Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə98/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   94   95   96   97   98   99   100   101   ...   122

dəliyində  və ya konsulluğunda alacaqları aylıq  əmək haqqının 50 
faizi məbləğində birdəfəlik müavinət ödənilir. 
 
Maddə 24. Diplomatik xidmət əməkdaşlarının və diplomatik  
xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən  
şəxslərin mükafatlandırılması 
Diplomatik xidmət  əməkdaşlarının və diplomatik xidmət 
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən  şəxslərin mü-
kafatlandırılması Azərbaycan Respublikasının müvafiq 
qanunvericilik aktları əsasında həyata keçirilir. 
 
Maddə 25. Diplomatik xidmət əməkdaşlarının və diplomatik  
xidmət orqanlarının inzibati-texniki xidmətini  
həyata keçirən şəxslərin məzuniyyətləri 
25.1. Diplomatik xidmət  əməkdaşları  və diplomatik xidmət 
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən  şəxslər 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 
məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 
25.2. Xaricdə  işləyən diplomatik xidmət  əməkdaşlarına və dip-
lomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən 
şəxslərə  əmək  şəraiti və  əmək funksiyalarının xüsusiyyətləri nəzərə 
alınmaqla, əlavə məzuniyyət verilə bilər. 
 
Maddə 26. Diplomatik xidmət əməkdaşlarının və diplomatik  
xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən 
şəxslərin pensiya təminatı və sosial müdafiəsi 
26.1. Diplomatik xidmət  əməkdaşlarının və diplomatik xidmət 
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən  şəxslərin 
pensiya təminatı  və sosial müdafiəsi Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 
26.2. Azərbaycan Respublikasının diplomatik nümayəndələrində 
və konsulluqlarında işləyən diplomatik xidmət  əməkdaşlarının, 
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata 
keçirən  şəxslərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, 
arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti 
olmayan uşaqlar) icbari tibbi sığortası dövlət hesabına həyata 
keçirilir. 
26.3. Bu müddəalar müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) və elmi 
müəssisələrə göndərilənlərə də şamil edilir. 
 
Azərbaycan Respublikasının Prezidenti  
Heydər Əliyev 
 
Bakı şəhəri, 8 iyun 2001-ci il 
 
№137-İİQ 
"Azərbaycan" qəzetində dərc edilmişdir (6 sentyabr 2001-ci il, 
№203)  
"Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc 
olunmuşdur (2001-ci il, №9, maddə 567) 
29 oktyabr 2002-ci il tarixli, 377-HQD nömrəli; 21 may 2004-
cü il tarixli, 676-HQ nömrəli qanunlara əsasən  əlavələr və 
dəyişikliklərlə  
AZƏRBAYCAN RESPUBLİKASININ  
SƏFİRLİYİ HAQQINDA ƏSASNAMƏ 
 
I. ÜMUMİ MÜDDƏLAR 
 
1. Azərbaycan Respublikasının  
Səfirliyi (bundan sonra - 
Səfirlik) qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən 
diplomatik xidmət orqanıdır. Səfirlik Azərbaycan Respublikasının 
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi 
tərəfindən təsis edilir. Səfirlik Azərbaycan Respublikası Xarici İşlər 
Nazirliyinin (bundan sonra - Nazirlik) rəhbərlik etdiyi diplomatik 
xidmət orqanlarının vahid sisteminə daxildir. 
2. Səfirlik öz fəaliyyətində Azərbaycan Respublikasının 
Konstitusiyasını, "Diplomatik xidmət haqqında" Azərbaycan 
Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan 
Respublikası Prezidentinin fərman və  sərəncamlarını, Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərar və  sərəncamlarını, 
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını və Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq 
müqavilələri, eləcə  də beynəlxalq hüququn digər tətbiq edilə bilən 
normalarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 
haqqında Əsasnaməni, bu Əsasnaməni, Nazirliyin, əmr, sərəncam və 
 
394
 
395


göstərişlərini rəhbər tutur və  qəbul edən dövlətin qanunvericiliyini 
nəzərə alır. 
3. Səfirlik qəbul edən dövlətdə Azərbaycan Respublikasının 
vahid xarici siyasət xəttinin həyata keçirilməsini öz səlahiyyətləri 
daxilində  təmin edir və bu məqsədlə Azərbaycan Respublikasının 
dövlət və yerli özünüidarəetmə orqanlarının, idarə, təşkilat və 
müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin və 
mütəxəssis qruplarının fəaliyyətini  əlaqələndirir və  işi üzərində 
nəzarəti həyata keçirir. Adı  çəkilən nümayəndəliklər, nümayəndə 
heyətləri və mütəxəssis qrupları öz fəaliyyətini Səfirlik ilə 
razılaşdırmalı  və öz fəaliyyəti barədə  Səfirliyə  məlumat 
verməlidirlər. 
4. Səfirliyin binasında və ya onun ərazisində Azərbaycan 
Respublikasının xarici dövlətdəki Fövqəladə və Səlahiyyətli Səfirliyi 
(bundan sonra - Səfir) iqamətgahında Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət 
bayrağını qaldırır. Səfirliyin binasında və ya onun ərazisində 
Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan 
dilində  və  qəbul edən dövlətin dövlət dilində (dövlət dillərində) 
"Azərbaycan Respublikasının (qəbul edən dövlətin adı) Səfirliyi" 
yazısı olan lövhə vurulur. Səfirin nəqliyyat vasitəsi üzərində 
Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir. Azərbaycan 
Respublikasının dövlət rəmzləri qəbul edən dövlətin protokol 
təcrübəsi nəzərə alınaraq istifadə olunur. 
5. Səfirlik, səfirliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə 
üzvləri qəbul edən dövlətdə beynəlxalq hüquq normalarına və qəbul 
edən dövlətin qanunvericiliyinə uyğun olaraq immunitet və 
imtiyazlardan istifadə edir. Səfirliyin əməkdaşları və onlarla birlikdə 
yaşayan ailə üzvləri qəbul edən dövlətin qanunvericiliyinə, adət və 
ənənələrinə hörmət etməli, qəbul edən dövlətin daxili işlərinə 
qarışmaqdan və daxili işlərinə qarışmaq kimi təsfir oluna bilər 
hərəkətlərdən çəkinməlidir. 
6. Səfirlik Nazirlik tərəfindən təsdiq olunmuş Azərbaycan 
Respublikasının Dövlət gerbinin təsviri və öz adı  həkk olunmuş 
möhürə, ştamplara, blanklara və bank hesablarıa malikdir. 
7. Azərbaycan Respublikasının mülkiyyəti olan Səfirliyin torpaq 
sahələri, binaları, qurğuları  və digər  əmlakı Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada 
Səfirliyə təhkim olunur. 
8. Səfirlik ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə 
və  sərəncam hüququnu Azərbaycan Respublikasının müvafiq 
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir. 
 
II.SƏFİRLİYİN ƏSAS VƏZİFƏLƏRİ 
 
9. səfirliyin əsas vəzifələri aşağıdakılardır: 
9.1. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan 
Respublikasını təmsil etmək; 
9.2. qəbul edən dövlətdə Azərbaycan Respublikasının vahid 
xarici siyasət xəttini öz səlahiyyətləri daxilində həyata keçirmək; 
9.3. qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli 
maraqlarını, o cümlədən suverenliyini, təhlükəsizliyini,  ərazi bü-
tövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi, iqtisadi və digər 
maraqlarını diplomatik üsul və vasitələrlə öz səlahiyyətləri daxilində 
təmin etmək və müdafiə etmək; 
9.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun 
vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz 
səlahiyyətləri daxilində müdafiə etmək; 
9.5. qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik 
və konsul əlaqələrini qanunvericiliklə  nəzərdə tutulmuş qaydada 
həyata keçirmək; 
9.6. qəbul edən dövlətə  rəsmi nümayəndə heyətlərinin 
səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri 
daxilində kömək etmək. 
 
III.SƏFİRLİYİN FUNKSİYALARI 
 
10. səfirlik bu Əsasnamə ilə müəyyən edilmiş  vəzifələrə uyğun 
olaraq aşağıdakı funksiyaları həyata keçirir; 
10.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının 
Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və 
Nazirliyi qəbul edən dövlətin xarici və daxili siyasət məsələləri üzrə 
məlumatlandırır; 
10.2. Azərbaycan Respublikasının qəbul edən dövlətlə iqtisadi, 
sosial, elmi-texniki, mədəni və başqa sahələrdə  əməkdaşlığın 
inkişafına öz səlahiyyətləri daxilində kömək göstərir; 
 
396
 
397


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə