Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə101/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   97   98   99   100   101   102   103   104   ...   122

Maddə 12 
Bu Nizamnamədə işlədilən terminlər aşağıdakı mənaları daşıyır: 
"konsul" - konsulluğa başçılıq edən baş konsul, konsul, vitse-
konsul və ya konsul agenti; 
"konsulluğun vəzifəli  şəxsi" - konsulluğun başçısı da daxil 
olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış olan hər 
bir  şəxs (baş konsul, vitse-konsul, konsul agenti və konsulluğun 
katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün konsulluğa 
ezam olunmuş şəxs (stajkeçən); 
"konsulluğun  əməkdaşı" - konsulluqda inzibati və ya texniki 
vəzifələri, yaxud konsulluğa xidmət etməklə bağlı  vəzifələri yerinə 
yetirən hər hansı şəxs; 
"konsul dairəsi" - konsulluğun yerləşdiyi dövlətdə razılıq 
əsasında konsul vəzifələrini icra etmək üçün ona ayrılan ərazi. 
 
II FƏSİL 
KONSULLUQ HEYƏTİ 
 
Maddə 13 
 Konsulluğun vəzifəli şəxsləri və konsulluğun əməkdaşları Azər-
baycan Respublikasının Xarici İşlər Nazirliyində dövlət 
qulluğundadırlar. 
 
Maddə 14 
Yalnız Azərbaycan Respublikasının vətəndaşı konsulluğun 
vəzifəli şəxsi ola bilər. 
 
Maddə 15 
Vəzifəyə  təyin edilərkən konsul Azərbaycan Respublikasının 
Xarici İşlər Nazirliyindən vəkələtnamə-konsul patenti alır. 
 
Maddə 16 
Konsul, vəzifəsinin icrasına qəbul edən dövlətdən razılıq 
(ekzekvatura) alandan sonra başlayır. 
 
Maddə 17 
 
406
Əgər konsul hər hansı səbəbə görə öz funksiyalarını yeinə yetirə 
bilmirsə  və ya onun yeri boşdursa, yeni konsul təyin edilənədək 
konsul vəzifəsinin icrası bu konsulluğun və ya Azərbaycan 
Respublikasının həmin dövlətin  ərazisindəki digər konsulluğun 
vəzifəli  şəxsinə, yaxud Azərbaycan Respublikasının oradakı dip-
lomatik nümayəndəliyinin diplomatik heyəti üzvlərindən birinə 
həvalə edilir. 
 
407


III FƏSİL 
KONSUL FUNKSİYALARININ  
HƏYATA KEÇİRİLMƏ QAYDASI 
 
 
Maddə 18 
Konsul ona həvalə olunmuş funksiyaları  şəxsən icra edir və ya 
onların icrasını konsulluğun vəzifəli digər şəxsinə tapşırır. 
 
Maddə 19 
Konsul digər dövlətin konsul funksiyalarını yalnız Azərbaycan 
Respublikası Xarici İşlər Nazirliyinin xüsusi göstərişi və qəbul edən 
dövlətin razılığı əsasında yerinə yetirə bilər. 
 
Maddə 20 
Konsul, konsulluğun yerləşdiyi dövlətin hakimiyyət orqanlarına 
öz konsul dairəsi hüdudlarında konsulluğun fəaliyyəti ilə bağlı bütün 
məsələlər barədə müraciət edə bilər. 
 
Maddə 21 
Konsul konsulluq işlərinin vəziyyəti ilə yaxından tanış olmaq 
üçün ildə bir dəfədən az olmayaraq öz konsul dairəsinin  ərazisini 
gəzməlidir. 
 
Maddə 22 
Konsulluğun vəzifəli  şəxslərinin və konsulluq əməkdaşlarının 
fəaliyyətinə dair şikayətlərə tabelik qaydasında baxılır. 
 
 
IV FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLARI 
VƏ HÜQUQİ ŞƏXSLƏRİ BARƏSİNDƏ KONSULUN 
 FUNKSİYALARI 
 
Maddə 23 
Konsul Azərbaycan Respublikası  vətəndaşlarının və hüquqi 
şəxslərinin konsulluğun yerləşdiyi dövlətin qanunvericiliyindən, 
Azərbaycan Respublikasının və  həmin dövlətin iştirak etdiyi 
beynəlxalq müqavilələrdən, habelə beynəlxalq adətlərdən irəli gələn 
bütün hüquqlardan tam həcmdə istifadə etməsi üçün tədbirlər 
görməlidir. 
Konsul həm yazılı, həm də şifahi ərizələri qəbul edir. 
 
Maddə 24 
Konsul Azərbaycan Respublikası  vətəndaşlarının və hüquqi 
şəxslərinin pozulmuş hüquqlarını  bərpa etmək üçün zəruri tədbirlər 
görür. 
 
Maddə 25 
Konsul öz konsul dairəsinin  ərazisində daimi yaşayan və 
müvəqqəti olaraq buraya gələn Azərbaycan Respublikası 
vətəndaşlarının uçotunu aparır. 
 
Maddə 26 
Konsul öz konsul dairəsinin hüdudlarında olan Azərbaycan 
Respublikası nazirliklərinin, idarə və təşkilatlarının nümayəndələrinə
habelə Azərbaycan Respublikasının xaricə ezam edilmiş digər 
vətəndaşlarının xidməti vəzifələrini yerinə yetirməkdə yardım 
göstərir. 
 
Maddə 27 
Konsul öz konsul dairəsində müvəqqəti olan Azərbaycan 
Respublikası  vətəndaşlarına konsulluğun yerləşdiyi dövlətin qanun 
və qərarları, habelə yerli adətlər barədə məlumat verir. 
 
Maddə 28 
Konsul konsulluq dairəsində olan Azərbaycan Respublikası 
vətəndaşları üçün mədəni-maarif tədbirlərinin keçirilməsinə kömək 
edir. 
 
Maddə 29 
Konsul, konsulluğun yerləşdiyi dövlətin bütün idarələrində 
Azərbaycan Respublikası  vətəndaşlarını, onlar orada olmadıqda və 
işin aparılmasını  hər hansı  şəxsə tapşırmadıqda, yaxud başqa 
səbəblərə görə öz mənafelərini müdafiə edə bilmədikdə, xüsusi 
vəkalətnamə olmadan təmsil etmək hüququna malikdir. 
 
408
 
409


Maddə 30 
 
Azərbaycan Respublikasının qanunvericiliyinə  əsasən konsul 
Azərbaycan Respublikası  vətəndaşlarının hərbi uçotunu aparır. 
Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşına çatmış 
vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan 
Respublikasında daimi yaşayış yerlərindəki hərbi komissarlıqlara 
gəlməsini təmin edir. 
 
Maddə 31 
Konsul Azərbaycan Respublikası  məhkəmələrinin və ya istintaq 
orqanlarının Azərbaycan Respublikasının vətəndaşlarına dair 
tapşırıqlarını,  əgər həmin tapşırıqların icrası konsulluğun yerləşdiyi 
dövlətin qanunvericiliyinə zidd deyilsə, Azərbaycan Respublikasının 
qanunvericiliyinə əməl etməklə yerinə yetirir. 
 
Maddə 32 
Konsul öz konsulluq dairəsində yaşayan yetkinlik yaşına 
çatmamış, valideynlərinin himayəsindən məhrum olmuş Azərbaycan 
Respublikası  vətəndaşı olan uşaqların qəyyumluğa və himayəyə 
götürülməsi üçün tədbirlər görür. 
 
Maddə 33 
Azərbaycan Respublikası  vətəndaşının ölümündən sonra onun 
Azərbaycan Respublikasının hüdudlarından kənarda qalmış 
əmlakının mühafizəsi üçün konsul zəruri tədbirlər görür. 
Əgər həmin  əmlak tamamilə  və ya onun bir hissəsi xarab ola 
bilən  əşyalardan ibarətdirsə  və ya onun saxlanması çox baha başa 
gələrsə, konsul bu əmlakı satmaq və satışdan  əldə edilmiş pulu 
aidiyyəti üzrə göndərmək hüququna malikdir. 
 
Maddə 34 
Konsul miras əmlakı Azərbaycan Respublikasında yaşayan 
vərəsələrə vermək üçün qərar qəbul etmək hüququna malikdir. 
 
Maddə 35 
Konsul Azərbaycan Respublikası  vətəndaşlarına məxsus olan 
pulu, qiymətli əşyaları, qiymətli kağızları və sənədləri saxlamaq üçün 
qəbul edə bilər. 
 
410
 
411


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə