Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə178/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   174   175   176   177   178   179   180   181   ...   191

xalqın məlumatsızlığından sui-istifadə edərək ona “H.Əliyevin adamı” kimi iyrənc ləkə yaxmaqdan 

ləzzət alır. Bəs əslində Elçibəy H.Əliyevi və niyə məhz onu Bakıya gətirmiĢdi? Bu sorğuya onun 

özü tam aydınlıq gətirir: 

«Məni bir məsələyə görə çoxları ittiham edir. Bu ittihamlardan qaçmıram. Xalq qurultayında iki 

məsələ  haqqında  danıĢmaq  istəyirdim,  amma  burada  da  demək  olar.  H.Əliyevin  hakimiyyətə 

gətirilməsində ən böyük təqsirkar mən sayılıram. Amma, məni ittiham edənlər, o zaman siz də 

cavab  verəcəksiniz  -  hamımız  məsuliyyəti  bölüĢdürəcəyik.  Mən  əsas  yükü  öz  boynuma 

götürürəm,  amma  hamısını  mənim  üstümə  atıb  qaçmayın  -  yenə  də  haqsızlıq  olar.  Hərə  öz 

günahını boynuna alsın, sonra baxarıq. Çox Ģey olub; bütün olanlar yoxlanılmalıdır. Mübarizə və 

döyüĢ  gedən  vaxt  kütləvi  mühakimə  aparılmır.  DöyüĢ  hələ  qurtarmayıb,  davam  edir.  Kim  ki 



Azərbaycan  xalqına  xəyanət  edib  -  cəzasını  çəkir.  Və  bütün  xəyanətlərin  baĢında 

duran H.Əliyev də öz cəzasını çəkəcək.

 

Kiçik  bir  izahat  vermək  istəyirəm.  1993-cü  ildə  Rusiya  imperiyası  Azərbaycanda  vətəndaĢ 



müharibəsi  salmaq  planlaĢdırırdı.  Bu  qırğının  qarĢısını  almaq  mümkün  deyildi,  çünki  ölkədə 

qüvvələr hissələrə bölünmüĢdülər. Ġndi o qüvvələrin bir hissəsi həbsxanadadır, bir hissəsinin də 

rəhbəri  H.Əliyevin  özüdür.  Mən  H.Əliyevi  hakimiyyətə  dəvət  edəndə  bunu  nəzərə  aldım.  Onu 

gətirib hakimiyyətə Ģərik edirsən ki, qan tökməsin. BaĢqa yol yoxdur. 

 

KeçmiĢ  Sovet  hökumətini  bərpa  etmək  istəyənlər  belə  qırğınlar  hazırlamıĢdılar  -  Tacikistanda, 



Gürcüstanda,  Azərbaycanda,  Qırğızıstanda,  Moldovada  vətəndaĢ  müharibəsi  salmaq,  keçmiĢ 

SSRĠ-də  qan  töküldüyünü  deyərək  sonradan  onu  bərpa  etmək.  BĠZ  VƏTƏNDAġ 

MÜHARĠBƏSĠNDƏN  ÇIXMALI  ĠDĠK  VƏ  ÇIXDIQ!»

.  (Ə.Elçibəyin  3  oktyabr  1998-də 

Ümumrespublika forumundakı nitqindən).   

Əbülfəz bəy mənim bu haqda suallarımı da belə cavablandırdı: 

«-Niyə məhz H.Əliyevlə birləĢməyə üstünlük verdiniz - baĢqalarıyla olmazdımı?

 

-BaĢqaları qiyamı yatırtmağı bacarmayacaqdı.



 

-Hökmən qan töküləcəkdi?

 

-Yox, söhbət qan tökülməkdən getmir. Sadəcə, baĢqaları cəmiyyətə təsir göstərə biləcək fiqurlar 



deyildi.  Axı  onun  yerində  kim  olaydı?  Ayaz  Mütəllibov  gəlsəydi  mütləq  Rusiyanın  qoĢununu  da 

arxasınca gətirəcəkdi. O deyirdi ki, mən 50 faiz moskvalı, 50 faiz azərbaycanlıyam. Belə adamla 

necə birləĢəsən? BaĢqa kimi deyirsiniz? 

 

-Məsələn, Surət Hüseynovu. Hər halda, onun özü prezident olmaq iddiasındaydı.



 

-Surət  Hüseynov  müdafiə  nazirinin  müavini  olmaq  istəyəndə mən  onu  heç  ora  layiq  bilmədim. 

Axı o, kimdi, haranın adamıydı ki, vətəndaĢ müharibəsinin qabağını alaydı? O, bir piyadaydı, əldə 

oyuncaqdı

».

 

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.71-72).  




SilahdaĢı  Fazil  Qəzənfəroğlu'nun  “Əbülfəz  Elçibəy.  Tarixdən  gələcəyə”  kitabında  da  təxminən 

eyni tutarqalar irəli sürülüb: 

“Üsyançılar qazandıqları zəfərin daha da gücləndirəcəyi bir vəhĢətlə 

böyük qırğınlara yol aça bilərdilər. Buna mane olmaq üçün özünün də üsyanın iĢtirakçılarından 

olduğunu,  Surət  Hüseynovun  hər  addımda  onunla  məsləhətləĢdiyini  çox  gözəl  bildiyi  Heydər 

Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyevin Bakıya gəliĢiylə Elçibəyi düĢündürən iki 

önəmli təhlükə ortadan qalxırdı: Azərbaycanda bir iç savaĢ çıxarmaq istəyəcək Rusiyanın əlindəki 

ən  güclü  vasitə  Heydər  Əliyevdi.  Bütün  həyatını  KQB  əxlaqı  üzrə  qurmuĢ  bu  insan  yüksək 

mövqelərə  gəlmək  üçün  hər  yola  əl  ata  bilərdi,  ancaq  Ģəxsən  o  vəzifədə  bulunması  halında 

statusunu  möhkəm  qoruyacaqdı.  Obiri  tərəfdəsə  həyatı  boyunca  yun,  narkotika  və  silah 

ticarətiylə məĢğul olmuĢ bir Surət Hüseynov vardı. Onun üçün dövlətin də, dövlət vəzifəsinin də 

bir mənası yoxdu. Surət Hüseynovdan rahatca istifadə edə bilən düĢmən Azərbaycanı bir yanğın 

yerinə  çevirə  bilərdi.  Heydər  Əliyevin  gəliĢi  Azərbaycan  üçün  köhnə  bir  fəlakətin  təkrarından 

baĢqa  bir  Ģey  deyildi,  ancaq  heç  olmazsa  dövlətin  adı  qoruna  bilərdi.  Gələcək  nəsillərin  siyasi 

mübarizələri  üçün  ciddi  bir  hüquqi  zəmin  yaradılmasına  böyük  önəm  verirdi.  9  iyunda  Heydər 

Əliyev  Bakıya  gəldi  və  ölkədə  qan  tökülməsinin  səbəbkarı  olmamaq  üçün  istefa  vermiĢ  Ġsa 

Qəmbərovun  yerinə  15  iyunda  Ali  Sovet  sədrliyinə  seçildi.  ÇevriliĢin  birinci  mərhələsi 

tamamlanmıĢdı”

  (s.220-221). 

“Heydər  Əliyevin  30  iyunda  Surət  Hüseynovu  baĢ  nazirliyə 

gətirməsiylə çevriliĢ tamamlanmıĢ oldu”

 (s.222). 

“MƏN DÜZ ON GÜNDÜR QARDAġ QIRĞINININ QABAĞINI ALMAQ ÜÇÜN YOLLAR ARAYIRAM” 

Əbülfəz  bəy  öncədən  də  bilirdi,  ancaq  Gəncədəki  ağır  məğlubiyyətin  səbəblərini  araĢdıranda 

əyani Ģəkildə gördü ki, qarĢısında Surət cildinə girmiĢ qorxunc Rusiya dayanıb və onun məqsədi 

nəyin  bahasına  olursa-olsun  Azərbaycanı  dibi  görünməyən  dəhĢətli  vətəndaĢ  müharibəsi 

uçurumuna  sürükləməkdir.  Bəli,  Gəncə  qiyamı  məhz  Rusiyanın  qurğusuydu.  Tacikistan  və 

Gürcüstandan  sonra  vətəndaĢ  müharibəsi  alovu  Azərbaycana,  Moldovaya  və  Qırğızıstana 

yayılmalı,  müharibənin  gediĢində  qanuni  prezidentlər  devrilərək  onların  yerinə  Moskvaya  tam 

sədaqətli  adamlar  hakimiyyətə  gətirilməli,  “müstəqil  yaĢaya  bilməyən”  bu  dövlətlərin  yeni 

“rəhbər”lərinin  “xahiĢ”iylə  (Əfqanıstanda  və  bir  çox  baĢqa  ölkələrdə  olduğu  kimi)  rus  qoĢunu 

gələrək  “qayda  yaratmalı”  və  bir  qədər  sonra  (təxminən  1993-ün  oktyabrında  -  Yetsin 

ittifaqpərəst  kommunistlərdən  ibarət  parlamenti  topa  tutan  ərəfədə)  Sovet  Ġttifaqı  bərpa 

edilməliydi. Kommunistlərin heç gizlətmək də istəmədiyi bu niyyət Rusiya mətbuatında yetərincə 

əksini tapıb. Əbülfəz bəy Azərbaycanı gözləyən bu fəlakətləri hamıdan daha yaxĢı bildiyinə görə 

vətəndaĢ müharibəsinə yol verə bilməzdi.   

QardaĢ qırğınının qarĢısını almaqçün hər Ģeyə hazır olan prezident 15 iyunda qiyamçı 709 saylı 

hərbi  hissənin  əsgər  və  zabitlərinə  müraciət  etdi.  ġəxsən  Əbülfəz  bəyin  və  bütövlükdə  onun 

iqtidarının humanist mahiyyətini sərgiləyən ən yaxĢı sənədlərdən biri olduğuna görə onu aĢağıda 

qısaltmadan verirəm. 

“Əsgərlər və zabitlər!

 

Bu  gün  Azərbaycan  dövləti  və  onun  əhalisi  üçün  ciddi  təhlükə  yaranmıĢdır.  Azərbaycan 



Ordusunun  əsgərləri  əli  silahlı  üz-üzə  dayanmıĢlar.  Hər  hansı  təxribatdan  və  ya  sadəcə 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə