Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə37/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   122

bölgüsü ilə tamamilə razılaşır 
1
. Sonuncuların ikisi də qeyd edir ki
hüquqi qüvvəsi baxımından immunitet və üstünlüklər arasında fərq 
yoxdur. Onların verilməsi və mühafizə olunması beynəlxalq hüququn 
normasıdır.  
K.K.Sandrovski, həmçinin onları  nəzərdə tutan normaların 
özlərini fərqləndirir. Onun fikrinə  əsasən, burada söhbət beynəlxalq 
hüququn imperativ və dispozitiv normaları arasındakı fərqdən gedir. 
O, qeyd edir ki, bu sahədə normaların əksəriyyəti dispozitiv xarakter 
daşıyır ki, bu da dövlətlərə qarşılıqlı əsasda daha məhdud və ya daha 
geniş imtiyazlar müəyyən etməyə imkan verir. Lakin bütün bunlar 
həmin sahədə mövcud olan imperativ normalara (diplomatik 
binaların toxunulmazlığı,  şəxsi toxunulmazlıq, yerli dövlətin yuris-
diksiyasından immunitet) zidd olmamalıdır.  
Deyilənləri ümumiləşdirərək son olaraq qeyd etmək istəyirik 
ki, fikrimizcə, burada əsas məqam ondan ibarətdir ki, hüquqi baxım-
dan bu iki anlayış arasında heç bir fərq yoxdur. Azərbaycan Respub-
likasının “Diplomatik xidmət haqqında qanunu” nun 16-cı 
maddəsində 
də imtiyaz və immunitet anlayışları 
fərqləndirilməmişdir. Və bu immunitet və imtiyazların  əsas növləri 
ilə diplomatik nümayəndəlik və onun əməkdaşları avtomatik olaraq, 
yəni bu məsələ ilə bağlı  hər hansı bir razılaşmanın olub-olmama-
sından asılı olmayaraq təmin olunurlar. Xüsusi razılaşmalar əsasında 
isə diplomatiya hüququnun ümumi normalarına zidd olmayan 
məsələlər (məsələn, inzibati-texniki personalın immunitetləri) həll 
olunur.  
 
 
5.2. Diplomatik immunitet  
və imtiyazların nəzəri əsaslandırılması problemi 
 
 Diplomatik immunitet və imtiyazlarla bağlı olan daha bir 
mürəkkəb məsələ onların təqdim olunması  zəruriliyinin nəzəri 
cəhətdən  əsaslandırılmasıdır.  İmmunitet və imtiyazların hüquqi 
təbiətini açıqlaya biləcək nəzəriyyəyə tələbat bir sıra səbəblərlə izah 
olunur. İlk öncə diplomatiya hüququnun gələcək məcəllələşdirilməsi 
                                                 
zəruriliyi baxımından bu, mühüm əhəmiyyət kəsb edir. İkinci 
tərəfdən, nəzəriyyə mübahisəli məsələlərin həlli zamanı qüvvədə olan 
immunitet və imtiyazların şərhi üçün xüsusi praktiki əhəmiyyət daşı-
yır. Onların nəzəri cəhətdən  əsaslandırılması bu və ya digər ölkədə 
diplomatik nümayəndəliklərin statusunun müəyyən olunmasında da 
mühüm rol oynayır.  
Diplomatiya hüququnun tarixi inkişafı  mərhələlərinə uyğun 
olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin 
əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüş-
dür. Onlardan əsasən üçü doktrinalarda geniş əks olunmuşdur.  
Birincisi Hüqo Hrotsinin ideyaları əsasında yaranmış olan ek-
sterritoriallıq (ərazidənkənarlıq)  nəzəriyyəsidir.  Bu nəzəriyyəyə 
əsasən səfirliyin yerləşdiyi ərazi akkreditiv dövlətin ərazisinin hissəsi 
hesab olunur və uyğun olaraq bu ərazidə olan səfir və nüma-
yəndəliyin personalı, bir növ, akkreditiv dövlətin  ərazisində qal-
maqda hesab olunurdu ki, bu baxımdan da onlara yerli dövlətin 
qayda və qanunları şamil olunmur.  
Hal-hazırda bu nəzəriyyə, demək olar ki, bütün doktrinalarda 
tənqidə  məruz qalsa belə, beynəlxalq hüququn nəzəriyyə  və prakti-
kasında silinməz iz buraxmışdır.  İndi də  əsasən dövri mətbuatda və 
başqa mənbələrdə  səfirliyin  ərazisinin akkreditiv dövlətin  ərazisinin 
hissəsi olması barədə yanlış fikirlər yer alır. Bu nəzəriyyəni təkzib 
edən alimlərin əksəriyyəti onun əsassızlığı və yanlış nəticələr ortaya 
çıxarmasını bir qayda olaraq 2 vəziyyətlə izah edir: a) səfirliyin bi-
nası hüquqi cəhətdən başqa dövlətin  ərazisi sayılsaydı, burada 
nümayəndəliyin personalından olmayan şəxs tərəfindən cinayət 
törədilməsi halında bu şəxsin akkreditiv dövlətin orqanları tərəfindən 
dindirilməsi və  məsuliyyətə  cəlb edilməsi tələb olunardı ki, bu da 
belə deyildir; b) səfirliyin binasında cinayətkarın sığınacaq tapması 
halında yerləşmə dövlətinin onun geri verilməsi üçün müraciət etmək 
öhdəliyi yaranardı ki, beynəlxalq hüquqa əsasən isə səfirin özü – əgər 
siyasi cinayət deyilsə – sığınacaq tapmış  şəxsi ya təslim edir, ya da 
yerli hakimiyyət orqanlarının binaya girməsinə icazə verir
1
.  
Eksterritoriallıq nəzəriyyəsinin  əsassızlığı bir də özünü onda 
göstərir ki, burada yerli dövlətin qanun və qaydalarından azadolma 
                                                 
1
  Ковалев  А.А.  Привилегии  и  иммунитеты  в  современном  праве. 
Учебное пособие. М.: Наука, 1986. 
1
 Edip Gelik. Milletlerarasi Hukuk. Cilt 1 (yenilenmiş Ucuncu Baski) 
Fakulteler Matbaasi, İstanbul 1975, s. 519 
 
148 
 
149


müddəası 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensi-
yasının 41-ci maddəsinin 1-ci bəndinə ziddir. Burada əks olunmuş 
normaya  əsasən immunitet və imtiyazlardan istifadə edən  şəxslər 
yerləşmə dövlətinin qanun və qaydalarına hörmət etməlidir.  
Belə ki, bu nəzəriyyə yalnız səfirin monarxın təmsilçisi olduğu 
dövrdə  təşəkkül tapdığı üçün diplomatik nümayəndəliyin başçısının 
immunitet və imtiyazlarını  əsaslandırmağa yetir. Bütün digər per-
sonal, onların ailə üzvləri bu nəzəriyyəyə əsasən immunitet və imti-
yazlardan istifadə etməməlidirlər ki, bu da mövcud praktikaya uyğun 
deyil. Bu nəzəriyyəyə  əsasən, immunitet yalnız rəsmi fəaliyyətlə 
əlaqədar şamil olunur və digər heç bir hərəkətlə əlaqədar verilmir.  
İkinci – funksional zərurət  nəzəriyyəsi immunitet və imti-
yazlar verilməsini diplomatik nümayəndəliyin funksiyalarının effektli 
həyata keçirilməsini təmin etmək zəruriliyi ilə izah edir. Bu 
nəzəriyyə 1961-ci il Vyana Konvensiyasının preambulasında da öz 
əksini tapmış  və bu gün də, demək olar ki, hamı  tərəfindən qəbul 
edilir. Lakin bu nəzəriyyə  də tamamilə mükəmməl hesab oluna 
bilməz və bu baxımdan doktrinalarda haqlı tənqidə məruz qalır. Belə 
ki, bu nəzəriyyə ilə heç də bütün immunitet və imtiyazları hüquqi 
cəhətdən  əsaslandırmaq mümkün deyil. Məsələn, ölkəyə  gəlmiş, 
yaınız funksiyalarının realizəsinə hələ başlamamış, həmçinin, funksi-
yalarına son verilmiş, lakin hələ  də ölkəni tərk etməmiş diplomatik 
agentin immunitet və imtiyazlarını bu nəzəriyyə ilə  əsaslandırmaq 
mümkün deyil. Funksional nəzəriyyə, o cümlədən, gömrük və vergi 
imtiyazlarını, diplomatik agentlərin ailə üzvlərinin immunitet və im-
tiyazlarını əsaslandıra bilmir.  
Göründüyü kimi, adı çəkilən nəzəriyyələrdən heç biri ayrı- ay-
rılıqda immunitet və imtiyazların nəzəri əsası kimi çıxış edə bilməz. 
Məhz buna görə də Sandrovski, Movçan, Uşakov və başqa müəlliflər 
funksional nəzəriyyənin və  təmsilçilik nəzəriyyəsinin bir-birini ta-
mamlamaq  şərtilə kompleks şəkildə istifadə edilməsinin tərəfdarı 
kimi çıxış edirlər. Konvensiyanın müzakirəsi zamanı Beynəlxalq 
Hüquq Komissiyası da eyni mövqedən çıxış etmişdir.  
Belə yanaşma 1961-ci il Konvensiyasının preambulasında da 
öz  əksini tapmışdır. Burada deyilir ki, immunitet və imtiyazlar 
dövləti təmsil edən orqan kimi diplomatik nümayəndəliklərin funksi-
yalarının effektli şəkildə  həyata keçirilməsinin təmin edilməsi üçün 
verilir.  
Y.Q.Demin isə doktrina və normativ sənədlərdə iki 
nəzəriyyənin eyni zamanda istifadə olunmasının özünü doğrultmadığı 
fikri ilə  çıxış edir
1
. Onunla razılaşmaq olar ki, kolliziya hallarında 
hansı  nəzəriyyənin prioritet qüvvəyə malik olması  bəlli deyil. Belə 
ki, bir sıra hallarda eyni vəziyyəti nəzəriyyələr bir-birinə zidd 
mövqelərdən  şərh edir. Məsələn, funksional zərurət nəzəriyyəsinə 
görə, inzibati-texniki və xidmətçi heyət imtiyazlara malikdirlərsə, 
təmsilçilik nəzəriyyəsinə  əsasən bu personala immunitet və imti-
yazlar verilməməlidir.  
Y.Q.Deminin bu problemlə bağlı fikri ilə tamamilə razıyıq ki, 
bütövlükdə funksional zərurət nəzəriyyəsi bu və ya digər immunitetin 
verilməsini müəyyən mənada izah edə bilər, lakin mahiyyətcə immu-
nitet və imtiyaz institutunun hüquqi əsasını təşkil edə bilməz
1
.  
Bu sahədə beynəlxalq hüququn 3-cü məşhur doktrinası 
təmsilçilik nəzəriyyəsidir. Bu nəzəriyyə  də Hüqo Hrotsinin səfir 
toxunulmazlığı təlimindən irəli gəlmişdir. Nəzəriyyəyə əsasən səfirlər 
öz monarxlarını  təmsil etdiklərinə görə  və monarxlar bir-birləri 
üzərində hakimiyyətə malik olmadıqlarına görə immunitetdən 
istifadə edirdilər (par in parem non habet imperium).  
Hal-hazırda isə səfirlər öz dövlətlərini təmsil edən şəxslər kimi 
dövlətlərin suveren bərabərlik prinsipinə  əsasən immunitetlərdən 
istifadə edirlər.  
Təmsilçilik nəzəriyyəsinin belə müasir forma almasına bax-
mayaraq bəzi müəlliflər onun anaxronizm olduğunu göstərirlər 
2

                                                 
 
151
                                                                                                       
Doğrudan da funksional zərurət və nümayəndəlik 
nəzəriyyələrinin eyni zamanda tətbiq edilməsi onların hər birinin 
çatışmayan cəhətlərini aradan qaldırmır və bu iki nəzəriyyə heç də 
bütün hallarda bir-birini tamamlamır. Məsələn, bu nəzəriyyələrdən 
heç biri diplomatik agentlərin vergi və gömrük imtiyazlarını  və ya 
nümayəndəliyin  əməkdaşlarının ailə üzvlərinin immunitetlərini izah 
etmir.  
 
1
  Демин  Д.Г.  Статус  дипломатических  представительств  и  их  пер-
сонала. М.: Международные отношения,1995, с. 23 
сонала. М.: Международные отношения, 1995, с. 23 
2
  Демин  Д.Г.  Статус  дипломатических  представительств  и  их  пер-
1
 Yenə orada. s. 25 
 
150 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə