[...] 7. YurddaĢlarımızın hər birinə yaxından yanaĢmalı, onu ən yaxın bir doğmalıqla duymalı, ona
yüksək qayğı göstərməliyik, haqqının əlindən alınmasına yol verməməliyik...”.
Torpaq, yurd, el sevgisinin Ģair etdiyi Əbülfəz bəyin bu çağdakı ürək çırpıntılarını, alovlu
çılğınlığını onun DTK'dakı qovluğunda saxlanılan aĢağıdakı Ģerlərindən də asanlıqla duyuruq:
Ürək parça-parça, qan laxta-laxta,
Yenə qurulmuĢdur taxt üstə taxta.
Gəlin bir fal ataq, görək nə olur -
Kim hünər göstərər bu son ayaqda?!
Qayalar kimidir parça-parça dağ,
Elə bil, göylərdən alov yağacaq.
Deyin, ey kölələr, ey qəbilələr, -
Nə vaxt bu insanlar azad olacaq?!
Yaxud:
Ġnsanların ruhu qan, qəlbi qandır,
Heç bilmirsən zaman hansı zamandır.
Tapdanır fağırın ruhu, zəhməti -
Öz yurdunda təhqir olmaq yamandır!
Yaxud:
Dünya sərsəridir, bəĢər sərsəri,
Hiylələr, riyalar aləmindəyəm.
Alimdən yüksəkdir oğrunun yeri,
Kimsəsiz aləmdə mən nə kimsəyəm?
Qulluq pilləsiylə qalxır oğrular,
“Dahilər” onlara “ləbbeyk” deyirlər.
Nəmli zindanlarda yatır doğrular,
EĢĢəklər Cavidə lağ eləyirlər.
“KeqebeĢnik”lər evdən gedərkən telefon nömrəsi verərək Əbülfəz bəyin gələn kimi onlara zəng
vurmasını tapĢırdılar.
DTK bu sənədlərin tapılaraq götürüldüyü elə həmin gün Kələki kəndində də axtarıĢlar apardı,
ancaq oradan heç nə tapmadı.
Tiflisdən qayıdan Əbülfəz bəy evindəki axtarıĢ xəbərini soyuqqanlılıqla qarĢıladı. Otaqda
qulaqasma cihazlarının yerləĢdirilə biləcəyindən çəkinərək Səadət xanımdan bir kağıza yazaraq
soruĢdu ki, nələri apardılar? Palazı qaldıraraq onun altında gizlətdiyi “Birlik üzvlərinə” adlı 100
səhifədən artıq qeydlərini qaz sobasına atıb yandırdı. Sən demə, DTK'nın əlinə keçən və
haqqında bir az öncə danıĢdığımız eyni adlı yazı bu 100 səhifəlik böyük materialın
qaralamalarıymıĢ!.. O, əllərini cibinə qoyub otaqda əsəbi halda var-gəl edir, gah öz-özünə
“hürriyyət!”, “hürriyyət!” söyləyə-söyləyə gəziĢir, gah da ucadan avazla “Çırpınırdı Qara dəniz...”
oxuyurdu. Onu ovutmağa çalıĢan Səadət “ay əmi, bu səslə gərək müğənni olaydın” deyərək
gülsə də bu anda əmi onu nəinki eĢitmir, heç görmürdü də - onun xəyalı uzaq-uzaq azadlıq
ənginliklərində dolaĢırdı...
Verilən telefona zəng edəndə onu DTK'ya çağırdılar. Bu çağırıĢ daha çox onu qorxutmaq,
sındırmaq məqsədi daĢıyırdı.
Noyabrın 24'ündə Ģahid qismində dindirilməyə baĢladı. Ġlk dindirmə saat yarım çəkdi. Ertəsi gün -
25 Noyabrda olmuĢ 4 saat yarımlıq “görüĢ”ün protokolunda oxuyuruq:
“Ə.ƏLĠYEV: Ġfadə vermək üçün tələb olunan məsələlər barədə aĢağıdakıları göstərə bilərəm:
Mən turançılığın nə olduğunu, haradan doğduğunu, pantürkistlərin siyasətini mənə sual verən
tələbələrimə dərs zamanı izah etmiĢ, onların ideallarının nədən ibarət olduğunu təhlil edib
göstərməyə çalıĢmıĢam.
Mən Azərbaycanın müstəqilliyi məsələsindən danıĢarkən Cənubi Azərbaycanın müstəmləkə
əsarətindən azad olub Sovet Azərbaycanı ilə birləĢməsini arzu etmiĢ, belə bir arzunun
tələbələrimdə olmasını da arzu etmiĢəm. Çünki Cənubi azərbaycanlılar Ġran Ģah üsul-idarəsinin
çox ağır zülmü altındadır. Onun azad olub ondan sonra Sovet Azərbaycanına birləĢməsi mənim
üçün ən böyük ideal istəklərdən biridir”.
QarĢısında Hüseyn Cavid, Salman Mümtaz və Seyid Hüseyndən sonra ilk dəfə olaraq heç nədən
qorxub-çəkinmədən öz əqidəsini bəyan edən çox güclü bir ġƏXSĠYYƏTĠN dayandığını görən DTK
Dekabr ayını Əbülfəz bəyə qarĢı ifadə verəcək Ģahidlərin axtarıĢına və onların dindirilməsinə həsr
etdi. Bunlar əsasən Bəyin keçmiĢ və indiki tələbələriydi.
Bu Ģahidlərin ifadələrində Bəyin dünyagörüĢünü açıqlayan çox maraqlı faktlar əksini tapıb.
Məsələn, G.M.'nin 23 Dekabrda verdiyi ifadədə bildirilir ki, təxminən 1970'in sonlarında
universitetin hərbi hazırlıq müəllimi, mayor Ġ.V.Zolotov zəif oxuyan bir tələbəni danladıqdan
sonra, ümumiyyətlə, azərbaycanlıların çox tənbəl, qabiliyyətsiz və bacarıqsız xalq olduğunu,
azərbaycanlı müdirlərin özlərinə mütləq rus və ya baĢqa millətlərdən müavin götürərək bütün
iĢləri onların üstünə atdıqlarını, kəndlərdə yaĢayan azərbaycanlıların göy otla qidalandığını, ona
görə də onlarda mədə-bağırsaq xəstəliyinin çox yayıldığını deyib. Bu hadisədən xəbər tutan
Əbülfəz bəy fakültə dekanına məlumat verib, bir neçə gündən sonrasa əlavə dərs təyin edərək
tələbələrə üz tutub: “Siz özünüz də milli qürur və milli ləyaqət hissinizi itirmisiniz. Çünki “rus
Ġvan”ın biri Azərbaycan universitetində öz yoldaĢınızı təhqir edir, siz isə səsinizi çıxarmırsınız.
Əgər siz birlikdə onu müdafiə etsəydiniz “Ġvan”ın həddi nəydi ki, yoldaĢınıza bir söz belə
deyəydi?”.
HƏBS
Artıq hər cür xəbərdarlığın və dindirmələrdəki hədə-qorxunun təsirsiz olduğunu görən DTK 17
Yanvar 1975'də Əbülfəz bəyi həbs etdi. Elə həmin gündən də “müqəssir”in dindirilməsi baĢlandı.
Bu dindirmələrdə Əbülfəz bəy yenə də onu qarĢıda nələr gözləməsindən qətiyyən çəkinməyərək
siyasi görüĢlərini və tələbələr arasında apardığı təbliğatın baĢlıca xətlərini açıqlayıb. 22
Yanvardakı dindirmədə o, bunları bildirib:
“Mən tələbələrə həmiĢə tövsiyə etmiĢəm ki, öz
xalqımızın tarixini vətənpərvərlik hissi ilə dərindən öyrənməli və öyrətməlisiniz. Hər bir tarixçi öz
xalqının keçdiyi tarixi inkiĢaf yollarını, onun dünya tarixində yerini, rolunu düzgün
müəyyənləĢdirməli, qiymətləndirməlidir. Tələbələrdə vətənpərvərlik, öz xalqına inam hissini
qüvvətləndirmək üçün onlara çatdırırdım ki, 1000 ilə yaxın bir dövrdə Ġran dövlətini
azərbaycanlılar idarə etmiĢ, Azərbaycan xalqı bütün Ġranın hərəkətverici qüvvəsi rolunu
oynamıĢdır. XIX əsrə qədər azərbaycanlılar Zaqafqaziya, Ġran, Orta Asiya, Əfqanıstan və s.
ölkələrin ictimai-siyasi tarixində bu və ya digər mərhələlərdə əsas rol oynamıĢlar”.
30 Yanvar dindirməsindəsə Bəy göstərirdi ki, hələ uĢaqlıqdan Azərbaycanın ikiyə parçalanması
məni düĢündürmüĢdür. Ali məktəbi bitirdikdən, aspiranturanı qurtardıqdan sonra, müəllim
iĢlədiyim illərdə oxuduğum bir sıra tarixi kitablar məni bu haqda düĢünməyə məcbur etmiĢdi.
Bütün Azərbaycanın vahidliyi barədə fikirləĢməyə baĢlamıĢdım.
13 Fevraldakı dindirmədə Əbülfəz bəy belə bir faktı ortalığa qoyaraq bildirib ki, 1967'də
aspirantura Ģöbəsinin müdiri aspirantlardan rusca çıxıĢ etmələrini tələb edirdi. Hətta o, bir qıza
Azərbaycan dilində danıĢmağa imkan verməmiĢdi. Bu da aspirantlar arasında pis fikir oyatmıĢdı.
Mən yenə də Azərbaycan dilində çıxıĢ etdim. Hətta ona bildirdim ki, əgər Azərbaycan dilində çıxıĢ
etməyimə imkan verməsə onda rəhbər sovet və partiya orqanlarına müraciət etməyə məcburam.
Yalnız bundan sonra Azərbaycan dilində danıĢa bildim.
DTK Əbülfəz bəyə qarĢı ifadə verəcək Ģahidlərin dindirilməsini onun həbsindən sonra da davam
etdirdi. Məsələn, 7 Fevral 1975'də Əbülfəz bəyin tarix fakültəsində dərs dediyi keçmiĢ tələbəsi
F.A. dindirildi (ondan ilk dəfə 9 Dekabrda ifadə alınmıĢdı). O, səhvlərə yol verdiyini, Əbülfəz
bəylə söhbətlərinin əsassız olduğunu göstərəndən sonra bildirdi:
“Hazırda ali məktəbdə dərs
deyirəm. [...] Söz verirəm ki, həqiqi mənada sovet cəmiyyətinə yarayan, beynəlmiləlçi tələbələr
hazırlayam. Namuslu əməyimlə özümü doğruldacağam”...
DTK'ya ifadə verənlərin bəziləri Əbülfəz bəyə inandıqlarından peĢmanlıq duyur, onun ünvanına
ittihamlar irəli sürürdülər. Bunlar iki qismə ayrılırdı - DTK'nın artıq izinə düĢdüyü gizli təĢkilatın
üzvlərinə Bəyin özü tapĢırmıĢdı ki, ümumi ideya məsələləriylə (Azərbaycanın birləĢdirilməsi,
Azərbaycanın imperiya müstəmləkəçiliyindən azad edilməsi və b.) bağlı əleyhimə ifadə vermək
Dostları ilə paylaş: |