Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə12/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   122

qaydaları və qüvvədə olan beynəlxalq razılaşmalar arasında əlaqə və 
bağlılıq haqda müddəalar yerləşdirilmişdir.  
II hissə (37 maddə) - “Beynəlxalq təşkilatlar yanında nüma-
yəndəlik” - daimi nümayəndəliyin və müşahidəçilərin daimi missiya-
larının təsis olunması qaydalarını, akkreditə üsullarını, personalın 
sayını  tənzimləyir, immunitet və üstünlüklər və onların həcmi 
haqqında normaları özünə daxil edir.  
III hissə (29 maddə) – “Orqan və konfranslarda deleqasiyalar” 
- beynəlxalq təşkilatların orqanlarının iclaslarına və konfranslara 
nümayəndə heyətinin göndərilməsi qaydalarını və onların immunitet 
və üstünlüklərini tənzimləyir.  
IV hissə (2 maddə) – “Orqan və konfranslarda müşahidəçi 
deleqasiyalar” – müəyyən edir ki, Konvensiyanın II hissəsində 
nəzərdə tutulan bütün normalar eyni qaydada müşahidəçi deleqasiya-
lara da şamil olunur.  
V hissə (13 maddə) – “Ümumi müddəalar” – nümayəndəliyin 
əməkdaşlarının, nümayəndə heyətinin və müşahidəçilərin vətəndaşlıq 
məsələlərini tənzimləyir, 77 (yerli dövlətin qanununa hörmət), 84 
(məşvərət, prosedurları) və 85-ci maddələri və Konvensiyanın tətbiqi 
zamanı dövlət arasında diskriminasiyaya yol verməmək haqqında 83-
cü maddəni və giriş, çıxış, tranzit və  sığorta və s. haqqinda bir sıra 
məsələləri tənzimləyən normaları özündə birləşdirir.  
VI hissə (7 maddə) – “Yekun maddələr” – Konvensiyanı 
imzalamaq, ratifikasiya və Konvensiyaya qoşulmaq haqqında və 
həmçinin onun qüvvəyə minməsi qaydası haqqında müddəalardan 
ibarətdir.  
Diqqətəlayiq məsələlərdən biri odur ki, Konvensiyaya uzun 
müzakirələrdən sonra orqan və konfranslarda müşahidəçi nüma-
yəndələrə aid maddələr də daxil edilmiş  və onların hüquqi statusu 
orqan və konfranslardakı nümayəndələrlə eyni şəkildə müəyyən ol-
unmuşdur.  
VI fəsildə Konvensiyanın tənzimlədiyi məsələlər haqqında 
daha ətraflı məlumat verəcəyik. İndi isə qısa şəkildə onunla bağlı bir 
sıra məqamlara aydınlıq gətirmək istərdik.  
İlk öncə qeyd edək ki, 1975-ci il Vyana Konvensiyası daimi 
nümayəndəliklər və nümayəndələr anlayışını, onların hüquqi 
vəziyyətini kifayət qədər dolğun şəkildə təsbit etmişdir və onun tətbiqi 
vahid praktikanın daxil edilməsinə imkan verəcək ki, bu da beynəlxalq 
ünsiyyətin bu mühüm sahəsinə lazımi sabitlik gətirəcək.  
Digər tərəfdən, beynəlxalq təşkilatların qərargahlarının 
yerləşdiyi əksər dövlətlər bu Konvensiyada iştirakdan, hələ ki, imtina 
etmişlər. Bu dövlətlərin fikrincə, Konvensiyada yerləşmə dövlətlərinin 
maraqları kifayət qədər nəzərə alınmamışdır ki, bunun da əsas səbəbi 
onun  əksər iştirakçılarının Konvensiya layihəsinə  qəbul edən dövlət 
deyil, məhz göndərən dövlət nəzərindən baxmaları idi.  
Lakin bununla razılaşaraq onu da yaddan çıxarmaq lazım deyil 
ki, yerləşmə dövləti olmaq dövlətin öhdəliyi deyil, hüququdur. Heç 
kim dövləti yerləşmə dövləti olmağa məcbur edə bilməz, yox, əgər 
dövlət könüllü olaraq bu öhdəliyi üzərinə götürürsə, bu zaman o, 
həmin təşkilatın və buradakı dövlət nümayəndələrinin vəzifələrini 
uğurla həyata keçirə bilməsi üçün müvafiq şərait yaratmalıdır.  
Son olaraq onu da qeyd edək ki, 1975-ci il Konvensiyası hələ 
də qüvvəyə minməmişdir. Lakin 83 dövlətin nümayəndəsinin iştirak 
etdiyi konfransda Konvensiyanın qəbul edilməsi, artıq özlüyündə, 
əvvəllər adət normaları ilə  tənzimlənən qarşılıqlı münasibətlər 
sahəsində bir sıra mühüm beynəlxalq hüquq normalarının yaradıl-
ması deməkdir. Bununla bağlı V.Moraveski tamamilə doğru olaraq 
qeyd edir ki, BMT-nin hüquqyaratma funksiyasının reallığını qiymət-
ləndirərkən nəzərə almaq lazımdır ki, razılaşmanın qəbul edilməsi 
faktı öz-özlüyündə artıq xüsusi əhəmiyyət kəsb edir. Bu cür hələ 
qüvvəyə minməmiş razılaşmaların məzmunu “nüfuzlu beynəlxalq 
təşkilat tərəfindən dəstəklənən mənəvi-siyasi xarakter ala bilər. Buna 
görə də onlar – hələ məcburi qüvvəyə minməmiş qərarlar formasında 
belə – dövlətlərin davranışına ciddi siyasi təsir vasitələridir. Bu cür 
təsirin gücü təkrar razılaşma əldə olunmasına çağırış və ya qəbul ol-
unmuş konvensiyaların ratifikasiya edilməsi kimi əlavə üsulların 
köməyi ilə daha da artırıla bilər” 
1
.  
Universal xarakterli beynəlxalq təşkilatlara münasibətdə 
dövlətlərin nümayəndəlikləri haqqında 1975-ci il Vyana Konvensi-
yası dövrün tələblərinə cavab verir və beynəlxalq hüququn mə-
cəllələşdirilməsi və proqressiv inkişafında mühüm rola malik idi
2
.  
 
45
                                                 
1
 Моравицкий В. Функции международных организаций . М.: Про-
гресс, с. 120 
2
 Кузнецов С.А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 86 
 
44


beynəlxalq hüququn prinsip və normaları 
1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılması müa-
sir diplomatiya hüququnun proqressiv inkişafı yolunda mühüm təkan 
oldu. Belə ki, 1946 və 1947-ci illərdə BMT iki konvensiya qəbul 
etdi; BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya və 
BMT-nin ixtisaslaşdırılmış qurumlarının immunitet və imti-
yazları haqqında Konvensiya. Hər iki konvensiya müasir dip-
lomatiya hüququnda immunitet və imtiyaz institutunun inkişafına 
mühüm töhfə idi.  
 
Dövlətin xarici əlaqələrinin həyata keçirilməsində onun 
xaricdəki konsulluqları xüsusi yer tutur. Uzun müddət bu xarici əlaqə 
orqanlarının fəaliyyətinin tənzimlənməsi beynəlxalq hüququn adət 
normalarına  əsaslanırdı. Dövlətlərin konsul praktikasının ilk rəsmi 
məcəllələşdirilməsi Latın Amerikası ölkələri çərçivəsində aparılmışdır. 
Məhz burada 1911-ci ildə konsul funksiyaları haqqında Karakas Kon-
vensiyası  qəbul edilmişdir (Ekvador, Peru, Venesuela, Boliviya və 
Kolumbiya arasında). Daha sonra 1928-ci il fevralın 20-də VI 
Panamerikan konfransında  Konsul məmurları haqqında Havana 
Konvensiyası 12 Amerika ölkəsi tərəfindən ratifikasiya olunmuşdur. 
Konvensiyada ABŞ, Meksika, Braziliya kimi Amerikanın böyük 
dövlətləri iştirak etdiyinə görə, praktiki olaraq o, digər Amerika 
ölkələri tərəfindən də nəzərə alınır və tətbiq olunur.  
1946-cı il Konvensiyasında qeyd olunduğu kimi, bu konvensi-
yanın işlənib hazırlanmasının hüquqi əsasını BMT Nizamnaməsinin 
104 - 105-ci maddələri təşkil edir. Bu maddələrdə deyilir ki, təşkilat 
onun üzvlərinin hər birinin ərazisində funksiyalarının yerinə 
yetirilməsi və  məqsədlərinə çatması üçün vacib olan hüquq 
qabiliyyətindən istifadə edir. Bununla yanaşı, BMT Nizamnaməsində 
qeyd olunur ki, öz funksiyalarının həyata keçirilməsinin vacibliyi ilə 
təşkilatın özünə verilən immunitet və imtiyazların həcmi, təşkilat 
üzvlərinin nümayəndələrinin və təşkilatın vəzifəli şəxslərinin funksi-
yalarının səmərəli həyata keçirilməsinin vacibliyi ilə onlara verilən 
immunitet və imtiyazların həcmi müəyyən olunur. Başqa sözlə ifadə 
etsək, BMT rejiminin, onun üzvlərinin nümayəndələrinin və onun 
vəzifəli şəxslərinin rejiminin əsasında funksional zərurət nəzəriyyəsi 
durur.  
Havana Konvensiyası üç əsas bölmədən ibarətdir: konsulun 
təyin olunması  və funksiyaları, konsul imtiyazları, konsul funk-
siyalarının dayandırılması və sonu. Konvensiyada dövlətin praktikas-
ından asılı olaraq konsulun təyin olunmasının iki üsulu gös-
tərilmişdir: qəbul edən dövlətin açıq ifadə olunmuş qabaqcadan ra-
zılığı əsasında və ya səssiz razılığı əsasında. Təyinolunmanın qaydası 
və onun şərtləri, konsulların rütbə və dərəcələri hər bir dövlətin daxili 
qanunvericiliyi ilə tənzimlənir (mad. 2) 
1
.  
BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Kon-
vensiyası (Ümumi Konvensiya) 36 bölməni əhatə edən 9 maddədən 
ibarətdir. Bu konvensiyada təşkilat üzvlərinin nümayəndələrinin 
hüquqi vəziyyəti (IV maddə), BMT-nin vəzifəli  şəxslərinin hüquqi 
statusu (V maddə), ekspertlərin immunitet və imtiyaz məsələləri (VI 
maddə), BMT-nin əmlakı, arxiv və  sənədlərinin toxunulmazlığı (II 
maddə) və s. məsələlər tənzimlənir.  
Havana Konvensiyasında, həmçinin  ştatdankənar konsul ins-
titutundan istifadə  də  nəzərdə tutulur. Havana Konvensiyası konsul 
patenti və ekzekvaturanın verilməsi qaydalarını, ekzekvaturanın geri 
alınmasını, yerli dövlətin icazəsi ilə konsullara diplomatik funksiya-
ların həvalə olunması məsələlərini və s. tənzimləyir.  
Latın Amerikası ölkələrinin bir çoxunun qanunvericiliklərində 
diplomatik və konsul xidmətləri bir-birindən ayrılmışdır. Məsələn, 
Venesuela qanunvericiliyinə  əsasən bu iki xidmət növünün 
birləşdirilməsi qadağan olunur. Onun diplomatik 
nümayəndəliklərində konsul şöbələri, ümumiyyətlə, fəaliyyət göstər-
mir. Lakin dünya praktikasında diplomatik və konsul xidmətlərinin 
yaxınlaşması tendensiyası özünü göstərir. Bu baxımdan Havana 
                                                 
Ümumi Konvensiyanın 36-cı maddəsi  əsasında BMT-nin Baş 
katibi ilə ABŞ-ın dövlət katibi arasında 1947-ci ildə “ABŞ ərazisində 
BMT və onun orqanlarının yerləşdiyi zolağın hüquqi vəziyyəti 
haqqında” xüsusi saziş imzalanmışdır. Həmin sazişə  əsasən ABŞ 
ərazisində BMT orqanlarının və əməkdaşlarının toxunulmazlığı, dip-
lomatik immunitet hüququ təsdiq edilir. Buna oxşar sazişlər BMT 
orqanlarının yerləşdiyi digər müvafiq dövlətlərlə də bağlanmışdır.  
 
1
 Бобылев Г.В., Зубков Н.Г. Основы консульской службы. М.:Межд. 
отношения, 1986, с. 127 
2.2. Konsul fəaliyyətini tənzimləyən  
 
46
 
47


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə