Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə94/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   90   91   92   93   94   95   96   97   ...   122

siyalarını müstəqil  şəkildə yerinə yetirmələrini təmin etmək üçün 
verilir. Ona görə  də  Təşkilatın üzvü onun fikrincə immunitet ədalət 
mühakiməsinin həyata keçirilməsinə mane olduğu hər bir halda öz 
nümayəndəsinin immunitetindən nəinki imtina etmək hüququna 
malikdir, həm də bu immunitetdən imtina etməyə borcludur və bu 
imtina onun verildiyi məqsədə xələl gətirmədən həyata keçirilməlidir. 
 
Maddə V 
Vəzifəli şəxslər 
B ö l m ə  18. Birləşmiş Millətlər Təşkilatının vəzifəli şəxsləri: 
a) onlar vəzifəli  şəxslər qismində dedikləri, yazdıqları  və 
etdikləri bütün hərəkətlərə görə  məhkəmə  məsuliyyətinə  cəlb 
edilməməlidirlər; 
b) Birləşmiş Millətlər Təşkilatı  tərəfindən onlara ödənilən 
məvacib və mükafatlar vergitutmadan azad edilir; 
c) onlar dövlət xidməti mükəlləfiyyətlərdən azad edilir; 
ç) onlar həyat yoldaşları  və onların himayəsində olan 
qohumları ilə birlikdə immiqrasiya ilə bağlı  məhdudiyyətlərdən və 
əcnəbilərin qeydiyyata alınması vəzifəsindən azad edilir; 
d) valyuta mübadiləsinə münasibətdə diplomatik missiyaların 
heyətinə daxil olan, müvafiq hökumətin yanında akkreditə edilmiş 
müvafiq rütbəli vəzifəli  şəxslərə  təqdim edilənlərlə eyni imtiyazlara 
malikdirlər; 
e) onlar öz həyat yoldaşları  və onların himayəsində olan 
qohumları ilə birlikdə beynəlxalq böhranlar zamanı diplomatik 
nümayəndələrin istifadə etdikləri repatriasiya güzəştlərinə 
malikdirlər; 
f) müvafiq ölkədə ilk dəfə  vəzifə tutarkən öz mebelini və 
əmlakını rüsumsuz gətirmək hüququna malikdirlər. 
B ö l m ə  19. Baş Katib və Baş Katibin bütün köməkçiləri 18-ci 
bölmədə göstərilən immunitet və imtiyazlardan əlavə onların 
özlərinə, həyat yoldaşlarına və yetkinlik yaşına çatmamış uşaqlarına 
münasibətdə beynəlxalq hüquqa müvafiq olaraq diplomatik 
nümayəndələrə  təqdim edilən imtiyazlara və immunitetlərə, 
istisnalara və güzəştlərə malikdirlər. 
B ö l m ə  20. Baş Katib, onun fikrincə immunitet ədalət mü-
hakiməsinin həyata keçirilməsinə mane olduğu və Birləşmiş Millətlər 
Təşkilatının mənafelərinə  xələl gətirmədən immunitetdən imtina 
etmək mümkün olduğu hallarda istənilən vəzifəli  şəxsə  təqdim 
edilmiş immunitetdən imtina etmək hüququna malikdir və bunu 
etməyə borcludur. Baş Katibə münasibətdə immunitetdən imtina 
etmək hüququ Təhlükəsizlik Şurasına məxsusdur. 
 
Maddə VII 
Birləşmiş Millətlər Təşkilatının buraxılış vərəqləri 
B ö l m ə  24. Birləşmiş Millətlər Təşkilatı öz vəzifəli şəxslərinə 
Birləşmiş Millətlər Təşkilatının buraxılış  vərəqələrini verə bilər. 
Birləşmiş Millətlər Təşkilatının bu buraxılış  vərəqələri Təşkilatın 
üzvlərinin hakimiyyət orqanları  tərəfindən səfərlər edilməsi üçün 
qanuni sənədlər kimi tanınır və qəbul edilir... 
 
Maddə VIII 
Mübahisələrin həlli 
B ö l m ə  29. Birləşmiş Millətlər Təşkilatı mübahisələrin 
müvafiq həll üsulu qaydalarını müəyyən edir: 
a) Birləşmiş Millətlər Təşkilatının tərəf olduğu kontraktlarla 
əlaqədar yaranan mübahisələr və ya xüsusi hüquq məsələlərinə dair 
başqa mübahisələr; 
b) öz rəsmi mövqeyinə görə immunitetdən istifadə edən 
Birləşmiş Millətlər Təşkilatının hər hansı  vəzifəli  şəxsinə aid 
mübahisələr, əgər Baş Katib bu immunitetdən imtina etməmişdirsə. 
B ö l m ə  30. Bu Konvensiyanın şərhi və ya tətbiqi ilə əlaqədar 
yaranan bütün fikir ayrılıqları, tərəflər onları başqa yolla həll etmək 
barədə razılığa gəldiyi hallar müstəsna olmaqla Beynəlxalq 
Məhkəmənin baxışına verilir. Bir tərəfdən, Birləşmiş Millətlər 
Təşkilatı, digər tərəfdən Təşkilatın üzvü arasında fikir ayrılığı 
yarandıqda Nizamnamənin 96-cı maddəsinə  və  Məhkəmənin 
Statutunun 65-ci maddəsinə müvafiq olaraq, fikir ayrılığının aid 
olduğu hər hansı hüquqi məsələ barədə məsləhət xarakterli rəy sorğu 
edilir. Məhkəmənin rəyi tərəflər üçün həlledici sayılır... 
Yekun maddəsi 
B ö l m ə  31. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının 
hər bir üzvünün qoşulması üçün ona təqdim edilir. 
B ö l m ə  32. Qoşulma Konvensiyaya qoşulma barədə aktın 
saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil 
verilməsi yolu ilə  həyata keçirilir. Təşkilatın hər bir ayrıca üzvünə 
 
378
 
379


DİPLOMATİK XİDMƏT HAQQINDA 
münasibətdə Konvensiya qoşulma haqqında hər bir ayrıca aktın 
saxlanılmaq üçün təhvil verildiyi gün qüvvəyə minir. 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
 
B ö l m ə  35. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatına və 
Təşkilatın qoşulma barədə akt təqdim etmiş  hər bir üzvünə 
münasibətdə  Təşkilatın həmin üzvü Birləşmiş Millətlər Təşkilatının 
üzvü kimi qaldığı müddətdə və ya baş Assambleya yenidən baxılmış 
ümumi Konvensiyanı  təqdim edənə  və  Təşkilatın həmin üzvü 
yenidən baxılmış bu Konvensiyaya qoşulana qədər qüvvədə qalır. 
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun bir 
növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, 
diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini 
müəyyən edir. 
 
I Fəsil. Ümumi müddəalar 
B ö l m ə  36. Baş Katib Təşkilatın istənilən üzvü və ya istənilən 
üzvləri ilə bu Konvensiyanın müddəalarını  tənzimləyən, Təşkilatın 
həmin üzvünə və ya həmin üzvlərinə aid olan əlavə sazişlər bağlaya 
bilər. Bu əlavə sazişlər hər bir halda Baş Assambleya tərəfindən 
təsdiq edilməlidir.  
 
Maddə 1. Diplomatik xidmət anlayışı 
1.1. Diplomatik xidmət - Azərbaycan Respublikasının xarici 
siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların 
peşəkar fəaliyyətidir. 
1.2. Konsul xidməti Azərbaycan Respublikasının Konsul 
nizamnaməsi  əsasında həyata keçirilən diplomatik xidmətin bir 
növüdür. 
 
Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi 
2.1. Diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan 
Respublikasının  müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan 
Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı  təşkilatlar, 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
təhsil müəssisələri təşkil edir. 
2.2. Azərbaycan Respublikasının  müvafiq icra hakimiyyəti 
orqanı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 
vahid sisteminə rəhbərlik edir. 
 
Maddə 3. Diplomatik xidmət orqanlarının vəzifələri 
3.1. Diplomatik xidmət orqanlarının 
əsas vəzifələri 
aşağıdakılardır: 
3.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası 
və  əsas istiqamətləri üzrə  təkliflərin hazırlanması  və Azərbaycan 
Respublikasının  müvafiq icra hakimiyyəti orqanına  təqdim 
edilməsi; 
3.1.2. Azərbaycan Respublikasının xarici siyasətinin həyata 
 
380
 
381


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə