Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə92/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   88   89   90   91   92   93   94   95   ...   122

ya öz ölkəsinə qayıdarkən zəruri hallarda ona viza vermiş üçüncü 
dövlətin  ərazisindən keçib gedirsə  və ya onun ərazisindədirsə, bu 
üçüncü dövlət həmin  şəxsin tranzitinin təmin edilməsi üçün tələb 
oluna biləcək toxunulmazlığı  və başqa bu cür immunitetləri ona 
təqdim edir. 
2.Bu maddənin 1-ci bəndinin müddəaları, həmçinin: 
a) nümayəndəliyin başçısının və ya nümayəndəliyin diplomatik 
heyət üzvünün onunla birgə yaşayan və onunla birlikdə  və ya 
ayrılıqda getmələrindən asılı olmayaraq onunla birləşmək və ya öz 
ölkəsinə qayıtmaq üçün imtiyaz və immunitetlərə malik olan ailə 
üzvlərinə; 
b) nümayəndə heyətinin başçısının, hər hansı başqa nüma-
yəndənin və ya nümayəndə heyətinin diplomatik heyət üzvünün onu 
müşayiət edən ailə üzvlərinə - onların onunla birlikdə və ya ayrılıqda 
getmələrindən asılı olmayaraq onunla birləşmək və ya öz ölkəsinə 
qayıtmaq üçün imtiyazlara və immunitetlərə malik olan ailə 
üzvlərinə; 
c) müşahidəçi nümayəndə heyətinin başçısını, hər hansı başqa 
müşahidəçi nümayəndənin və ya müşahidəçi nümayəndə heyətinin 
diplomatik heyət üzvünün onu müşayiət edən, onunla birgə  və ya 
ayrılıqda getmələrindən asılı olmayaraq onunla birləşmək və ya öz 
ölkəsinə qayıtmaq üçün imtiyazlara və immunitetlərə malik olan ailə 
üzvlərinə də aid edilir. 
3.Bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilənlərə oxşar 
hallarda üçüncü dövlətlər inzibati-texniki və ya xidmət heyəti 
üzvlərinin və onların ailə üzvlərinin öz ərazisindən keçib getmələrinə 
mane olmurlar. 
4.Üçüncü dövlətlər tranzit qaydasında aparılan rəsmi 
korespondensiyaya və digər rəsmi məlumatlara, o cümlədən 
kodlaşdırılmış  və ya şifrələnmiş depeşalara yerləşmə dövlətinin bu 
Konvensiyaya müvafiq olaraq təqdim etməli olduğu sərbəstliyi və 
müdafiəni təqdim edirlər. Onlar zəruri hallarda viza verilmiş nüma-
yəndəliyin, nümayəndə heyətinin və ya müşahidəçi nümayəndə 
heyətinin kuryerlərinə, nümayəndəliyin, nümayəndə heyətinin və ya 
müşlahidəçi nümayəndə heyətinin tranzit qaydada aparılan poçtuna 
yerləşmə dövlətinin bu Konvensiyaya müvafiq olaraq təqdim etməli 
olduğu toxunulmazlığı və müdafiəni təqdim edirlər. 
5.Üçüncü dövlətlərin bu maddənin 1, 2, 3 və 4-cü bəndlərində 
nəzərdə tutulmuş  vəzifələri həmin bəndlərdə adları  çəkilən, üçüncü 
dövlətin ərazisində olmaları fövqəladə hallarla bağlı olduğu şəxslərə, 
rəsmi məlumatlara və nümayəndəliyin, nümayəndə heyətinin və ya 
müşahidəçi nümayəndə heyətinin poçtuna da aiddir. 
 
Maddə 82 
Dövlətlərin və ya hökumətlərin tanınmaması  
və ya diplomatik və ya konsul münasibətlərinin olmaması 
1.Yerləşmə dövlətinin və göndərən dövlətin bu Konvensiyada 
nəzərdə tutulmuş hüquq və  vəzifələrinə bu dövlətlərdən birinin 
digərini və ya onun hökumətini tanımaqdan imtina etməsi, onların 
arasında diplomatik və ya konsul münasibətlərinin olmaması  və ya 
bu münasibətlərin pozulması təsir göstərmir. 
2.Bu Konvensiyanın icrası ilə  əlaqədar nümayəndəliyin təsis 
edilməsi və ya saxlanması, nümayəndə heyətinin və ya müşahidəçi 
nümayəndə heyətinin göndərilməsi və ya mövcud olması özlüyündə 
istər yerləşmə dövlətinin və ya onun hökumətinin göndərən dövlət 
tərəfindən tanınmasını, istərsə  də göndərən dövlətin və ya onun 
hökumətinin yerləşmə dövləti tərəfindən tanınmasını nəzərdə tutmur. 
 
Maddə 83 
Ayrı-seçkiliyin yolverilməzliyi 
Bu Konvensiyanın müddəaları  tətbiq edilərkən dövlətlər 
arasında ayrı-seçkiliyə yol verilmir. 
 
Maddə 84 
Məsləhətləşmələr 
Əgər bu Konvensiyanın iştirakçıları olan iki və ya bir neçə 
dövlət arasında onun tətbiq və ya təfsir edilməsi ilə  əlaqədar 
mübahisə yaranarsa onlardan hər hansı birinin xahişi ilə onların 
arasında məsləhətləşmələr aparılır. Mübahisə tərəflərindən hər hansı 
birinin xahişi ilə  Təşkilat və ya konfrans məsləhətləşmələrdə  iştirak 
etmək üçün dəvət olunur. 
 
Maddə 85 
Barışıq proseduru 
1. Əgər mübahisə 84-cü maddədə göstərilmiş məsləhətləşmələr 
nəticəsində  həll edilməsə, məsləhətləşmələrin başlandığı andan 
 
368
 
369


etibarən bir ay müddətində məsləhətləşmələrdə iştirak edən istənilən 
dövlət həmin mübahisəni baxılmaq üçün Təşkilata və 
məsləhətləşmələrdə  iştirak edən başqa dövlətlərə yazılı bildiriş 
göndərmək yolu ilə bu maddənin müddəalarına müvafiq olaraq 
yaradılan barışıq komissiyasına verə bilər. 
2. Hər bir barışıq komissiyası üç üzvdən ibarət olur: üzvlərdən 
ikisi müvafiq surətdə mübahisə  tərəflərinin hər biri tərəfindən təyin 
edilir, komissiyanın sədri isə bu maddənin 3-cü bəndinə uyğun olaraq 
təyin edilir. Bu Konvensiyanın iştirakçısı olan hər bir dövlət bu cür 
komissiya üzvü qismində fəaliyyət göstərməli olan şəxsi əvvəlcədən 
təyin edir. Həmin dövlətlər bu təyinat barədə  Təşkilata məlumat 
verir, Təşkilat isə  təyin edilən  şəxslərin siyahısını  tərtib edir. Əgər 
dövlət bu təyinatı  əvvəlcədən etməmişdirsə bunu barışıq 
prosedurunun gedişində komissiya bu maddənin 7-ci bəndinə 
müvafiq olaraq hazırlamalı olduğu məruzəni tərtib etməyə başlayan 
ana qədər həyat keçirə bilər. 
3.Komissiyanın sədri komissiyanın digər iki üzvü tərəfindən 
seçilir.  Əgər bu maddənin 1-ci bəndində adı  çəkilən bildiriş 
göndəriləndən sonra 1 ay müddətində komissiyanın digər iki üzvü 
arasında razılıq  əldə edilməsə  və ya mübahisə  tərəflərindən biri 
komissiya üzvlərindən birini sədr təyin etmək hüququndan istifadə 
etməzsə, tərəflərdən birinin xahişi ilə  sədr Təşkilatın  əsas vəzifəli 
şəxsi tərəfindən təyin edilir. Bu təyinat həmin xahiş daxil olandan 
sonra bir ay müddətində həyata keçirilməlidir. Təşkilatın əsas vəzifəli 
şəxsi komissiyanın sədri qismində istər Təşkilatın  əməkdaşı, istərsə 
də mübahisədə tərəf olan dövlətin vətəndaşı olmamalıdır. 
4.Hər hansı vakansiya ilkin təyinat üçün nəzərdə tutulan 
qaydada doldurulmalıdır. 
5.Komissiya sədrin təyin edildiyi andan etibarən hətta tam 
tərkibdə olmasa belə işə başlayır. 
6.Komissiya öz prosedur qaydalarını səs çoxluğu ilə müəyyən 
edir, öz qərarlarını  və tövsiyələrini səs çoxluğu ilə  qəbul edir. Əgər 
Təşkilat birləşmiş millətlər Təşkilatının nizamnaməsinə müvafiq 
olaraq buna müvəkkil edilmişdirsə komissiya ona tövsiyə edə bilər 
ki, bu Konvensiyanın tətbiq və ya təfsir edilməsinə dair beynəlxalq 
məhkəmənin məsləhət rəyini tələb etsin. 
7.Əgər komissiya sədrin təyin edildiyi andan etibarən iki ay 
müddətində mübahisənin həlli barədə mübahisə  tərəfləri arasında 
razılığa gələ bilməzsə o, mümkün qədər qısa müddətdə öz işi 
barəsində  məruzə hazırlamalı  və onu mübahisə  tərəflərinə 
göndərməlidir. Məruzədə faktlar və hüquq məsələləri barədə 
komissiyanın rəyi, eləcə  də mübahisənin həllinə kömək məqsədilə 
onun tərəflərə etdiyi tövsiyələr olmalıdır. Yuxarıda adı  çəkilən iki 
aylıq müddət komissiyanın qərarına  əsasən artırıla bilər. 
Komissiyanın məruzəsində olan tövsiyələr mübahisə  tərəfləri həmin 
tövsiyələri qəbul etməyincə mübahisə tərəfləri üçün məcburi qüvvəyə 
malik deyildir. Bununla belə, mübahisə  tərəflərinin hər biri 
məruzənin ona aid tövsiyələrini birtərəfli qaydada yerinə yetirəcəyini 
bəyan etmək hüququna malikdir. 
Bu maddənin  əvvəlki bəndlərinin heç bir müddəası bu 
Konvensiyanın tətbiq edilməsi ilə  əlaqədar yaranan mübahisələrin 
həlli üçün hər hansı başqa münasib prosedur müəyyən edilməsinə və 
ya bu Konvensiyanın təfsir edilməsinə  və ya bu mübahisənin həll 
edilməsi məqsədilə Təşkilatda müəyyən edilmiş prosedurun və ya hər 
hansı başqa prosedurun tətbiq edilməsi barədə mübahisə  tərəfləri 
arasında başqa razılaşma əldə edilməsinə mane olmur. 
Bu maddə dövlətlər arasında və ya dövlətlərlə beynəlxalq 
Təşkilatlar arasında qüvvədə olan beynəlxalq sazişlərdə 
mübahisələrin həllinə dair müddəalara xələl gətirmir.  
 
VI hissə. Yekun maddələr 
 
Maddə 86 
İmzalanma 
Bu Konvensiya bütün dövlətlər tərəfindən imzalanmaq üçün 30 
sentyabr 1975-ci ilə  qədər Avstriya Respublikasının Federal Xarici 
İşlər Nazirliyində, sonra isə 30 mart 1976-cı ilə qədər Nyu-Yorkda, 
BMT-nin mərkəzi müəssisələrində açıqdır. 
 
Maddə 87 
Ratifikasiya 
Bu Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya sənədləri 
saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil 
verilir. 
 
Maddə 88 
 
370
 
371


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə