Azərbaycan respublikasinin təHSİl naziRLİYİ Qərbi Kaspi Universiteti



Yüklə 206,3 Kb.
səhifə1/5
tarix30.12.2023
ölçüsü206,3 Kb.
#165860
  1   2   3   4   5
Əlizadə Ruqiyyə - Az. Ədəb tarixi


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

Qərbi Kaspi Universiteti

Sərbəst iş



TƏLƏBƏ: Əlizadə Ruqiyyə
FAKÜLTƏ: Filologiya və tərcümə
KAFEDRA: Azərbaycan dili və Ədəbiyyatı
İXTİSAS: Filologiya (Azərbaycan dili və Ədəbiyyatı)
QRUP: 3/329 F1
TƏDRİS İLİ: 2021-2022
FƏNN: Azərbaycan ədəbiyyatı tarixi-5
SƏRBƏST İŞİN MÖVZUSU: Mirzə Ələkbər Sabir satiralarında ictimai problemlər
MÜƏLLİM: Ruhiyyə Nağıyeva

Bakı-2022


Mündəricat
1. Mündəricat.........................................................................................................2
2. Giriş...................................................................................................................3

  • M.Ə.Sabirin həyat və yaradıcılığı...............................................................3

  • “Molla Nəsrəddin”də Sabirin iştirakı”........................................................5

  • M.Ə.Sabirin mətbuatda çıxış etdiyi imzalar...............................................5

3. Mirzə Ələkbər Sabir satiralarında ictimai problemlər....................................6
4. Nəticə...............................................................................................................16
5. Ədəbiyyat siyahısı...........................................................................................17


Giriş

İnqilabi-satirik şеrimizin banisi və bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə
Şirvani (1862-1911) Azərbaycan ədəbiyyatı tarixində şərəfli yеr tutan böyük
simalardan biridir. Оnun inqilabi-dеmоkratik pоеziyası öz müasirliyi, xəlqiliyi,
yüksək sənətkarlığı və dərin rеalizmi ilə Azərbaycan mədəniyyətinin, bədii və
ictimai fikrinin tərəqqisində müstəsna rоl оynamışdır.
M.Ə.Sabir yaradıcılığının vüsəti, əhatə və təsir dairəsi sоn dərəcə gеnişdir. О,
XX əsrin əvvəllərində yalnız Azərbaycanda dеyil, Yaxın və Оrta Şərqin bir sıra
ölkələrində də xalq azadlıq hərəkatına, ictimai satiranın inkişafına qüvvətli təsir
göstərmiş, оnlarca satirik şair üçün nümunə оlmuşdur. Tədqiqat göstərir ki, hələ
böyük şairin sağğında оnun əsərləri yеrli mətbuatla yanaşı, Tiflis, Pеtеrburq,
Həştərxan, Səmərqənd, İstanbul şəhərlərində və başqa yеrlərdə çıxan qəzеt,
jurnal və məcmuələrdə də dərc оlunmuş, gеniş şöhrət tapmışdır. [5;5]
M.Ə.Sabirin həyat və yaradıcılığı. “Sabir” təxəllüsü ilə məşhur olan böyük xalq şairi Ələkbər Tahirzadə 1862-ci il mayın 30-da Şamaxı şəhərində bir dükançı ailəsində dünyaya gəlmişdir. Onun atası Məşədi Zeynalabdin və anası Səltənət xanım son dərəcə dindar idilər. Onlar Ələkbərə hələ lap kiçik yaşlarından oruc tutdurur, namaz qıldırır, balaca uşağa dərviş paltarı geydirib, ona dini şeirlər öyrədirdilər.
Səkkiz yaşına çatan kimi atası Məşədi Zeynalabdın kiçik Ələkbəri məhəllələrində olan molla məktəbinə qoydu. O zaman bu məktəblərdə uşaqlar ancaq quranı oxuyub başa çıxdıqdan sonra, əllərinə qələm alıb, yazı yaza bilərdilər. Ələkbər həmin qanunu pozduğu üçün molla onu falaqqaya salıb döymüşdü. Sabir ilk şeirində bu acı hadisəni belə qələmə almışdır:

Tutdum orucu irəməzanda


Qaldı iki gözüm qazanda.
Mollam da döyür yazı yazanda...”

Sabirin molla məktəbində oxuması uzun sürmür. Sonra o, zəmanəsinin böyük şairi Hacı Seyid Əzim Şirvaninin açdığı üsuli-cədid məktəbinə daxil olur.


S.Əzim məktəbi o zamankı mollaxanalardan əsaslı surətdə fərqlənirdi. Burada dünyəvi elmlər tədris edilir, uşaqlar həsir üzərində dizləri üstündə deyil, partalarda oturur, ərəb, fars dilləri ilə yanaşı, Azəbaycan və rus dillərini də öyrənirdilər. Seyid Əzim məktəbə gəldiyi ilk gündən etibarən Sabirə ucadan
şeirlər oxutdurur, fars dilindən mənzum tərcümələr tapşırır, onun bu sahədəki bacarığını inkişaf etdirməyə çalışırdı. Məktəbli Sabirin o zaman etdiyi tərcümələrdən yalnız biri gəlib bizə çatmışdır. O da Sədinin “Gülüstan”ından tərcüməsidir.
Balaca Sabir məktəbdən kənar vaxtlarını da mütaliəyə, şeir yazmağa sərf edir, öz şeirlərini səliqə ilə dəftərə köçürürdü. Çox keçmədən Sabir Məşhədə gedən karvana qoşulub, Şamaxını tərk edir. Lakin atası bundan tez xəbər tutub, onu geri qaytarır. Sabirin evdən qaçması atanın gözünü qorxudur, bundan
sonra o, oğlunun oxumağına, şeir yazmağına mane olmur. Beləliklə, Sabir özünü nisbətən sərbəst hiss edir, yeni-yeni şeirlər yazır. 1884-cü ildə Sabir səyahətə çıxır və bu münasibətlə aşağıdakı qitəni yazır:

Sabiri-şeyda ki, tərki-şəhri-Şirvan eylədi,


Bülbülə bənzərdi ki, meyli-gülüstan eylədi.
Min üç yüz birdə hicrətdə sora meymun ili,
Axiri-şəvvalda əzmi-Xorasan eylədi.”

Uzun müddət o, Səmərqənd, Buxara, Xorasan, Səbzvar, Nişabur, Həmədan və s. şəhərləri səyahət etmişdir. Səyahətdən qayıdıb, doğma şəhəri Şamaxıda sakin olduqdan sonra Sabir evlənir, on beş ilin ərzində onun səkkiz qızı və bir oğlu olur.


Tiflisdə və Bakıda milli dillərdə qəzetlər, məcmuələr nəşrə başladıqda, Sabir mətbuat aləmində görünür. Sabirin qüdrətli bir sənətkar kimi şöhrət tapması heç də onun vəziyyətini yaxşılaşdırmır, əksinə, daha da ağırlaşdırır. Şeirlərinin birində özünün yazdığı kimi, dili doğru söyləyən şairin düşmənləri çoxalır.
Maarifpərvər ziyalıların səyi nəticəsində Sabir Bakıda müəllimlik yeri almağa müvəffəq olur. 1910-cu ilin əvvəlində Şamaxıdan köçüb, Balaxanıda müəllimliyə başlayır. Bakıda yaşadığı dövr Sabir yaradıcılığının ən məhsuldar dövrüdür. Şair Balaxanıda müəllimlik etdiyi zaman Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalında iştirakını zəiflətmədən davam etdirir və Bakı mətbuatında fəal çıxışlar edirdi.
1902-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələ şəhəri tarmar etdi. Sabirin həmin zəlzələni təsvir edən şeirindən aydın olur ki, o zaman şəhərdə baş verən yanğın nəticəsində yüzlərcə imarətlər, böyük – kiçik binalar və dükanlar yanıb külə dönmüş, əhalinin çox qismi quru yerdə, xarabalıqda qalmışdır. İki mindən artıq adam daş-torpaq altında qalıb ölmüşdür. Sabir şeirində Rusiya və Qafqaz
əhalisinin şamaxılılara böyük maddi yardım göstərmiş olduqlarını minnətdarlıqla qeyd edir.
Ağır güzəran, bütün həyatı boyu onu bir kabus kimi təqib edən maddi-mənəvi sıxıntı, gərgin zehni əmək Sabirin səhhətini sarsıtmışdı. 1910-cu ilin son aylarında şair qara ciyər xəstəliyinə tutulur.
1910-cu ilin sonlarında Sabirin xəstəliyi kəskinləşir. O, müəllimliyi buraxaraq, Şamaxıya köçməli olur. Şamaxıda şairin vəziyyəti getdikcə ağırlaşır. Həyatı təhlükə qarşısında qalır. Buna görə o, 1911-ci ilin fevral ayında müalicə üçün Tiflisə gedir. Müalicə heç bir müsbət nəticə vermir. Şair Şamaxıya qayıdır.
Şamaxıda şairin vəziyyəti daha da ağırlaşır. O, Tiflisdə “əməliyyati- cərrahiyyə”yə razılıq vermədiyinə peşman olub, müalicə üçün Bakıya gəlir. Lakin Bakıda həkimlər “əməliyyati-cərrahiyyə”ni məsləhət görmədilər, çünki artıq gec idi. İyulun əvvəllərində xəstə şair ümidsiz bir halda Bakıdan
Şamaxıya qayıtmalı oldu. Sabirin son günləri olduqca ağır keçirdi. Ağır günlərindən birində şair deyir:

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,


Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!”

Uzun sürən xəstəlikdən sonra, 1911-ci il iyul ayının 12-də Sabirin yüksək əməllərlə çırpınan nəcib ürəyi döyünməz oldu. O, bütün varlığı ilə sevdiyi həyata gözlərini əbədi olaraq yumdu. Sabirin vaxtsız ölümü onun dostlarını, oxucularını sarsıtdı. Onlar mətbuat səhifələrində təsirli məqalələr, yanıqlı şeirlər ilə çıxış etdilər, ianə toplayıb, sevimli şairin əsərlərini nəşr etdirdilər. Lakin öz zamanında Sabir tam layiqilə qiymətləndirilə bilmədi. [3;3-4]


Molla Nəsrəddin”də Sabirin iştirakı”. “Molla Nəsrəddin”in nəşrindən əvvəl Sabirin mətbuatda ancaq iki şeiri çıxmışdı. M. Ə. Sabir mətbuatda olduqca çox imza işlətmişdir. “Hophop” imzası “Molla Nəsrəddin” jurnalında 1906-cı ildə bir neçə dəfə dalbadal işlədildiyindən şair bu imza ilə tanınmışdır. Həmin ildə jurnalda Sabirin “Hophop” imzası ilə 17 satirası çap edilmişdir. Yaxın Şərq ölkələrində Sabiri bu imza ilə tanıyırdılar. Bu imzanı Sabirə C. Məmmədquluzadə vermişdir. “Molla Nəsrəddin”də Sabirin əsərləri getdikcə daha çox imzalarla çap olunurdusa da, lakin onu xalq yaxşı tanıyırdı. O, “Molla Nəsrəddində” heç vaxt açıq imza işlətməmişdir. Ədəbiyyat və mətbuat tariximizdə heç kəs Sabir qədər çox imza ilə çıxış etməmişdir.

Yüklə 206,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə