Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə177/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   173   174   175   176   177   178   179   180   ...   191

hakimiyyəti baĢçılarını həbs edirdi.   

Ġsaxan AĢurov Qazax rayonunun, Nəriman Yəhyayev Mingəçevir Ģəhərinin polis rəisiydi. Belə 3, 

ya  4  polis  rəisi  vardı  ki,  dövlət  qurumlarını,  dövlət  binalarını  qorumağı  boyunlarına 

götürmüĢdülər, qalanların hamısı Surət tərəfə keçmiĢdi».   

HEYDƏR ƏLĠYEV HAKĠMĠYYƏTĠN ÜÇDƏ BĠRĠNƏ YĠYƏLƏNDĠ 

Milli  Məclisin  15  iyunda  keçirilən  növbəti  iclasında  spiker  seçilməliydi.  Bu  yığıncağı  Tamerlan 

Qarayev aparırdı.   

Heydər Əliyev Gəncə hadisələri haqqında danıĢdı, ancaq Surətlə söhbətlərin nəticəsindən konkret 

bir söz demədi. 

Ġbrahim  Ġbrahimlinin  sualını  cavablandırarkən  Əliyev  bildirdi  ki,  mən  Gəncədən  qayıdan  kimi 

dərhal  Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəyin  yanında  olmuĢam,  bir  neçə  saat  bütün 

məlumatları prezidentə vermiĢəm. “Əgər mən bu iĢə, bir də qeyd edirəm, öz vicdanımın tələbi 

ilə, ... Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahiĢi ilə cəlb olunmuĢamsa, demək, mən burada 

bu  iĢlərin  həll  olunması  üçün  bütün  imkanlarımdan  istifadə  edəcəyəm.  Bu  barədə  heç  kəsin 

Ģübhəsi olmasın”. 

Daha  sonra  H.Əliyev  dedi:  “Mən  Naxçıvandan  bura  özüm  gəlməmiĢəm.  Məni  bura  dəvət 

eləyiblər.  Məndən  dəfələrlə  Ġsa  Qəmbər,  Pənah  Hüseynov  və  Azərbaycanın  prezidenti  Əbülfəz 

Elçibəy xahiĢ ediblər ki, gəlim, burada bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında 

iĢtirak edim. Mən bu vəzifədən imtina etmiĢəm. [...] Mən heç bir kreslo tutmaq istəmirəm, heç 

bir  vəzifə  tutmaq  istəmirəm”.  (Əliyev  Naxçıvan  Ali  Məclisinin  sədri  seçilərkən  də  eyni  sözləri 

iĢlətmiĢdi). 

H.Əliyev çıxıĢının sonunda bildirdi: “Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram”. 

Yığıncağa  qatılan  Əbülfəz  bəy  də  çıxıĢ  edərək  müzakirələrə  öz  münasibətini  bildirdi.  O,  indiki 

məclisdə  Ali  Sovet  sədrinin  seçilməsi  məsələsini  ön  plana  çəkməyin  məqsədəuyğunluğunu 

göstərdi. 

Heydər Əliyevin Ali Sovet sədrliyinə namizədliyi müzakirə edilərkən xüsusən Tamerlan Qarayev 

ciddi  müqavimət  göstərdi.  Bu,  Heydər  Əliyevi  bərk  qəzəbləndirdi  və  o,  Milli  Məclisi  “çıxıb 

getməklə”  hədələdi.  T.Qarayev  zalı  tərk  edib  getdi.  Əliyevin  sədrliyini  istəməyən  deputatların 

müqavimətini qırmaqçün Əbülfəz bəyin özü iĢə qarıĢmalı oldu və yalnız onun tövsiyəsindən sonra 

H.Əliyev Ali Sovetin sədri seçilə bildi. (Onun seçilməsi haqqında Milli Məclisin qərarını Tamerlan 

Qarayev yox, Afiyəddin Cəlilov imzaladı). 

4 il yarım sonra Elçibəylə mənim aramda belə bir söhbət oldu: 

«-Bəy,  Siz  Heydər  Əliyevin  Ali  Sovetin  sədri  seçilməsinə  tərəfdardınız  və  deputatları  da  onu 

seçməyə  çağırdınız.  Bu  hərəkətinizi  sonradan  H.Əliyev  hakimiyyətinin  legitimləĢdirilməsinə, 

dünya  birliyinin  onu  qiyamla  deyil,  demokratik  yolla  seçilmiĢ  prezident  kimi  tanımasına  Ģərait 



yaratmaq kimi qiymətləndirmirsiniz ki? 

 

-Qətiyyən yox! Heydər Əliyev legitim prezident deyil. Biz onu Bakıya çağıranda danıĢmıĢdıq ki, 



onu baĢ nazir təyin edəcəyik, sonra razılaĢdıq ki, o, Milli Məclisin sədri olacaq və bir yerdə qiyamı 

yatırandan sonra Azərbaycanın dərdlərini də birgə çözəcəyik. Bu, Pənah bəylə də, Ġsa bəylə də, 

baĢqalarıyla  da  razılaĢdırılmıĢdı.  Sadəcə  olaraq,  H.Əliyev  sədrliyi  ələ  keçirəndən  sonra 

prezidentlik uğrunda mübarizəyə baĢladı. Mənsə bunu ondan gözləmirdim.

 

-Bəs onun Sizi aldada biləcəyini gözləmirdiniz?



 

-Xeyr, gözləmirdim. Ola bilsin ki, bunun mənim tərəfimdən bağıĢlanılmaz sadəlövhlük olduğunu 

deyəcəklər, ancaq onun belə edə biləcəyini həqiqətən heç cür ağlıma sığıĢdırmırdım.

 

-Hər  necə  olsa  da  fakt  budur  ki,  Sizin  razılığınızla  H.Əliyev  gəldi  və  bu  gün  bizi  istəyən  də, 



istəməyən də, hətta H.Əliyevin özü də deyir ki, məni siz gətirdiniz, siz seçdiniz...

 

-Bəli, Heydər Əliyevi mən seçdirdim. Bunu danmıram. 



 

-Buna peĢman deyilsiniz ki?

 

-Hakimiyyətə gətirib seçdirənədək peĢman deyildim. Sonrakı fəaliyyətinə görəsə peĢmanam.



 

-Bəs niyə baĢqasını yox, məhz H.Əliyevi gətirdiniz?

 

-Ona görə ki, H.Əliyevin Azərbaycanda nüfuzu vardı - kütlənin bir hissəsi onu istəyirdi. VətəndaĢ 



müharibəsinin  qarĢısını  almaqda  onun  gücünə  inandığımıza  görə  onunla  birləĢməyə  üstünlük 

verdik


».

 

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.70-71).  



Milli Məclisin  tarixi 15  iyun  yığıncağı beləcə  baĢa  çatdı.  Hadisələrin  sonrakı  gediĢini prezidentin 

köməkçisi  O.Qasımovdan  öyrəndik:

 

H.Əliyev  Ali  Sovetin  sədri  seçildikdən  sonra 

prezidentlə  öz  iĢ  otağına  qalxmıĢ  və  Bəy  ona  sədr  kreslosunda  əyləĢməyi  təklif 

edəndə  H.Əliyev  onun  yanında  buna  razı  olmamıĢ,  bu  zaman  Bəy  demiĢdi:  «Öz 

yerinizdə  oturun,  Heydər  bəy.  Doğrudur,  mənimçün  çox  çətindir,  çünki  Sizə  öz 

dostumun  (Ġsa Qəmbərin - Ə.T.) yerində əyləĢməyi  təklif edirəm. Bu,  tarixi  Ģəraitin 

diktəsidir».  Cavabında  H.Əliyev  söyləmiĢdi:  «Cənab  prezident,  bu  stolu  mənə  Siz 

verdiniz.  Mən  Sizə  və  dövlətə  Ģərəflə  xidmət  edəcəyəm.  Ġnanıram  ki,  Sizin  siyasi 

dühanız, mənim təcrübəm dövləti ağır vəziyyətdən xilas edəcək». 

Beləliklə,  H.Əliyev  1987-nin  sonunda  Sov.ĠKP  Siyasi  Bürosunda  istefaya  göndəriləndən  bəri 

Azərbaycanda hakimiyyətə qayıtmaq uğrunda apardığı çoxillik inadcıl mübarizəsində ilk ən ciddi 

qələbəsini  qazandı  -  qanunvericilik  hakimiyyətinə  yiyələndi  və  bununla  dövlət  hakimiyyətinin 

hələlik üçdə birini əlinə keçirdi.   

Heç bir qərəzi olmayan minlərcə səmimi insan həmin tarixdən bugünədək Əbülfəz Elçibəyi məhz 

Əliyevi  Bakıya  gətirdiyinə  görə  qınayır  və  onu  bağıĢlaya  bilmir,  neçə-neçə  siyasətçi  rəqibisə 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə