Azərbaycan respublikasinin təHSİl naziRLİYİ Qərbi Kaspi Universiteti


M.Ə.Sabirin mətbuatda çıxış etdiyi imzalar



Yüklə 206,3 Kb.
səhifə2/5
tarix30.12.2023
ölçüsü206,3 Kb.
#165860
1   2   3   4   5
Əlizadə Ruqiyyə - Az. Ədəb tarixi

M.Ə.Sabirin mətbuatda çıxış etdiyi imzalar: “Boynuyoğun”, “Duzəxi”, “Acizləri qığıldayan”, “Yuxulu”, “Hörümçək”, “Qarınqulu”, “Məstəlişah güzgüsü”, “Yetim Məmmədəli”, “Bağban”, “Nizədar”, “Ağlar güləyən”, “Güləyən”, “Füzun”, “Zəhrimar”, “,Şallaq”, “Molla cibişdanqulu”, “Bir alim”, “Çaydaçapan”, “Dindar”, “Qoca bəy” və s. Şair qəzet və jurnallarda gizli imzalarla yazdığı halda, bəzən açıq imza ilə də çap olunmuşdur. Sabir bəzən imza əvəzinə sadəcə olaraq üçdən başlamış on ikiyə qədər mötərizəyə alınmış nöqtələr də qoymuşdur. [3;5-6]

Mirzə Ələkbər Sabir satiralarında ictimai problemlər
M.Ə.Sabiri satirik şair adlandırırlar. Bu sözlərin doğruluğuna şübhə yoxdur. Amma bununla bərabər Sabir dünyanın ən faciəli şairidir. Onun kinayələrində də, gülüşlərində də, taziyanələrində də böyük xalq dərdi, nisgili var. Sabir gülüşü, yumoru, rişxəndi gülüş xətrinə yüngüllük naminə yaranmayıb. Bu satiralar xalq ağrı acılarına çarə tapmaq üçün bir dərmandır, şəfadır. Ona görə də M.Ə.Sabiri mahir bir loğmana, cərraha bənzətmək olar. Elə bir loğman ki,
onun poeziya neştəri dərinlərə işlədikcə irinlər. Bəli, Mirzə Ələkbər Sabir milli inqilabi poeziyamızın banisi, əsl novator şair olmuşdur. O, xalqın və xalq həyatının nəğməkarı idi, bütün varlığı ilə xalqın müsibət və ələmlərini, ehtiyac və arzularını hiss edib duyur, ehtirasla qələmə alırdı. Sanki “Sabiri zaman
və təbiət acı həqiqətləri şirin bir dil ilə demək üçün yaratmışdı. Onun fəlsəfəsinə gerçəklik özü diqtə edirdi. Bir sözlə Sabir düşüncələrə azadlıq verilməsini arzulayırdı. [1;3]
Əsrin nəfəsi ilə nəfəs alan şair şüurları, vicdanları hərəkətə gətirən qələmiylə həyatın ictimai fəzadlarını açıb göstərən etirazlı, təəssübkeş bir ədəbiyyatın gözəl nümunələrini yaratmışdır. Onun kinayələrində də, gülüşlərində də, taziyanələrində də böyük xalq dərdi, nisgili var. Sabir gülüşü, yumoru, rişxəndi
gülüş xətrinə yüngüllük naminə yaranmayıb, xalq ağrı acılarına çarə tapmaq üçün bir dərmandır, şəfadır.
Vətəndaş şair yolunu məhəbbəti naminə seçmiş Sabirin əsərləri insan ləyaqətini alçaldan hər bir şeyə qarşı mübarizədə ovxarlanmış silah idi və indi də öz kəsərini itirməmişdir. Bədii düşüncənin vüsət və dərinliyi, məhz satirada ifadə olunan ictimai amal və vicdanın ülviliyi və büllurluğu ilə Sabir bütünlüklə milli poeziyanın simvoludur, vətəndaş tipinin, milli qürur və bəşəri vicdan təcəssümü olan sənət və sənətkar tipinin yeni təzahürü, həqiqi davamıdır. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psixilogizmi, Nizami epizmi hamısı M.Ə.Sabirdə üzvi vəhdət təşkil edir.

Sabir köhnəliyin vəlvələsiydi,


Milli idrakımın zəlzələsiydi.
Vətən fəxt etsə də şairlərilə

Sabir təkbaşına xalqın bəsiydi.”
(Xalq şairi Qabil)

M.Ə.Sabirin poeziyası Azərbaycan həyatının dərin, rəngarəng, ibrətli bədii təsvirini verərək ictimai inkişafın mütərəqqi və mürtəce meyllərini, xalqın dostunu və düşmənini müəyyənləşdirməkdə geniş kütlələrə, özəlliklə “Molla Nəsrəddin”in oxucularına yaxından kömək etmişdir. M.Ə.Sabir yaradıcılığında şifahi ədəbiyatdan, onun müxtəlif şəkillərindən-lətifələr, atalar sözlərindən ustalıqla istifadə etmişdir.


Sabir şeirində əsrin qaranlıqlarını yararaq bu günə gəlib çıxan və hal-hazırda ictimai və bədii idrakın dərinliyinə yol tapan xüsusiyyət həqiqətin qüvvəsidir. Çoxcəhətli, dərin və sarsıdıcı həqiqət Sabir sənətinin mayasına hopmuşdur. Şairin məğrur, müdrik və müqtədir yaradıcılığı yalnız həqiqətin müqəddəs və nurlu mənası qarşısında başını əymişdir. Şair, yaradıcılıq ideallarının əsasını təşkil edən bu mühüm xüsusiyyəti bildirərək yazırdı:

Dəhr bir müddət oldu mənzilimiz,


Onda həll olmaz müşkilimiz.
Yaşadıqca çoxaldı düşmənimiz,
Nə edək, doğru söylədi dilimiz...”

Xalqın həyatı, mübarizəsi, mədəni yüksəlişi, müasirliyə doğru ciddi meyli, əsarətdən xilas olması, avamlıq və mövhumatdan bilmərrə əl çəkməsi, yeni əsrin tələbi ilə oynayıb həqiqi intibaha nail olması kimi vacib və real məsələlərin həllində o, hansı təxirəsalınmaz və zəruri imkanların mövcudluğunu, habelə qarşıda nə kimi vəzifələrin dayandığını göstərən həqiqətləri şərh edirdi.



“Könül, ol talibi - hikmət - o hikmət kim, həqiqətdir,
Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.
Həkimi-kamil olmaqçın deyildir çox bilik lazım,
Fəqət iqnai - nəfsə müqtədir olmaq kifayətdir.
Zəlalət əhli hər şeyi gəc anlar, gəc də hökm eylər,
O kəs kim, doğru yolu fəhm edər - əhli - fəzilətdir.”

Milli və xəlqi şair olan Sabir xalqın ictimai-sosial və psixoloji dərdlərini son dərəcə dəqiqliyi ilə və ürək yanğısıyla deyən, fəryadında gülən, gülüşündə ağlayan vətəndaş sənətkardır. Qüdrətli şair oxucusunu da bütün bu dərdlərin


alovuna bürüməyi, onu da özü qədər alovlandırmağı bacarmışdır. Bəzən satiranı belə üstələyən, ürək parçalayan lirikasıyla Sabir bu gün də müasirdir. [1;26-28]
Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür. Şairin yetkin vaxtında, XIX əsrin axırı, XX əsrin əvvəlində yazdığı lirik şe`rlərinin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözəllik dünyasında yaşayan lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik bir vətəndaşdır. Onun arzusu “dilbəri-hürriyyətə” çatmaqdır. Mövcud cəmiyyətin ziddiyyətlərini dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:

Mən belə əsrarı qana bilmirəm,


Qanmaz olub da dayana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.”
“Derlər usan, hərzəvü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!”

Şairə görə insanları dərdə salan dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu,


düşüncəli bir həyat, işgüzar, mübariz bir həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində həyat, xoşbəxtlik uğrunda mübarizə üçün əsas amillərdəndir. Sabir “Ruhum” şeirində özünün azadlıq idealını, ictimai amalını müstəqim tərənnüm yolu ilə verir. O, özünün gələcək xoşbəxtliyini azadlıqda görərək yazır:

Mən gedərəm, var olsun amalım!


Yaşasın şəhriyari-hürriyyət!”

Bu azadlıq idealı Sabir dünyagörüşündəki qüvvətli humanizmlə, insanın yer üzündə azad, fərəhli, yaradıcı bir həyat qurması haqqında arzularla əlaqədar olmuşdur. Şairin bəzən, hətta azadlıq və insanlıq məfhumlarını açıqcasına


eyniləşdirməsi buradan irəli gəlir:

Kim ki, insanı sevər, aşiqi-hüriyyət olur,


Bəli, hürriyyət olan yerdə də insanlıq olur.”

Ancaq azadlıq olan yerdə həqiqi insanlıqdan söhbət gedə bilər, ancaq azadlıq olan yerdə insan öz yüksək və şərəfli adına layiq həyat qura bilər, insan şəxsiyyəti qol-qanad açıb, hərtərəfli inkişaf edər. Bu, Sabirin böyük ictimai idealı idi. Mollaxana təhsilindən bir fayda almayan Sabir sonralar İslam


dininin əsil həqiqətlərini öyrənərək, heç də bu dinin əvvəllər ona öyrədilən xurafatla əlaqəsi olmadığını görür. Bu işdə ona müəllimi Seyid Əzim Şirvani də yol göstərənlərdən biri olur. Sabir İslamı bu dinin tələb etdiyi kimi elm və hikmətlə öyrənməyə və həyatında tətbiq etməyə başlayır. Sabir, “Molla
Nəsrəddin”in 10-cu nömrəsində “Qızdırmalı” imzası ilə yazılan şeirlərə cavab - şeirində belə yazır:

Madam ki, hamiyani zülmət,


Xoşlar ki, davam edə cəhalət:
Heyhat bilirmi onda millət;
Tövhid nədir və ya nübüvvət?!”

Sabirin satiralarında məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdərkə dəvət motivi ön mövqeyə çəkilmişdir. Bu məqamda şairin seçdiyi oyanmış qəhrəman “Qanma!” əmrinə “Qabili-imkanmı olur qanmamaq?” cavabını verir. Milli oyanışa nail olmağın yolunu şair elmə və təhsilə yiyələnməkdə, özünüdərketmədə, dünya işlərindən baş çıxarmaqda görür. Ona görədir ki, M.Ə.Sabirin yaradıcılığında məktəb, maarifçi ziyalı, məktəbə gedən uşaq, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tutur.


Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim olmayır”, “Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa marşı” və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəbin və təhsilin düşmənlərinin ifşası, yalnız elm öyrənməklə, təhsil almaqla özünüdərkin isbatı kimi öz dövrü üçün çox aktual olan məsələlərdən söz açılmışdır. Məhz buna görədə o dövrdə də indiki kimi Sabir bir şair kimi, həm də əsl insan kimi sevilmişdir. Sabirin bu maarifçilik fəaliyyəti bu gündə aktual və gərəklidir. [1;28-30]
“Bir məclisdə on iki kişinin söhbəti” satirası yeni realist şeirin, Sabir poeziya məktəbinin proqramı, manifesti kimi qəbul edilməlidir. Məhz yeni realist şeirin proqram və məramnaməsi kifayət qədər aydın müəyyənləşdirildiyi, onun üslub və şivəsi qəti qərarlaşdırıldığı üçündür ki, Sabir böyük bir “nərilti və gurultu ilə” (C.Məmmədquluzadə) ictimai yaradıcılıq meydanına atıldı. Bundan sonra onun “on iki kişinin məclisi”nə yığdığı ictimai zümrələrin qalın riyakarlıq pərdəsi arxasında gizlənən əsl simaları oxucu və tamaşaçıların gözləri qarşısında daha geniş və aydın boyalarla canlandırılmağa başlandı. Sabirin tiplər qalereyası genişləndikcə poetik rəsm fırçasının boyaları da yeni-yeni çalar, rəng seçimi ilə diqqəti cəlb edən mənzərələrlə zənginləşdi, kamilləşdi. “On iki kişinin məcmuəsində”ki tiplərin nümayəndələrindən biri “Molla Nəsrəddin” jurnalında:

Millət necə tarac olur, olsun nə işin var?!


Düşmənlərə möhtac olur, olsun, nə işin var?!” –

-deyə danışmağa başladı. Bu satira demokratik ictimai dairələrin, həmçinin Sabirin yeni şeir proqramını – “Bir məclisdə…” satirasını öz səhifələrində dərc edən “Həyat” qəzetinin də diqqətindən yayınmadı. Qəzetin növbəti “poçt qutusu”nun birində belə bir qeyd verildi:



Yüklə 206,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə