SəRBƏst iŞ TƏLƏBƏ: Əhmədov Şamil kafedra: Biznes və İqtisadiyyat



Yüklə 70,86 Kb.
səhifə1/3
tarix17.05.2022
ölçüsü70,86 Kb.
#87127
  1   2   3
Titul vərəqi







Q

ərbi Kaspi Universiteti


SƏRBƏST İŞ

TƏLƏBƏ: Əhmədov Şamil

KAFEDRA: Biznes və İqtisadiyyat

İXTİSAS: İQTİSADİYYAT

QRUP: 531 İ

TƏDRİS İLİ: 2021/2022

FƏNN: Azərbaycan iqtisadiyyatı

SƏRBƏST İŞİN MÖVZUSU: Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı

MÜƏLLİM: Hacıyev Murad



Bakı-2021

Plan

1.Üzvolma prosesi

2.İqtisadiyyatın struktur dəyişikliyi

3.İqtisadiyyatın diversifikasiyası

4.Üzvolma danışıqları və öhdəlikləri barədə məlumat

2018-ci il iyul ayına ÜTT-nin 164 üzvü vardır. Ən son təşkilata qoşulan dövlət Əfqanıstandır (iyul 2016-cı il). Beynəlxalq ticarətin 97%-i ÜTT üzvlərinin payına düşür.

 

Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla bütün MDB dövlətləri ÜTT üzvüdür. Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan təşkilata ilk olaraq üzv olmuşlar. Ukrayna 2008-ci ildə üzv olub, Rusiya 2012-ci ildə, Tacikistan 2013-cü ildə və Qazaxıstan isə 2015-ci ildə üzv olmuşdur.  



 

Hazırda 22 dövlət üzvlük prosesindədir, onların adları aşağıdakı xəritədə sarı rənglə qeyd olunmuşdur. İran hələ ki, ÜTT-nin üzvü olmayan ən iri iqtisadiyyatı olan ölkədir. Bir sıra dövlətlər, o cümlədən, Komoros və Bosniya və Herseqovina ilə aparılan danışıqların 2018-ci ildə sona çatdırılması gözlənilir. Bir sıra dövlətlər, o cümlədən, Belarus aktiv şəkildə danışıqlar aparır. Yalnız Şimali Koreya və Türkmənistan da daxil olmaqla, bir neçə dövlət  ÜTT üzvlüyü üçün müraciət etməmişlər. 

 

Üzvolma prosesi 


Üzvolma prosesi aşağıdakı qrafikdə göstərilən ardıcıllıqdan ibarətdir:

 

Çoxtərəfli, plüralitet və ikitərəfli proses üzvolma danışıqlarının ən çox vaxt aparan hissəsidir. Adətən, bu prosesin bitməsi bir neçə il təşkil edir. Çoxtərəfli danışıqlar İşçi Qrupun üzvləri ilə Cenevrədə aparılır və sual-cavablar daxil olmaqla, çoxdəfəli görüşləri və  məlumat mübadiləsini nəzərdə tutur. İkitərəfli danışıqlar prosesi qarşı-qarşıya aparılan görüşləri və hər bir maraqlı üzv ilə mübadiləni tələb edir. Prosesin son hissəsində mallar və xidmətlər üzrə cədvəllərin layihələrinin hazırlanması prosesinə Katiblik də qoşulur. 



 

İşçi Qrupun hesabat layihəsi və mallar və xidmətlər üzrə cədvəllərin layihələri hazır olan kimi, bunların təsdiqləmə prosesi başlayır. Bu andan üzvolmanın qüvvəyə minməsinədək, adətən, bir neçə ay çəkir. İki əsas mərhələ, sənədlər zərfinin üzvlər tərəfindən təsdiqlənməsi və üzv olan dövlətin hökuməti tərəfindən qəbul edilməsidir. 

Dövlətlər niyə üzv olur?
İqtisadiyyatlarının çox iri, iri, orta və ya kiçik, ölçülərinin iri, orta və ya kiçik olmasından, iqtisadi və ya siyasi modellərindən asılı olmayaraq, fərqli qitələrdə yerləşən 36 dövlət, ÜTT-yə qoşulmağın bütövlükdə onların maraqlarına (təkcə iqtisadi maraqları deyil) daha yaxşı xidmət edəcəyi barəsində razılaşırlar. 

Dövlətlər ÜTT-yə üzv olmaq istəyirlər. Lakin hələ ki, heç bir dövlət ÜTT-ni tərk etmək üçün ciddi bir addım atmamışdır. 

 

Ölkələr ÜTT-yə üzvlükdən nə gözləyirlər? 



Üzv olmaqda maraqlı olan dövlətlər tərəfindən aşağıdakı səbəblərin siyahısı qeyd olunmuşdur:

  • Struktur islahatlar daxil olmaqla, iqtisadi islahatların həyata keçirilməsi

  • Mərkəzi planlaşdırma iqtisadiyyatından bazar iqtisadiyyatına keçid

  • İqtisadiyyatın dar əmtəə çeşidindən asılılığının azaldılması istiqamətində diversifikasiyası

  • Müstəqillik əldə olunduqdan sonra dövlət quruculuğu prosesi

  • Münaqişədən sonra bərpa

  • Regional inteqrasiya təşəbbüsü istiqamətində irəliləyiş

 

 Hətta Çin nəzərə alınmadığı halda belə, 2009-cu və 2015-ci illər istisna olmaqla, ÜTT-yə üzv olan qalan dövlətlər digər dünya ölkələri ilə müqayisədə, daha yaxşı göstəricilərə malik olmuşlar. Aşağıdakı qrafikdə 1995 və 2016-cı illər arasında üzvlük statusu əsasında dünya ticarətinin nominal dəyərlərlə inkişafı göstərilir:

 

Çinin nəzərə alınmasından asılı olmayaraq, ÜTT-yə üzv dövlətlər (qrafikdə (Çin istisna olmaqla) “XII Maddə üzvləri kimi” istinad olunur) öz ticarətlərini digər dünya dövlətlərindən daha tez artırmışlar. İxracın artımına gəldikdə isə, aşağıdakı misal üzvolmanın müsbət təsirini əks edir:




Yüklə 70,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə