oturacağına arxayındı. Təkcə P.Qraçova və ətrafındakı əlisilahlı narkomanlar dəstəsinə güvənən
S.Hüseynov, təbii ki, belə kələyi anlayacaq səviyyədə adam deyildi və yüzlərcə onun kimisini
çaya susuz aparıb susuz gətirmiĢ “baba”nın çoxgediĢli mürəkkəb kombinasiyalarından qətiyyən
baĢ çıxara bilməzdi. Surət bu alverdə aldadıldığını yalnız bir həftə sonra baĢa düĢdü və 21 iyunda
Gəncədə keçirdiyi mətbuat konfransında “respublikada yaranmıĢ hakimiyyət boĢluğundan
narahat olduğunu bildirərək bütün səlahiyyətləri öz üzərinə götürdüyünü” qəzəblə
elan etdi və jurnalistlərin H.Əliyev amiliylə bağlı sorğusunu belə cavablandırdı: “ĠNDĠ
AZƏRBAYCANDA MƏNĠM YOLUMU KƏSƏ BĠLƏCƏK QÜVVƏ YOXDUR”. O anlaya
bilmirdi
ki, artıq onun yolunu qanunverici hakimiyyətə QANUNĠ ġƏKĠLDƏ yiyələnmiĢ H.Əliyev QANUNLA
kəsəcək və kimsə buna görə onu qınaya bilməyəcək. (Görünür, Surətin yanındakı “Zobik”
ayamalı Ruslan Rzayev - müxtəlif vaxtlarda üst-üstə 19 il iĢ almıĢ bu Ģəxsi Surət MTN Gəncə
Ģöbəsinin rəisi qoymuĢdu - daha uzaqgörənmiĢ; eĢitdiyimə görə, o, Surətə deyibmiĢ ki, H.Əliyev
bizim hamımızı bir-bir udacaq, gəl onu Gəncədən sağ buraxmayaq. Surət buna razılıq
verməyibmiĢ. Bir müddət sonra Zobikin artıq Gəncə Ģəhər icra hakimiyyətinin baĢçısı olmuĢ Hacı
Vaqiflə onun kabinetində atıĢdığı və bu atıĢmada onların hər ikisinin həlak olduğu xəbəri
yayıldı…).
Nəysə, S.Hüseynovla H.Əliyevin görüĢündən sonra Gəncədə mətbuat konfransı keçiriləcəyini
gözləyən jurnalistlər umsuq oldular. S.Hüseynovla və onunla birlikdə “Gəncə Ģəhərindəki
vəziyyətə faktik nəzarət edən digər Ģəxslərlə” görüĢmüĢ H.Əliyev onlara ayaqüstü dedi: “Surət
bəylə apardığımız danıĢıqlar çox mənalı, məzmunlu olub, qarĢılıqlı anlaĢma Ģəraitində keçib. Və
güman edirəm ki, bu danıĢıqlar yalnız Gəncədəki hadisələrin yox, bütövlükdə Azərbaycanda
gedən proseslərin düzgün istiqamətə yönəlməsinə kömək edəcək”. H.Əliyev danıĢıqların
məzmununu Bakıda prezident Elçibəyə də çatdıracağını bildirdi. Bütün hərəkətlərini rus
hərbçilərinin təlimatları üzərində quran Surətsə jurnalistlər qarĢısında söylədi: “Ġyunun 15-inə
kimi prezident baĢda olmaqla hökumət istefa verməsə (görünür, Əliyev elə spiker olduğu gündən
prezident kürsüsünü boĢ görmək istəyirmiĢ - Ə.T.) xalq Bakıya yürüĢ edəcək”.
Deməli, prezident Ə.Elçibəyin H.Əliyevin “sülh missiyası”na bəslədiyi bütün kövrək umudlar da
boĢa çıxdı!..
Xatırladım ki, Hacıqabuladək heç bir müqavimət görmədən irəliləyən Surət qoĢunları 13 iyunda
Hacıqabulun baĢ tərəfində öz postlarını qurmuĢdular. 14 iyunda səhər tezdən AXC Hacıqabul
rayon Ģöbəsinin batalyonu [ümumiyyətlə, bu kitabda ara-sıra rast gəlinən “rayon (Ģöbəsinin)
batalyonu” terminini rayon icra hakimiyyətinin, yaxud AXC rayon Ģöbəsinin təĢəbbüsüylə dövlətin
müdafiəsinə qalxan könüllülər kimi baĢa düĢməliyik] və S.Hüseynovun qoĢunu arasında ilk
toqquĢma oldu. Qiyamçıların bir hissəsi dağıdıldı. Ġcra baĢçısı rayonu tərk etdi.
H.Əliyevlə görüĢüb razılaĢan gün - 14 iyunda S.Hüseynov ölkə rəhbərliyinin istefası haqqında bir
saatlıq ultimatum verdi. Ultimatum rədd edilincə günortadan sonra Hacıqabulda qiyamçı qoĢunla
dövlət hərbi qüvvələri üz-üzə durdu, atıĢma düĢdü, yaralananlar oldu. (Prezidentin köməkçisi
O.Qasımovun mənə bildirdiyinə görə, Navahıda hökumət qüvvələri surətçiləri geri oturdan zaman
H.Əliyev bir neçə dəfə Əbülfəz bəyə zəng edərək əməliyyatı dayandırmağa çağırmıĢ, bunun
Surətlə danıĢıqlara zidd olduğunu söyləmiĢdi).
YALQIZ ELÇĠBƏY ÇIXIġ YOLLARI AXTARIġINDA
14 iyunda Əbülfəz Elçibəyə qarĢı artıq üçüncü cəbhə də açıldı - iyunun 7-sində TalıĢ Xalq
Partiyasının adını dəyiĢərək Xalqların Azadlığı və Bərabərliyi Partiyası qoymuĢ, 9 iyunda polisə və
dövlətə müharibə elan edərək 20-30 nəfərlə meĢələrə çəkilmiĢ Əlikram Hümbətov iyunun
14-ündən 15-inə keçən gecə saat 12-də öz dəstəsiylə Lənkəran Ģəhərinə girərək qanuni
hakimiyyəti devirdi. (21 iyunda o, yerli televiziyayla çıxıĢında «TalıĢ Muğan Respublikası»
yarandığını elan etdi). S.Hüseynov öz məhkəməsində bunları bəyan etdi: “TMR haqqında
söz-söhbəti H.Əliyev özü ortaya atdı. Bu, NAXÇIVANDA HAZIRLANMIġ oyundu. Mənə
[baĢ nazir olandan sonra] dedilər Əlikram Hümbətovun yanına get. Getdim,
Ə.Hümbətovu onun (H.Əliyevin - Ə.T.) yanına gətirdim. Orda aydın oldu ki, tonqalı
qalayan indi onu söndürmək istəyir. Ə.Hümbətov onun üzünə nələr deyirdi, bir kəlmə
də cavab vermirdi” (“Azadlıq”, 04.11.1998).
Həmin gün Prezident Aparatının qarĢısında AXC-nin təĢəbbüsüylə mitinq keçirildi. Tağı
Xalisbəylinin açdığı bu mitinqdə AXC-nin bəyanatı oxundu: “AXC bildirir ki, bundan sonra
qiyamçılara hər hansı Ģəkildə güzəĢtə gedilməsini təslimçilik, respublikanın dövlət müstəqilliyinə
qarĢı düĢmənçilik kimi qiymətləndirəcək”.
Demək olar ki, yalqız qalmıĢ prezident olduqca ağır durumdaydı - onun iki ən yaxın arxadaĢının
əyləĢdiyi iki ən mühüm dövlət kürsüsü boĢdu, hakimiyyətin üzərinə düĢmənlər hər yandan ayaq
açmıĢdılar. Artıq sabah o kürsülərdən birini Elçibəy iqtidarının ən barıĢmaz rəqiblərindən biri
tutacaqdı və qanunverici hakimiyyət «güzəĢt» sözünü öz leksikonundan biryolluq silib atmıĢ bir
Ģəxsin əlinə keçəndən sonra nələrin baĢ verəcəyini gözəl dərk edən Elçibəy heç olmazsa baĢ
nazirin öz adamı olmasına çalıĢırdı. Buna görə də ayın 14-ündə o, Dövlət Neft ġirkətinin
prezidenti Sabit Bağırova baĢ nazir olmağı təklif etdi, ancaq vəziyyətin yetərincə qarmaqarıĢıq
olduğunu görən və belə durumda səmərəli iĢləyə biləcəyinə, təbii ki, inana bilməyən Sabit bəy
buna razılıq vermədi.
Ġyunun 15-ində də Prezident Aparatı qarĢısındakı meydanda mitinq keçirildi. Meydanda bir neçə
min adam vardı. ÇıxıĢ etməkçün həmiĢəki basabas, növbə yoxdu. Gözə dəyən bütün «sanballı»
adamları az qala yalvarıĢla çıxıĢa dəvət edirdilər. “Ədalət” qəzetinin baĢ redaktoru Aqil Abbas
Ġsgəndər Həmidovun vəzifəyə qaytarılmasını tələb edirdi. Mən də çıxıĢ edərək (meydana elə
bundan ötrü gəlmiĢdim) xalqı Elçibəyi, daha doğrusu, qanuni hakimiyyəti müdafiə etməyə
çağırdım. Dövlət adamlarının sarılığını udmasından, onların solğun üzündəki narahatlıq və
təĢviĢdən anladım ki, artıq uçurumun lap qırağındayıq.
ARTIRMA
«-…Bizi əlləri üstündə, sevinc içərisində hakimiyyətə gətirən minlərcə adam öz doğma
hakimiyyətinin məhv edilməsini soyuqqanlılıqla qarĢıladı. Məsələn, iqtidarımızın son günlərində -
iyunda həmrəylik bildirməkçün Prezident Aparatının qarĢısına çox az adam toplaĢırdı. Bizi bir il
qabaq böyük coĢquyla hakimiyyətə gətirən insanların belə laqeydliyinə, soyuqqanlılığına əsas
səbəb, sizcə, nəydi?