Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə90/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   86   87   88   89   90   91   92   93   ...   122

müstəsna olmaqla, başqa əlaqədar yığımlardan azad edir: 
a) nümayəndə heyətinin rəsmi istifadəsi üçün nəzərdə tutulan 
əşyalar; 
b) nümayəndə heyətinin başçısının, hər hansı başqa nüma-
yəndənin və nümayəndə heyətinin diplomatik heyət üzvünün şəxsi 
istifadəsi üçün nəzərdə tutulan, bu şəxs orqanın sessiyasının işində və 
ya konfransda iştirak etmək məqsədilə yerləşmə dövlətinin ərazisinə 
ilk dəfə gələrkən onun şəxsi baqajında gətirilən əşyalar.  
2. Nümayəndə heyətinin başçısının, hər hansı başqa nüma-
yəndənin və nümayəndə heyətinin diplomatik heyət üzvünün şəxsi 
baqajında bu maddənin 1-ci bəndin göstərilən istisnaların  şamil 
edilmədiyi  əşyaların, yaxud gətirilməsi və ya aparılması yerləşmə 
dövlətinin qanunu ilə qadağan edilmiş  və ya yerləşmə dövlətinin 
karantin qaydaları ilə  tənzimlənən  əşyalar olmasını güman etmək 
üçün ciddi əsaslar olmadıqda yoxlamadan azad edilir. Belə hallarda 
yoxlama yalnız azadetmənin  şamil edildiyi şəxsin və ya onun 
səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır. 
 
Maddə 66 
Başqa şəxslərin imtiyazları və immunitetləri 
1. Nümayəndə heyətinin başçısını müşayiət edən ailə üzvləri və 
hər hansı başqa nümayəndənin və ya nümayəndə heyətinin dip-
lomatik heyət üzvünün nümayəndə heyətinin bu cür üzvlərini mü-
şayiət edən ailə üzvləri yerləşmə dövlətinin vətəndaşları deyillərsə və 
ya həmin dövlətdə daimi yaşamırlarsa, onlar 58, 60 və 64-cü 
maddələrdə, 65-ci maddənin 1 "b" və 2-ci bəndlərində göstərilən 
imtiyazlara və immunitetlərə malikdirlər və əcnəbilərin qeydiyyatdan 
keçmək vəzifəsindən azad edilirlər. 
2. Nümayəndə heyətinin inzibati-texniki heyət üzvləri,  əgər 
onlar yerləşmə dövlətinin vətəndaşları deyillərsə  və ya həmin 
dövlətdə daimi yaşamırlarsa, 58, 59, 60, 62, 63 və 64-cü maddələrdə 
göstərilmiş imtiyazlardan və immunitetlərdən istifadə edirlər. Onlar, 
həmçinin orqanın və ya konfransın sessiyasının işində  iştirak etmək 
məqsədilə yerləşmə dövlətinin  ərazisinə ilk dəfə  gələrkən onların 
şəxsi baqajında gətirilən əşyalara münasibətdə 65-ci maddənin 1 "b" 
bəndində göstərilmiş imtiyazlardan istifadə edirlər.  İnzibati-texniki 
heyət  əməkdaşının onu müşayiət edən ailə üzvləri,  əgər onlar 
yerləşmə dövlətinin vətəndaşları deyillərsə  və ya həmin dövlətdə 
daimi yaşamirlarsa, 58, 60 və 64-cü maddələrdə göstərilmiş 
imtiyazlardan və immunitetlərdən bu cür heyət  əməkdaşları üçün 
nəzərdə tutulmuş həcmdə istifadə edirlər. 
3. Nümayəndə heyətinin xidmət heyətinin yerləşmə dövlətinin 
vətəndaşları olmayan və ya həmin dövlətdə daimi yaşamayan üzvləri 
öz vəzifələrinin icrası zamanı etdikləri hərəkətlərə münasibətdə 
nümayəndə heyətinin inzibati-texniki heyət üzvləri ilə eyni 
immunitet hüququndan istifadə edir, onların öz xidmətləri 
müqabilində  əldə etdikləri qazanc vergilərdən, yığımlardan və 
rüsumlardan azad edilir, həmçinin 62-ci maddədə adı  çəkilən 
azadetmə hüququndan istifadə edirlər. 
4. Nümayəndə heyətinin  əməkdaşlarının  şəxsi ev işçiləri 
yerləşmə dövlətinin vətəndaşları deyillərsə  və ya həmin dövlətdə 
daimi yaşamırlarsa, onların öz xidmətləri müqabilində əldə etdikləri 
qazanc vergilərdən, yığımlardan və rüsumlardan azad edilir. Başqa 
məsələlərdə onlar imtiyaz və immunitetlərdən yalnız yerləşmə 
dövlətinin icazə verdiyi hədlər daxilində istifadə edə bilərlər. Lakin 
yerləşmə dövləti bu şəxslər üzərində öz yurisdiksiyasını elə  həyata 
keçirməlidir ki, nümayəndə heyətinin funksiyalarının həyata 
keçirilməsinə lazımsız müdaxilə edilməsin. 
 
Maddə 67 
Yerləşmə dövlətinin vətəndaşları və  
həmin dövlətdə daimi yaşayan şəxslər 
1. Yerləşmə dövlətinin vətəndaşı olan və ya həmin dövlətdə 
daimi yaşayan nümayəndə heyətinin başçısı, hər hansı başqa nü-
mayəndə  və nümayəndə heyətinin diplomatik heyət üzvü yerləşmə 
dövlətinin təqdim edə biləcəyi  əlavə imtiyazlar və immunitetlərlə 
yanaşı, yalnız öz funksiyalarını yerinə yetirərkən etdiyi rəsmi 
hərəkətlərə münasibətdə yurisdiksiyadan immunitetə 
və 
toxunulmazlığa malikdir. 
2. Nümayəndəliyin yerləşmə dövlətinin vətəndaşları olan və ya 
həmin dövlətdə daimi yaşayan digər  əməkdaşları yalnız öz 
funksiyalarını yerinə yetirərkən etdikləri rəsmi hərəkətlərə 
münasibətdə yurisdiksiyadan immunitetə malikdirlər. Bütün başqa 
hallarda bu əməkdaşlar, eləcə  də yerləşmə dövlətinin vətəndaşları 
olan və ya həmin dövlətdə daimi yaşayan şəxsi ev işçiləri imtiyaz və 
immunitetlərdən yalnız yerləşmə dövlətinin icazə verdiyi hədlər 
 
360
 
361


daxilində istifadə edirlər. Lakin yerləşmə dövləti bu cür əməkdaşlar 
və ev işçiləri üzərində öz yurisdiksiyasını elə  tərzdə  həyata 
keçirməlidir ki, nümayəndəliyin funksiyalarının həyata keçirilməsinə 
lüzumsuz müdaxilə edilməsin. 
Maddə 68 
İmtiyaz və immunitetlərin qüvvədə olma müddəti 
1.  İmtiyaz və immunitet hüququna malik olan hər bir şəxs öz 
vəzifəsini tutmaq üçün gedərkən bu hüquqlardan yalnız yerləşmə 
dövlətinin ərazisinə daxil olduğu anda və ya əgər həmin şəxs artıq bu 
ərazidədirsə, onun təyinatı barədə  Təşkilat və ya göndərən dövlət 
tərəfindən yerləşmə dövlətinə xəbər verildiyi andan istifadə edir. 
2.  Əgər imtiyaz və immunitetlərdən istifadə edən  şəxsin 
funksiyaları başa çatırsa, onun imtiyaz və immunitetlərinə adətən 
həmin şəxs yerləşmə dövlətinin ərazisini tərk edən anda və ya bunu 
etmək üçün ağlabatan müddət başa çatdıqdan sonra xitam verilir. 
Lakin bu cür şəxs tərəfindən öz nümayəndəliyinin  əməkdaşı 
funksiyalarını yerinə yetirərkən edilmiş  hərəkətlərə münasibətdə 
immunitetlər mövcud olmaqda davam edir. 
3. Nümayəndəliyin  əməkdaşı  vəfat etdikdə onun ailə üzvləri 
malik olduqları imtiyaz və immunitetlərdən yerləşmə dövlətinin 
ərazisini tərk etmək üçün ağlabatan müddət başa çatana qədər istifadə 
etməkdə davam edirlər. 
4. Nümayəndəliyin yerləşmə dövlətinin vətəndaşı olmamış  və 
ya həmin dövlətdə daimi yaşamamış əməkdaşı və ya onunla birlikdə 
yaşayan ailə üzvü vəfat etdikdə yerləşmə dövləti vəfat etmiş  şəxsin 
yerləşmə dövlətinin  ərazisi hüdudlarında  əldə etdiyi və daşınıb 
aparılması  həmin  şəxsin vəfat etdiyi vaxtda qadağan edilmiş bütün 
əmlak müstəsna olmaqla onun daşına bilən  əmlakının aparılmasına 
icazə verir. Yerləşmə dövlətində olan daşınmaz  əmlakdan vərəsəlik 
vergisinin bütün növləri yalnız vəfat etmiş  şəxsin həmin dövlətdə 
nümayəndəliyin  əməkdaşı  və ya nümayəndəliyin  əməkdaşının ailə 
üzvü kimi olması səbəbindən tutulmur. 
 
Maddə 69 
Funksiyalara xitam verilməsi 
Nümayəndəliyin başçısının və ya nümayəndəliyin diplomatik 
heyət üzvünün funksiyalarına aşağıdakı hallarda xitam verilir: 
a) funksiyalara göndərən dövlət tərəfindən xitam verilməsi 
barədə Təşkilatın bildirişinə əsasən; 
b) nümayəndəlik həmişəlik və ya müvəqqəti geri çağırıldığı 
hallarda. 
 
Maddə 70 
Binaların, əmlakın və arxivlərin mühafizəsi 
1. Nümayəndəlik müvəqqəti və ya həmişəlik geri çağırıldıqda 
yerləşmə dövləti nümayəndəliyin binalarına, əmlakına və arxivlərinə 
hörmətlə yanaşmalı  və onları mühafizə etməlidir. Göndərən dövlət 
yerləşmə dövlətini bu xüsusi vəzifədən mümkün qədər tez azad 
etmək üçün bütün lazımi tədbirləri görməlidir. O, nümayəndəliyin 
binalarının,  əmlakının və arxivlərinin mühafizəsini Təşkilata,  əgər 
Təşkilat buna razıdırsa və ya yerləşmə dövləti üçün məqbul olan 3-cü 
dövlətə etibar edə bilər. 
2. Göndərən dövlətdən müvafiq xahiş daxil olduqda yerləşmə 
dövləti göndərmə dövlətinin nümayəndəliyin əmlakını və arxivlərini 
yerləşmə dövlətinin  ərazisindən daşıyıb aparması üçün ona imkan 
verir. 
 
IV hissə. Orqanlarda və konfranslarda müşahidəçi 
nümayəndə heyəti 
 
Maddə 71 
Müşahidəçi nümayəndə heyətinin göndərilməsi 
Təşkilatın qaydalarına müvafiq olaraq dövlət orqana və ya 
konfransa müşahidəçi nümayəndə heyəti göndərə bilər. 
 
Maddə 72 
Müşahidəçi nümayəndə heyətinə aid ümumi qayda 
Bu Konvensiyanın 43-70-ci maddələrinin bütün müddəaları 
müşahidəçi nümayəndə heyətlərinə tətbiq edilir. 
 
V hissə. Ümumi müddəalar 
 
Maddə 73 
Nümayəndəliyin əməkdaşlarının, nümayəndə heyətinin 
üzvlərinin və ya müşahidəçi nümayəndə heyətinin üzvlərinin 
vətəndaşlığı 
 
362
 
363


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə