Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə30/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   122

(etimadnamə adı da buradan götürülmüşdür).  
Etimadnamə  təqdim olunan andan nümayəndəliyin başçısının 
bu keyfiyyətdə etdiyi bütün əməllərə görə akkreditiv dövlət 
beynəlxalq hüquqi məsuliyyət daşıyır.  
Etimadnamə iki nüsxədə verilir. Onun əsli möhürlənmiş kon-
vertə qoyulur və yeni səfir tərəfindən təntənəli mərasimdə  gəldiyi 
dövlətin başçısına təqdim olunur, təsdiqlənmiş surətini isə səfir ölkəyə 
gəldiyi zaman yerləşmə dövlətinin xarici işlər nazirinə  təqdim edilir. 
Bəzi dövlətlərin praktikasına uyğun olaraq səfir dövlət başçısı yanında 
edəcəyi çıxışın mətnini də burada təqdim edir. Etimadnamənin dövlət 
başçısına təqdim olunması mərasimi beynəlxalq hüquqla deyil, hər bir 
dövlətin protokol qaydaları ilə tənzimlənir.  
2)
 
etimadnamə təqdim olunduqdan sonra səfirin bu keyfiyyətdə 
bütün sonrakı fəaliyyətini xüsusi sənədlə təsdiq etməyə ehtiyac qalmır. 
Lakin Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana 
Konvensiyasının 7-ci maddəsi, o cümlədən, Azərbaycan Respublikası-
nın beynəlxalq müqavilələrinin bağlanması, icrası  və  ləğv edilməsi 
qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 7 və 8-ci 
maddələrinə uyğun olaraq yerli dövlətlə müqavilələrin imzalanması 
üçün səfirə xüsusi səlahiyyət verilməlidir.  
Etimadnaməsini təqdim edənə kimi səfir gəldiyi dövlətin rəsmi 
hakimiyyət orqanları ilə  əlaqələrini yalnız yerləşmə dövlətinin xarici 
işlər nazirliyinin protokol şöbəsi vasitəsilə gerçəkləşdirir.  
3)
 
etimadnamənin təqdim olunmasının tarixi və saatı  səfirin 
diplomatik korpusdakı kolleqləri arasında birincilik məsələsindəki 
vəziyyətini müəyyən edir. Diplomatik korpusdakı duayen vəzifəsini 
tutması üçün əsas götürülən meyar, məhz etimadnamənin təqdim ol-
unmasının tarixi və saatıdır (Bir sıra hallar istisna təşkil edə bilər) 
1
.  
Əgər səfir ölkəyə ilk diplomatik nümayəndə kimi getmirsə, 
ona etimadnamə ilə yanaşı  əvəz etməyə getdiyi şəxsin geri çağırma 
vərəqəsi (övdətnamə) də verilir. Bu sənəd dövlətin öz nümayəndəsini 
geri çağırdığını elan edən vasitədir. Övdətnamə də iki nüsxədə tərtib 
olunur, dövlət başçısı  və xarici işlər naziri tətəfindən imzalanır və 
dövlət başçısına ünvanlanır. Övdətnamədə ümumi formada səfirin 
geri çağırılmasının səbəbləri göstərilir (məsələn, onun digər vəzifəyə 
təyin olunması) və iki dövlət arasında dostluq münasibətlərinin inkiş-
afında onun fəaliyyətinin müsbət rolunun olması ümidi ifadə olunur.  
Nümayəndəliyin başçısının və yaxud bütövlükdə 
nümayəndəliyin dərəcəsi dəyişdikdə, göndərən dövlətin və ya 
yerləşmə dövlətinin dövlət quruluşu kökündən dəyişdikdə, göndərən 
və ya yerləşmə dövlətində monarxın ölümü və yaxud devrilməsi 
halında diplomatik nümayəndə yeni etimadnamə təqdim etməlidir.  
Diplomatik missiyanın bitməsi müxtəlif səbəblərdən ola bilər 
2

Bu halları  nəzərdən keçirməzdən öncə isə qeyd edək ki, burada iki 
məqamdan söhbət gedir. Birincisi, akkreditiv dövlətin orqanı kimi 
bütövlükdə diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılması, 
ikincisi isə diplomatik agentlərin funksiyalarına son verilməsi. Dip-
lomatik  əlaqələr haqqında Vyana Konvensiyasının 43-cü maddəsi 
diplomatik agentlərin funksiyalarının kəsilməsinə aid olan yalnız iki 
müddəanı özündə əks etdirir: a) akkreditiv dövlətin və ya diplomatik 
agentin özünün təşəbbüsü ilə; b) yerli dövlətin təşəbbüsü ilə (Yerli 
dövlət konvensiyasının 9-cu maddəsinə uyğun olaraq diplomatik 
agenti persona non grata elan edərsə).  
Ölkəni tərk edən səfirin öz övdətnaməsini  şəxsən dövlət 
başçısına təqdim etməsi praktikası geniş yayılmamışdır. Yeni təyin 
olunmuş  səfir bir qayda olaraq öz etimadnaməsi ilə bir yerdə 
sələfinin övdətnaməsini də dövlət başçısına təqdim edir.  
Etimadnamə  səfirin ümumi səlahiyyətləri xarakteri daşıyır və 
onun bu keyfiyyətdə fəaliyyətinin ümumi hüquqi bazasını təşkil edir. 
Ölkəyə  gəlmiş  səfir funksiyalarının icrasına başlamaq üçün 
etimadnaməsini dövlət başçısına təqdim etməlidir. Bu məsələdə 
əsassız yubadılma səfirin geri göndərilməsinə səbəb ola bilər.  
Etimadnamənin təqdim olunması bütün ölkələrin nüma-
yəndəliklərinin başçıları üçün aşağıdakı hüquqi nəticələri yaradır:  
1961-ci il Konvensiyasının 9-cu maddəsinə  əsasən yerləşmə 
1)
 
etimadnamə  təqdim olunan andan nümayəndəliyin başçısı-
nın missiyası  rəsmi olaraq başlanmış hesab olunur. Qeyd edək ki, 
Vyana Konvensiyası bəzi dövlətlərin praktikasını nəzərə alaraq mis-
siyanın başlanma anının etimadnamənin nüsxəsinin gəldiyi dövlətin 
xarici işlər nazirinə təqdim olunduğu andan müəyyən olunmasını da 
nəzərdə tutmuşdur (maddə 13).  
 
117
                                                 
1
 Павлов О. Дипломатический корпус. //Международная жизнь, №4. 
М.: Общ-во Знание. 1986, 
2
  Вуд  Дж.,  Сере  Ж.  Дипломатический  церемониал  и  протокол.  М.: 
Наука, 2003, с. 66 
 
116 


dövləti istənilən zaman nümayəndəliyin başçısının və ya onun hər 
hansı bir üzvünün “persona non qrata” elan edilməsi barədə göndərən 
dövlətə  məlumat verə bilər. Yerləşmə dövləti bunun səbəblərini 
açıqlamaq məcburiyyətində olmasa da səbəblər kifayət qədər ciddi və 
əsaslı olmalıdır. Diplomatik agentin ”persona non qrata” elan olun-
masına səbəb olan hərəkətlər müxtəlif ola bilər. Məsələn, yerli 
dövlətin ünvanına təhqiramiz çıxışlar etmək, onun daxili işlərinə 
qarışmaq, immunitet və imtiyazlardan sui-istifadə etmək və s. 
Səbəbləri müxtəlif olsa da onların hamısı diplomatik agentin özünün 
davranışı ilə bağlıdır və diplomatik agentin statusuna uyğun olmayan 
fəaliyyət kimi səciyyələndirilir. Bu səbəbdən həmin norma konkret 
şəxslərə ünvanlandırılmalıdır, onun bütün tərkibə aid edilməsi doğru 
deyildir. Diplomatik personalın müəyyən  əməkdaşının və ya 
nümayəndəliyin başçısının “persona non qrata” elan edilməsi hüquqi 
nöqteyi-nəzərdən diplomatik nümayəndəliklərin fəaliyyətinin 
dayandırılması demək deyildir. Lakin praktikada proseslərin siyasi 
tərəfi onun hüquqi tərəfini üstələyir, belə ki, bir çox hallarda bu 
həmin ölkələr arasında münasibətlərin gərginləşməsinə, bəzi hallarda 
hətta nümayəndəliyin başçısı  və onun bütün tərkibinin geri çağırıl-
masına gətirib çıxarır.  
Akkreditiv dövlət “persona non qrata” elan edilmiş nüma-
yəndəsini geri çağırmalı, və ya nümayəndəliyin tərkibində onun 
funksiyalarını dayandırmalıdır.  
Diplomatik agentin yerləşmə dövlətinin hökuməti, mövcud 
rejimi əleyhinə çıxışları halında yerləşmə dövləti “dimissl” tətbiq edə 
biər. Bu həmin nümayəndədən imtina olunması və ölkəni tərk etməyə 
çağırılması mənasına gəlir.  
Missiya diplomatik agent geri çağırıldıqda da bitə bilər. Gön-
dərən dövlət diplomatının həmin dövlətdə kifayət qədər fəaliyyət 
göstərdiyini hesab edərsə  və yaxud onun ölkəyə qayıtmasını, başqa 
bir vəzifəyə təyin olunmasını lazım bilərsə həmin şəxsi geri çağırır.  
Missiyanın bitməsinin digər bir halı diplomatın istefaya çıx-
ması ilə baglıdır.  
Burada sadalananlardan başqa, diplomatik agentin funksiyaları 
dövlətlərdən asılı olmayan səbəblərdən də  kəsilə bilər. Məsələn, 
monarxiyalarda səfiri göndərən və ya qəbul edən dövlətin başçısının 
ölümü ilə missiya kəsilir.  
Fikrimizcə, diplomatik agentin şəxsi missiyasının bitməsi ilə 
dövlətin orqanı kimi diplomatik nümayəndəliyin bütövlükdə 
fəaliyyətinin bitməsini fərqləndirmək vacibdir.  
Diplomatik nümayəndəliyin bir dövlət orqanı kimi 
fəaliyyətinin kəsilməsinə gəldikdə isə, bu, aşağıdakı hallarda yer ala 
bilər: həmin dövlətlər arasında diplomatik münasibətlərin kəsildikdə 
və ya müvəqqəti dayandırıldıqda; onlar arasında müharibə vəziyyəti 
yarandıqda; iki dövlətdən birinin beynəlxalq hüququn subyekti kimi 
fəaliyyəti dayandıqda; akkreditiv dövlətin və ya yerləşmə dövlətinin 
dövlət quruluşu köklü surətdə dəyişdikdə.  
Yeri gəlmişkən qeyd edək ki, dövlətlər arasında diplomatik 
münasibətlər kəsildikdə, hətta onlar arasında silahlı münaqişə 
vəziyyəti yarandıqda belə, dövlətin öz ərazisində olan diplomatik 
nümayəndəliyə və bu ölkəni hələ tərk etməmiş nümayəndəliyin per-
sonalına qarşı öhdəlikləri qüvvədə qalır. Diplomatik əlaqələr 
haqqında 1961-ci il Vyana konvensiyasının 44-cü maddəsinə uyğun 
olaraq yerləşmə dövləti diplomatik immunitet və üstünlükdən istifadə 
edən  şəxslərin bu ölkədən təhlükəsiz çıxışı üçün lazım olan bütün 
şəraiti yaratmalı, həmçinin, nümayəndəliyin binasını onun arxiv və 
sənədləri ilə bir yerdə qorumalı  və hörmətlə yanaşmalıdır (maddə 
45). Akkreditiv dövlət öz nümayəndəliyinin mühafizəsini, o 
cümlədən, öz maraqlarının və  vətəndaşlarının maraqlarının 
müdafiəsini 3-cü dövlətə də onun razılığı ilə həvalə edə bilər.  
 
4.3. Diplomatik dərəcələr, rütbələr və vəzifələr 
  
Diplomatik praktikada və  həmçinin bu sahəyə aid olan 
ədəbiyyatlarda diplomatik dərəcə, rütbə və vəzifə anlayışları cox vaxt 
bir-birilərindən aydın fərqləndirilmir. Lakin onlar arasında bir neçə 
istiqamətdə aydın fərq müəyyən etmək mümkündür.  
Diplomatik  əlaqələr haqqında 1961-ci il Vyana Konvensi-
yasının 14-cü maddəsi diplomatik nümayəndəliyin başçılarının 1815-
ci il Vyana Reqlamenti ilə müəyyən olunmuş üç dərəcəsini  təsdiq 
etmişdir: 
1.
 
Səfirlər və nunsilər, o cümlədən, onlara ekvivalent olan 
digər nümayəndəlik başçıları; 
2.
 
Elçilər və internunslar; 
3.
 
İşlər müvəkkili.  
Konvensiyada xüsusi olaraq vurğulanır ki, nümayəndəlik 
 
118 
 
119


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə