Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə175/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   171   172   173   174   175   176   177   178   ...   191

oturacağına arxayındı. Təkcə P.Qraçova və ətrafındakı əlisilahlı narkomanlar dəstəsinə güvənən 

S.Hüseynov,  təbii  ki,  belə  kələyi  anlayacaq  səviyyədə  adam  deyildi  və  yüzlərcə  onun  kimisini 

çaya  susuz  aparıb  susuz  gətirmiĢ  “baba”nın  çoxgediĢli  mürəkkəb  kombinasiyalarından  qətiyyən 

baĢ çıxara bilməzdi. Surət bu alverdə aldadıldığını yalnız bir həftə sonra baĢa düĢdü və 21 iyunda 

Gəncədə keçirdiyi mətbuat konfransında “respublikada yaranmıĢ hakimiyyət boĢluğundan 

narahat  olduğunu  bildirərək  bütün  səlahiyyətləri  öz  üzərinə  götürdüyünü”  qəzəblə 

elan  etdi  və  jurnalistlərin  H.Əliyev  amiliylə  bağlı  sorğusunu  belə  cavablandırdı:  “ĠNDĠ 



AZƏRBAYCANDA MƏNĠM YOLUMU KƏSƏ BĠLƏCƏK QÜVVƏ YOXDUR”. O anlaya bilmirdi 

ki, artıq onun yolunu qanunverici hakimiyyətə QANUNĠ ġƏKĠLDƏ yiyələnmiĢ H.Əliyev QANUNLA 

kəsəcək  və  kimsə  buna  görə  onu  qınaya  bilməyəcək.  (Görünür,  Surətin  yanındakı  “Zobik” 

ayamalı  Ruslan  Rzayev  -  müxtəlif  vaxtlarda  üst-üstə  19  il  iĢ  almıĢ  bu  Ģəxsi  Surət  MTN  Gəncə 

Ģöbəsinin rəisi qoymuĢdu - daha uzaqgörənmiĢ; eĢitdiyimə görə, o, Surətə deyibmiĢ ki, H.Əliyev 

bizim  hamımızı  bir-bir  udacaq,  gəl  onu  Gəncədən  sağ  buraxmayaq.  Surət  buna  razılıq 

verməyibmiĢ. Bir müddət sonra Zobikin artıq Gəncə Ģəhər icra hakimiyyətinin baĢçısı olmuĢ Hacı 

Vaqiflə  onun  kabinetində  atıĢdığı  və  bu  atıĢmada  onların  hər  ikisinin  həlak  olduğu  xəbəri 

yayıldı…).   

Nəysə,  S.Hüseynovla  H.Əliyevin  görüĢündən  sonra  Gəncədə  mətbuat  konfransı  keçiriləcəyini 

gözləyən  jurnalistlər  umsuq  oldular.  S.Hüseynovla  və  onunla  birlikdə  “Gəncə  Ģəhərindəki 

vəziyyətə  faktik  nəzarət edən  digər Ģəxslərlə”  görüĢmüĢ H.Əliyev onlara  ayaqüstü dedi:  “Surət 

bəylə apardığımız danıĢıqlar çox mənalı, məzmunlu olub, qarĢılıqlı anlaĢma Ģəraitində keçib. Və 

güman  edirəm  ki,  bu  danıĢıqlar  yalnız  Gəncədəki  hadisələrin  yox,  bütövlükdə  Azərbaycanda 

gedən  proseslərin  düzgün  istiqamətə  yönəlməsinə  kömək  edəcək”.  H.Əliyev  danıĢıqların 

məzmununu  Bakıda  prezident  Elçibəyə  də  çatdıracağını  bildirdi.  Bütün  hərəkətlərini  rus 

hərbçilərinin  təlimatları  üzərində  quran  Surətsə  jurnalistlər  qarĢısında  söylədi:  “Ġyunun  15-inə 

kimi prezident baĢda olmaqla hökumət istefa verməsə (görünür, Əliyev elə spiker olduğu gündən 

prezident kürsüsünü boĢ görmək istəyirmiĢ - Ə.T.) xalq Bakıya yürüĢ edəcək”. 

Deməli,  prezident  Ə.Elçibəyin  H.Əliyevin  “sülh  missiyası”na  bəslədiyi  bütün  kövrək  umudlar  da 

boĢa çıxdı!..   

Xatırladım ki, Hacıqabuladək heç bir müqavimət görmədən irəliləyən Surət qoĢunları 13 iyunda 

Hacıqabulun  baĢ  tərəfində  öz  postlarını  qurmuĢdular.  14  iyunda  səhər  tezdən  AXC  Hacıqabul 

rayon  Ģöbəsinin  batalyonu  [ümumiyyətlə,  bu  kitabda  ara-sıra  rast  gəlinən  “rayon  (Ģöbəsinin) 

batalyonu” terminini rayon icra hakimiyyətinin, yaxud AXC rayon Ģöbəsinin təĢəbbüsüylə dövlətin 

müdafiəsinə  qalxan  könüllülər  kimi  baĢa  düĢməliyik]  və  S.Hüseynovun  qoĢunu  arasında  ilk 

toqquĢma oldu. Qiyamçıların bir hissəsi dağıdıldı. Ġcra baĢçısı rayonu tərk etdi.   

H.Əliyevlə görüĢüb razılaĢan gün - 14 iyunda S.Hüseynov ölkə rəhbərliyinin istefası haqqında bir 

saatlıq ultimatum verdi. Ultimatum rədd edilincə günortadan sonra Hacıqabulda qiyamçı qoĢunla 

dövlət  hərbi  qüvvələri  üz-üzə  durdu,  atıĢma  düĢdü,  yaralananlar  oldu.  (Prezidentin  köməkçisi 

O.Qasımovun mənə bildirdiyinə görə, Navahıda hökumət qüvvələri surətçiləri geri oturdan zaman 

H.Əliyev  bir  neçə  dəfə  Əbülfəz  bəyə  zəng  edərək  əməliyyatı  dayandırmağa  çağırmıĢ,  bunun 

Surətlə danıĢıqlara zidd olduğunu söyləmiĢdi). 



YALQIZ ELÇĠBƏY ÇIXIġ YOLLARI AXTARIġINDA 

14  iyunda  Əbülfəz  Elçibəyə  qarĢı  artıq  üçüncü  cəbhə  də  açıldı  -  iyunun  7-sində  TalıĢ  Xalq 

Partiyasının adını dəyiĢərək Xalqların Azadlığı və Bərabərliyi Partiyası qoymuĢ, 9 iyunda polisə və 

dövlətə  müharibə  elan  edərək  20-30  nəfərlə  meĢələrə  çəkilmiĢ  Əlikram  Hümbətov  iyunun 

14-ündən  15-inə  keçən  gecə  saat  12-də  öz  dəstəsiylə  Lənkəran  Ģəhərinə  girərək  qanuni 

hakimiyyəti  devirdi.  (21  iyunda  o,  yerli  televiziyayla  çıxıĢında  «TalıĢ  Muğan  Respublikası» 

yarandığını  elan  etdi).  S.Hüseynov  öz  məhkəməsində  bunları  bəyan  etdi:  “TMR  haqqında 

söz-söhbəti H.Əliyev özü ortaya atdı. Bu, NAXÇIVANDA HAZIRLANMIġ oyundu. Mənə 

[baĢ  nazir  olandan  sonra]  dedilər  Əlikram  Hümbətovun  yanına  get.  Getdim, 

Ə.Hümbətovu  onun  (H.Əliyevin  -  Ə.T.)  yanına  gətirdim.  Orda  aydın  oldu  ki,  tonqalı 

qalayan indi onu söndürmək istəyir. Ə.Hümbətov onun üzünə nələr deyirdi, bir kəlmə 

də cavab vermirdi” (“Azadlıq”, 04.11.1998).   

Həmin  gün  Prezident  Aparatının  qarĢısında  AXC-nin  təĢəbbüsüylə  mitinq  keçirildi.  Tağı 

Xalisbəylinin  açdığı  bu  mitinqdə  AXC-nin  bəyanatı  oxundu:  “AXC  bildirir  ki,  bundan  sonra 

qiyamçılara hər hansı Ģəkildə güzəĢtə gedilməsini təslimçilik, respublikanın dövlət müstəqilliyinə 

qarĢı düĢmənçilik kimi qiymətləndirəcək”. 

Demək olar ki, yalqız qalmıĢ prezident olduqca ağır durumdaydı - onun iki ən yaxın arxadaĢının 

əyləĢdiyi iki ən mühüm dövlət kürsüsü boĢdu, hakimiyyətin üzərinə düĢmənlər hər yandan ayaq 

açmıĢdılar.  Artıq  sabah  o  kürsülərdən  birini  Elçibəy  iqtidarının  ən  barıĢmaz  rəqiblərindən  biri 

tutacaqdı və qanunverici hakimiyyət «güzəĢt» sözünü öz leksikonundan biryolluq silib atmıĢ bir 

Ģəxsin  əlinə  keçəndən  sonra  nələrin  baĢ  verəcəyini  gözəl  dərk  edən  Elçibəy  heç  olmazsa  baĢ 

nazirin  öz  adamı  olmasına  çalıĢırdı.  Buna  görə  də  ayın  14-ündə  o,  Dövlət  Neft  ġirkətinin 

prezidenti  Sabit  Bağırova  baĢ  nazir  olmağı  təklif  etdi,  ancaq  vəziyyətin  yetərincə  qarmaqarıĢıq 

olduğunu görən və belə durumda səmərəli iĢləyə biləcəyinə, təbii ki, inana bilməyən Sabit bəy 

buna razılıq vermədi.   

Ġyunun 15-ində də Prezident Aparatı qarĢısındakı meydanda mitinq keçirildi. Meydanda bir neçə 

min adam vardı. ÇıxıĢ etməkçün həmiĢəki basabas, növbə yoxdu. Gözə dəyən bütün «sanballı» 

adamları  az  qala  yalvarıĢla  çıxıĢa  dəvət  edirdilər.  “Ədalət”  qəzetinin  baĢ  redaktoru  Aqil  Abbas 

Ġsgəndər  Həmidovun  vəzifəyə  qaytarılmasını  tələb  edirdi.  Mən  də  çıxıĢ  edərək  (meydana  elə 

bundan  ötrü  gəlmiĢdim)  xalqı  Elçibəyi,  daha  doğrusu,  qanuni  hakimiyyəti  müdafiə  etməyə 

çağırdım.  Dövlət  adamlarının  sarılığını  udmasından,  onların  solğun  üzündəki  narahatlıq  və 

təĢviĢdən anladım ki, artıq uçurumun lap qırağındayıq. 

ARTIRMA 

«-…Bizi  əlləri  üstündə,  sevinc  içərisində  hakimiyyətə  gətirən  minlərcə  adam  öz  doğma 

hakimiyyətinin məhv edilməsini soyuqqanlılıqla qarĢıladı. Məsələn, iqtidarımızın son günlərində - 

iyunda həmrəylik  bildirməkçün  Prezident  Aparatının  qarĢısına  çox  az  adam  toplaĢırdı.  Bizi  bir il 

qabaq  böyük  coĢquyla  hakimiyyətə  gətirən  insanların  belə  laqeydliyinə,  soyuqqanlılığına  əsas 

səbəb, sizcə, nəydi?

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə