Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə93/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   89   90   91   92   93   94   95   96   ...   122

Qoşulma 
Bu Konvensiya istənilən dövlətin ona qoşulması üçün açıqdır. 
Qoşulma haqqında sənədlər saxlanılmaq üçün Birləşmiş Millətlər 
Təşkilatının Baş Katibinə təhvil verilir. 
 
Maddə 89 
Qüvvəyəminmə 
1. Bu Konvensiya sayca otuz beşinci ratifikasiya sənədi və ya 
qoşulma haqqında sayca otuz beşinci sənəd saxlanılmaq üçün təhvil 
veriləndən sonra otuzuncu gündən qüvvəyə minir. 
2. Sayca otuz beşinci ratifikasiya sənədi və ya qoşulma 
haqqında sayca otuz beşinci sənəd saxlanılmaq üçün təhvil 
veriləndən sonra Konvensiyanı ratifikasiya etmiş və ya ona qoşulmuş 
hər bir dövlət üçün Konvensiya həmin dövlət öz ratifikasiya sənədini 
və ya qoşulma haqqında sənədini saxlanılmaq üçün təhvil verəndən 
sonra otuzuncu gündən qüvvəyə minir. 
 
Maddə 90 
Təşkilatlar tərəfindən müddəaların yerinə yetirilməsi 
Bu Konvensiya qüvvəyə mindikdən sonra universal xarakterli 
beynəlxalq Təşkilatın səlahiyyətli orqanı Konvensiyanın müvafiq 
müddəalarının yerinə yetirilməsi barədə qərar qəbul edə bilər. 
Təşkilat bu qərar barədə yerləşmə dövlətinə və Konvensiyanın 
depozitarisinə məlumat verir. 
 
Maddə 91 
Depozitari tərəfindən göndərilən bildirişlər 
1. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu 
Konvensiyanın depozitarisi qismində: 
a) 86, 87 və 88-ci maddələrə müvafiq olaraq Konvensiyanın 
imzalanması və ratifikasiya sənədlərinin və ya qoşulma sənədlərinin 
saxlanmaq üçün təhvil verilməsi faktları haqqında; 
b) 89-cu maddəyə müvafiq olaraq Konvensiyanın qüvvəyə 
minmə tarixi haqqında; 
c) 90-cı maddəyə müvafiq olaraq ona bildirilən hər hansı qərar 
barədə bütün dövlətlərə məlumat verir. 
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi həmçinin, zəruri 
hallarda, bu Konvensiyaya aidiyyəti olan başqa aktlar, bildirişlər və 
ya məlumatlar barədə bütün dövlətlərə informasiya verir. 
 
 
372
 
373


Maddə 92 
Birləşmiş Millətlər Təşkilatının 
Autentik mətnlər 
imtiyazları və immunitetləri haqqında 
KONVENSİYA

İngilis, ispan, çin, rus və fransız dillərində  mətnləri eyni 
dərəcədə autentik olan bu Konvensiyanın  əsli saxlanılmaq üçün 
Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verilir, o isə bu 
Konvensiyanın təsdiq edilmiş surətlərini bütün dövlətlərə göndərir. 
13 fevral 1946-cı il 
(çıxarış
 
Özlərinin müvafiq hökumətləri tərəfindən bundan ötrü lazımi 
qaydada müvəkkil edilmiş  səlahiyyətli nümayəndələr bunları 
təsdiqləmək üçün bu Konvensiyanı imzaladılar. 
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 104-cü 
maddəsində  Təşkilatın öz Üzvlərindən hər birinin ərazisində öz 
funksiyalarını yerinə yetirməsi və öz məqsədlərinə çatması üçün 
zəruri ola biləcək səlahiyyətlərə malik olması nəzərdə tutulduğundan, 
Min doqquz yüz yetmiş beşinci il mart ayının on dördündə 
Vyanada İCRA EDİLDİ. 
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci 
maddəsində  Təşkilatın öz Üzvlərindən hər birinin ərazisində öz 
funksiyalarını yerinə yetirməsi və öz məqsədlərinə çatması üçün 
zəruri ola biləcək səlahiyyətlərə malik olması, Birləşmiş Millətlər 
Təşkilatının Üzvlərinin nümayəndələrinin və onun vəzifəli 
şəxslərinin də  Təşkilatın fəaliyyəti ilə  əlaqədar öz funksiyalarını 
müstəqil yerinə yetirmələri üçün zəruri imtiyazlara və immunitetlərə 
malik olması nəzərdə tutulduğundan, 
 
 
Yuxarıda  şərh edilənlərlə əlaqədar, Baş Assambleya 13 fevral 
1946-cı ildə  qəbul edilmiş  Qətnaməsində  aşağıdakı Konvensiyanı 
bəyənir və Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinin bu 
Konvensiyaya qoşulmalarını təklif edir: 
 
Maddə I 
Hüquqi şəxs 
B ö l m ə  1. Birləşmiş Millətlər Təşkilatı hüquqi şəxsdir və: 
a) müqavilələr bağlamaq; 
b) daşınmaz və daşınan əmlak əldə etmək və onların barəsində 
sərəncam vermək; 
c) məhkəmədə iş qaldırmaq səlahiyyətlərinə malikdir. 
 
Maddə II 
Əmlak, fondlar və aktiv 
B ö l m ə  2. Birləşmiş Millətlər Təşkilatı, onun əmlakı  və 
aktivləri, harada və kimin sərəncamında olmasından asılı olmayaraq, 
Təşkilat özü immunitetdən qəti imtina etdiyi hallardan başqa, 
                                                 

 31 may 1995-ci il üçün Konvensiyanın 135 iştirakçısı vardı. 
 
374
 
375


istənilən formada məhkəmə müdaxiləsindən immunitet hüququna 
malikdir. Lakin nəzərdə tutulur ki, immunitetdən heç bir imtina 
məhkəmə-icra tədbirlərinə şamil edilmir. 
B ö l m ə  3. Birləşmiş Millətlər Təşkilatının binaları 
toxunulmazdır. Birləşmiş Millətlər Təşkilatının  əmlakı  və aktivi 
harada yerləşməsindən və kimin sərəncamında olmasından asılı 
olmayaraq, onlara axtarış, rekvizisiya, müsadirə, ekspropriasiya və 
hər hansı başqa formada icra, inzibati, məhkəmə, qanunverici və ya 
başqa təsirlər yolu ilə müdaxilə edilməməlidir. 
B ö l m ə  4. Birləşmiş Millətlər Təşkilatının arxivləri və 
Təşkilata mənsub olan və ya onun sərəncamında olan bütün sənədlər 
harada yerləşməsindən asılı olmayaraq, toxunulmazdır. 
B ö l m ə  5. Birləşmiş Millətlər Təşkilatı  hər hansı maliyyə 
nəzarəti, qaydalar və ya moratori ilə məhdudlaşmadan... 
B ö l m ə  7. Birləşmiş Millətlər Təşkilatı, onun aktivləri, 
gəlirləri və digər mülkiyyəti: 
a) bütün birbaşa vergilərdən azad edilir... 
b) Təşkilat tərəfindən xidməti istifadə üçün əşyalar idxal və 
ixrac edilərkən gömrük rüsumlarından, idxal və ixrac qadağalarından 
və məhdudiyyətlərindən azad edilir... 
c) öz nəşrlərinin idxalı  və ixracı zamanı gömrük 
rüsumlarından, idxal və ixrac qadağalarından və 
məhdudiyyətlərindən azad edilir. 
 
Maddə III 
Rabitə vasitələri 
B ö l m ə  9. Birləşmiş Millətlər Təşkilatı öz rəsmi rabitə 
vasitələri üçün Təşkilatın hər bir Üzvünün ərazisində  Təşkilatın bu 
Üzvünün hər hansı başqa hökumətə... təqdim etdiyi şərtlərdən az 
əlverişli olmayan şərtlərdən istifadə edirlər.  
B ö l m ə  10. Birləşmiş Millətlər Təşkilatı  şifrədən istifadə et-
mək və korrespondensiyanı diplomatik kuryerlər və valizlərlə eyni 
immunitetlərə  və imtiyazlara malik olan kuryerlər və ya valizlər 
vasitəsilə almaq və göndərmək hüququna malikdir. 
 
Maddə IV 
Təşkilatın üzvlərinin nümayəndələri 
B ö l m ə  11. Təşkilatın Üzvlərinin Birləşmiş Millətlər 
Təşkilatının  əsas və köməkçi orqanlarında və  Təşkilatın çağırdığı 
konfranslarda nümayəndələri öz xidməti vəzifələrini icra edərkən, 
iclasın keçiriləcəyi yerə gedərkən və geri qayıdarkən onlara aşağıdakı 
imtiyazlar və immunitetlər verilir: 
a)  şəxsən həbs edilməkdən və ya tutulub saxlanmaqdan və 
şəxsi baqaj üzərinə həbs qoyulmasından immunitet, eləcə də onların 
nümayəndələr qismində dedikləri, yazdıqları  və ya etdiklərinin 
hamısına münasibətdə hər hansı məhkəmə-prosessual immunitet; 
b) bütün kağızların və sənədlərin toxunulmazlığı; 
c) 
şifrədən istifadə etmək və kağızları 
və ya 
korrespondensiyanı kuryerlər və ya valiz vasitəsilə almaq hüququ; 
ç) onlar özləri və  həyat yoldaşları öz xidməti vəzifələrinin 
icrası ilə  əlaqədar müvəqqəti olduqları  və ya ərazisindən keçib 
getdikləri ölkədə immiqrasiya, əcnəbilərin qeydiyyatı  və ya dövlət 
xidməti mükəlləfiyyəti ilə bağlı məhdudiyyətlərdən istisna olunma; 
d) xarici hökumətlərin müvəqqəti xidməti ezamiyyətlərdə olan 
nümayəndələrinə təqdim edilən pul və ya valyuta mübadiləsi ilə bağlı 
məhdudiyyətlərə münasibətdə eyni güzəştlər; 
e) onların 
şəxsi baqajına münasibətdə diplomatik 
nümayəndələrə təqdim edilən immunitetlər və güzəştlər
f) yuxarıda deyilənlərə zidd olmamaqla diplomatik 
nümayəndələrin istifadə etdikləri sair imtiyazlar, immunitetlər və 
güzəştlər, idxal edilən mallar üçün gömrük rüsumlarından və ya aksiz 
rüsumlarından və ya satışdan rüsumlardan azadolma tələb etmək 
hüququ müstəsna olmaqla. 
B ö l m ə  12. Təşkilatın üzvlərinin Birləşmiş Millətlər 
Təşkilatının  əsas və köməkçi orqanlarında və Birləşmiş Millətlər 
Təşkilatı  tərəfindən çağırılan konfranslarda nümayəndələrinin öz 
xidməti vəzifələrini yerinə yetirərkən tam söz azadlığını  və 
müstəqilliyini təmin etmək üçün onlara öz xidməti vəzifələrinin icrası 
zamanı dedikləri və ya yazdıqlarına, eləcə  də bütün hərəkətlərinə 
münasibətdə  məhkəmə prosessual immuniteti verilməsi davam edir; 
bu immunitet hətta onun aid olduğu şəxslər artıq Birləşmiş Millətlər 
Təşkilatının nümayəndələri olmadıqdan sonra da təqdim edilməkdə 
davam edir. 
B ö l m ə  14. İmtiyazlar və immunitetlər Təşkilatın üzvlərinin 
nümayəndələrinə ayrı-ayrı insanların  şəxsi mənfəəti üçün deyil, 
onların Birləşmiş Millətlər Təşkilatında işlə  əlaqədar öz funk-
 
376
 
377


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə