Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə100/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   96   97   98   99   100   101   102   103   ...   122

Nazirliyə müəyyən olunmuş qaydada təklif verir
16.10. Səfirliyin diplomatik və inzibati-texniki əməkdaşlarının 
məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir; 
16.11. Səfirliyin ştatdankənar vəzifələrinə Nazirlik razılaşdıraraq 
işə  qəbul edir və  işdən azad edir, ştatdankənar vəzifələrdə çalışan 
əməkdaşların məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir; 
16.12. Səfirliyin əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə 
üzvlərinin Azərbaycan Respublikasına və digər ölkələrə səfərləri ilə 
bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir; 
16.13. öz səlahiyyətləri daxilində Səfirliyin, onun əməkdaşlarının 
və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin 
edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə  vəziyyət  şəraitində 
qəbul edən dövlətdə Azərbaycan Respublikasının xaricdəki 
diplomatik xidmət orqanlarının işini və vətəndaşlarının hərəkətlərini 
müəyyən olunmuş qaydada təşkil edir və onun üzərində rəhbərliyi öz 
səlahiyyətləri daxilində həyata keçirir; 
16.14. beynəlxalq hüquqa və 
qəbul edən dövlətin 
qanunvericiliyinə görə  Səfirliyə  və  qəbul edən dövlətdə yerləşən 
Azərbaycan Respublikasının digər nümayəndəliklərinə, onların 
əməkdaşlarına və ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan 
şəxslərə, həmçinin immunitet və imtiyazlara hüququ olan 
Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən immunitet 
və imtiyazların təmin olunması məqsədilə öz səlahiyyətləri daxilində 
lazımi tədbirlər görür; 
16.15. Səfirliyin və  qəbul edən dövlətdə yerləşən Azərbaycan 
Respublikasının digər qurumlarının heyətinə  qəbul edən dövlətdə 
Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, onun 
qanunvericiliyinə, adət və  ənənələrinə hörmət etmələri üçün 
tövsiyələr verir; 
16.16. qəbul edən dövlətlə danışıqlar aparır, beynəlxalq 
konfranslarda və görüşlərdə  iştirak edir, habelə qanunvericiliklə 
nəzərdə tutulmuş qaydada beynəlxalq müqavilələr imzalayır; 
16.17. Azərbaycan Respublikasının dövlət orqanlarının nüma-
yəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və hərəkətləri 
Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi halda 
Nazirliyə  məlumat verir və Nazirlik bu məlumat  əsasında həmin 
dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis 
qruplarının işinə vaxtından  əvvəl xitam verilməsi məsələsi ilə bağlı 
həmin dövlət orqanları qarşısında məsələ qaldırır; 
16.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
olaraq digər səlahiyyətləri həyata keçirir. 
17. Səfir vəzifəsi vakant olduqda və ya Səfir öz vəzifəsini icra 
etmək iqtidarında olmadığı halda onun funksiyalarını Azərbaycan 
Respublikasının xarici işlər naziri tərəfindən təyin olunan 
Azərbaycan Respublikasının müvəqqəti işlər vəkili yerinə yetirir. 
Müvəqqəti işlər vəkilinin adı  Səfir tərəfindən və ya Səfir bunu 
etmək iqtidarında olmadığı halda Nazirlik tərəfindən qəbul edən 
dövlətin Xarici İşlər Nazirliyinə bildirilir. 
18 Səfirliyin strukturu və  ştat cədvəli Nazirlik tərəfindən təsdiq 
edilir. 
19. Səfirliyin maddi-texniki təminatı Nazirlik tərəfindən həyata 
keçirilir. 
20. Səfirliyin  əməkdaşlarının hüquq və  vəzifələri Azərbaycan 
Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə 
təlimatları ilə müəyyən olunur. Səfirliyin  əməkdaşları  Səfirə, Səfir 
olmadığı halda isə Azərbaycan Respublikasının müvəqqəti işlər 
vəkilinə tabedirlər və onun əmr və göstərişlərini yerinə yetirməyə 
borcludurlar. 
21. Səfirliyin işi müəyyən olunmuş qaydada Nazirlik tərəfindən 
təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur. 
22. Səfirliyə qanunvericiliklə müəyyən olunmuş qaydada 
Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri 
ezam oluna bilərlər. Səfirliyə ezam olunmuş Azərbaycan 
Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz 
qərarlarını və hərəkətlərini Səfir ilə razılaşdırmalıdırlar. 
23. Səfirlikdə Azərbaycan Respublikasının və  qəbul edən 
dövlətin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil və 
məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər. 
24. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq 
olaraq həmkarlar ittifaqı istisna olmaqla, Səfirlikdə siyasi par-
tiyaların, dini təşkilatların və qeyri hökumət təşkilatlarının (ictimai 
birliklərin və fondların) bölmələri yaradıla bilməz. 
 
 
 
 
 
402
 
403


 
 
AZƏRBAYCAN RESPUBLİKASININ  
KONSUL NİZAMNAMƏSİ 
 
I FƏSİL 
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 1 
Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə 
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi 
şəxslərinin hüquq və mənafeyini müdafiə edir. 
Konsulluqlar Azərbaycan Respublikasının başqa dövlətlərlə 
dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, 
mədəniyyət, ticarət, idman, turizm və digər  əlaqələrinin 
genişlənməsinə yardım göstərir. 
 
Maddə 2 
Konsulluqlar Azərbaycan Respublikası diplomatik 
nümayəndəliklərinin konsul şöbələrindən, baş konsulluqlardan, 
konsulluqlardan, vitse- konsulluqlardan və konsul agentlərindən 
ibarətdir. 
 
Maddə 3 
Konsulluqlar öz fəaliyyətində bu Nizamnamənin, Azərbaycan 
Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, 
beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tutur. 
 
Maddə 4 
Konsulluqlar Azərbaycan Respublikasının Xarici İşlər 
Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının 
xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi 
rəhbərliyi altında fəaliyyət göstərir. 
 
Maddə 5 
Diplomatik nümayəndəliklərin konsul şöbələrinə  şöbə müdirləri 
başçılıq edirlər. Onlar baş konsul və ya konsul adlanırlar. Baş 
konsulluqlara, konsulluqlara, vitse-konsulluqlara və konsul 
agentliklərinə müvafiq surətdə baş konsullar, konsullar, vitse-
konsullar və konsul agentləri başçılıq edirlər. 
 
 
Maddə 6 
Konsul bu Nizamnamədə  nəzərdə tutulmuş funksiyaları yerinə 
yetirir. 
Konsul bu Nizamnamədə 
nəzərdə tutulmamış başqa 
ffunksiyalarını da yerinə yetirə bilər, bu şərtlə ki, həmin funksiyalar 
Azərbaycan Respublikasının qanunvericiliyinə  və konsulluğun 
olduğu dövlətin qanunvericiliyinə zidd olmasın. 
 
Maddə 7 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi olmayan 
dövlətdə bu dövlətin razılığı ilə konsula diplomatik funksiyalar da 
həvalə oluna bilər. 
 
Maddə 8 
Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi onun yerləşdiyi 
dövlətlə razılıq əsasında müəyyənləşdirilir. 
 
Maddə 9 
Konsulluq üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin 
təsviri və Azərbaycan Respublikasının dövlət dilində konsulluğun adı 
olan möhürə malikdir. 
 
Maddə 10 
Konsulluq yerləşdiyi binaya üzərində Azərbaycan 
Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan 
Respublikasının dövlət dilində  və konsulluğun yerləşdiyi dövlətin 
dilində adı yazılan lövhə vurulur. 
 
Maddə 11 
Konsulluq yerləşdiyi bina üzərində Azərbaycan Respublikasının 
Dövət bayrağı qaldırıla bilər. 
Konsul öz iqamətgahında, habelə  nəqliyyat vasitələrində 
Azərbaycan Respublikasının dövlət bayrağını qaldıra bilər. 
 
 
404
 
405


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə