Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə180/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   176   177   178   179   180   181   182   183   ...   191

Arif bəy belə cavab verdi ki, “qiyamçı” sözü “öz yerindədir”. Arif bəy əlavə etdi ki, elə srağagün 

axĢam prezidentin xüsusi sərəncamıyla senzuranın rəhbəri dəyiĢdirilib. 

Arif bəy bu faktı da nəzərə çatdırdı ki, qiyamçılarla əldə olunmuĢ ilkin razılığa əsasən hər iki tərəf 

informasiyayla  bağlı  müəyyən  məhdudiyyətləri  gözləməyə  söz  versə  də  qiyamçılar  bu  Ģərtləri 

pozub, Xanlar retranslyasiya stansiyasını ələ keçirərək güclü təbliğata baĢlayıblar. 

Mətbuat  xidmətinin  rəhbəri  indiyədək  dövlətin  qiyamçılara  etdiyi  güzəĢtləri  saydı:  1)  amnistiya 

verilib,  2)  istintaq  qrupu  yaradılıb,  3)  Milli  Məclisin  deputat  istintaq  komissiyası  yaradılıb,  4) 

Heydər  Əliyev  Gəncədə  danıĢıqlar  aparıb,  5)  prezident  bütün  silahlı  qüvvələrin  manevrlərini 

dayandırmaq  haqqında  sərəncam  verib  və  b.  Bütün  bu  güzəĢtlərə  baxmayaraq  surətçilər  Bakı 

istiqamətində hərəkəti davam etdirirlər. Artıq Ağsu da qiyamçıların əlindədir. 

S.Hüseynovun  gücündən  danıĢan  Arif  bəy  bildirdi  ki,  elə  “böyük  qüvvəyə  malik  deyildir  və  bu 

qüvvəni  silah  gücünə  ləğv  etmək  mümkündür.  Lakin  prezidentin  mövqeyi  belədir  ki,  bütün 

mümkün  vasitə  və  üsullardan  istifadə  olunmalıdır.  Söhbət  öz  həmvətənlərimizin  qanının 

axıdılmasından  gedir.  Yenə  də  təkrar  edirəm  ki,  bu,  olduqca  geniĢ  və  hərtərəfli  planlaĢdırılmıĢ 

siyasi oyundur”. Sözsüz, elə bu səbəbdəndir ki, ölkənin dörd rəhbərindən ikisi istefaya getsə də 

qiyamçılar cavab addımı atmaq niyyətində deyildilər. 

Gəncədə  dövlət  adamlarının  girov  götürülməsinə  toxunan  Arif  bəy  məlumat  verdi  ki,  Surət 

Hüseynovun Bakıda yaĢayan qardaĢı Gəncədəki girovlara dəyiĢdirilməkçün oraya aparılıb və ona 

təqdim edilib, ancaq S.Hüseynov girovları qaytarmaqdan boyun qaçırıb. 

Arif bəy bunu da bildirdi: “Lənkəranda Sosial-Demokrat Partiyasının üzvü Əlikram bəy özünü icra 

hakimi  elan  etmiĢdir.  Lakin  TalıĢ  Respublikasının  yaradılması barədə  söz-söhbət  əsassızdır.  Bu, 

həmin o böyük oyunun həlqələrindən biridir”. 

S.Hüseynovun azsaylı dəstələrinin rayonları rahatlıqla ələ keçirməsini jurnalistlər yerli hakimiyyət 

orqanlarının  naĢılığı  və  zəifliyi  kimi  qiymətləndirdilər.  Mətbuat  xidmətinin  rəhbəri  bu  fikri 

təsdiqlədi.   

S.Hüseynovun prezidentin də istefasını tələb etməsiylə bağlı Arif bəy dedi ki, iĢtah diĢ altındadır. 

S.Hüseynov  əvvəlcə  “cinayət”in  səbəbkarlarının  cəzalandırılmasını  tələb  edirdi,  sonra 

hakimiyyətin,  daha  sonra  Ġsa  Qəmbərin  istefasını  istədi,  ancaq,  görünür  ki,  bu  da  yetməzmiĢ. 

“Söhbət Azərbaycan dövlətinin taleyindən gedən məqamda prezident öz mövqeyində qətidir və 

geri çəkilməyəcəkdir”. 

16 iyunda prezidentin mətbuat xidmətinin məlumatı da yayıldı. Burada deyilirdi ki, “qiyamçıların 

son məqsədi aydın olmuĢdur: respublikada hərbi çevriliĢ etmək”.   

Məlumatda  bildirilirdi  ki,  qiyamçılar  “respublika  əhalisini  silaha  sarılmağa,  qanuni  dövlət 

strukturlarını  devirməyə,  respublika  rəhbərliyinə,  o  cümlədən  prezidentə  divan  tutmağa 

çağırmıĢlar, silah gücünə ələ keçirilmiĢ rayonlarda eyni məzmunlu vərəqələr yaymıĢlar”. 

Mətbuat xidməti  respublika  əhalisini qanuni,  demokratik yolla seçilmiĢ prezidentin  ətrafında sıx 




birləĢməyə səsləyirdi. 

NƏCƏF NƏCƏFOVUN MƏSLƏHƏTĠ 

Qiyamçıların  çevriliĢ  etmək  cəhdi  göz  qabağındaydı.  Ayın  11-ində  onlar  Dəllər  aeroportunu  ələ 

keçirdilər, həmin gün Yevlaxa girdilər və 12-sində Yevlax icra baĢçısını tutub Gəncəyə apardılar, 

Mingəçeviri  nəzarətə  götürdülər.  15-ində  səhər  tezdən  AXC  Nəsimi  rayon  Ģöbəsinin  qərargahı 

partladıldı,  16-sında  Kürdəmirin  icra  baĢçısı  Gəncəyə  aparıldı,  qiyamçılar  heç  bir  maneəyə  rast 

gəlmədən  ġamaxı  rayonuna  girdilər,  Lənkəranda  icra  baĢçısı  vəzifəsindən  kənarlaĢdırılaraq 

Əlikram  Hümbətov  baĢçı  oldu.  Surətçi  qoĢunlar  baĢqa  rayonlara  da  gedərək  “kəĢfiyyat” 

aparırdılar. Unutmayaq ki, bu sadalananlar həmin günlər baĢ verənlərin cüzi bir hissəsidir. 

Əbülfəz  bəylə  yaxın  dostu  -  Azərbaycanda  demokratik  mühitin  yaradılmasında  müstəsna 

xidmətləri  olmuĢ  Nəcəf  Nəcəfov  arasında  14  iyundakı  söhbət  hadisələrin  sonrakı  gediĢinə 

müəyyən təsir göstərdi. Hər zaman doğru danıĢmağı sevən Nəcəf bəy H.Əliyevin Ali Sovetə sədr 

seçilməsi ərəfəsində prezidentə demiĢdi ki, Bəy, ARTIQ HƏR ġEY UDUZULUB. Ġndi ikicə Ģeyə nail 

olmalıyıq  -  birincisi,  xalqımızı  VƏTƏNDAġ  MÜHARĠBƏSĠNDƏN  QORXUTMAQ  lazımdır  ki,  buna 

getməsin,  ikincisi  də,  DEMOKRATĠK  QÜVVƏLƏRĠ  MƏHV  OLMAQDAN  QURTARMAQ  gərəkdir. 

Əbülfəz bəy Nəcəf bəylə razılaĢmıĢ və bütün səylərini bu istiqamətə yönəltmiĢdi.   



ARTIRMA 

«-…Kələkiyə  dönmək  qərarını  harada  verdiniz  -  Prezident  Aparatında,  hava  limanında,  yoxsa 

təyyarədə?

 

-BirbaĢa Prezident Aparatında.



 

-Deməli, hələ oradan çıxmamıĢdan bilirdiniz ki, Kələkiyə gedəcəksiniz?

 

-Bəli, bilirdim ki, Kələkiyə gedirəm. Artıq təyyarə hazırlanmıĢdı.



 

-Sizcə, Kələki ən doğru seçimdi?

 

-Mən onu ən doğru seçim sayıram! Bayaq bir "fenomenal" sözü iĢlətdim... Hələ dünya tarixində 



olmayıb  ki,  inqilab,  qiyam  və  ya  çevriliĢ  nəticəsində  hakimiyyətdən  devrilmiĢ  bir  prezident  öz 

ölkəsində  qalsın,  yaĢasın  və  yenidən  siyasi  həyata  qayıtsın.  Qətiyyəti  indi  kimdə  axtarırlarsa 

gedib axtarsınlar! Mənim yerimdə kim olsaydı ya kənddə bağrı çatlayıb öləcəkdi, ya onu məhv 

edəcəkdilər, ya da məcbur olub xaricə gedəcəkdi. Mənə dəfələrlə hədələr gəldi ki, çıx ölkədən, 

xaricə get, öldürüləcəksən və s. Xarici ölkələrdən neçə dəfə müraciət etdilər ki, biz səni aparırıq, 

istədiyin  vaxt  da  qaytararıq.  Dedim  ki,  Vətənimdən  heç  yerə  getməyəcəyəm  -  oturacağam  bu 

kənddə, kimin hünəri varsa gəlib məni buradan çıxarsın, kimin qətiyyəti varsa göstərsin. Məndən 

əvvəlkilərdən hansı indi Azərbaycandadır?

 

-Heç biri. Nə Vəzirov, nə Mütəllibov.



 

-Ölkədən  rus  təyyarəsində  getdilər.  Bəs  mənə  parlament  kürsüsündən  lağ  edənlər  indi 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə