Azərbaycan respublikasinin təHSİl naziRLİYİ Qərbi Kaspi Universiteti



Yüklə 206,3 Kb.
səhifə3/5
tarix30.12.2023
ölçüsü206,3 Kb.
#165860
1   2   3   4   5
Əlizadə Ruqiyyə - Az. Ədəb tarixi

“Molla Nəsrəddin”ə.
Əfəndim, 28 aprel tarixli dördüncü nömrəni əvvəlki nömrələrdən daha ziyadə bir ləzzətlə mütalilə etdik…”
[4;14-15]
Şair satira qəhrəmanlarının, tənqid hədəfinə çevirdiyi ictimai tiplərin, qaraguruhun tənə və təzyiqindən qorunmaq üçün şeirlərini müxtəlif gizli imzalarla çap etdirirdi. Bu imzaların tez-tez dəyişməsi, hətta hər əsərdə ancaq bir dəfə işlənməsi həm də onların işləndiyi satiranın məzmununa və ya oradakı
qəhrəmanın, satira hədəfinin xarakterinə uyğun seçilməsindən irəli gəlirdi. Həmin satirik gizli imzalara “Hophop”, “Güləyən”, “Ağlar güləyən”, “Əbünəsr Şeybani”, “Çayda çapan”, “Qabaqda gedən zəncirli”, “Məczub”, “Yetim qızcıq”, “Boynuburuq” və s. daxildir.
Bütün təzyiq, tənə və təhqirlərə baxmayaraq, Sabir öz ictimai-milli mübarizə əzm və amalından dönmədi. Fəaliyyət və mübarizə meydanını həm forma, həm də məzmun və miqyasca genişləndirdi. [4;16]
Sabirə görə, İslama daxil olan xalqların milli-mənəvi tərəqqisi, onların hər birinin özgün əxlaqi keyfiyyətlərlə uğur qazanması islami dünyagörüşün qorunub saxlanması və inkişaf etdirilməsi şərtləri daxilində mümkündür. Əgər biz islami əxlaq və mənəvi dəyərlərə arxa çevirsək, tərəqqi əvəzinə mənəvi- əxlaqi aşınmalara məruz qalıb öz simamızı itirərik. Bu qənaətlə də sözünə belə davam edirdi:
“Hər halda adını tərəqqiyi-islam qoyduğumuz şey vəzifeyi-müqəddəsəni mətlub bir surətdə əncamə irişdirməkdən ötrü şüəri-islamiyyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqiyi-islam olmuş olsun və illa əks surətdə edilən tərəqqiyə islam tərəqqisi denilməkdən
maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiyyətin nistü nabud olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn edirəm”.
Sabir dünya xalqlarının tərəqqisi ilə ayaqlaşmağı milli özgünlüyün qorunub saxlanmasına qarşı qoymurdu. Əksinə, əsrlərdən bəri formalaşaraq stabilləşən və milli simamızın keyfiyyət göstəricisinə çevrilən mənəvi-əxlaqi dəyərlərin zamanın tələblərinə uyğun surətdə inkişaf etdirilməsi, milli və dini birliyin daha da möhkəmləndirilməsi tələbini irəli sürürdü. Bununla milli qeyrəti – simanı, eyni zamanda islami əxlaq normalarını itirmək və beləliklə də simasızlaşaraq parçalanıb digər dünya xalqları arasında əriyib tələf olmaq təhlükəsindən xilas
olarıq. Şair firqə və təriqətlərə parçalanmanı milli mənlik şüurunun, “qeyrəti-milliyyəmizin” formalaşması yolunda ən böyük təhlükə sayırdı.
Elə bu düşüncələrlə də “Təhəssür” adlı növbəti şeirinə belə bir epiqraf qoyur:

İstənilir ittifaq,


Göstərilir infiraq.” [4;18-19]

Sabir dövrün mühüm sosial-siyasi, milli-bəşəri hadisələrinə, bu proseslərin düzgün məcraya yönəldilməsinə fəal və ayıq vətəndaşlıq mövqeyindən müdaxilə etməyə çalışmışdır. Bunu onun “Mətbuat”, “Qeyrət”, “Ləbbeyk icabət”, “Zaman nə istəyir? Amma biz…”, “Cümə” və s. məqalələrində də qabarıq şəkildə görmək olur. Əgər “Mətbuat” və “Ləbbeyk icabət” məqalələrində, “Əlminnatü lillah ki, “Dəbistan” da qapandı”, “Ay can!… Ay can…” satiralarında olduğu kimi, milli mətbuatın xalqın tərəqqi və inkişafındakı rolundan danışılıb, onun


davamlılığının qorunmasının vacibliyi məsələsi qoyulursa, “Qeyrət” məqaləsində dünya xalqlarının mədəni və mənəvi irsindən bəhrələnmənin yollarından, dünyaya inteqrasiya zamanı həm də milli-bəşəri dəyərlərin dayanıqlığının diqqət mərkəzində saxlanması və bununla da milli mənliyin itirilməsinə deyil, əksinə milli özgünlüyün və koloritin daha sistemli bir şəkildə davam etməsinə nail olunmasının taleyüklü bir problem olduğunu diqqətə çatdırırdı. [4;29]
Sabir poeziyası öz qarşısına məhz xalqın, həmvə-tənlərinin həyatlarının mövcud acınacaqlı vəziyyətini köklü surətdə dəyişdirib, onları tamamilə təzə-tər, saf və sağlam bir vücudla işıqlı, parlaq istiqbala aparıb çıxartmaq missiyası ilə yenilməz əzm və qətiyyətlə mübarizə meydanına atıldı. O, xalqın və vətənin xoş gələcəyini təmin etmək üçün birinci növbədə bugünkü övladların layiqli vətəndaş kimi yetişdirilməsinin, gələcək həyat və mübarizə yoluna millətin əqli, zehni və düşüncə, dünyagörüşcə hazırlanmasının vacibliyi məsələsini irəli sürdü. Bunun üçün uşaqların mövcud tərbiyə və həyata hazırlanma üsulunun eybəcərliklərini satira oxuna hədəf etdi. “Ol gün ki, sənə xalıq edər lütf bir övlad, Olsun ürəyin şad” misraları ilə başlanan həmin satirada zərərli vərdiş, düşüncə və üsullara əsaslanan, nəticə etibarı ilə uşağın və ailənin fəlakətinə səbəb olan tərbiyə metodları satirik bir dillə sadalanır. Nəzərə çatdırılır ki, bu qədər dırnaqarası cah-cəlala, əslində fəlakətə oxuyub öyrənməklə, dünyəvi təlim-tərbiyə almaqla çatmaq mümkün deyil:

...Olmaz oxumaqdan


Tapmaq bu cəlali!...”

Yəni milləti bu cür bəla və fəlakətlərdən ancaq gənc nəsli dünyəvi ruhda təlim-tərbiyə edib, elm öyrətməklə xilas etmək olar. Növbəti satiralarda Sabir həyata bu cür baxışın, öz ideal və arzularının həyatda yavaş-yavaş ayaq tutmasının və buradan meydana çıxan ictimai ovqatın ayrı-ayrı səhifə və əlamətlərini satirik bir dillə göz önündə canlandırmağa başladı. Övladının elmə, təhsilə, oxuyub öyrənməyə qızğın həvəsindən darılan cahil ata “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, - deyə gileylənməyə başladı.


Lakin az sonra yenə geri dönüb “Təhsili-elm”, “Ata nəsihəti”, “Tərpənmə, amandır, bala, qəflətdən ayılma!” və s. Satiralarda təsvir edildiyi kimi, oğluna zamanın tələbinə uyğun tərəqqidən, elm öyrənməkdən həzər etməyi təlqinə çalışır. Oğlunu inandırmağa çalışır ki:

Təhsili-ülum etmə ki, elm afəti-candır,


Həm əqlə ziyandır;”

Bütün bunların əvəzində ata öz oğluna məsləhət görür ki, (“Ata nəsihəti”) elm yolunda malını, canını, irzü namusunu tələf etməkdən, sonra da divan-dərə, şah və vəzir üzünə ağ olub onlara qanun öyrətməkdənsə:


... Bundan sonra qıl tövbə dəxi, məktəbə getmə,


Bircə usan, oğlum!”

Ancaq atanın öyüd-nəsihətləri səmərəsiz qalır. Getdikcə cəmiyyətdə zamanla ayaqlaşmağa çalışan yeni ruhlu, müasir düşüncəli gənc nəslin çəkisi artmağa, hətta qız məktəbləri belə açılmağa başlayır. Öz məkanlarının, fəaliyyət meydanlarının daraldığını, güclərinin zəiflədiyini, mövqe və hökmlərini itirdiklərini görən qaraguruh təşviş və həyacanla səs-səsə verirlər. Onlar cəmiyyətdə, əxlaq və mənəviyyatda, şüurlarda baş verən hər cür mütərəqqi addımın qarşısını almaq üçün bir-birilərini səfərbər almağa, əlbir fəaliyyətə çağırırlar:


Səs ucalaşdı, qoymayın!


Millət oyaşdı, qoymayın!
Rişteyi-dərsə, məktəbə…
Cümlə dolaşdı, qoymayın!
İş yavalaşdı, qoymadın!”

Bu çağrışdakı təşviş və həyacan satirik tipin özünü real, qarşısıalınmaz fəlakət qarşısında görən adamın fəryad və ahnaləsi, məhv olmaqdan xilasolma cəhdləridir. Sabir yeniliyə, tərəqqiyə düşmən qüvvələrin etiraz və fəryadlarının tək bir təzahürünü deyil, üzə çıxan hər hansı dalğa, ritm və qammasını qələmə almaqla mövcud vəziyyət və mənzərə haqda dolğun təsəvvür yaratmağa çalışır. Odur ki, növbəti satirasında əli hər şeydən üzüldüyü üçün gücü ancaq oturub iki əlli öz başına döyməklə ah-vaya çatan tiplərin bədii portretini göz önündə canlandırır:


Odur ki, satirik monoloqların hər biri özünün fərdi çalarları ilə bir-birindən fərqlənir. Bir sözlə, Sabir satiralarındakı “danışıqların heç biri digərinə bənzəmir. Onlar ifşa hədəfi olan tiplərin özləri qədər rəngarəng, özləri qədər xarakterikdir”. Eynilə məktəb və maarif, tərəqqi və yeniliyə qarşı mürtəce
qüvvələrin müqavimətlərinin ifşasına həsr edilmiş bu satiralardan başqa “Ey fələk, zülmün əyandır…”, “Arzu”, “Vah!… bu imiş dərsi-üsuli-cədid?!”, “Vermirəm a!…” və s. satiralardakı tiplərin monoloqları, müraciət tərzləri və ya ifşa hədəfinin təqdimi formaları bir-birinə zahirən bənzəsə də, fərdi çalarlarına, obrazın xarakterinə görə seçilirlər. Bütün bunlar da Sabir poeziyasının obrazlar qalereyası ilə ifşa üsulu və ifadə tərzinin eyni dərəcədə zəngin olmasını təmin edir. Şairin ifşa üsulları, onların çeşidləri satiralarının, hətta satirik qəhrəmanlarının sayı qədərdir. Ancaq buraya təsvir və təhkiyə tərzini də əlavə etsək, bütövlükdə Sabir poeziyasının üslub, ifadə, deyim tərzi baxımından daha böyük və çoxçalarlılığını görmək çətin deyil. [4;32-34]
Vətən və millətin taleyini düşünərək özünüdərk edən şairin yaradıcılığından aldığımız hər bir misra sübut edir ki, bu sözlər heç də gəlişi gözəl, boğazdan yuxarı deyilmiş söz deyil, şairin ürəyinin səsidir:

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!



Yüklə 206,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə