Azərbaycan respublikasinin təHSİl naziRLİYİ Qərbi Kaspi Universiteti



Yüklə 206,3 Kb.
səhifə4/5
tarix30.12.2023
ölçüsü206,3 Kb.
#165860
1   2   3   4   5
Əlizadə Ruqiyyə - Az. Ədəb tarixi

Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!”

Mənəvi-əxlaqi gerçəkliyin, eybəcərliyin satirik üsullarla əks olunduğu bu cür şeirlər ideya-bədii funksiyasına görə də fərqli səciyyə daşıyır. Sabirin, millətə “yat” xitabı əks mənada anlaşılır. “Hophopnamə”dəki müxtəlif şeirlər iki məqsədin icrasına xidmət edirdi: şair, bir yandan millətə “yat” deyəni ifşa edir, ikinci tərəfdən bu “yat” kontekstində “oyan!” kimi səslənirdi. Mənfi tipin “yat” və şairin “oyan” xitabları eyni sövti tərkibdə səslənə bilirdi.”(IIIcild. s334) Milli birliyə, oyanışa, tərəqqiyə mane olan qüsurlara kəskin tənqidi münasibət ədibi təkcə vətənində deyil, Yaxın və Orta Şərqdə tanıtdırmışdı. [2;3-4]


Xalqın, cəmiyyətin özünütanımasında gülüş və satira mühüm yer tutur; məhz bu yolla Rable, Svift, Molyer, Servantes, Mark Tven, Şedrin, Qoqol, Çexov və b. satiriklər həyatın müxtəlif problemlərinə güzgü tutmuş, gerçəkliyi xalqın düşüncə tərzinə oturda bilmişlər. Sabirin də böyüklüyü xalqın kimliyini, onun tarixi düşüncəsini və bugününü satirik şəkildə, ona gülə-gülə, ağlaya-ağlaya, ağlada-ağlada ortaya çıxarmasıdır. O, satira aynasını xalqın zahirinə deyil, mənəvi-əxlaqi düşüncəsinə yönəltmiş, onu kəskin satira atəşinə tutmaqla, rədd etməklə, həm də təsdiq etmişdir. Sabir satirasının bir qütbündə onun mövcud kimliyini rədd etmək, digər qütbündə isə yeni kimliyini təsdiq etmək düşüncəsi dayanır. Bu yanaşma həm də yaradıcılığının ana xəttini təşkil edir: 

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,


Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, haqq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da, batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!”

Sabir bədii sisteminin strukturu bütün mahiyyəti ilə burada ifadə olunur; daha doğrusu, “Millət necə tarac olur-olsun, nə işim var?!” şeiri şairin milli özünəməxsusluq konseptinin kredosudur. “Bizə nə?!” satirasında da cəmiyyət hadisələrinə eyni mövqedən yanaşır. “Gər bu il xalqı təbah etdi giranlıq, bizə nə?! Tapmayır ac-yalavaclar güzəranlıq, biz nə?!” düşüncəsində olanlar özünü cəmiyyətdən ayrı təsəvvür edir, baş verən hadisələrə biganəlik və laqeydliklə özünüdərkin qarşısında sipər çəkirdilər. Onlar daxilən çürümüşlər, xalqın məfkurəsini dərk edə bilmir, onun gələcəyi haqqında düşünmür, yalnız özlərini fikirləşirlər. “Zahida, gəl soyunaq bir kərə paltarımızı” şeirində zahidə müraciətlə müqayisə xalqın oyanmasına, özünütanımasına yönəlmişdir. Cəmiyyət içində uzun illərdir zahidə olan qəlibləşmiş hörmət şübhə altına salınaraq “Çıxaraq zahirə batindəki əfkarımızı”, - deyə müraciət edilir. Əgər belə olarsa, “Hər kimin ağı qara isə” utanar və “Bəlkə illərcə yatanlar” oyanar. Şair yatanları oyatmağa çalışır, çünki xalq oyandıqdan sonra özünü tanıyacaq, kimin kim olduğunu yaxşı biləcək:


Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,


Həm də doğru olaraq şərh edək əhvalımızı,
Xəlq tətbiq eləsin halımıza qalımızı,
Anlasınlar da nolur, qayeyi-amalımızı,
Hər kimin qəlbi qara isə utansın o zaman,
Bəlkə illərcə yatanlar oyansın o zaman.”

Satira bütün dövrlərdə müxtəlif variasiyalarda eybəcərliyə, nöqsanlara qarşı çevrilir. Lakin hər dövrdə satiranın qarşısında müəyyən estetik prinsiplər dayanır. Görkəmli rus alimi Yuri Borev klassisizm dövründə satiranın xarakteri haqqında yazırdı: “Klassisizm dövründə satira mücərrəd əxlaqi və estetik normalardan çıxış edirdi, satirik gülüşün obyekti də mücərrəd-mənfi əlamətləri özündə birləşdirən personaj idi. Riyakarlığa, avamlığa, adamayovuşmazlığa qarşı satiralar (Molyer) belə yarandı”. Tənqidi realizm estetikasında isə satiranın əsas tənqid hədəfi xalq və onun xarakteri idi. Sabir satirasının milli idealı xalq idi; onun satirik şeirlərində xalqın milli özünüdərk problemi qoyulur.


Sabirin satirik şeirlərində millətin maddi və mənəvi əzabları, ağrıları, itirdikləri bütün detalları ilə poetik şəkildə ifadə olunur. Bütün bunlar xalqın dərdlərinin ayrı-ayrı formaları kimi satirik poeziyanın ana xəttini təşkil edir. Şair bu ağrıları yaxından duyur və yaşayırdı. Onun qaldırdığı problemlərin aktuallığı və yaşarılığı da bunda idi. Sabirin satirik şeirində milli özünüdərkin siyasi platformasını bütün aydınlığı ilə görmək olar. Bu cəhətdən Sabirin “Fəxriyyəsi”ni satirasının ictimai məzmuna keçməsi baxımından yeni bir mərhələ hesab etmək olar. Romantiklərin xalqın keçmişinə, tarixinə üz tutaraq tərənnüm etdikləri şairin satirası üçün tutarlı bir fakt olur. Sabir bu şeirində romantik şair Ə.Qafarzadənin “Turanlılarız, sahibi-şənü şərəfiz biz, Əslafımızın nayibi xeyrül-xələfiz biz” misraları ilə tərənnümünün ünvanını dəyişib ona ictimai və milli məna verməyə nail olur. Xalqın keçmişi ilə indisini müqayisə edən şair “Zənn etmə ki, bu əsrdə avareyi-nanız, Əvvəl nə idiksə, yenə biz simdi-həmanız...”, - deyərək opponentinə cavab vermiş olurdu. Opponenti kimi tarixə müraciət edən Sabir Xarəzmləri, Çingizləri, Teymurları, Toxtamışları, Qızıl Ordaları, Şah İsmayılı, Sultan Səlimi, Nadir şahı və b. xatırlayır, Səlib yürüşündə qalib gəldiklərini dilə gətirir. Göründüyü kimi, romantik ədəbiyyatın ən çox fəxr etdiyi bu adlarda, hadisələrdə, dövrlərdə belə Sabir xalqı özünütanımasında yeni kodlarla düşünməyə vadar edir. Şairə görə, bunlarla yanaşı, “öz haqqımızı gözləməyə bitərəfiz, biz”, “Həqqa ki, səzavari-nişanü şərəfiz biz”, “Guya ki, biyabanda bitən bir ələfiz biz”, “Əlyövm uruslaşmaq ilə zişərəfiz biz” və s. Göründüyü kimi, şairin satirik-poetik təfəkküründə bütöv bir xalqın keçdiyi yol təhlil edilir. Lakin bu təhlildə şəxsi münasibətlər deyil, ictimai-siyasi yanaşmaya geniş yer verilir. Onun satirası mücərrədlikdən çox konkretliliyə söykənir.

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,


Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəl kələfiz biz!”
[6]

Mirzə Ələkbər Sabirin əsərləri həyatın aynası, özü isə əsrin şairi, gələcəyin görücüsü və bilicisidir. Bu aynada həyatın hər anı, hər üzü görünür, bədii sözün ifadəsində, təsir gücündə poetikləşir, müxtəlif şəkil və formaya salınır. Sabirin əsərləri ədəbiyyat, dil, tarix, iqtisadiyyat, din, təhsil, tərbiyə, məktəb, milli adət-ənənələr, etnoqrafiya, coğrafiya, mifologiya, folklor və s. sahələr ilə bağlı faktlarla zəngindir. Buna görə də Sabiri bütün insanlar sevir, filosof, ədəbiyyatşünas, folklorşünas, dilçi, iqtisadçı, pedaqoq, psixoloq, coğrafiyaşünas, etnoqraf və başqa elm sahələri ilə məşğul olan alimlər, sənət və peşə adamları əsərlərini öyrənir, tədqiq edir, ondan tərbiyələnirlər. Həqiqət budur ki, Sabirin poeziyası qəlbləri riqqətə gətirir, oxucunu düşündürür, saflığa, ucalığa aparır, tərbiyə edir, özünü özünə tanıdır, dərk etdirir. Görkəmli sabirşünas alim Abbas Zamanov yazırdı ki, Sabir gülüşünün vüsəti ölçüyə gəlməz. Sabir gülüşü nə böyük – kiçik, nə milli məhdudiyyət, nə də coğrafi sərhəd tanıyır. [7]


Sabirin əsərlərini janra görə qruplaşdırmaq da həmişə müəyyən çətinliklər
törədir. Ədəbiyyat tariximizdə böyük satirik kimi məşhur оlan Sabir, еyni
zamanda, incə lirikdir. Оnun bir sıra şеirlərində satira ilə lirika, gülüş ilə gözyaşı, tənqid ilə tərənnüm bir-birinə еlə qaynayıb-qarışmış, üzvi vəhdət halında mеydana çıxmışdır ki, bəzən оxucu lirikanın satiraya nеcə kеçdiyini, tənqidin harada qurtarıb, tərənnümün nеcə başladığını qətiyyən hiss еtmir
“Nеylərdin ilahi”, “Еy dərbədər gəzib ürəyi qan оlan çоcuq!”, “Nə yazım?”,
“Səttarxana” və s. Hətta kiçik, cəmisi dörd misradan ibarət оlan bir taziyanədə
İlk, yaxud sоn iki misra ciddi, lirik şеir, qalan misralar isə kəskin, öldürücü satira təsiri bağışlayır (“Şairəm, əsrimin ayinəsiyəm”, “Qafil yaşamaqdansa gözəl kardır ölmək”, “Еy pulluların səfası, nоvruz!” və s.). [5;17]
Sabirin əsas tənqid hədəflərinin arealı millət, onun ayrı-ayrı zümrələri-mollalar, müəllimlər, uçtellər, intilgentlər, zalxalar, tükəzbanlar idi. Milli eybəcərliyin tənqidinin əsasında isə milli ideal dayanırdı. Sabir öz milli idealını kənarda axtarmırdı. Bütün sualları və nidaları ilə xalqı mənəvi özünüdərkə səsləyirdi. Bu özünüdərk müxtəlif forma və üsullarla edilirdi. Bütün hallarda Sabir satirik poeziyasının ana xəttini xalqı özünə yenidən tanıtmaq və onu gələcəyə hazırlamaq idi. Onun poeziyasının bugünkü aktuallığını şərtləndirən bu faktor, həm də irəliyə doğru hərəkət edən estetikasının əsas prinsiplərindən biri kimi yadda qalır. [6]
Nəticə
Sabir hər şeydən əvvəl, yüksək əqidə, məslək, böyük amal şairi idi. Təəssüf
ki, zəmanəsinin fövqündə dayanan bu mütəfəkkir sənətkar ədəbiyyatşünaslığımızda daha çox dövrün qüsur və nöqsanlarını amansızcasına ifşa edən bir satirik kimi təqdim edilmişdir. Əslində Sabir yaradıcılığının ictimai, milli, bəşəri məzmunu və mündəricəsi bütünlükdə satiralarında ifadə olunan işıqlı, müsbət ideala, vətənin,millətin azad, xoşbəxt gələcəyinə olan böyük inam və etiqadla bağlıdır. Sabir satirasının gücü, qüdrəti bir də ondadır ki, o, bir sənətkar kimi yaradıcılığa başladığı ilk günlərdə xalqın dostu ilə düşmənini düzgün müəyyən etmişdir, kimə və nəyə qarşı mübarizə apardığını yaxşı bilirdi.
Sabirin estetik düşüncəsində “əğniya”nın – dövlətlinin düşmən obrazı yox idi. Aşqa sözlə, Sabir aşağı-yuxarı təbəqə münasibətlərinə antoqonist ziddiyyətlər prizmasından yanaşmırdı.Şairin “Ey müsibətzadə dindaşlarım, etdikcə nəzər” adlı bir matəm qəsidəsi – növhəsi var. Bu növhə quberniya qazisi Hacı məcid
Əfəndinin ölümü münasibətilə yazılmışdır. Elmi ədəbiyyatşünaslıqda Sabirin “din xadimi”, “alimi-həqiqi”, “pədəri-mənəviyi-əhli-vətən” adlandırası şairin
“dünyagörüşü və din xadimlərinə münasibətindəki məhdudiyyət” izah edilmiş,
“inqilabçı satirikin din xadimlərinə münasibət məsələsində axıradək ardıcıl, prinsipial mövqe tutmaması, bəzən dini təsirə qapılaraq “ruhanilərə güzəştə
getməsi” kimi mənalandırılmışdır.
Sabirin satirik üslubu birdən-birə formalaşmamışdır. Bu nöqtəyə çatana
qədər o, uzun bir hazırlıq mərhələsi keçmişdir. Hələ çox-çox əvvəllər gənc şair
mürtəce adamlara, gerilik və mövhümata tənqidi yanaşmağa başlamışdı. 1905-ci il inqilabı isə Sabirin dünya baxışında və bədii yaradıcılığında əsaslı dönüş əmələ gətirmişdir. Şair inqilabi hərəkata rəğbət bəsləmək, özünəməxsus üslubda ideyalar təbliğ etmək dərəcəsinə yüksəlimişdir. Əsərlərində ictimai məzmun, siyasi pafos güclənmiş, onda vətənpərvərlik, inqilabi-demokratik ideyalar, yüksək mənada xəlqilik xüsüsiyətləri qüvvətlənmişdir.


Yüklə 206,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə