SəRBƏst iŞ TƏLƏBƏ: Əhmədov Şamil kafedra: Biznes və İqtisadiyyat


İqtisadiyyatın struktur dəyişikliyi



Yüklə 70,86 Kb.
səhifə2/3
tarix17.05.2022
ölçüsü70,86 Kb.
#87127
1   2   3
Titul vərəqi

İqtisadiyyatın struktur dəyişikliyi
ÜTT-yə üzv olan ölkələrin öhdəliklərinin dərinliyi və genişliyi elə səviyyədədir ki, üzvolma prosesində olan ölkələrin iqtisadiyyatının dəyişikliyi qaçılmazdı. Struktur dəyişikliklər, digərlərlə yanaşı, aşağıdakıları nəzərdə tutur:

  • İqtisadi diversifikasiya

  • Artan rəqabət 

  • Özəl sektorun inkişafı

  • İşgüzar mühitin yaxşılaşdırılması

  • İdarəetmə və/və ya bazar-əsaslı inkişaf

ÜTT Sazişləri üzrə öhdəliklər, o cümlədən, üzvolma prosesində götürülən öhdəliklər yerinə yetirilərkən, daxili tənzimləyici və iqtisadi islahatlar möhkəmləndirilir. Bununla, ÜTT öhdəliklərinin xarakteri, xüsusilə də, milli məhkəmələr və ÜTT Mübahisələrin Həlli Mexanizmi vasitəsilə icra oluna bilinməsi belə geriyə addımların qarşısınl almağa kömək edir.

 

Bundan başqa, üzvlərin Ticarət Siyasətinə Baxışların nəticələri, həmçinin, ÜTT-də  baxılan mübahisələrin məhdud sayı onu göstərir ki, üzvolma prosesində aparılan struktur dəyişiklikləri üzvolmadan sonrakı mərhələdə də saxlanılır və ya daha da dərinləşir.



 

İqtisadiyyatın diversifikasiyası   


ÜTT tərəfindən aparılmış təhlildə təşkilata qoşulmuş hər bir dövlət üzrə üzvolma zamanı ümumi ixracın 60%-dən çoxunu təşkil edən HS (uyğunlaşdırılmış tarif cədvəli) bölmələrin sayı nəzərdən keçirilmiş və bunların 2014 və 2015-ci illər üzrə HS bölmələrin sayı ilə müqayisəsi aparılmışdı. Aparılan təhlil göstərmişdir ki, bu dövrdə üzv dövlətlərin HS bölmələrinin sayı orta hesabla 4-dən 6-dək artırmışdır.   

 

İndividual səviyyədə, Latviya və Litva kimi dövlətlər HS bölmələrin sayını iki dəfədən çox və ya iki dəfəyə yaxın artırmışdır.  Xammal bazalı dövlətləri nəzərdən keçirərkən, təxminən 50% hallarda, HS bölmələrin sayı bu dövr ərzində artmışdır. Digər hallar üzrə heç bir dəyişiklik müşahidə olunmur və ya göstəricilər mövcud deyildir.



Nəticədə etibarilə, empirik məlumatlar göstərir ki, ÜTT-yə üzvlük bir çox hallarda ixracın difersifikasiyasına yardım edir. 

 

Artan rəqabət


Mallara tətbiq olunan idxal tariflərinin azaldılması/ləğv edilməsi və ya xidmətlərin həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması vasitəsilə ticarətin liberalaşdırılması ÜTT-yə üzvolma üzrə aparılan danışıqların əsasını təşkil edir. Üzvlük prosesində rəqabətin artması qaçılmazdır, bu şərtlə ki, üzvlük üçün müraciət edən dövlət liberal rejimə malik olmamamış olsun. Bundan əlavə, ÜTT-yə üzv olmaq üçün dövlətlər tərəfindən götürməli olduqları öhdəliklərin sayı zaman getdikcə artmışdır.  

Belə artan rəqabət müsbət təsirləri də ola bilər. Ən əsas təsir yerli mal və xidmət istehsalçılarından öz rəqabət qabiliyyətlərini artırmaq məqsədilə aktiv işləmələrinin tələb olunmasıdır.  Rəqabətin mənfi təsiri ondan ibarətdir ki, yuxarıda qeyd olunan baş vermədiyi təqdirdə, yerli istehsalçılar istehsal həcmini azaltmalı və ya ümumiyyətlə, istehsalı dayandırmalı olacaqlar. Yalnız hər bir sahənin dərin təhlili və düzgün dərk edilməsi nəticəsində bazarın açılmasının “qalibləri” və “uduzanları” müəyyən edilə və iqtisadiyyatın sahələrinin rəqabətqabiliyyətinin artırılması məqsədilə tədbirlər görülə bilər. 

 

İşgüzar mühitin gücləndirilməsi



İşgüzar mühit və tənzimləyici mühit sıx əlaqədədirlər. Tənzimləyici mühitə dəyişikliklərin daxil edilməsini tələb etməklə ÜTT-yə üzvlük iki səbəbdən işgüzar mühitə iki səbəbdən müsbət təsir edir:

 

ÜTT-yə əsasən (WTO/ACC/31 - WT/GC/189 - WT/MIN(17)/6), üzvolma işgüzar mühitin gücləndirilməsinə aşağıdakılar vasitəsilə yardım edir:



  • Şəffaflığın təkmilləşdirilməsi: Öhdəliklər daxili qaydalara yerli biznesin çıxışını genişləndirir

  • Daxili hüquqi çərçivənin aydınlaşdırılması: Öhdəliklər, biznesin fəaliyyət göstərdiyi hüquqi çərçivəni aydınlaşdırmaqla biznes üçün hüquqi müəyyənlik yaradır

  • Qaydaların icrası, tribunalların yaradılması və qərəzsizlik: Öhdəliklər, böyük ehtimalla, yerli biznesə tətbiq ediləcək və ya onlara təsir edəcək qaydaların icrasına dair vəzifələr yaradacaq və belə icranın qərəzsiz tribunallar və yerli tənzimləyicilər tərəfindən həyata keçirilməsinə təminat verəcək

  • Daxili iqtisadi iştirakçıların müəyyən edilməsi və məsuliyyəti: Öhdəliklər bir sıra əsas iqtisadi iştirakçıların (məs. dövlət ticarət müəssisələri və dövlətə məxsus müəssisələr) və ya hökumətin bir sıra xidmətlər üzrə güvəndiyi iştirakçıları müəyyənləşdirir və belə qurumların vəzifələrini və tələb olunan davranışını aydınlaşdırır

  • Ticarəti məhdudlaşdıran qaydaların minimallaşdarılması: Öhdəliklər yerli biznesin ticarət fəaliyyətinə maneə törədə biləcək müəyyən qaydaların minimallaşdırılmasına şərait yaradır

  • Özəl sektorun qanunvericilik prosesinə cəlb olunması: Öhdəliklər daxili iştirakçılara imkan verir ki, onların biznesinə təsir göstərə biləcək qanunlara dair qanunvericilik prosesində iştirak etsinlər

  • Bərabər biznes imkanları: Bəzi öhdəliklər müəyyən iqtisadi fəaliyyət növlərinin göstərilməsi üçün mövcud olan meyarların liberallaşdırılmasını təşviq edir  

 

Yaxşı idarəetmənin nə ÜTT-yə üzvolma tələbi, nə də ki, davamlı üzvolma şərtlərindən olmadığına baxmayaraq, ÜTT-yə üzvolma birmənalı olaraq qanunun aliliyi prinsiplərinə əsaslanan sistemin qəbul olunmasını və tətbiqini tələb edir.

 


  • İştirakçılığa və şəffaflığa əsaslanan alətlər mövcud və operativ olmalıdır: məsələn, texniki tənzimləmə layihələri ictimaiyyətə açıq olmalı və maraqlı tərəflərə həmin texniki tənzimləmə layihələrinə dair rəy bildirmək şəraiti yaradılmalıdır

  • Səlahiyyətli qurumlar öz fəaliyyətlərini faktlar üzərində qurmalıdırlar: məsələn, sanitar-fitosanitar sahədə hər-hansı bir tədbirin tətbiqi üçün elmi dəlillər tələb olunmalıdır. 

  • Səlahiyyətli qurumlar qərəzsiz olmalıdırlar: məsələn, ticarətin qorunması üzrə araşdırmalar zamanı qərarlar müəyyən edilərkən səlahiyyətli qurumlar hər hansı bir tərəfin maraqlarına qarşı qərəzsiz olmalıdırlar; hər hansı bir istisna tətbiq olunduqda,  məsələn, insan, heyvan və ya bitkilərin sağlamlığının qorunması ilə əlaqədar, səlahiyyətli qurumlar nə yerli və xarici tərəflər, nə də ki, xarici tərəflər arasında ayrıseçkilik etməməlidirlər.  

  • Səlahiyyətli qurumların fəaliyyəti hesabatlılıq əsasında qurulmalı və müstəqil inzibati orqanlar və/və ya məhkəmə orqanları tərəfindən yoxlanılabilən olmalıdır: bu, ÜTT Sazişlərinin əsas tələblərindəndir. 

  • Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya İndeksi və Ümumdünya Ədliyyə Layihəsinin Qanunun Aliliyi İndeksi arasında əlaqə açıq şəkildə göstərir ki, yuxarıda sadalanan prinsiplərə daha ciddi və səmərəli riayət edən ölkələrdə korrupsiya səviyyəsi aşağıdır.

 

Ümumən, səlahiyyətli qurumlardan ÜTT-yə üzvolma mərhələsində və ya üzvolma ilə əlaqədar aparılan danışıqlar nəticəsində ÜTT qaydalarına uyğunlaşdırılmış qanunvericilik çərçivəsində fəaliyyət göstərmələri gözlənilir. Bu hal baş vermədikdə, digər ÜTT üzvləri ÜTT Sazişlərində əks olunmuş güclü mexanizmlərdən istifadə edərək belə uyğunsuzluqları aradan qaldırmaq üçün səy göstərə bilərlər. 

 

 Üzvolma danışıqları və öhdəliklər barədə məlumat


Üzvolma tamamlandıqda, üzvolma zamanı ərsəyə gəlmiş sənədlərin məxfiliyi aradan qaldırılır. Həmin sənədlər ÜTT-nin rəsmi internet səhifəsində dərc olunur. Xüsusilə, ölkə tərəfindən qəbul edilmiş öhdəliklər həmin ölkənin ÜTT-yə üzv olma Protokolunda, İşçi Qrupunun Hesabatında və Öhdəliklər cədvəllərində əks olunur. Üzvolma Protokolu və İşçi Qrupunun Hesabatı minlərlə səhifədən ibarət olur. Axtarışı asanlaşdırmaq üçün Üzvolma Öhdəlikləri üzrə Məlumat Bazası yaradılmış və həmin bazaya daxil olmaqla  üzv olan ölkələrin qəbul etdiyi öhdəliklərlə daha ətraflı tanış olmaq olar: 

 

Müvafiq sənədlər, məlumat və mənbələr




Yüklə 70,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə