Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə6/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   122

Reqlamenti bu sahədə ilk çoxtərəfli müqavilədir. 1815-ci il Vyana 
konqresində Yekun aktına  əlavə kimi “Diplomatik agentlərə aid 
Əsasnamə” qəbul edilmişdir ki, bu da praktikaya daha çox “Vyana 
Reqlamenti” adı altında daxil olmuşdur. “Baxmayaraq ki, bu sənəd 
yalnız 8 Avropa dövləti – Avstriya, İngiltərə,  İspaniya, Portuqaliya, 
Prussiya, Rusiya, Fransa və  İsveçrə  tərəfindən imzalanmışdır, onun 
müddəalarına dünyanın bütün aparıcı dövlətləri tərəfindən bir əsr 
yarım  əməl olunmuş  və onlar bu minvalla diplomatiya hüququnun 
ümumtanınmış normasına çevrilmişdir”
1
.  
isveçrəli İ.K.Blyunçli tərəfindən tərtib olunmuş beynəlxalq hüququn 
ümumi məcəlləsində  səfirlik hüququ və diplomatik imtiyazlar 
bölməsi mövcud idi. 1890-cı ildə italiyalı P. Fiore tərəfindən də eyni 
cəhd edilmişdir.  
Beynəlxalq hüquq institutu diplomatik immunitet haqqında 
məsələni Hamburq (1889), Cenevrə (1892) və Kembric (1895) sessi-
yalarında müzakirə etmişdir. Sonuncu sessiyada Kembric reqlamenti 
adı altında tanınan qətnamə qəbul edilmişdir. 1929-cu ildə həmin in-
stitut diplomatik immunitetlər haqqında qətnamə, 1950-ci ildə isə 
diplomatik sığınacaq haqqında qətnamə qəbul etmişdir.  
Vyana Reqlamentinə  əsasən beynəlxalq hüquq və dövlətlərin 
diplomatiya praktikasında ilk dəfə olaraq diplomatik rütbə  və 
dərəcələr ümumiləşdirilmişdir. Səfir, elçi və  işlər müvəkkilləri kimi 
diplomatik dərəcələr müəyyən olunmuşdur. Vyana Reqlamentinin 
ikinci maddəsinə  əsasən ancaq səfirlər, elçilər və onlarla bərabər 
dərəcəli nümayəndələr dövlət başçısının nümayəndələri sayıla bilər 
2

Onlar dövlət başçısının adından olduğu ölkənin dövlət başçısının 
nəzdinə  təyin edilirlər.  İşlər müvəkkilləri isə xarici işlər nazirləri 
nəzdinə göndərilirlər. Reqlamentlə, həmçinin hər bir dərəcəyə aid 
olan diplomatik agentlərin bütün dövlətlər üçün vahid olan akkreditə 
olunma qaydaları müəyyən edilmişdir. Vyana Reqlamenti müqavilə 
sənədlərinin imzalanması qaydasını da müəyyən etmişdir.  
Diplomatiya hüququnun məcəllələşdirilməsi cəhdləri 1925-
1927-ci illərdə Millətlər Cəmiyyəti çərçivəsində  məcəllələşdirmə 
komissiyası  tərəfindən davam etdirilmiş, lakin müəyyən nəticə  əldə 
olunmamışdır.  
Diplomatik nümayəndəliklərin və onların personalının hüquqi 
statusunu tənzimləyən ilk çoxtərəfli razılaşmalardan biri 1928-ci il 
fevralın 20-də Havanada Panamerikan ölkələrinin VI konfransında 20 
Latın Amerikası ölkəsi və ABŞ tərəfindən qəbul edilmiş Diplomatik 
məmurlar haqqında Havana Konvensiyasıdır.  Konvensiya daimi 
diplomatik nümayəndəliyə  və “ad hoc” diplomatik missiyalara aid 
olan məsələləri tənzimləyir. Müasir dövrdə bu konvensiyanın 
fəaliyyət xüsusiyyəti ondan ibarətdir ki, onun iştirakçısı olan Latın 
Amerikası dövlətləri eyni zamanda 1961-ci il Vyana Konvensiyası-
nın da iştirakçısıdır.  
Üç ildən sonra 21 noyabr 1818-ci il tarixli Aahen protokolu 
müşavir-nazir dərəcəsini  əlavə olaraq qəbul etmiş, lakin bu dərəcə 
dövlətlərin praktikasında özünü doğrultmamışdır
3
.  
Havana Konvensiyasının preambulasında diplomatik 
məmurların hüquqlarının  əsaslandırılmasına funksional baxımdan 
yanaşma yer almışdır.  
1815-ci il Vyana və 1818-ci il Aahen konqresinin nəticələrini 
diplomatiya hüququnun məcəllələşdirilməsinə ilk rəsmi cəhd kimi 
qiymətləndirmək olar. Belə ki, son yüz il ərzində dövlətlər, ayrı-ayrı 
şəxslər, ictimai və elmi təşkilatlar diplomatiya hüququnun norma-
larını  məcəllələşdirmək sahəsində çoxsaylı  cəhdlər etmişdilər. Qeyd 
edək ki, bu cəhdlər  əsasən diplomatik immunitet və imtiyazların 
məcəllələşdirilməsi istiqamətində aparılırdı. Məsələn, 1868-ci ildə 
Konvensiyanın birinci maddəsində  hər bir dövlətin digər 
dövlətdə diplomatik məmurlar vasitəsilə  təmsil olunmaq hüququ 
təsbit olunmuşdur.  
                                                 
 
21
Havana Konvensiyasının  ən mühüm müddəası diplomatik 
məmurların funksiyaları haqqında müddəadır. 4-cü maddəyə  əsasən 
diplomatik məmurlar öz funksiyalarını yerli dövlətin qanunları ilə 
münaqişəyə girmədən həyata keçirməlidirlər. Onlar öz rəsmi 
münasibətlərini və yerləşdikləri dövlətin hakimiyyətləri ilə 
əlaqələrini həmin dövlətin xarici işlər naziri vasitəsilə  həyata 
keçirməlidirlər. 17-ci maddədə xüsusi olaraq qeyd edilir ki, 
nümayəndəlikdə sığınacaq tapmış, cinayət törətmiş hər hansı bir şəxs 
1
 Селянинов О. П. Тетради по дипломатической службе государств 
(история и современность), И. МГИМО, Анкил, 1998, с. 101 
2
 Попов В. И. Современная дипломатия. Теория и практика. М.: На-
учная книга, 2000, с. 258 
3
  Андреев  С.  Дипломатические  представительства // Международ-
ная жизнь. 1986, №3, общ. Знание. М.: с. 158 
 
20


səlahiyyətli hakimiyyət orqanlarının tələbi ilə mütləq geri veril-
məlidir.  
Havana Konvensiyası adi və fövqəladə diplomatik məmurları 
fərqləndirərək birinciləri bir dövlətin hökumətini digər dövlətin 
hökumətində təmsil edən daimi təmsilçilər, ikinciləri isə xüsusi mis-
siya həvalə olunmuş və ya beynəlxalq konfranslarda, konqreslərdə və 
ya beynəlxalq yığıncaqlarda hökumətləri təmsil etmək üçün akkreditə 
olunmuş məmurlar kimi müəyyən edir. Müasir dövrdə ikinci təyin bir 
qədər köhnəlmişdir. Belə ki, beynəlxalq təşkilatlarda nümayəndəlik 
hal-hazırda diplomatik nümayəndəliklərin adi funksiyasına 
çevrilmişdir və bir çox hallarda beynəlxalq təşkilatın mənzil-
qərargahı yerləşən dövlətdəki diplomatik nümayəndə öz dövlətini 
eyni zamanda həmin təşkilat yanında da təmsil edir.  
Havana Konvensiyasında mürəkkəb nümayəndəliyin müm-
künlüyü xüsusi vurğulanır. Mürəkkəb nümayəndəlik o deməkdir ki, 
dövlət bir neçə dövlətdə öz nümayəndəliyini bir diplomatik məmura 
tapşırır və ya bir neçə dövlət öz nümayəndəliklərini bir diplomatik 
məmura həvalə edir.  
Havana Konvensiyası yerli dövlət hakimiyyətinin razılığı ol-
madan həmin dövlətin vətəndaşlarının xarici diplomatik vəzifəyə 
təyin olunmasına icazə vermir. Qeyd etmək lazımdır ki, Havana 
Konvensiyasının bu maddəsi  əsasən yerli dövlətin vətəndaşlarını öz 
diplomatik nümayəndəliklərinə işə götürən, onlara immunitet və im-
tiyaz verilməsini tələb edən və bununla da yerli dövlətin daxili 
işlərinə qarışan dövlətlərin praktikasına qarşı yönəldilmişdir. Havana 
Konvensiyası  hər bir konkret hal üçün xüsusi razılığın alınmasını 
tələb edərək bu praktikanın tətbiqini kəskin məhdudlaşdırırdı. 
Ümumilikdə bu konvensiya dövlətlər arasında münasibətlərin nor-
mallaşmasına yardım edən mühüm sənədlərdəndir.  
Latın Amerikası ölkələrində diplomatiya hüququnun xüsusi in-
stitutu olan diplomatik sığınacaq institutu mövcuddur. Hal-hazırda bu 
institut hüquqi olaraq yalnız Latın Amerikası ölkələrində  fəaliyyət 
göstərir. Diplomatik sığınacaq institutu 1928-ci il Diplomatik sığınacaq 
haqqında Havana Konvensiyasında, 1933 və 1939-cu illərdə Montevi-
deoda imzalanmış konvensiyalarda və 1954-cü il martın 28-də Ka-
rakasda imzalanmış Diplomatik sığınacaq haqqında Konvensiyada 
formalaşmış və qanuni şəkil almışdır.  
1928-ci il diplomatik sığınacaq haqqında Havana Konven-
siyasına 
uyğun olaraq sığınacaq institutu diplomatik 
nümayəndəliklərə, hərbi gəmilərə, hərbi düşərgələrə  və  hərbi 
təyyarələrə  şamil olunur. Burada, xüsusilə qeyd olunur ki, cinayət 
törədənlər və ordudan fərarilik edənlərə sığınacaq verilməməlidir və 
onlar yerli hökumətin tələbi ilə geri verilməlidir.  
Konvensiyanın 2-ci maddəsinə  əsasən təqib olunan şəxslərə 
konvensiyalar və yerli dövlətin qanunlarına uyğun olaraq aşağıdakı 
şərtlərlə sığınacaq verilməsinə icazə verilir: 
1.
 
Sığınacaq müstəsna hallarda, şəxsin öz təhlükəsizliyini hər 
hansı başqa yollarla təmin edə bilməsi üçün zəruri olan müddət 
ərzində verilir; 
2.
 
Sığınacaq verilən kimi diplomatik agent, hərbi gəminin, 
təyyarənin və ya hərbi düşərgənin komandiri bu haqda həmin şəxsin 
vətəndaşı olduğu dövlətin xarici işlər nazirini, əgər sığınacağın 
verilməsi paytaxtdan kənarda baş vermişsə, yerli hakimiyyəti 
xəbərdar etməlidir; 
3.
 
Yerli hökumət tələb edə bilər ki, gizlənən  şəxs milli ərazi 
hüdudlarından kənara göndərilsin, sığınacaq verən dövlətin dip-
lomatik agenti isə, öz növbəsində, gizlənən şəxsin ölkədən çıxışı və 
toxunulmazlığı üçün təminat tələb edə bilər; 
4.
 
Gizlənən şəxs milli ərazinin hər hansı bir məntəqəsində və 
ya ona çox yaxın yerdə çıxarıla bilməz; 
5.
 
Sığınacaqdan istifadə etdiyi müddət ərzində gizlənən şəxsə 
ictimai təhlükəsizliyə zidd olan əməllər törətməyə icazə 
verilməməlidir; 
6.
 
Dövlətin hər hansı bir şəxsə  sığınacaq verilməsindən 
yaranan məsrəfləri ödəmək öhdəliyi yoxdur.  
Beləliklə, göstərilən  şərtlərlə bu konvensiya diplomatik sığı-
nacaq institutunu qısaca ifadə edir.  
Qeyd etmək lazımdır ki, ABŞ-ın nümayəndə heyəti bu kon-
vensiyaya qol çəkərkən qeyd-şərt etmişdir ki, ABŞ sığınacaq doktri-
nasını beynəlxalq hüququn tərkib hissəsi kimi tanımır və ona qoşul-
mur.  
Onu da qeyd edək ki, ümumi beynəlxalq hüquqda diplomatik 
nümayəndəliklərin binasından yerli hakimiyyət tərəfindən axtarılan 
şəxslərin saxlanılması üçün istifadə edilməsini nəzərdə tutan norma 
mövcud deyildir. Bu cür əməllər beynəlxalq hüququn doktrina və 
praktikasında haqlı olaraq diplomatik nümayəndəliklərin funksiyaları 
 
22
 
23


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə