Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə109/122
tarix14.06.2018
ölçüsü4,58 Kb.
#48683
növüDərslik
1   ...   105   106   107   108   109   110   111   112   ...   122

dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu təmin 
edir. 
3.5.
 
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
kommersiya və öz peşə fəaldiyyəti ilə məşğul ola bilər. 
3.6.    Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu ildə 
bir dəfədən az olmayaraq öz konsulluq dairəsinin  ərazisini 
gəzməlidir. 
3.7.     Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun 
hərəkətləri barədə  şikayətlərə Azərbaycan Respublikasının 
qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya 
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının 
Xarici İşlər Nazirliyi tabeçilik qaydasında baxır. 
 
 
IV FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR 
(FƏXRİ) KONSULUNUN AZƏRBAYCAN 
RESPUBLİKASININ HÜQUQİ ŞƏXSLƏRİNƏ VƏ 
VƏTƏNDAŞLARINA MÜNASİBƏTİNİN ƏSASLARI 
 
4.1. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu onun 
fəaliyyətinə  rəhbərlik edən Azərbaycan Respublikasının qəbul 
edən dövlətdəki diplomatik nümayəndəliyinin və ya 
konsulluğunun yaxud da Azərbaycan Respublikasının Xarici 
İşlər Nazirliyinin köməyi ilə Azərbaycan Respublikasının onun 
konsulluq dairəsində olan hüquqi şəxslərinə  və  vətəndaşlarına 
qəbul edən dövlətin qanunvericiliyi əsasında verilən, 
Azərbaycan Respublikası ilə  həmin dövlətin iştirak etdiyi 
beynəlxalq müqavilələrdə nəzərdə tutulan, eləcə də beynəlxalq 
adətlərdən irəli gələn bütün hüquqlardan onların tam həcmdə 
istifadə etmələri üçün tədbirlər görür və həmvətənlərinə lazımi 
yardım göstərir. 
4.2. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
konsulluq dairəsində olan Azərbaycan Respublikası hüquqi 
şəxslərinin və  vətəndaşlarının pozulmuş hüquqlarını  bərpa 
etmək üçün müvafiq tədbirlər görür. 
4.3. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu öz 
konsulluq dairəsinin  ərazisində daimi və müvəqqəti yaşayan 
Azərbaycan Respublikası  vətəndaşlarının qeydiyyatını aparır, 
onlara lazımi konsulluq yardımı göstərir. 
4.4. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
konsulluq dairəsinin  ərazisində daimi və müvəqqəti yaşayan 
Azərbaycan Respublikası  vətəndaşlarına qəbul edən dövlətin 
qanun və qərarları, adət və ənənələri barədə məlumat verir. 
4.5. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının vətəndaşları və həmvətənlər üçün 
mədəni-maarif tədbirlərinin keçirilməsinə yardım edir. 
4.6. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulunun 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya 
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının 
Xarici  İşlər Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan 
Respublikasının vətəndaşları özləri olmadığı  və öz işlərinin 
aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə 
görə öz maraqlarını müdafiə edə bilmədikdə  qəbul edən 
dövlətin idarələrində onları  təmsil etmək hüququ vardır. Bu 
təmsilçilik təmsil edilənlər öz vəkillərini təyin edənədək və ya 
hüquq və mənafelərinin müdafiəsini öz üzərlərinə götürənədək 
davam edir. 
 
V FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR 
(FƏXRİ) KONSULUNUN AZƏRBAYCAN RESPUBLİKASI 
VƏTƏNDAŞLARININ HİMAYƏÇİLİK, QƏYYUMLUQ VƏ 
ƏMLAK MƏSƏLƏLƏRİ İLƏ  
ƏLAQƏDAR FUNKSİYALARI 
 
5.1. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya 
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının 
Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla öz konsulluq dairəsində 
yaşayan yetkinlik yaşına çatmamış, valideynlərin himayəsindən 
məhrum olmuş Azərbaycan Respublikası  vətəndaşlarının və 
habelə yetkinlik yaşında olan, səhhətinə görə öz hüquqlarını 
həyata keçirə bilməyən və öz vəzifələrini yerinə yetirə bilməyən 
Azərbaycan Respublikası  vətəndaşlarının himayəçiliyə  və 
qəyyumluğa götürülməsi üçün tədbirlər görür. 
 
440
 
441


5.2. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının vətəndaşı öldükdə bu barədə təxirə 
salınmadan Azərbaycan Respublikasının qəbul edən dövlətdaxili 
diplomatik nümayəndəliyinə  və ya konsulluğuna, yaxud da 
bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 
məlumat verir və onunla razılaşdırılmaqla Azərbaycan 
Respublikası  vətəndaşının ölümündən sonra qalmış  əmlakının 
mühafizəsi üçün və ya əgər qalmış  əmlak tamamilə, yaxud 
qismən xarab olmağa başlamışsa, yaxud da saxlanması çox baha 
başa gəlirsə, onun satılması üçün tədbirlər görür. Satışdan  əldə 
edilmiş pul aidiyyəti üzrə göndərilməlidir. 
5.3. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya 
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının 
Xarici  İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra saxlamaq üçün 
Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan pulu, 
qiymətli əşyaları, qiymətli kağızları və sənədləri qəbul edə bilər. 
5.4. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının dövlətinə, hüquqi şəxslərinə  və 
vətəndaşlarına hədiyyə olunan pulun, qiymətli  əşyaların və 
əmlakın keçirilməsini rəsmiləşdirməkdə xarici ölkələrin 
vətəndaşlarına və təşkilatlarına yardım edə bilər. 
 
VI FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ İTKİN DÜŞMÜŞ,  
TUTULUB SAXLANILAN, HƏBSDƏ OLAN, BAŞQA  
ŞƏKİLDƏ AZADLIQDAN MƏHRUM EDİLƏN VƏ YA  
CƏZA ÇƏKƏN VƏTƏNDAŞLARI İLƏ ƏLAQƏDAR  
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR 
(FƏXRİ) KONSULUNUN FUNKSİYALARI 
 
6.1. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu onun 
konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan itkin 
düşmüş Azərbaycan Respublikası vətəndaşının axtarışına yardım 
edilməsi üçün qəbul edən dövlətin səlahiyyətli hakimiyyət 
orqanlarına müraciət edə bilər. 
6.2. Azərbaycan Respublikasının vətəndaşı tutulub saxlanıldıqda, 
həbs olunduqda və ya başqa formada azadlıqdan məhrum 
edildikdə Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) 
konsulu bu barədə Azərbaycan Respublikasının qəbul edən 
dövlətdəki diplomatik nümayəndəliyinə  və konsulluğuna, yaxud 
da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 
dərhal məlumat verir və onların göstərişlərinə uyğun olaraq 
hərəkət edir. 
6.3. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya 
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının 
Xarici  İşlər Nazirliyi ilə razılaşdırmaqla həbsdə olan və ya 
şübhəli  şəxs kimi tutulub saxlanılan, yaxud Azərbaycan 
Respublikası  vətəndaşının azadlığını  məhdudlaşdıran başqa 
tədbirlərə  məruz qalan, yaxud da azadlıqdan məhrum edilməklə 
cəza çəkən, habelə başqa inzibati və ya məhkəmə  tədbirlərinə 
məruz qalan Azərbaycan Respublikasının vətəndaşı barəsində 
yerləşdiyi dövlətin qanunlarına və Azərbaycan Respublikası ilə 
həmin dövlət arasındakı müqavilələrə  əməl olunmasına nəzarət 
edir. 
Qanun pozuntusu müəyyən edildikdə o, bu barədə Azərbaycan 
Respublikasının diplomatik nümayəndəliyinə 
və ya 
konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının 
Xarici İşlər Nazirliyinə dərhal məlumat verir. 
 
VII FƏSİL 
AZƏRBAYACAN RESPUBLİKASININ ŞTATDANKƏNAR 
(FƏXRİ) KONSULUNUN PASPORT-VİZA SƏNƏDLƏRİ, 
SƏNƏDLƏRİN TƏLƏB EDİLMƏSİ VƏ NOTARİAT  
MƏSƏLƏLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI 
 
7.1. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya 
konsulluğu ilə razılaşdırmaqla Azərbaycan Respublikasının 
vətəndaşlarınn pasportlarının vaxtını artıra və bu pasportlarda 
dəyişikliklər edə bilər. 
7.2. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasından sənədlərin tələb edilməsi üçün 
ərizələri və  vəsatətləri qəbul edib onları baxılmaq üçün 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə  və 
 
442
 
443


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə