Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə13/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   122

Konvensiyasında da bu tendensiya əks olunmuşdur, lakin eyni 
zamanda, yerləşmə dövlətinin razılığının vacibliyi də  əsas  şərt kimi 
göstərilmişdir (maddə 12 və 13).  
Konvensiyanın 10-cu maddəsində xüsusi olaraq vurğulanır ki, 
konsullar yerli dövlətin qanun və adətlərinə hörmət etmək şərti ilə öz 
dövlətinin qanunlarına əsasən onların üzərinə qoyulmuş funksiyaları 
həyata keçirirlər. Lakin konvensiya konsul funksiyalarının dəqiq si-
yahısını vermir və bu məsələdə milli qanunvericiliyə istinad edir.  
Havana Konvensiyasının qəbul edildiyi konfransda “Busta-
mante Məcəlləsi” də  qəbul edilmişdir ki, burada da bir sıra konsul 
funksiyaları öz əksini tapmışdır. Əsas konsul funksiyaları 1911-ci il 
Konsul funksiyaları haqqında Karakas Konvensiyasında da təsbit 
edilmışdır.  
Havana Konvensiyası  və “Bustamante Məcəlləsi” bu gün də 
qüvvədə olan razılaşmalardandır. Bundan əlavə, o, XX əsr Avropa 
praktikasına və konsul əlaqələri və immunitetləri üzrə ümumi kon-
vensiyanın hazırlanmasında BMT-nin Beynəlxalq Hüquq Komissi-
yasının işinə əvəzolunmaz təsirini göstərmişdir.  
Beynəlxalq 
əlaqələrin hərtərəfli inkişafı, konsul 
müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal 
səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar 
olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul 
əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlan-
ması barədə qətnamə qəbul etmişdir. 1963-cü ilin martında Baş As-
sambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul 
əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir.  
Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası pre-
ambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il 
Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə 
protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fa-
kultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ 
Protokol).  
Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıq-
lanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə 
ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul 
dairəsi”, “konsul vəzifəli  şəxsi”, “konsul əməkdaşı” və s. kimi 
terminlərin açıqlaması verilir.  
I fəsil konsul əlaqələrinin ümumi müddəalarına həsr olunmuş-
dur. O, iki bölmədən ibarətdir: birinci bölmədə konsul əlaqələrinin qu-
rulması və həyata keçirilməsindən, ikinci bölmədə isə konsul funksiya-
larının kəsilməsindən söz açılır. 2-ci maddədə müəyyən olunmuş nor-
maya  əsasən diplomatik münasibətlərin qurulmasına verilən razılıq, 
əgər başqa cür şərtlənməyibsə, həm də konsul əlaqələrinin qurulmasına 
razılıq deməkdir. Həmin maddənin 3-cü bəndində deyilir ki, diplo-
matik münasibətlərin kəsilməsi avtomatik olaraq konsul 
münasibətlərinin kəsilməsinə gətirib çıxarmır.  
Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri 
başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin 
başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul 
agentlərinə bölünürlər.  
Konsul funksiyaları, immunitet və imtiyazları baxımından 
Konvensiyanın 17-ci maddəsi, fikrimizcə, xüsusilə diqqəti cəlb edir. 
Bu maddəyə uyğun olaraq, yerləşmə dövlətində akkreditiv dövlətin 
diplomatik nümayəndəliyi mövcud deyilsə, konsulluğun vəzifəli 
şəxsi,  əgər o buna münasib qaydada səlahiyyətləndirilmişsə, diplo-
matik aktları da həyata keçirə bilər. Bu və ya digər səbəblərə görə 
diplomatik nümayəndəliklərdən daha çox konsulluqlara malik olan 
dövlətlər üçün bu maddə xüsusi əhəmiyyət daşıyır. Lakin bu cür 
aktları həyata keçirən zaman konsulluğun vəzifəli şəxsinə diplomatik 
immunitetlər verilmir.  
II fəsil konsul müəssisələrinin,  ştatlı konsul vəzifəli  şəxslərinin və 
konsul müəssisələrinin digər işçilərinin immunitet və imtiyaz 
məsələlərinə həsr olunmuşdur.  
Konvensiyanın  ən çox mübahisə yaradan maddələrindən biri 
də konsul binalarının toxunulmazlığını müəyyən edən 31-ci maddə 
olmuşdur. 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensi-
yasından fərqli olaraq, 1963-cü il Konvensiyası konsul binalarının 
mütləq toxunulmazlığını müəyyən etməmişdir. Bu maddəyə “yanğın 
qeyd - şərtinin” daxil edilməsi, bizim fikrimizcə, konsulluq binasının 
toxunulmazlığı prinsipinin effektliliyini nəzərə çarpacaq dərəcədə 
azaltmışdır. Heç bir dövlətin, xidməti bina olub-olmamasından asılı 
olmayaraq, heç bir binanın terror aktlarından sığortalanmadığı müasir 
günümüzdə bu qeyd-şərtin götürülməsi, fikrimizcə, məqsədəmüvafiq 
olardı.  
Uzun müddət bəzi dövlətlərin bu konvensiyaya qoşulmaması-
nın səbəblərindən biri olan adı  çəkilən “yanğın qeyd-şərti” keçmiş 
 
48
 
49


sovet  ədəbiyyatında da, məsələn, Q.V.Bobılyov, N.Q.Zubkov və 
İ.P.Blişenko tərəfindən tənqidə məruz qalmışdır.  
Konsulluğun vəzifəli  şəxslərinin  şəxsi toxunulmazlığı 41-ci 
maddədə  təsbit olunmuşdur. Burada deyilir ki, konsulluğun vəzifəli 
şəxsi “ağir cinayət törədilməsi halında səlahiyyətli məhkəmə 
hakimiyyətinin qərarı” istisna olmaqla, həbs edilə və ya tutulub sax-
lanıla bilməz.  
Yeri gəlmişkən qeyd edək ki, konsul münasibətlərinin 
tənzimlənməsində dövlətlər universal konvensiyadan daha çox 
ikitərəfli konsul konvensiyalarına üstünlük verirlər.  İkitərəfli konsul 
konvensiyaları 1963-cü il Vyana Konvensiyası  əsasında hazırlansa 
da, dövlətlər bu müqavilələrdə əsasən daha geniş immunitet və imti-
yazlar müəyyənləşdirmək praktikasını  tətbiq edirlər. Məsələn, 
Azərbaycan Respublikası digər dövlətlərlə imzaladığı konsul kon-
vensiyalarında konsul vəzifəli  şəxslərinin immunitet və imti-
yazlarının həcminin artırılması yolu ilə gedərək onları yerləşmə 
dövlətinin yurisdiksiyasından, o cümlədən, cinayət yurisdiksiya-
sından azad edir. Azərbaycan Respublikasının Gürcüstan Respub-
likası ilə (maddə 18), Rusiya Federasiyası ilə (maddə 18), Özbəkistan 
Respublikası ilə (maddə 18) və s. imzaladığı konsul konvensiya-
larında konsul vəzifəli  şəxslərinin  şəxsi toxunulmazlığı  aşağıdakı 
qaydada müəyyən edilir: “Konsul vəzifəli  şəxsləri və onların ailə 
üzvləri şəxsi toxunulmazlıqdan istifadə edirlər. Onlar bu və ya digər 
formada həbs edilə və tutulub saxlanıla bilməzlər”.  
Praktikada konsul vəzifəli şəxsi və ya konsulluuğun əməkdaşı 
tərəfindən hər hansı bir hüquqa zidd əməl törədildikdə yerləşmə 
dövlətinin Xarici İşlər Nazirliyi həmin konsulluğa və ya uyğun dip-
lomatik nümayəndəliyə sorğu ilə müraciət edir. Həmin sorğuda 
hüquqa zidd əməl törədən şəxsin bu zaman xidməti vəzifəsini yerinə 
yetirməsi halında olub-olmadığı soruşulur və bir qayda olaraq cavab 
almır. Bu baxımdan konsul vəzifəli  şəxs hüquqa zidd əməl törədən 
zaman bunun xidməti vəzifələrinin həyata keçirilməsi ilə əlaqəli olub 
- olmamasını müəyyən edən vahid meyarlar olmadığına görə akkredi-
tiv dövlətlə yerləşmə dövləti arasında labüd ziddiyyətlər meydana 
çıxır. Göstərilən bu məsələnin yaxın günlərdə öz həllini tapması, 
fikrimizcə, vacibdir. Bu, dövlətlər arasında yarana biləcək 
ziddiyyətlərin qarşısını ala bilər.  
1963-cü il Konvensiyasının III fəslində fəxri konsul və konsul 
müəssisələrinin hüquqi rejimi müəyyən olunur. Konvensiya açıq 
ifadə olunmuş şəkildə fəxri konsul institutunun fakultativ xarakterini 
müəyyən edir: “Hər bir dövlət, fəxri konsul və  vəzifəli  şəxslərinin 
təyin edilməsi məsələsini azad həll edir ”.  
IV fəsil “Ümumi müddəalar” adlanır. Burada konsul agentliyi in-
stitutunun fakultativ xarakterindən (maddə 69), konvensiyanın digər 
beynəlxalq razılaşmalara münasibətindən (maddə 73 ) və s. söz açılır. 
73-cü maddədə deyilir ki, “konvensiyanın müddəaları onda iştirak edən 
dövlətlər arasında qüvvədə olan digər beynəlxalq razılaşmalara təsir 
göstərmir”. Bu maddə mühüm əhəmiyyət daşıyır, belə ki, o, çoxtərəfli 
Vyana Konvensiyası ilə ikitərəfli konsul konvensiyaları və müqavilələri 
arasında qarşılıqlı nisbəti müəyyən edir.  
Məşhur latın postulatında deyilir: “Lex specialis derogat gen-
erali” – xüsusi qanun ümumi qanunu ləğv edir. 1963-cü il Vyana 
Konvensiyası konsulluq hüququnun ümumi normalarını, ikitərəfli 
konvensiyalar və müqavilələr isə xüsusi normaları  əks etdirdiyinə 
görə, onlar arasında ziddiyyət yarandıqda ikitərəfli müqavilə və kon-
vensiyalar tətbiq olunur. Bununla yanaşı, bu məsələ birmənalı  həll 
oluna bilməz və onun həlli xüsusi normanın məzmunundan asılıdır. 
Göstərilən halda digər məşhur prinsip “Lex posteriori derogat priori” 
– “sonrakı qanun özündən  əvvəlkini ləğv edir” prinsipi də 
qəbulolunmazdır. Belə ki, Vyana Konvensiyası  nəinki özündən 
öncəki ikitərəfli konsul konvensiyalarını inkar etmir, hətta gələcəkdə 
bu cür razılaşmaların imzalanmasının  əleyhinə olmadığı haqda bir-
başa müddəanı əks etdirir.  
V.V.Qanyuşkin bu məsələ ilə bağlı qeyd edir ki, “1963-cü il 
Vyana Konvensiyasının müddəalarını konsulluq və onun person-
alının, bir növ, minimum immunitet və imtiyazları kimi nəzərdən 
keçirmək lazımdır, elə minimum ki, ikitərəfli konsul konvensiya-
larında ondan aşağı enmək olmaz” 
1
.  
Konvensiyanın V fəsli “Yekun müddəalar”ı əhatə edir.  
Konsul  əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasını 
konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk 
 
51
                                                 
1
  Ганюшкин  Б.В.  Правовое  положение  консульств  и  их  персонала 
(сравнительный анализ консульских конвенций, заключенных Россией 
с иностранными государствами) //Московский журнал международно-
го права, №3, 1999, с. 36-43 
 
50


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə