Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə5/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   122

ması olub, dövlətlərin beynəlxalq təşkilatlara münasibətdə diplo-
matik fəaliyyətidir ki, onun da hüquqi tənzimlənməsi xarici əlaqələr 
hüququnun dördüncü yarımsahəsinin – beynəlxalq təşkilatların dip-
lomatiya hüququnun predmetini təşkil edir. Bu şərti adlandırmadır, 
belə ki, əslində beynəlxalq təşkilatların diplomatiya hüququndan 
deyil, dövlətlər və  təşkilatlar arasındakı münasibətlərə diplomatiya 
hüquq normalarının tətbiqindən bəhs olunur. 
1
Lakin beynəlxalq təşkilatlar səfirlik hüququnun və ya konsul 
hüququnun subyekti olmasalar belə, özünəməxsus  şəkildə, müxtəlif 
formalarda xarici əlaqələrdə iştirak edir (məsələn, beynəlxalq təşkilat 
tərəfindən dövlətə  və ya təşkilata nümayəndələrin, müşahidəçilərin 
göndərilməsi və s.) və xarici əlaqələr hüququnun subyektini təşkil 
edirlər.  
Milli azdlıq hərəkatları da beynəlxalq hüququn subyekti kimi 
xarici  əlaqələrdə  məhdud da olsa iştirak formalarına malikdir. 
Beynəlxalq danışıqların aparılması, razılaşmaların imzalanması, 
qüvvədə olan müqavilələrə qoşulma, bəzi dövlətlərdə və beynəlxalq 
təşkilatlarda öz nümayəndələrini təsis etmək, konfransların işində 
iştirak etmək kimi fəaliyyət formaları buna misal ola bilər.  
Federasiyaların xarici əlaqələr hüququnun subyektini təşkil 
edib-etməməsi məsələsi xüsusi maraq kəsb edir. Federasiya əslində 
subyektləri daxili işlərdə müstəqilliyə malik olub, xarici əlaqələri 
mərkəzin  əlində  cəmlənən dövlətlər birliyi kimi xarakterizə olunur. 
Beynəlxalq praktika da federasiyanı beynəlxalq hüquqa münasibətdə 
vahid orqanizm kimi qəbul edir.  
Ümumi qaydaya əsasən federasiyanın beynəlxalq hüququn, o 
cümlədən, xarici əlaqələr hüququnun subyektini təşkil etməsi mə-
sələsi onun əsas qanunu və onun tətbiq olunma praktikası ilə 
müəyyən olunur. Bir neçə federasiya mövcuddur ki, onun subyektləri 
məhdud da olsa xarici əlaqələrdə  iştirak hüququna malikdir. AFR, 
İsveçrə, Avstriya, müəyyən mənada ABŞ və Kanada kimi federasiya-
ların subyektləri təhsil, mədəni, sərhəd, iqtisadi əlaqələr kimi məhdud 
məsələlər üzrə müqavilələr bağlamaq hüququna malikdir.  
Keçmiş SSRİ-nin konstitusiyasına görə onun subyektləri su-
veren dövlətlər olub beynəlxalq hüququn subyekti statusuna malik 
                                                 
idi. Lakin bu subyektlilik formal-hüquqi xarakter daşıyır və prakti-
kada özünü doğrultmurdu. Ona görə də federasiyaların yalnız konsti-
tusiyası deyil, onun tətbiq olunma praktikası da əsas götürülməlidir.  
Artıq qeyd etdiyimiz kimi, xarici əlaqələrin spesifik 
xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o xüsusi orqanlar – xarici 
əlaqə orqanları vasitəsilə həyata keçirilir.  
Dövlət vahid sosial qurum kimi xarici əlaqələrdə öz xarici 
əlaqə orqanları vasitəsilə təmsil olunur. Bu orqanlar dövlətin adından 
müəyyən səlahiyyətlərə  əsasən çıxış edir və onların səlahiyyətləri 
çərçivəsində  həyata keçirdikləri bütün fəaliyyətə görə dövlət 
beynəlxalq hüquqi məsuliyyət daşıyır.  
Xarici  əlaqə orqanlarının mühüm xüsusiyyəti ondan ibarətdir 
ki, onların təşkili, səlahiyyətlərinin, strukturunun və növünün 
müəyyən olunması ali hakimiyyət və idarə orqanlarının müstəsna 
hüququdur. Heç bir yerli hakimiyyət  əcnəbi dövlətlərlə xarici 
əlaqələri həyata keçirmək hüququna malik deyildir.  
Xarici  əlaqə orqanlarının səlahiyyətləri müxtəlif xarakterli 
olur. Bəzi hallarda onlar birbaşa dövlətin qanunlarına əsaslanır, bəzən 
isə onların beynəlxalq aləmdə  təsdiq olunması üçün xüsusi aktın 
qəbulu tələb olunur. Xarici əlaqə orqanlarının səlahiyyətləri, 
həmçinin ümumi xə xüsusi xarakterli ola bilər. Xarici əlaqə 
orqanlarının sistemi də uyğun olaraq qurulur.  
Hər bir dövlətin xarici əlaqə orqanları yerləşdikləri məkana 
görə iki qrupa – dövlətdaxili xarici əlaqə orqanları və xaricdəki xarici 
əlaqə orqanlarına bölünür.  
Dövlətdaxili xarici əlaqə orqanlarının özü də  təşkili qay-
daları  və  səlahiyyətlərinin növünə görə konstitusion və ixtisaslaş-
dırılmış orqanlara ayrılır.  
Dövlətdaxili konstitusion orqanlar dövlətin birbaşa konstitu-
siyası  əsasında yaradılır. Konstitusiya onların səlahiyyətlərini və bu 
səlahiyyətlərin həcmini də müəyyən edir. Bu orqanlar dövlətin xarici 
əlaqələrinə ümumi siyasi rəhbərliyi həyata keçirir. Konstitusion 
orqanlara ali qanunverici orqan, dövlət başçısı, hökumət və hökumət 
başçısı aiddir.  
Dövlətdaxili  ixtisaslaşdırılmış orqanlar isə dövlətin konkret 
sahələrdə xarici əlaqə  məsələləri ilə  məşğul olur. Bu orqanlar 
dövlətin konstitusiyası  və ya normativ hüquqi aktları  əsasında 
yaradılsa da onların səlahiyyətləri, adətən, həmin sahədəki hər hansı 
1
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 48 
 
16
 
17


II FƏSİL 
bir razılaşma, konvensiya ilə  əsaslandırılır. Buna əsasən də  bəzi 
müəlliflər bu orqanları konvension orqanlar adlandırırlar.  
 
Xaricdəki xarici əlaqə orqanları da öz növbəsində iki qrupa 
bölünür: daimi orqanlar və müvəqqəti orqanlar.  
XARİCİ ƏLAQƏLƏR HÜQUQUNUN  
MƏNBƏLƏRİ 
Daimi orqanlar o orqanlardır ki, öz ölkələrini təmsil edərkən 
xaricdə gündəlik iş aparırlar. Buraya səfirliklər, beynəlxalq 
təşkilatlardakı daimi nümayəndələr, daimi müşahidəçilər və s. aiddir.  
 
 
Müvəqqəti orqanlar konkret xarici əlaqə funksiyalarını  hə-
yata keçirmək məqsədilə yaradılır ki, bunlara da xüsusi missiyaları, 
orqan və konfranslardakı nümayəndə heyətlərini, müşahidəçi missi-
yaları və s. aid etmək olar.  
Ümumi hüquq nəzəriyyəsinə müvafiq olaraq mənbələri maddi 
və formal mənbələrə ayırsaq, beynəlxalq hüququn istənilən sahəsində 
olduğu kimi xarici əlaqələr hüququnun da maddi  mənbələrinə 
cəmiyyətdə mövcud iqtisadi şərait və bundan irəli gələn dövlətlərin 
müxtəlif sahədə əməkdaşlığının obyektiv zəruriliyi aiddir.  
Xarici  əlaqə orqanlarını, həmçinin diplomatik və qeyri-dip-
lomatik orqanlara da bölmək olar. Diplomatik orqanlara səfirliklər, 
beynəlxalq təşkilatlardakı daimi nümayəndəliklər, orqan və kon-
franslardakı nümayəndə heyətləri və s. aiddir. Bu orqanlar siyasi 
xarakterli orqanlardır və uyğun statusa malikdir. Onlardan fərqli 
olaraq konsulluqlar, müəyyən inzibati orqanlara göndərilən missiya-
lar diplomatik orqan hesab olunmurlar və uyğun olaraq fərqli hüquqi 
statusa malikdirlər.  
Xarici  əlaqələr hüququnun hüquqi mənbələri isə beynəlxalq 
müqavilələr (ikitərəfli və çoxtərəfli) və beynəlxalq hüququn adət 
normalarıdır. Bununla yanaşı, beynəlxalq hüququn subyektlərinin 
xarici  əlaqələr sahəsində  fəaliyyətinin tənzimlənməsində beynəlxalq 
təşkilat və konfransların qətnamələri, dövlətdaxili aktlar, ayrı-ayrı 
məhkəmə qərarları və doktrinalar da mühüm rol oynayır.  
Xarici  əlaqələr hüququnun mənbələrinin araşdırılmasında ilk 
öncə diplomatik nümayəndəliklərin statusunu tənzimləyən prinsip və 
normalardan başlayaq.  
 
 
2.1. Diplomatik fəaliyyəti tənzimləyən beynəlxalq hüququn  
prinsip və normaları 
 
Diplomatiya hüququ uzun müddət adət normalarına 
əsaslanmışdır. Hal-hazırda isə dövlətlər arasında, onlarla beynəlxalq 
təşkilatlar arasında və beynəlxalq təşkilatların öz aralarında çoxsaylı 
ikitərəfli müqavilələr diplomatiya hüququnun mənbələrini təşkil edir. 
Lakin çoxtərəfli müqavilələrə münasibətdə ikitərəfli müqavilələr çox-
luq təşkil etsə  də, onlar diplomatiya hüququnun mənbələri kimi 
müəyyənedici rol oynamırlar. Belə ki, dövlətin xaricdəki 
nümayəndəlikləri və onun personalının hüquqi statusu, immunitet və 
üstünlük məsələləri ümumtanınmış beynəlxalq hüquq normaları ilə 
müəyyən olunur.  
Bu baxımdan diplomatiya hüququnun mənbələrində çoxtərəfli 
müqavilələr xüsusi yer tutur. 1815-ci il 19 mart tarixli Vyana 
 
18
 
19


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə