Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə185/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   181   182   183   184   185   186   187   188   ...   191

qayıtmaq  tapĢırıldı,  ancaq  bu  göstəriĢə  əməl  etmək  istəmədim,  çünki  xüsusilə  orada  fəaliyyət 

göstərən  batalyonların  komandirləri,  eləcə  də  həm  Tərtərin,  həm  də  Goranboyun  icra  baĢçıları 

mənim getməyimi arzulamırdılar. Mən prezidentlə əlaqə saxladıqda o, mənə əmr edərək bildirdi 

ki, Bakıya qayıtmalısan.   

Mən  ayın  7-si  (ola  bilər  ki,  8-i)  səhər  Bakıya  çatdım.  Əbülfəz  Elçibəylə  səhər  tezdən  təxminən 

saat 5-6-da onun iqamətgahında görüĢdüm. Vəziyyət haqqında məlumat verdim. Eyni zamanda, 

əmrlə Bakıya çağırılmağımın səbəbini öyrəndim. Prezident bildirdi ki, Gəncədə mitinqlər gedir və 

mitinlərində deyirlər ki, sən ora 2.000-3.000-lik qoĢun gətirmisən, buna görə də səni öldürmək, 

əsir almaq lazımdır. Gördüm ki, orada olmağın S.Hüseynov və onun adamlarında qorxu yaradır 

və bəlkə də sənin gəlməyinlə vəziyyət sakitləĢə bilər, eyni zamanda sənin Ģəxsi təhlükəsizliyini də 

qorumaq istədim.  

8-9  iyunda  mən  parlamentin  iclaslarında  iĢtirak  etmiĢəm.  Onu  da  deyim  ki,  bütün  qiyam 

dövründə  Azərbaycanın  dövlətçiliyini  qoruyan,  ona  sədaqətli  qalan  əsas  qurum  məhz  icra 

hakimiyyətləri  olub.  O  günlərdə  istər  hərbçilər,  istər  polis,  istərsə  də  təhlükəsizlik  orqanlarının 

yerli nümayəndələri Surət Hüseynovla telefon əlaqəsi yaradaraq ona sədaqət andı içirdilər və bu 

haqda bizə geniĢ məlumat gəlirdi. Bir çox yerlərdə polis icra hakimiyyətinə artıq tabe olmamağa 

baĢlamıĢdı.  Bununla  belə,  icra  hakimiyyətləri  (Gəncənin  özü  və  ətrafı  da  daxil  olmaqla)  bütün 

respublika ərazisində Azərbaycanın dövlətçiliyini qorumaq uğrunda çarpıĢan və Surət Hüseynova 

ən azı satılmayan yeganə dövlət qurumu olaraq iĢini davam etdirirdi. 

Yanılmıramsa,  ayın  12-sində  belə  bir təĢəbbüs oldu  ki,  S.Hüseynovun  Azərbaycanın  Ģimal-qərb 

rayonlarına, o sıradan ġirvan bölgəsinə basqınının qarĢısı alınsın. Bununla bağlı Əbülfəz Elçibəylə 

görüĢdüm və həmin görüĢdə Fərəc Quluyev də iĢtirak edirdi. Təklif etdim ki, ġıx, Navahı tərəfdə 

S.Hüseynovun  qarĢısının  alınması  xətti  götürülübsə  eyni  zamanda  onun  Yevlaxdan  qərb 

istiqamətdə  və  ġirvan  rayonları  istiqamətində  hərəkətinin  qarĢısını  almaq  mümkündür  və  təklif 

etdim ki, Fərəc Quluyevlə mən həmin rayonlarda müdafiəni təĢkil etməyə cəhd göstərək. Fərəc 

Quluyev bu məsələyə Ġsgəndər Həmidovun da cəlb edilməsini irəli sürdü. Mənim təklifimlə Fərəc 

bəylə  birlikdə  Ġ.Həmidovun  evinə  getdik,  təklifimizi  ona  çatdırdıq.  Ancaq  bu  məsələ  uzandı, 

üstündən  bir  gün  keçdi,  getməyimiz  ləngidi.  Buna  baxmayaraq,  ayın  12-sində  mən  yenə  də 

prezidentin göstəriĢiylə həmin bölgəyə getdim və orada müdafiənin təĢkilinə, eyni zamanda əhali 

arasındakı çaĢqınlığın aradan qaldırılmasına çalıĢdım. Qəbələ, Göyçay, Ġsmayıllı, ġamaxı və baĢqa 

rayonlarda oldum. Ancaq bizim sərəncamımızda silahlı qüvvələr yox idi. Ordu birləĢmələri yalnız 

Bakının 65 kilometrliyində post qurmuĢdular və ondan irəli getmək niyyətlində deyildilər.   

Ayın 15-də mən yenidən Bakıya qayıtdım və Heydər Əliyevin Ali Sovetin sədri seçildiyi həmin gün 

parlamentin  iĢində  iĢtirak  etmədim  -  Əliyevin  parlamentin  sədri  seçilməsi  razılaĢdırılmıĢdı  və 

razılığın olduğu halda gedib onun əleyhinə səs verməyimi düzgün saymadım.   

Həmin  gün  Prezident  Aparatı  qarĢısında  keçirilən  mitinqin  əsas  təĢkilatçılarından  oldum,  çıxıĢ 

etdim..   

Ayın 16-sında ordu siyasi proseslərə qatılmamaq adı altında qərar çıxararaq əslində prezidentə - 




Ali BaĢ Komandana tabelikdən imtina etdi və bundan sonra müdafiənin təĢkili mümkünsüz oldu. 

Bu iĢdə Milli Ġstiqlal Partiyası və Heydər Əliyevçi qüvvələr maraqlı idilər. Çünki iyunun 16-sında 

Müdafiə Nazirliyində Rəhim Qazıyev, Etibar Məmmədov, Rəsul Quluyev və ġadman Hüseynovun 

iĢtirakı ilə tam qanunsuz bir hərbi Ģura keçirilmiĢdi (bu Ģəxslərdən heç birinin orada iĢtirak etmək 

səlahiyyəti  yoxdu)  və  məhz  onların  səyi  nəticəsində  ordu  əslində  prezidentin  nəzarətindən 

çıxmıĢdı.   

Ayın  16-sında  Prezident  Aparatında  gecə  saat  10-dan  sonra  müĢavirə  keçirildi.  Bu,  Əbülfəz 

Elçibəyin prezident kimi keçirdiyi son müĢavirəydi. Bu yığıncaqda H.Əliyev artıq Ali Sovetin sədri 

kimi iĢtirak edirdi. MüĢavirəyə bütün müxalifət nümayəndələri də qatılmıĢdı. 

Ə.Elçibəyin  sədrlik  etdiyi  bu  məclisdə  bir  sıra  güc  nazirləri  və  yüksək  vəzifəli  məmürlar  söz 

deməküçün  Elçibəydən  yox,  H.Əliyevdən  icazə  alırdılar,  ona  müraciətlə  çıxıĢ edirdilər.  Elçibəyin 

bir yanında mən oturmuĢdum, obiri yanında H.Əliyev. 

Ayın 17-sində - Elçibəyin son iĢ günündə də prezidentin yanında olaraq onun bütün tapĢırıqlarını 

yerinə yetirmiĢəm, birindən baĢqa - prezident mənə tapĢırmıĢdı ki, Hacı Vaqifin Gəncə ġəhər Ġcra 

Hakimiyyətinin  baĢçısı  təyin  edilməsi  haqqında  fərman  hazırlayım,  mən  bu  fərmanı 

hazırlamayacağımı  bildirərək  Bəydən  xahiĢ  etdim  ki,  onu  bu  vəzifəyə  təyin  etməsin.  Ancaq 

səlahiyyətim çərçivəsindəki digər bütün məsələlərə mən Prezident Aparatında rəhbərlik etmiĢəm.   

Ayın  17-sində  Elçibəylə  son  görüĢümüzdə  mən  onun  yanından  çıxanda  Heydər  Əliyev,  Etibar 

Məmmədov, Rəsul Quluyev və RövĢən Cavadov onun qəbuluna gəlmiĢdilər. Sonra bəlli oldu ki, 

RövĢən  Cavadovu  Bəy  bu  görüĢə  buraxmayıb,  ancaq  mən  onu  da  prezidentin  qəbul  otağında 

görmüĢdüm.   

17-sində gecəyə kimi iĢdə olaraq vəzifəmi yerinə yetirmiĢəm. Ġcra hakimiyyətləri, yerli ərazi idarə 

orqanları fövqəladə vəziyyətdə iĢləyirdi - aparatın da, demək olar ki, bütün iĢçiləri gecə-gündüz iĢ 

yerindəydi. Hansı rayonda hansı hadisənin baĢ verməsi haqqında operativ məlumatlar hətta Milli 

Təhlükəsizlik Nazirliyindən daha çox ərazi idarəetmə orqanları ilə iĢ müĢavirliyində toplanırdı.   

Ayın  18-də  mən  iĢ  yerimə  gəldim  və  gördüm  ki,  təĢviĢli  əhval-ruhiyyə  var.  Gecə  iĢdə  qalmıĢ 

köməkçim  Vahid  Pərvizoğlu  məlumat  verdi  ki,  prezident  Bakıda  yoxdur  və  onun  Türkiyəyə 

getməsi haqqında məlumatlar yayılıb. Təbii ki, mən bunu Ģayiə adlandırdım və bildirdim ki, belə 

Ģeylər  danıĢmağa  ehtiyac  yoxdur.  Bir  neçə  yerə  zəng  vurub  məsəlini  gerçəyini  öyrənməyə 

çalıĢdım. ĠĢlər idarəsinin müdiri Qiyas Sadıqov mənə bildirdi ki, deyilənlər həqiqətdir - Bəy Bakıda 

deyil, ancaq o, Türkiyəyə yox, Naxçıvana gedib.   

Mən  dərhal  öz  təĢəbbüsümlə  iĢ  otağımda  brifinq  çağırdım  və  oraya  əsasən  beynəlxalq 

jurnalistləri  dəvət  etdim.  Artıq  dəqiq  öyrənmiĢdim  ki,  Bakıdan  getmək  ərəfəsində  Elçibəyin 

həyatına ciddi təhlükə varmıĢ və onu dəfn etmək üçün komissiya da yaradılıbmıĢ və s. Yetərincə 

inandırıcı mənbələr bunu sonra da təsdiq etdi.   

Bəli, Elçibəyin Bakıdan getməsi versiyası ilə bağlı ilk rəsmi məlumatı bütün dünyaının informasiya 

kanalları  (istər  CNN,  istər  ĠnterFaks,  istər  Türkiyənin  informasiya  kanalları…)  məhz  mənə 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə