adətən uyğun idarənin bu 
barədə məlumatlandırılması da xahiş olunur.  
Hərbi attaşelərin bütün fəaliyyəti beynəlxalq hüquq normaları 
və yerləşmə dövlətinin qanunlarına uyğun həyata keçirilməlidir.  
  
4. 4. Diplomatik nümayəndəliyin personalı  
 
Hər bir diplomatik nümayəndəlik nümayəndəliyin başçısından, 
diplomatik, inzibati-texniki və xidmətçi personaldan ibarət olur.  
Nümayəndəliyin başçısı gəldiyi ölkədə öz dövlətini təmsil et-
məyə  səlahiyyətləndirilmiş ali səlahiyyətli  şəxsdir. O, diplomatik 
nümayəndəlik və onun əməkdaşlarının fəaliyyətinə rəhbərlik etməklə 
yanaşı yerləşmə ölkəsində olan öz dövlətinin qurumlarının və 
şəxslərinin fəaliyyətinə  də  rəhbərliyi və  nəzarəti həyata keçirir. 
Yerləşmə ölkəsində olan akkreditiv dövlətin vətəndaşlarının, 
təşkilatlarının fəaliyyəti ilə bağlı  səfir hökuməti qarşısında məsuliy-
yət daşıdığına görə onlar bu fəaliyyəti səfirlə razılaşdırmalıdırlar.  
Azərbaycan Respublikasının 2006-cı il 25 may tarixli 
“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”sində də 
göstərilmişdir ki, səfir səfirliyin və  qəbul edən dövlətdə yerləşən 
Azərbaycan Respublikasının digər qurumlarının heyətinə qəbul edən 
dövlətdə Azərbaycan Respublikasının maraqlarının layiqli təmsil 
etmələri, onun qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri 
üçün tövsiyələr verir 
Rəhbərliyin həyata keçirilməsində yeganə  məsul  şəxs kimi 
səfir müxtəlif funksiyaların realizəsini öz personalına həvalə edə 
bilər. Bununla yanaşı bir sıra məsələlərlə nümayəndəliyin başçısı 
şəxsən məşğul olur.  
Səfirin  əsas vəzifəsi missiyanın diplomatik siyasətinin 
formalaşdırılmasıdır ki, bu işdə ona müxtəlif şöbələrə rəhbərlik edən 
müşavirlər yaxından yardım edir. Diplomatik siyasətin məzmunu 
akkreditiv dövlətlə yerləşmə dövləti arasında bütün məsələlərə 
münasibətdə konstruktiv yanaşmanın həyata keçirilməsidir.  
Nümayəndəliyin başçısı ümumi maraqlara və ümumi siyasətə 
aid olan mühüm məsələlər üzrə öz dövlətinin mövqeyini qəbul edən 
dövlətə çatdırır, iqtisadi və siyasi xarakterli hadisələr haqqında öz 
nazirliyinə hesabat verir və s.  
Nümayəndəliyin  diplomatik personalı da nümayəndəlik 
xarakteri daşıyır və onlara aid olan məsələlərdə akkreditiv dövlətin 
adından çıxış edir. 1961-ci il Vyana Konvensiyasının 1-ci 
maddəsinin d bəndində deyilir ki, diplomatik personal 
nümayəndəliyin diplomatik rütbələrə malik olan üzvləridir. 
Diplomatik personal beynəlxalq hüquqla müəyyən olunmuş daha bir 
tələbə cavab verməlidir. Konvensiyanın 8-ci maddəsinin 1-ci 
bəndində  əsasən diplomatik personalın üzvləri prinsip etibarilə 
akkreditiv dövlətin vətəndaşları olmalıdırlar. Yalnız yerləşmə 
dövlətinin icazəsi ilə onun vətəndaşları xarici səfirliyin diplomatik 
personalına daxil edilə bilər və bu icazə istənilən zaman geri götürülə 
bilər (2-ci bənd). Yerləşmə dövləti üçüncü dövlətin vətəndaşı, eyni 
zamanda akkreditiv dövlətin vətəndaşı olmayan şəxslərə münasibətdə 
də bu hüququ özündə saxlayır (3-cü bənd).  
Diplomatik personalın üzvləri müxtəlif iş sahələrinə  səfirin 
nəzarəti ilə müstəqil rəhbərlik edir, nümayəndəliyin fəaliyyətinin 
 
122 
 
123


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə