Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə184/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   180   181   182   183   184   185   186   187   ...   191

Üçüncüsü,  qiyamçılarla  (Əliyevgillə  də)  saziĢə  girmədən  Bakıda  qalmaqçünsə  o  mütləq  istefa 

verməliydi  ki,  buna  da  qətiyyən  razı  ola  bilməzdi.  Hətta  Kələkiyə  gedəndən  və  gerçək 

hakimiyyətdən tam məhrum olandan sonra da Bəy istefa vermədi və onu ürəkdən istəyən bəzi 

insanlar içərisində də bu hərəkəti məntiqsizlik kimi dəyərləndirənlər oldu, ancaq Bəy doğru qərar 

çıxardığına əmindi.   

Maraqlıdır ki, Məmmədəmin Rəsulzadəyə pərəstiĢ edən və özünü onun yolunun davamçısı sayan 

Əbülfəz  Elçibəy  1920-nin  28  aprelində  Cümhuriyyət  parlamentinin  hakimiyyəti  bolĢeviklərə 

rəsmən (müqaviləylə) təslim etməsinə onun razılıq verməsini tarixi yanlıĢlıq sayır, çünki bununla 

Azərbaycanın  müstəqilliyini  Rusiyanın  məhv  etməsinə  qanuni  don  geydirildi,  halbuki  ictefa 

verməmiĢ  Pribaltika  dövlətləri  Rusiyanın  onları  iĢğal  etməsi  haqqında  aramsız  olaraq  iddia 

qaldıraraq  Qorbaçov  dönəmində  müstəqilliklərinin  BƏRPASINA  hamıdan  qabaq  nail  oldular  və 

bütün dünya bu qanuni mübarizədə onları dəstəklədi. Elə bu düĢüncəyə söykənən Əbülfəz bəy 

hakimiyyətdən  devrilsə  də  istefa  vermək  fikrini  prezidentlik  müddətinin  lap  sonunadək  yaxına 

buraxmadı.  (Ancaq  Bəyin,  məsələn,  Nəcəf  Nəcəfov  kimi  ən  xeyirxah  dostlarından  da  bəziləri 

Elçibəyin istefa verməsini daha doğru hərəkət sayırdılar). 

Dördüncüsü,  Gəncədəki  inanılmaz  məğlubiyyətlər  seriyasından  sonra  silahdaĢlarının  çoxu  onu 

tərk etmiĢdi. Məndə olan məlumata görə, istefa verəndən sonra Prezident Aparatına Ġsa Qəmbər 

də, Pənah Hüseynov da ikicə dəfə gələrək prezidentə baĢ çəkmiĢdilər. BaĢçısız Nazirlər Kabineti 

Ģahsız arı pətəyinə dönmüĢdü, güc qurumları da həm Bakıda, həm də yerlərdə hakimiyyətdən, 

demək olar ki, üz döndərmiĢdi, Ali Sovet tamam əldən çıxmıĢdı, Prezident Aparatı boĢalmıĢdı  - 

bir  çox  ən  mühüm  vəzifəli  Ģəxslər  iĢ  yerində  tapılmırdılar,  rayonlarda  da  hakimiyyət  boĢluğu 

yaranmıĢdı.  Xatırlatmaq  istərdim  ki,  Rusiya  prezidenti  Boris  Yeltsin  də  həmin  1993-ün 

oktyabrında  Əbülfəz  Elçibəyin  iyundakı  durumuna  düĢmüĢdü,  ancaq  onun  siyasi  komandasının 

dünənki  üzvləri,  hamısı  istefada  olan  Qaydar,  Burbulis  və  Poltoranin  ilk  andan  Ağ  evə  gedib 

prezidentin  yanında  bulunaraq  ona  mənəvi-psixoloji  dayaq  oldular  və  Yeltsin  əsasən  onların 

hazırladığı planlarla ittifaqpərəst kommunistləri darmadağın etdi...   

O zaman (elə indinin özündə də) Elçibəy iqtidarına tutulan ən böyük iradlardan biri də budur ki, 

4 iyundan sonra dövlət müĢaviri Arif Hacıyev iĢ yerində ya ümumiyyətlə olmayıb, ya da çox az 

olub və bu məhz onunla iĢləyən rayon icra baĢçılarının Surətin qiyamçı qüvvələrinə qarĢı səfərbər 

edilməməsiylə nəticələnib. Arif bəylə bu məsələni aydınlaĢdırdıq. Fikrimcə, yalnız keçmiĢ dövlət 

müĢavirinin  Ģəxsi  fəaliyyətinə  yox,  ümumiyyətlə,  qiyam  çağındakı  ölkəiçi  durumla  bağlı  bir  çox 

faktlarla  zəngin  olduğuna,  bəzi  qaranlıq  məsələlərə  aydınlıq  gətirdiyinə görə  dövlət  müĢavirinin 

söylədiklərini burada geniĢliklə verməyi faydalı saydım.   

«4  iyunda  gündüz  təxminən  saat  10-11-də  iĢdə  olduğum  vaxt  Gəncə  icra  hakimiyyətinin 

ozamankı  baĢçısı  Elxan  Qədimov  mənə  zəng  vurub  dedi  ki,  Ģəhər  qarnizonunda  atıĢma  gedir. 

Mən dərhal baĢ nazir Pənah Hüseynovu axtardım. Dedilər ki, o, Daxili ĠĢlər Nazirliyindədir. Mən 

DĠN-lə əlaqə yaradaraq Gəncədə nə baĢ verdiyini soruĢdum. O bildirdi ki, qiyamçı hərbi hissəylə 

hökumət  qüvvələri  arasında  atıĢma  gedir.  Bunadək  mənim  4  iyunda  Gəncədə  nəyinsə  baĢ 

verəcəyindən həqiqətən xəbərim olmayıb. 



Gəncəylə  müntəzəm  əlaqə  saxladım.  Həmin  saatlarda  bir  neçə  dəfə  təhlükəsizlik  nazirinin  i 

müavini  Sülhəddin  Əkbərlə,  baĢ  prokuror  Ġxtiyar  ġirinovla  (onlar  Gəncədəydilər)  danıĢaraq 

oradakı vəziyyəti öyrəndim. 

4 iyunda təxminən saat 14-də özüm də Gəncəyə yola düĢdüm. Ancaq bundan qabaq Daxili ĠĢlər 

Nazirliyinə getdim, orada Ali Sovetin sədri Ġsa Qəmbər, baĢ nazir Pənah Hüseynov və daxili iĢlər 

naziri  Abdulla  Allahverdiyevlə  görüĢdüm.  Bildirdim  ki,  mən  Gəncəyə  gedib  prosesləri 

normallaĢdırmağa çalıĢacağam. Bu vaxt artıq bəlliydi ki, bəzi dövlət əhəmiyyətli obyektlər tutulub 

və dövlət adamları girov götürülüb.   

Dəlməmmədliyə  kimi  getdim,  orada  məni  postda  saxladılar.  Hökumət  qüvvələri  bildirdilər  ki, 

Gəncəyə  giriĢ mümkün deyil.  Onu da deyim  ki, mən  Gəncəyə  yollanmazdan  öncə Tərtərin  icra 

hakimiyyətinin  baĢçısı  Sərdar  Həmidovla  və  Goranboyun  icra  hakimiyyətinin  baĢçısı  MaĢallah 

Abdullayevlə  danıĢaraq  onların  nüfuzu  altında  olan  batalyonların  döyüĢ  bölgəsində  olmayan 

hissələrinin bu prosesə cəlb edilməsiylə bağlı tapĢırıq vermiĢdim.   

AxĢamtərəfi  Dəlməmmədlidən  Goranboya  getdim.  M.Abdullayev  və  S.Həmidov  da  oradaydılar. 

Mənim qarĢımda ölkənin prezidenti və Ali BaĢ Komandanı Əbülfəz Elçibəyin qoyduğu tapĢırığa - 

Gəncə  qiyamının  lokallaĢdırılması  və  onun  Gəncənin  hüdudlarından  kənara  çıxmaması  üzrə  iĢə 

Goranboy  rayon  icra  hakimiyyətində  baĢladım.  Təbii  ki,  mülki  Ģəxs  kimi  mənim  bu  məsələdə 

çətinliklərim vardı, ancaq oradakı adamlar göstəriĢlərimi yerinə yetirirdilər.   

Zazalıda  -  Gəncənin  çıxacağında  post  qurmaq  və  Gəncədən  qiyamçı  qoĢunların  bu  tərəfə 

gəlməsinin qarĢısını almaq istiqamətində verilən tapĢırıq yerinə yetirildi. Bir müddət sonra daxili 

qoĢunun nümayəndələri də Goranboya gəldi və Zazalıda post quruldu.   

Ġyunun  4-ündən  7-sinə  kimi  Goranboyda  oldum  və  çox  təəssüf  ki,  dəfələrlə  təkid  etməyimə 

baxmayaraq  oraya  hərbi  qurumların,  yaxud  DĠN-nin  yüksək  rütbəli  heç  bir  Ģəxsi  gəlmədi.  Mən 

bununla  bağlı  həm  prezidentlə,  həm  parlamentin  sədriylə,  həm  də  baĢ  nazirlə  (xüsusən  baĢ 

nazirlə) bir neçə dəfə danıĢmıĢam ki, bu qüvvələrə nəzarət etməyə orada hərbçi lazımdır. Ancaq, 

sən  demə,  Surət  Hüseynova  rəğbət  bəsləyən  bir  sıra  batalyonlar  o  zaman  elə  Goranboyun 

özündə yerləĢdiyinə görə bundan çəkinən bəzi hərbi rəhbərlər ora gəlməmiĢdilər.   

Ayın  6-sında  gecə  parlamentin  sədri  Ġsa  Qəmbər  telefonla  mənə  bildirdi  ki,  Goranboyda  sənin 

həyatınçün  ciddi  təhlükə  yaranıb  və  girov  götürülməyinə  Surət  Hüseynovun  qərargahında 

göstəriĢ  verilib.  O,  mənə  tövsiyə  etdi  ki,  sənə  basqın  olsa  ya  vuruĢ  öl,  ya  da  qaç,  ancaq  əsir 

düĢmə. Bildirdim ki, mən sarıdan narahat olmayın - əsir düĢməyəcəyəm.   

Həmin gün prezident göstəriĢ verdi ki, Zazalıdakı post Dəlməmmədliyə çəkilsin - təxminən 15-20 

km  Gəncədən  aralı,  Goranboya  tərəf,  Gəncə-Yevlax  yolunda.  QoĢunlar  ora  çəkiləndən  sonra 

bildirildi  ki,  Surət  Hüseynovla  danıĢıqlar  gedir.  Gəncəyə  komissiya  göndərilib,  komissiyada 

ağsaqqallar var. Razılıq əldə olunub və Gəncədəki girovlar buraxılacaq.   

QoĢunlar Dəlməmmədliyə çəkiləndən sonra daha mənim orada qalmağıma ehtiyac yox idi. Ancaq 

buradakı  qoĢunlar  arasında  çaĢqınlıq  yaranmasın  deyə  Goranboyda  qalmıĢdım.  Mənə  Bakıya 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə