Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə11/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   122

açıqlanmasına həsr olunmuşdur. Burada xüsusi missiya bir dövlət 
tərəfindən digərinə müəyyən məsələnin müzakirəsi üçün və ya ona 
münasibətdə konkret məsələnin həlli üçün onun razılığı ilə 
göndərilən nümayəndəlik və müvəqqəti xarakterli missiya kimi 
müəyyən olunmuşdur (maddə 1, bənd “a”).  
və beynəlxalq təşkilatın orqan və konfranslardakı nümayəndələrə aid 
olan məsələlərin vahid konvensiya ilə  tənzimlənməsi qeyri-
mümkündür. Onlar diplomatiyanın ayrı-ayrı formalarıdır və tamam 
fərqli hüquqi statusa malikdirlər.  İlk baxışda onların hər ikisi oxşar 
xüsusiyyətlərə malik olsa da (nümayəndəlik xarakterinə malik olma-
ları, müvəqqəti xarakter daşımaları və vəzifələrinin konkret məqsədli 
xarakterə malik olması), xüsusi missiyalar ikitərəfli diplomatiyanın, 
orqan və konfranslardakı nümayəndələr isə çoxtərəfli diplomatiyanın 
formasıdır. Xüsusi missiyalardan fərqli olaraq orqan və konfranslar-
dakı nümayəndələr yerləşdikləri dövlətə akkreditə olunmurlar və 
onlar üçün üçtərəfli münasibətlər (göndərən dövlət – beynəlxalq təş-
kilat – yerləşmə dövləti) xarakterikdir. Onların məhz bu üçtərəfli 
münasibətlərdən irəli gələn mürəkkəb hüquqi statusları xüsusi missi-
yaların statusundan aşağıdakılara görə fərqlənir: 
Konvensiyada xüsusi missiyalara verilmiş  tərif beynəlxalq 
hüquq  ədəbiyyatlarında bir sıra müzakirələr yaratmışdır. Belə ki, 
Konvensiya yalnız dövlət tərəfindən digər dövlətə göndərilən missi-
yanı – xüsusi missiyalara aid edir. Beynəlxalq Hüquq Komissiyasının 
həmin maddəyə olan şərhində  də deyilir ki, konvensiya üsyançı 
dəstələr tərəfindən göndərilən və ya qəbul edilən missiyaları  əhatə 
etmir.  
K.K.Sandrovski bu məsələ ilə bağlı yazır ki, bu, birmənalı 
cavaba malik olmayan mürəkkəb məsələdir. Hər şey konkret situasi-
yadan, bu qurumların beynəlxalq hüquq subyektliliyi nöqteyi-
nəzərindən qiymətləndirilməsinə imkan verən meyarlara uyğun olub-
olmamasından asılıdır. O, daha sonra qeyd edir ki, müasir beynəlxalq 
hüququn subyektləri kimi təkcə dövlətlər deyil, həmçinin 
dövlətçiliyini yaratmaq mərhələsində olan millətlər də tanınır. Və 
dövlətlərin praktikasına  əsasən milli-azadlıq hərəkatlarından da olan 
missiyalar xüsusi missiyalar qismində qəbul edilir
1
.  
1)
 
onlar xüsusi missiyalardan fərqli olaraq, yerləşdikləri dövlətə 
akkreditə olunmadıqlarına görə yerləşmə dövləti onların akkreditiv 
dövlət tərəfindən azad təyin edilməsinə müdaxilə edə bilməz; 
2)
 
yerləşdikləri dövlətə akkreditə olunmadıqlarına görə, bu 
dövlət xüsusi missiyalardan fərqli olaraq onların üzvlərinə “persona 
non grata” haqqında normanı tətbiq edə bilməz.  
3)
 
Xüsusi missiyalardan fərqli olaraq, orqan və konfransdakı 
nümayəndələrə münasibətdə yerləşmə dövləti qarşılıqlılıq prinsipini 
tətbiq edə bilməz.  
İ.P.Blişenko isə bu məsələnin başqa tərəfi ilə bağlı  aşağıdakı 
mövqedən çıxış edir. Onun fikrinə  əsasən, bir dövlət və ya 
beynəlxalq təşkilat tərəfindən digər dövlətə  və beynəlxalq təşkilata 
göndərilən nümayəndə heyətləri də xüsusi missiya kimi 
qiymətləndirilərək bu konvensiyanın təsir dairəsinə daxil edilməli idi. 
O yazır: “Bizə elə gəlir ki, xüsusi missiyaların bu çox geniş yayılmış 
növü xüsusi missiyalar haqqında konvensiya ilə  tənzimlənməli idi, 
belə ki, burada beynəlxalq təşkilatla dövlət arasında deyil, akkreditiv 
dövlətlə konfransın yerləşdiyi dövlət arasında münasibətlər yaranır”
2
.  
Bütün bunları  nəzərə alaraq belə  nəticəyə  gəlirik ki, burada 
akkreditiv dövlətlə konfransın yerləşdiyi dövlət arasında deyil, 
akkreditiv dövlətlə 
məhz beynəlxalq təşkilat arasındakı 
münasibətlərdən söhbət gedir. Və bu məsələlərin tənzimlənməsi də 
tamamilə düzgün olaraq 1969-cu il Xüsusi Missiyalar haqqında Kon-
vensiya ilə deyil, Universal xarakterli beynəlxalq təşkilatlara 
münasibətdə dövlətlərin nümayəndəlikləri haqqında 1975-ci il Kon-
vensiyası ilə həyata keçirilir.  
Sandrovskinin xüsusi missiyalara baxışı ilə qismən razılaşmaq 
mümkün olsa da, Blişenkonun bu məsələ ilə bağlı mövqeyi, 
fikrimizcə, düzgün əsaslandırılmamışdır. Belə ki, xüsusi missiyalar 
                                                 
 
41
1969-cu il Konvensiyasının birinci hissəsində yer almış ən mü-
hüm müddəalardan biri də xüsusi missiyanın göndərilməsi qay-
dalarıdır. 2-ci maddəyə görə dövlət digər dövlətə qabaqcadan alınmış 
razılıq  əsasında xüsusi missiya göndərir. Yeri gəlmişkən müqayisə 
üçün qeyd edək ki, beynəlxalq təşkilatın orqanlarına və konfranslara 
nümayəndə göndərmək üçün yerləşmə dövlətindən qabaqcadan ra-
zılıq alınmır.  
1
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 50 
2
 Блищенко И.П. Дипломатическое право 2-е издание. М.: Высшая 
школа, 1990, с. 148 
 
40


Konvensiyanın 7-ci maddəsində xüsusi missiyanı daimi dip-
lomatiyadan fərqləndirən mühüm amillərdən biri əks olunmuşdur. 
Burada deyilir ki, diplomatik və ya konsul münasibətlərinin mövcud 
olması xüsusi missiyanın göndərilməsi və qəbulu üçün vacib deyil.  
Son olaraq qeyd edək ki, 1969-cu il Konvensiyasında ilk dəfə 
olaraq beynəlxalq ünsiyyətdə  iştirak edən dövlət və hökumət 
başçılarının və digər yüksək vəzifəli  şəxslərin xüsusi statusu 
müəyyən olunmuşdur (maddə 21).  
Bu və ya digər məsələlər, o cümlədən, xüsusi missiyaların im-
munitet və imtiyaz məsələləri və s. VII fəslində daha ətraflı araşdırı-
lacaqdır.  
Dövlətin xüsusi növ xarici əlaqə orqanlarına, onun beynəlxalq 
təşkilatlardakı daimi nümayəndəlikləri, beynəlxalq təşkilatın 
orqanları və konfranslardakı nümayəndə heyətləri və s. aiddir.  
Dövlətin bu xarici əlaqə orqanlarının təşkili və hüquqi statusu 
məsələləri 
Universal xarakterli beynəlxalq təşkilatlara 
münasibətdə dövlətlərin nümayəndəlikləri haqqında 1975-ci il 
Konvensiyası ilə tənzimlənir.  
Konvensiya konkret olaraq beynəlxalq təşkilatlar yanında 
daimi nümayəndəliklərin, üzv olmayan dövlətlərin daimi 
müşahidəçilər missiyalarının, orqan və konfransdakı dövlətlərin 
nümayəndələrinin və müşahidəçi nümayəndələrin hüquqi statusu 
məsələlərini tənzimləyir.  
Ümumilikdə götürüldükdə, bu orqanların immunitet və 
üstünlüklərinin hüquqi təbiəti diplomatik nümayəndəliklərin immu-
nitet və üstünlüklərinin hüquqi təbiəti ilə mahiyyətcə eynidir. Onların 
hər ikisinin hüquqi statusunun əsasını dövlətin beynəlxalq aləmdə 
təmsil olunmaq hüququ təşkil edir. Lakin dövlətin beynəlxalq 
təşkilatlarla  əlaqəli fəaliyyət göstərən xarici əlaqə orqanlarının 
hüquqi vəziyyətində müəyyən xüsusiyyət fərqləri də var ki, bunu da 
orqan və konfranslardakı nümayəndələrlə bağlı artıq yuxarıda qeyd 
etmişdik.  
Üçtərəfli hüquqi münasibətlər çərçivəsində  fəaliyyət göstərən 
bu xarici əlaqə orqanlarının hüquqi statusunu dəqiq müəyyən etmək 
üçün 1975-ci il martın 14-də adı  çəkilən Konvensiya işlənib hazır-
lanmışdır.  
Konvensiyanın üstün cəhətlərindən biri ondan ibarətdir ki, bu-
rada beynəlxalq hüquq praktikasında ilk dəfə olaraq daimi 
müşahidəçilərin və  həmçinin orqan və beynəlxalq konfranslardakı 
müşahidəçi missiyaların hüquqi statusu haqqında müddəalar  əks ol-
unmuşdur. Konvensiyanın bir çox normaları indiyə kimi həll olun-
mayan məsələlərin tənzimlənməsinə  həsr edilimişdir. . Lakin Kon-
vensiya ilə bağlı bir məqamı xüsusi qeyd etmək lazımdır: 1975-ci il 
Konvensiyası bütün beynəlxalq təşkilatlara deyil, yalnız universal 
xarakterli beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin 
nümayəndəliyi məsələlərini tənzimləyir. Konvensiya sonuncuya 
BMT-ni, onun ixtisaslaşdırılmış qurumlarını, AEBA-ni “və tərkibi və 
məsuliyyəti geniş beynəlxalq xarakter daşıyan istənilən analoji 
təşkilatı” aid edir (maddə 2, bənd 1). Lakin bu o demək deyildir ki, 
hər hansı bir məhəlli beynəlxalq təşkilat istədiyi təqdirdə üzv 
dövlətlərlə münasibətlərində onların razılığı ilə 1975-ci il Konvensi-
yasının müddəalarını tətbiq edə bilməz.  
S.A.Kuznetsov bu Konvensiya ilə bağlı qeyd edir ki, o, 
“statusun müəyyən olunması, immunitet və imtiyazların həcmi baxı-
mından hər biri ayrılıqda götürülmüş qüvvədə olan müqavilə və hətta 
bu sahədə bütün mövcud müqavilələrdən daha geniş və tamdır. Yeni 
Konvensiyada daimi nümayəndəliklərin fəaliyyətinin və beynəlxalq 
konfransların keçirilməsinin 30 illik praktikası təsbit olunmuşdur, və 
o bu sahədə qüvvədə olan müqavilələrin, 1961-ci il Diplomatik 
əlaqələr haqqında Vyana Konvensiyası, 1963-cü il Konsul əlaqələri 
haqqında Vyana Konvensiyasının  ən münasib müddəalarını  əks et-
dirmişdir” 
1
.  
1975-ci il Vyana Konvensiyası girişdən və 92 maddəni özündə 
birləşdirən 6 hissədən ibarətdir.  
Konvensiyanın girişində dövlətlər arasında münasibətlərdə 
çoxtərəfli diplomatiyanın artan rolu, o cümlədən, beynəlxalq birlik 
çərçivəsində BMT-nin, onun ixtisaslaşdırılmış müəssisələrinin və 
universal xarakterli digər beynəlxalq təşkilatların məsuliyyəti qeyd 
olunur.  
Konvensiyanın I hissəsi – “Giriş” – dörd maddədən ibarətdir. 
1-ci maddədə konvensiyada istifadə olunan terminlərdən, 2-ci 
maddədə Konvensiyanın tətbiq sferasından bəhs edilir, 3-cü və 4-cü 
maddələrdə isə konvensiya ilə beynəlxalq təşkilatların, konfransların 
                                                 
1
 Кузнецов С. А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 88 
 
42
 
43


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə