Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə4/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   122

olan bir sıra cəhətlərini ayırır. Bunlara ilk növbədə beynəlxalq işlərdə 
dövlətin fəaliyyətinin rəsmi xarakteri aiddir. İkincisi, diplomatik 
fəaliyyət dövlətin istənilən orqanları ilə deyil, yalnız və yalnız bu 
məqsədlə yaradılmış xüsusi orqanlar – xarici əlaqə orqanları vasitəsi 
ilə  həyata keçirilir. Üçüncüsü isə diplomatiya bütün hallarda yalnız 
dinc vasitələrlə həyata keçirilməlidir. Xarici siyasəti həyata keçirmək 
üçün digər dinc vasitələr də mövcud olduğu üçün sülh xarakteri təkcə 
diplomatiyaya xas olan cəhət deyildir, lakin buna baxmayaraq o, 
mühüm və müəyyənedici cəhətdir.  
Müasir beynəlxalq hüquqda ikitərəfli və çoxtərəfli diplomatiya 
anlayışı mövcuddur. İki dövlət arasında diplomatik fəaliyyəti 
tənzimləyən ikitərəfli diplomatiyadan fərqli olaraq, çoxtərəfli dip-
lomatiya beynəlxalq təşkilatlar, konfranslar və müşavirələr 
çərçivəsində bir neçə dövlət və dövlətlər qrupu tərəfindən həyata ke-
şirilir və çoxtərəfli  əsasda dövlətin danışıqları, məşvərətləri ilə mü-
şayiət olunur.  
BMT-nin və digər beynəlxalq təşkilatların yaradılması ilə 
çoxtərəfli diplomatiya daha böyük əhəmiyyət kəsb etməyə başlayır. 
Onun özünəməxsus xüsusiyyətləri vardır: iştirakçıların razılaşdırdığı 
xüsusi proseduralar əsasında həyata keçirilir; iştirakçıların mövqeyi 
fikir mübadiləsi, açıq çıxışlar və şəxsi görüşlər əsasında işlənib hazır-
lanır; qərarlar ya məcburi qüvvəyə malik olan, ya da tövsiyə xarakteri 
daşıyan hüquqi aktlar formasında qəbul edilir.  
 
 
1. 2. Dövlətin xarici əlaqələri və xarici əlaqələr hüququ 
 
İnteqrasiya proseslərinin intensivliyinin hər keçən gün artdığı 
bu günümüzdə dövlətlərin beynəlxalq ünsiyyətdə  iştirak etmədən, 
başqa dövlətlərlə  əlaqə yaratmadan mövcud olması qeyri- müm-
kündür.  
Xarici  əlaqələr beynəlxalq münasibətlərin ümumi sisteminin, 
hər bir dövlətin beynəlxalq fəaliyyətinin bir hissəsini təşkil edir. Bu 
əlaqələr dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin aras-
ında öz xarici funksiyalarının sülh yolu ilə və beynəlxalq hüquqa uy-
ğun olaraq həyata keçirilməsi məqsədilə yaranan, xüsusi dövlət 
orqanlarının köməyi ilə dəstəklənən rəsmi münasibətləri əhatə edir.  
Xarici  əlaqələr sahəsində dövlətlərin fəaliyyəti hər zaman 
beynəlxalq hüquqi əhəmiyyət kəsb edir, belə ki, məhz xarici əlaqələr 
prosesində dövlətlər arasında rəsmi münasibətlər yaranır və ya 
mövcud münasibətlər rəsmiləşir.  
Xarici əlaqələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlar 
istənilən dövlət orqanları deyil, məhz bu məqsəd üçün yaradılmış 
orqanlar – xarici əlaqə orqanları vasitəsilə həyata keçirilir.  
Xarici əlaqələr sahəsində dövlətin fəaliyyəti – onun beynəlxalq 
aləmdə bütün rəsmi əlaqə və münasibətlərini əhatə edən, sözün geniş 
mənasında, diplomatik fəaliyyətidir. Bu fəaliyyəti dövlətlər arasında 
razılaşmalara əsasən tənzimləyən ümumi beynəlxalq hüququn sahəsi 
xarici əlaqələr hüququ adlanır.  
Beynəlxalq hüququn bu sahəsinin adlandırılmasına 
münasibətdə digər fikirlər də mövcuddur. Bəzən “diplomatiya və 
konsulluq hüququ”
1
  və ya sadəcə “diplomatiya hüququ”
2
 kimi ad-
landırmalara da rast gəlinir.  
Xarici  əlaqələr konsepsiyası beynəlxalq hüquqa K.K.San-
drovskiy tərəfindən gətirilmişdir. O, dogru olaraq qeyd edir ki, yu-
xarıdakı adlandırmalardan heç biri xarici əlaqə orqanlarının bütün 
fəaliyyət formalarını  və uyğun olaraq bu fəaliyyətlə  əlaqədar 
beynəlxalq hüququn subyektləri arasında yaranan münasibətlərin 
hüquqi tənzimlənməsini  əhatə etmir. Birincisi, xarici əlaqələr 
dövlətin təkcə diplomatik və konsul nümayəndəliklərinin fəaliyyəti 
ilə məhdudlaşmayıb, onun həm dövlətdaxili xarici əlaqə orqanlarının 
(parlament, dövlət başçısı, hökumət və hökumət başçısı, xarici işlər 
idarələri), həm də xaricdəki digər xarici əlaqə orqanlarının (xüsusi 
missiyaların, beynəlxalq təşkilatlardakı nümayəndələrin) fəaliyyətini 
də əhatə edir. İkincisi, bu sahənin subyektlərinin heç də hamısı konk-
ret olaraq diplomatik və ya konsul fəaliyyətini həyata keçirməyə də 
bilər. Məsələn, dövlətin beynəlxalq təşkilatlardakı nümyəndəliyi öz 
dövlətinin vətəndaşlarının və hüquqi şəxslərinin diplomatik və ya 
konsul müdafiəsini həyata keçirə bilməz, belə ki, bu sırf səfirliyin və 
konsulluğun funksiyasıdır. Göründüyü kimi “diplomatiya və konsul-
luq hüququ” beynəlxalq hüququn bu sahəsinin adlandırılması üçün az 
 
13
                                                 
1
  Блищенко  И.П.,  Дурденевский  В.Н.  Дипломатическое  и  консуль-
ское право. М.: ИМО, 1962 
2
 Блищенко И П. Дипломатическое право 2-е издание. М.: Высшая 
школа, 1990.  
 
12


yararlıdır. 
1
Beləliklə, bu sahənin  xarici  əlaqə orqanlarının  fəaliyyətini 
tənzimləyən prinsip və normaların məcmusundan ibarət olduğunu da 
nəzərə alsaq, onun xarici əlaqələr hüququ adlandırılması fikri ilə tam 
razılaşmaq olar. Bu mənada xarici əlaqələr hüququ – beynəlxalq 
hüquq subyektlərinin beynəlxalq ünsiyyətdə  iştirak edən rəsmi 
orqanlarının hüquq və vəzifələri üzrə razılaşdırılmış iradələrini ifadə 
edən və onların xarici əlaqələri həyata keçirmək üzrə  fəaliyyətini 
müasir beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına 
uyğun olaraq tənzimləyən hüquq normaları sistemindən ibarət ümumi 
beynəlxalq hüququn sahəsidir.  
Göründüyü kimi, xarici əlaqələr hüququ daha geniş anlayış 
olub xarici əlaqə orqanlarının fəaliyyətinin dörd əsas sahəsini  əhatə 
edir və uyğun olaraq özündə dörd yarımsahəni birləşdirir: dip-
lomatiya hüququ, konsulluq hüququ, xüsusi missiyalar hüququ və 
beynəlxalq təşkilatların diplomatiya hüququ.  
Xarici  əlaqələr hüququnun bu tərkib hissələrinin hər birində 
ümumi hüquqi tənzimləmə predmeti var ki, bu da uyğun xarici əlaqə 
orqanlarının vasitəsilə dövlətlərin beynəlxalq münasibətlərdə  rəsmi 
fəaliyyətidir. Eyni zamanda bu orqanların hər birinin spesifik 
fəaliyyət xüsusiyyətlərinə malik olması onların fərqli hüquqi 
statuslarını müəyyən edir.  
Xarici  əlaqələr hüququnu obyektiv və subyektiv mənada 
fərqləndirirlər. Obyektiv mənada bu beynəlxalq hüququn uyğun nor-
malar sistemi deməkdir. Subyektiv xarici əlaqələr hüququ isə 
fəaliyyətdə olan obyektiv xarici əlaqələr hüququnun prinsip və nor-
malarında möhkəmləndirilmiş beynəlxalq hüquq subyektlərinə aid 
mövcud hüquqları  və onlara uyğun vəzifələri özündə ehtiva edir. 
Subyektiv hüquq beynəlxalq ünsiyyətdə  iştirak etmək hüququnu 
özündə əks etdirir.  
Dövlətin suverenliyindən irəli gələn  ən mühüm və  əsas hü-
quqlarından olan beynəlxalq ünsiyyətdə  iştirak etmək hüququ öz 
növbəsində bir sıra hüquqlardan ibarətdir edir ki, onların da arasında 
ən mühümü səfirlik hüququdur. Səfirlik hüququ dövlətin digər 
dövlətə öz diplomatik və konsul nümayəndəliklərini təsis etmək 
                                                 
hüququ (aktiv səfirlik hüququ) və bu nümayəndəlikləri qəbul etmək 
hüququndan (passiv səfirlik hüququ) ibarətdir.  
Səfirlik hüququ dövlətin öhdəliyi deyil, onun hüququdur. Hər 
hansı bir dövlət öz aktiv səfirlik hüququnu o zaman realizə edə bilər 
ki, qarşı dövlət öz passiv səfirlik hüququnun realizəsinə etiraz 
etməsin. Səfirlik hüququndan fərqli olaraq dövlətin beynəlxalq 
ünsiyyətdə iştirak etmək hüququnun realizəsi digər dövlətlərin buna 
razılığından asılı deyildir.  
 
 
1.3. Xarici əlaqələr hüququnun müasir təbiəti 
  
Xarici  əlaqələr hüququ beynəlxalq hüququn subyektlərinin 
xarici əlaqə orqanları vasitəsilə bu subyektlər arasında qurulan rəsmi 
münasibət və əlaqələrini tənzimləyən beynəlxalq hüququn sahəsidir.  
Beynəlxalq hüququn bu sahəsinin  obyektini, xüsusilə bu 
məqsəd üçün yaradılmış orqanları vasitəsilə təmsil olunan beynəlxalq 
hüququn subyektləri arasındakı siyasi münasibətlər təşkil edir.  
Xarici  əlaqələr hüququnun subyektləri beynəlxalq hüququn 
subyektləri ilə üst-üstə düşür. Xarici əlaqələr  əsasən beynəlxalq 
hüququn tipik subyekti olan dövlətlər tərəfindən həyata keçirilsə  də 
buraya, həmçinin dövlətlərlə beynəlxalq hüququn digər subyektləri 
arasında və sonuncuların öz aralarındakı münasibətlər də aiddir.  
Deyilənlər  əsasən bütövlükdə xarici əlaqələr hüququ üçün 
keçərlidir. Ayrılıqda diplomatiya və ya konsulluq fəaliyyəti ilə bağlı 
bunu demək olmaz, belə ki, sonuncular bir qayda olaraq dövlətlər 
tərəfindən həyata keçirilir. Bu məsələ ilə bağlı  fərqli yanaşmalar da 
mövcuddur. Bəzi müəlliflər beynəlxalq təşkilatların danışıqlar apar-
maq, müqavilələr imzalamaq kimi fəaliyyət növlərini  əsas gətirərək 
onların da fəaliyyətini diplomatiyaya aid edirlər. Lakin burada dip-
lomatiyadan yalnız şərti olaraq, beynəlxalq işlərin aparılması qaydası 
kimi bəhs etmək olar. Xarici siyasətin həyata keçirilməsi üsulu kimi 
diplomatiya yalnız dövlətlərə xasdır. K.K.Sandrovskiy bu məsələ ilə 
bağlı yazır ki, müəyyən istisnalarla beynəlxalq təşkilatların diplo-
matiya hüququndan bəhs etmək mümkün olsa belə, onların səfirlik 
hüququndan və ya konsul hüququndan bəhs etmək  əsassızdır. Və 
dövlətlərin beynəlxalq təşkilatlara öz daimi nümayəndəliklərini təsis 
etmək praktikası da buna aid deyildir. Bu çoxtərəfli diplomatiya for-
1
 Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа, 
1986, с. 29-30 
 
14
 
15


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə