Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə35/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   122

kimi, xüsusi səlahiyyət tələb olunur (1969-cu il müqavilələr hüququ 
haqqında Vyana Konvensiyasının 7-ci maddəsi). Yeri gəlmişkən, bu 
səlahiyyət Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin 
bağlanması, icrası  və  ləğv edilməsi qaydaları haqqında Azərbaycan 
Respublikası Qanununun 6-cı maddəsinə  əsasən yalnız Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən verilir.  
Diplomatik nümayəndəliklərin daha bir funksiyası  informa-
siya funksiyasıdır. Yerləşmə dövlətindəki siyasi, iqtisadi, sosial və s. 
durumun öyrənilməsi, akkreditiv dövlətin ictimai həyatının müxtəlif 
aspektləri haqqında informasiyanın təbliğ edilməsi səfirliyin 
fəaliyyətinin hər zaman mühüm hissəsini təşkil etmişdir. Uyğun 
olaraq informasiya funksiyasının iki tərəfi vardır. Bir tərəfdən bu 
akkreditiv dövlətin xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və 
mədəni həyatı haqqında informasiyanın diplomatik nümayəndəlik 
vasitəsilə xaricdə yayılmasının təmin edilməsidir. İnformasiya funk-
siyasının ikinci tərəfi isə yerləşmə dövləti, buradakı ictimai-siyasi və 
s. vəziyyət barəsindəki məlumatın alınması  və onun akkreditiv 
dövlətə çatdırılmasıdır.  
İnformasiya materiallarının toplanmasında müxtəlif 
mənbələrdən – mətbuatdan, rəsmi orqanların məlumatlarından, şəxsi 
görüşlərdən və s. istifadə olunur. Diplomatik personalın demək olar 
ki, bütün üzvləri öz səlahiyyətləri çərçivəsində bu informasiyanın 
əldə olunmasında iştirak edir.  
Onu da qeyd edək ki, mərkəzə göndərilən, xüsusilə siyasi infor-
masiyanın tərtib olunması onu hazırlayanlardan  əlavə  məsuliyyət tələb 
edir. Belə ki, rəsmi informasiya mənbələrindən fərqli olaraq, mətbuat 
orqanlarından alınan materialların  əlavə araşdırılması  və ya mətbuat 
orqanının statusunun qeyd olunması zəruridir.  
Öz ölkəsi, onun insanlarının həyatı, həmçinin onun xarici 
siyasət aksiyaları haqqında düzgün və dolğun informasiyanın 
yerləşmə ölkəsinə çatdırılması ölkənin tanıtımı ilə yanaşı müxtəlif 
düşmən təbliğatın qarşısının alınmasına da xidmət edir.  
 Vyana Konvensiyasının 3-cü maddəsinin 1“
d”
 
bəndində xüsusi 
olaraq qeyd edilir ki, bu cür nəzarət və informasiya toplanması yalnız 
qanuni yollarla həyata keçirilməlidir.  
Diplomatik  əlaqələr haqqında Vyana Konvensiyasının 3-cü 
maddəsi beşinci funksiya kimi – akkreditiv dövlət və nümayəndəliyin 
yerləşdiyi dövlət arasındakı dostluq münasibətlərinin təşviq 
edilməsini, iqtisadi, mədəni və elm sahələrində onların qarşılıqlı 
münasibətlərinin inkişaf etdirilməsini müəyyən edir.  
Vyana Konvensiyasının 3-cü maddəsinin 2-ci bəndində dip-
lomatik nümayəndəliklər tərəfindən konsul funksiyalarının həyata 
keçirilməsinin mümkünlüyü nəzərdə tutulur.  
1961-ci il Vyana Konvensiyasının 3-cü maddəsi diplomatik 
funksiyaların qəti, tam siyahısı deyil. Dövlətlər arasında qarşılıqlı 
razılıq əsasında digər funksiyalar da həyata keçirilə bilər.  
Yuxarıda adı  çəkilən funksiyalar, lakin daha geniş  şəkildə 
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 
“Diplomatik xidmət orqanının funksiyaları” adlanan 4-cü 
maddəsində öz əksini tapmışdır. Bu maddədə qeyd olunur ki, dip-
lomatik xidmət orqanları Azərbaycan Respublikasını digər 
dövlətlərlə  və beynəlxalq təşkilatlarla münasibətlərdə  təmsil edir 
(4.1.1.), Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq 
təşkilatlarla iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələrdə 
əməkdaşlığının inkişafına kömək göstərir (4.1.2.), Azərbaycan Re-
spublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqların 
aparılması  və beynəlxalq müqavilələrin imzalanmasını  təşkil edir 
(4.1.3.), xaricdə yaşayan həmvətənlərlə  əlaqələrin inkişafına yardım 
göstərir (4.1.5.) və s. mühüm funksiyaları yerinə yetirir.   
Azərbaycan Respublikasının Səfirliyi haqqında  əsasnamədə 
səfirlik funksiyaları daha geniş şəkildə təsbit olunmuşdur. 
 
4.6.2. Funksiyaların həyata keçirilməsi vasitələri 
Bütün bu sadalanan funksiyaları  həyata keçirə bilməsi üçün 
diplomatik nümayəndəliklər uyğun personala, maddi-texniki bazaya 
malik olmalı  və yerləşdikləri dövlətdə xüsusi şəraitlə  təmin olun-
malıdır. Vyana Konvensiyasının 25-ci maddəsində  də deyilir ki, 
yerləşmə dövləti nümayəndəliyin funksiyalarının yerinə yetirilməsi 
üçün hər cür imkan yaratmalıdır.  
Belə vasitə ilk öncə nümayəndəliyin binasıdır. Yerləşmə 
dövləti ya öz ərazisində öz qanunlarına uyğun olaraq akkreditiv 
dövlətə nümayəndəlik üçün zəruri binaların alınmasında kömək 
etməli, ya da onun başqa yollarla binalar almasına yardım etməlidir 
(maddə 21). Akkreditiv dövlət də beynəlxalq hüquqa uyğun olaraq 
nümayəndəliyi üçün binanı seçərkən yerli dövlətin qanun və qay-
dalarına müvafiq davranmalıdır.  
 
136 
 
137


Nümayəndəliyin funksiyalarının həyata keçirilməsində mühüm 
rol oynayan vasitələrə, həmçinin akkreditiv dövlətlə azad əlaqə sax-
lamaq hüququ və yerləşmə dövlətinin ərazisində azad hərəkət etmək 
hüququ aiddir.  
a)
 
Azad əlaqə saxlamaq hüququ 
Azad əlaqə saxlamaq hüququ nümayəndəliyin normal fəaliyyət 
gostərməsində mühüm rol oynayan vasitədir. Azad əlaqə saxlamaq 
hüququ dedikdə nümayəndəliyin akkreditiv dövlət və onun orqanları 
ilə istər ölkə daxilində, istərsə də xaricində maneəsiz əlaqə saxlamaq 
hüququ nəzərdə tutulur.  
Yerləşmə dövləti nümayəndəliyin rəsmi məqsədlər üçün bütün 
əlaqələrinə icazə verməli və bu əlaqələri mühafizə etməlidir. 
Akkreditiv dövlətin hökuməti və digər nümayəndəlikləri, konsulluqları 
ilə – onlar harada olursa olsunlar- əlaqələrində nümayəndəlik diplomatik 
kuryerlər və kodlaşdırılmış,  şifrələnmiş depeşlər daxil olmaqla bütün 
əlverişli vasitələrdən istifadə edə bilər (maddə 27.1.).  
Yerləşmə dövlətinin icazəsi ilə nümayəndəlik radioqəbuledici 
qurub onu istismar edə bilər.  
Beynəlxalq hüquq doktrinalarında nümayəndəliyin  əlaqə 
saxlamaq azadlığının müəyyən hallarda məhdudlaşdırılmasının 
mümkünlüyü qeyd olunur. Diplomatik praktikada da belə 
məhdudiyyətlərə rast gəlinir və onlar adətən dövlətin təhlükəsizliyi, 
onun iqtisadi maraqlarının qorunması baxımından əsaslandırılır.  
Diplomatik nümayəndəliyin  əlaqə saxlamaq azadlığının 
məhdudlaşdırılması istisna hallarda mümkün sayıla bilər.  
Azad  əlaqə saxlamaq hüququnun həyata keçirilməsində 
mühüm vasitə  diplomatik poçtdur. Diplomatik poçt dedikdə 
sənədlərin daşınmasında istifadə olunan istənilən çanta, torba, 
konvert və ya hər hansı bir görünüşlü paket (diplomatik valiz) başa 
düşülür. Beynəlxalq hüquqda diplomatik poçtun tam toxunulmazlığı 
prinsipi təsdiq olunmuşdur. Konvensiyanın 27- ci maddəsinə  əsasən 
diplomatik poçtu açmaq və gecikdirmək olmaz. Diplomtik poçtu 
təşkil edən bütün yerlərin onların xarakterini göstərən görünən xarici 
nişanları olmalıdır və bunlarda rəsmi istifadə üçün nəzərdə tutulan 
ancaq diplomatik sənədlər və əşyalar olmalıdır (maddə 27. 4.).  
Diplomatik immunitetlərin məhdudlaşdırılmasına yönələn 
ümumi tendensiyanın bir hissəsi kimi son dövrlərdə diplomatik 
poçtun mütləq toxunulmazlığının da məhdudlaşdırılması  cəhdləri 
olunmaqdadır. Bir sıra hallarda diplomatik poçtun 
toxunulmazlığından dövlətlərin sui- istifadə etdiyini əsas gətirərək 
bunun üçün əsaslı  şübhə olduqda onun açılması  və ya geri 
göndərilməsinin mümkünlüyü beynəlxalq hüquq doktrinalarında da 
qeyd olunur.  
Müstəsna hallarda, yerləşmə dövlətinin maraqlarına ciddi zərər 
vuran ağır cinayət hadisələrinin qarşısını almaq məqsədilə diplomatik 
poçtun saxlanılması  və açılmasına yol verilməsinin mümkünlüyü 
Konvensiya layihəsinin müzakirəsi zamanı Beynəlxalq hüquq 
Komissiyası  tərəfindən də qeyd olunmuşdur. Belə müstəsna 
tədbirlərin əsaslandırılması üçün ədəbiyyatlarda repressali institutuna 
istinad olunur. Repressali diplomatik poçtun toxunulmazlığından sui-
istifadə edərək Konvensiyanın 27- ci maddəsini (1-ci və 2-ci bənd) 
pozmuş olan dövlətə qarşı cavab tədbiri kimi Konvensiyadakı 
toxunulmazlıq prinsipinin pozulmasında ifadə olunur. Təbii ki, bu 
zaman cavab tədbirinin törənmiş hüquq pozuntusuna adekvat olması 
nəzərə alınmalıdır.  
Ədəbiyyatlarda və praktikada müzakirələrə  səbəb olan 
məsələlərdən biri də diplomatik poçta yoxlanışın texniki vasitələrin 
köməyi ilə  həyata keçirilməsi məsələsidir. Konvensiyanın özündə 
texniki nəzarət vasitələri ilə əlaqəli müddəa yer almamışdır ki, bu da 
həmin vasitələrin daha gec dövrlərdə meydana çıxmasından irəli 
gəlir. Lakin ümumilikdə Konvensiyada diplomatik poçtun açılmasını 
qadağan edən norma buradakı  sənədlərin məxfiliyinin təmin 
olunması  məqsədini daşıdığına görə, məntiqi olaraq texniki nəzarət  
vasitələrinə  də icazə verməməlidir. Bu məsələ ilə bağlı dövlətlərin 
praktikası isə qeyri-sabitdir.  
Konvensiyada diplomatik poçtun ölçüləri və kütləsi ilə bağlı 
məhdudiyyətlərin yer almaması praktikada məlum çətinliklərin 
yaranmasına səbəb olmuşdur. Bəzi hallarda dövlətlər gömrük 
nəzarətindən azad olmaq üçün yükləri diplomatik poçt kimi qələmə 
verirlər. Bir sıra hallarda hətta yük avtofurqonlarının diplomatik poçt 
adı ilə gömrükdən keçirilməsi cəhdlərinə rast gəlinir. Lakin bu 
beynəlxalq hüquq normalarına, diplomatik praktikaya və dövlətdaxili 
qanunvericiliyə uyğun olmayan haldır.  
Bir sıra hallarda dövlətlər tərəfindən diplomatik poçta mü-
nasibətdə təktərəfli tələblər qoyulur (məsələn, ölçüsünə, tərtibatına və 
ya həcminə məhdudiyyətlər).  
 
138 
 
139


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə