Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə182/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   178   179   180   181   182   183   184   185   ...   191

qiyamı dəstəkləməsin və bu hadisəni birmənalı Ģəkildə qiyam adlandıraraq pisləsin, S.Hüseynova 

siyasi dəstək verməsin, qiyamın nəticələrini aradan qaldırmaqda itĢtirak etsin. E.Məmmədov bu 

təklifləri qəbul etməmiĢdi. 

Məsələ burasındadır ki, ayın 7-sində E.Məmmədov qiyamı açıq Ģəkildə dəstəkləməyə baĢlamıĢdı 

və təsadüfi deyil ki, Surət Hüseynovun respublikanın ərazisinə yayılan silahlı adamları məhz Milli 

Ġstiqlal  Partiyasının  rayonlardakı  qərargahlarında  yerləĢirdilər.  Eyni  zamanda  Etibar  Məmmədov 

ayın  7-si,  ya  8-ində  artıq  öz  tərəfdarlarına  bütün  ölkə  ərazisində  Azərbaycan  hökumətinə  qarĢı 

mitinqlərə  baĢlamağı,  dövlət  rəhbərlərinin  istefası  tələbini  irəli  sürməyi  tapĢırmıĢdı.  Bizdə  olan 

dəqiq  məlumata  görə  (düzdür,  bunu  istintaq  hələ  sübut  etməyib),  Milli  Ġstiqlal  Partiyasından 

hətta göstəriĢ verilib ki, harada imkan varsa hakimiyyəti ələ alın (Milli Ġstiqlal Partiyasının heç bir 

rayon  Ģöbəsi  bunu  bacarmadı).  Mitinqlər  elə  də  uzun  müddət  sürmədi  və  cəmisi  5-6  rayonda 

toplaĢa  bildilər.  Parlament  binası  qarĢısında  da mitinq keçirməyə  cəhd  etdilər;  E.Məmmədovun 

azsaylı  tərəfdarları  Xalq  Cəbhəsinin  də  həmin  vaxt  mitinq  keçirmək  niyyətindən  xəbər  tutanda 

qaçıb dağılıĢdılar. Ancaq Etibar Məmmədov Əbülfəz Elçibəyin baĢçılıq etdiyi Azərbaycan 



hökumətinin  yıxılmasından  ötrü  əlindən  gələni  etdi.  Bütün  bunlara  baxmayaraq 

E.Məmmədovun baĢ nazirliyi məsələsi son anadək gündəlikdən çıxmamıĢdı. Mən iyun 

ayının  16-sı,  ya  17-sində prezidentin  stolu  üstündə  E.Məmmədovun  baĢ  nazir  təyin 

edilməsi barədə imzalanmamıĢ fərmanı görmüĢəm.   

Əbülfəz bəylə sonralar bu barədə söhbətim oldu. O bildirdi ki, Heydər Əliyev, Rəsul Quluyev və 

Etibar Məmmədov 17 iyunda onun yanında olarkən həmin fərman haqqında da müzakirə aparılıb 

və  Elçibəy bildirib  ki,  buradakı adamların  hamısı Azərbaycanın  eyni bölgəsindən  olduğuna  görə 

onlardan  birinin  prezident,  birinin  parlamentin  sədri,  birinin  baĢ  nazir,  birinin  də  baĢ  nazirin 

birinci müavini olması cəmiyyətdə anlaĢılmazlıq və ciddi qarĢıdurma yarada bilər. Bununla belə, 

Əbülfəz  bəyin  mənə  dediyinə  görə,  bu  müzakirə  həmin  gün  qapadılmayıb  və  ertəsi  gün  (ayın 

18-ində) davam etdirilməliymiĢ».   

N.Pənahov  sonralar  bildirirdi:  “Heydər  Əliyev,  Etibar  Məmmədov  və  Əbülfəz  Əliyev 

arasında olan məxfi danıĢığın audio yazısı söhbət qurtarandan bir saat sonra Surətin 

qabağında  idi.  Orada  söhbət  Surəti  aldadaraq  müdafiə  naziri,  Etibarı  baĢ  nazir, 

Heydər  Əliyevi  isə  MM-in  sədri  qoymaq,  Əbülfəzi  isə  prezident  kimi  saxlamaqdan 

gedirdi” (“Meydan”, 17-24.03.1999). Yeri gəlmiĢkən, N.Pənahov bunu da xəbər verir ki, “DTK 

(Fəxrəddin  Təhməzovun  baĢçılıq  etdiyi  Milli  Təhlükəsizlik  Nazirliyi  -  Ə.T.)  ardıcıl  və 

operativ  Ģəkildə  bütün  informasiyaları  Surətə  çatdırırdı.  O  cümlədən  də  Əbülfəzin 

H.Əliyevlə apardığı danıĢıqları” (yenə orada). 

S.Hüseynov prezident istefa verməsə tabeliyindəki hərbi qüvvələrlə Bakıya gələcəyi haqqında 17 

iyunda yeni ultimatum göndərdi. H.Əliyev onu “sakitləĢdirmək”çün telefonla danıĢıqlar apardı və 

belə  bir  “güzəĢt”  əldə  edildi  ki,  Surət  ultimatumun  icra  vaxtını  bir  gün  də  uzadır,  bu  Ģərtlə  ki, 

prezident  HÖKMƏN  istefa  versin.  Çox  güman  ki,  H.Əliyev  danıĢıqların  nəticəsini  prezidentə 

məruzə edərkən onu istefanın LABÜDLÜYÜNƏ inandırmağa çalıĢmıĢdı. 

Fikrimcə,  bu  günlərdə  hadisələri  ən  operativ  və  obyektiv  təhlil  edən  qəzet  “Azadlıq”,  ən  doğru 



təhlil  edən  müxbirsə  Bahəddin  Həziyevdi.  Onun  xüsusən  “Ə.Elçibəyin  də,  H.Əliyevin  də  xeyli 

problemləri var” məqaləsi (“Azadlıq”, 17 iyun) vəziyyətin incələnməsi baxımından çox maraqlıdır. 

Bahədin bəy haqlı olaraq soruĢur: “Sual doğur: istər Heydər Əliyev, istərsə də müxalifət Gəncəyə 

nəzarət edənlərin prezidentin istefası barədə tələbinə öz münasibətlərini niyə bildirmədilər? Bəlkə 

bu,  prezidentə  qarĢı  yaranmıĢ  təzyiq  mexanizmindən  sonadək  faydalanmaq  istəyənlərə 

lazımdır?”. 

Prezidenti  istefaya  göndərməyin  zorla  baĢ  tutmayacağı  təqdirdə  Bəyə  qarĢı  olan  qüvvələrin 

ĠMPĠÇMENT  (prezidentin  parlamentdə  etimadsızlıq  göstərilməklə  vəzifədən  kənarlaĢdırılması; 

H.Əliyev  əslində  impiçmentə  bərabər  tədbirlərə  əl  atdı  -  Ə.T.),  DÖVLƏT  ġURASI  kimi  ideyalar 

ortaya  ata  biləcəklərini  söyləyən  müxbir  prezidentin  parlamentdə  manevr  imkanlarını  itirdiyini 

bildirir, çünki, B.Həziyevin fikrincə, oradakı nəinki kommunistlər, hətta dünənki “demblok” üzvləri 

olan  R.Qazıyev,  E.Məmmədov,  M.Mütəllimov,  M.Məmmədov,  T.Əliyev,  F.BaxĢəliyev, 

S.Rüstəmxanlı və b. bütövlükdə və ya qismən hərbi müxalifəti dəstəkləyirdilər. 

Prezidentin böhrandan hələ çıxa biləcəyini (axı necə?!-Ə.T.) ehtimal edən B.Həziyev belə olarsa 

onun əsas diqqətini, çox güman ki, daxili siyasətə yönəldəcəyini göstərirdi. 

ÜÇLÜKLƏ GÖRÜġ 

Əbülfəz  Elçibəy  17  iyunda  -  kabinetindəki  sonuncu  iĢ  günündə  saat  17  radələrində 

H.Əliyev-R.Quluyev-E.Məmmədov  üçlüyüylə  görüĢdü.  Onlar  R.Cavadovun  daxili  iĢlər  naziri 

qoyulmasını istəsələr də Bəy onun və adamlarının Surətin qiyamını dəstəklədiklərinə görə buna 

qətiyyən razılıq vermədi.   



ARTIRMA 

«-Kələkiyə getməzdən öncə Heydər Əliyev, Rəsul Quluyev və Etibar Məmmədov axĢam yanınıza 

gəliblərmiĢ. Onlar Sizə nə təklif edirdilər? 

 

-Təklif etdilər ki, daxili iĢlər naziri yoxdur, buna görə də vəziyyət xarabdır; naziri təyin et. Mən də 



dedim  ki,  hələ  öz  adamımı  tapmamıĢam,  onun  haqqında  düĢünürəm.  Onda  Etibar  Məmmədov 

dedi  ki,  sənin  adamın  yoxdur,  amma  bizim  adamımız  var.  Həmin  adamın  kim  olduğunu 

soruĢduğum  zaman  Rəsulla  bir-birinə  baxıb  dedilər  ki,  bizim  adamımız  RövĢən  Cavadovdur. 

Onlarla razı olub-olmadığını Heydər Əliyevdən soruĢanda cavab verdi ki, bunlar razıdırsa mən də 

razıyam.  Mən  dedim  ki,  RövĢən  Cavadovun  qüvvələri  Gəncədə  Surət  Hüseynova  qoĢulub  və 

qiyamda  iĢtirak  edib;  bu  adamı  nazir  qoya  bilmərəm.  Onda  dedilər  ki, qalsın,  sabah  danıĢarıq. 

RazılaĢdım.  Ancaq  artıq  qət  etmiĢdim  ki,  Kələkiyə  gedəcəyəm

»

.  (Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə 



söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.84-85).  

Ancaq prezidentin o gün imzaladığı fərmanlarla Abdulla Allahverdiyev daxili iĢlər naziri, Fəxrəddin 

Təhməzovsa  milli  təhlükəsizlik  naziri  vəzifələrindən  azad  edildilər,  onların  vəzifələrinin  icrası 

uyğun olaraq RövĢən Cavadova və Namiq Abbasova həvalə edildi. Prezidentin növbəti fərmanısa 

Vaqif Vəliyevin (Hacı Vaqifin) Gəncə Ģəhərinin icra hakimiyyətinin baĢçısı təyin edilməsi haqqında 

oldu. (Bu fərmanlar Gəncənin tələbiylə verilmiĢdi). 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə