Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə176/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   172   173   174   175   176   177   178   179   ...   191

-Birincisi,  xalq  yeni  hakimiyyətin  mahiyyətini  düzgün  qiymətləndirə  bilmədi.  Bu,  indiyə  qədər 

görünməmiĢ  yeni  bir  hökumətdi.  Onun  mahiyyətini  köhnə  sovet,  kommunist  psixologiyasıyla 

dəyərləndirmək  mümkün  olmayacaqdı.  70  ildən  artıq  sosialist  təfəkkürüylə  tərbiyə  olunmuĢ 

insanlar bazar iqtisadiyyatı qanunlarının cəmiyyətdə tətbiqini gördükcə vahiməyə düĢür, dəhĢətə 

gəlirdilər.  Həlledici  kütləsi  kasıblardan  ibarət  olan  xalqımızda  dövlətli  insanlara  bir  gizli  kin  də 

vardı və adamlar bəlkə də onlardan bu sərvəti necə qazandıqlarını soruĢacağımızı gözləyirlərmiĢ; 

bunun  əvəzində  hamının  dövlətli  olmasına  çağırmağımızı  eĢidəndə  və  həqiqətən  də  çox  pullu 

adamların meydana çıxdığını görəndə onlar bizi "dönük" saymağa baĢladılar. Təbii ki, bizi belə 

dəyərləndirmələri  tam  yanlıĢdır,  ancaq  bircə  Ģeydə  onlara  bütünlüklə  haqq  qazandırıram  -  biz 

hamının yaxĢı tanıdığı harınlamıĢ cinayətkarları vaxtında və prinsipiallıqla cəzalandırmadıq!.. 

 

Ġkincisi,  görünür,  biz  xalqa  müstəqil  dövlət  quracağımızı  və  həm  bütövlükdə  dövlətin,  həm  də 



əhalinin iqtisadi vəziyyətini köklü surətdə yaxĢılaĢdıracağımızı vəd edəndə insanlar bunun ildırım 

sürətiylə - bir neçə ayın içində baĢ verəcəyini gözləyirmiĢ; bizi özününkü saydığına görə həddən 

artıq Ģey uman xalq arzularının çin olmasının çox ləngidiyini görəndə bizdən "küsdü", halbuki biz 

... yetərincə sürətlə irəliləyirdik və ikicə il də hakimiyyətdə qala bilsəydik bütün sözlərimizə əməl 

edəcəydik. 

 

Üçüncüsü,  Moskva  kəĢfiyyatı,  Ġran  kəĢfiyyatı  və  öz  içimizdə  olan  mafioz,  xəyanətkar  qruplar 



hərtərəfli  təbliğat  apararaq  xalqı  yolundan  azdırdılar,  aldatdılar,  çaĢdırdılar.  Xalq  da  inandı  ki, 

"ağzıyumĢaqlar" getsə, "dəmirəllilər" gəlsə yaxĢı olacaq. Nəhayət, həmin "dəmirəllilər" gəldilər və 

xalq onların nə olduğunu əyani gördü, necə böyük səhv etdiyini baĢa düĢdü. Bundan sonra yəqin 

ki, xalq öz hakimiyyətini görəndə "bu, mənim hökumətimdir" deyə müdafiə edəcək

»



(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.68-69).  



Prezident Əbülfəz Elçibəy də gəlib həmin mitinqdə çıxıĢ etdi. O dedi: “Bu yol uzun yoldur. Bu yol 

azadlıq  yoludur,  amma  Ģərəflidir...”.  Hakimiyyəti  dövründə  Bakıdakı  bu  son  çıxıĢında  Bəy  onu 

prezidentlikdən uzaqlaĢdırmağın asan olmadığını, bununçün referendum keçirilməsinin gərəkliyini 

bildirdi:  “Məni  öz  vəzifəmdən  heç  kim  kənarlaĢdıra  bilməz,  sizdən  baĢqa.  Buraxacağam 

referenduma,  səs  verməsəniz  istefaya  gedəcəyəm”.  (H.Əliyev  çox  keçmədən,  doğrudan  da, 

referenduma əl atdı. Ancaq ona bu ideyanı Türkiyə hökuməti Türkiyə XĠN-nin Ģöbə rəisi Candan 

Azərin vasitəsiylə ötürmüĢdü. Milli Məclisdəsə Tofiq Qasımov bu təklifi irəli sürmüĢdü). 

Bundan 4 il yarım keçəndən sonra aramızda belə bir söhbət oldu: 

«-

…Sonradan  bu  hərbi  qiyam  siyasi  qiyamla  parlamentdə  baĢa  çatdırıldı  və  Heydər  Əliyev 



hakimiyyəti qeyri-qanuni olaraq qəsb etdi. 

 

-Axı onu Siz dəvət etmiĢdiniz?



 

-Onu  Ali  Sovetin  sədri  kimi  çağırmıĢdıq.  Daha  deməmiĢdik  ki,  gəlib  prezident  hakimiyyətini  ələ 

keçir.  O,  məni  hakimiyyətdən  uzaqlaĢdırmaqçün  qanunsuz  referendum  keçirdi,  halbuki 

referendum hüquqi deyil, siyasi aktdır - referendumla prezident çıxarılıb prezident qoyulmaz.

 



-Əslində  bu  ideyanı  da  özünüz  vermiĢdiniz  -  Kələkiyə  getməzdən  bir-iki  gün  öncə  Prezident 

Aparatının  qarĢısındakı  mitinqdə  bildirmiĢdiniz  ki,  prezidenti  hakimiyyətdən  kənarlaĢdırmaqçün 

referendum keçirilməlidir. Əliyev də referendum keçirərkən məhz həmin sözlərinizə söykəndi...

 

-Referendumun bu məsələdə nə dərəcədə səlahiyyətli olub-olmaması məsələsini hələ bir qırağa 



qoysaq belə, axı onun aparılması da tam qanunsuz olub, belə ki, hakimiyyətinin taleyi həll edilən 

prezident, yəni mən hökmən həmin tədbirdə iĢtirak etməli, sərbəst olaraq təbliğat aparmalıydım, 

ancaq  buna  qətiyyən  imkan  verilmədi.  Prezident  səlahiyyətlərinə  yiyələnmiĢ  H.Əliyev  sonra 

qanunsuz referendumun saxta nəticələri əsasında yenə qanunsuz olaraq yeni prezident seçkiləri 

təyin  etdi,  öz  namizədliyini  irəli  sürdü  və  çox  çəkmədən  az  qala  100  faizli  nəticəylə  özünü 

prezident elan etdi

».

 

(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.72).   



Özünəməxsus  tərzdə  gözlərini  qıyaraq  baxıĢlarını  uzaq  bir  nöqtəyə  zilləyən  Bəy  mitinqdəki 

çıxıĢında dedi ki, qarĢımızda bircə dənə qaranlıq maneə var, onu da uğurla keçə bilsək xalqımıza 

zaval olmayacaq. (Təəssüf ki, həmin anda Bəyin məhz nəyi nəzərdə tutduğunu öyrənə bilmədim, 

sonralarsa Bəy onu xatırlaya bilmədi). 

15  iyunda  qiyamçılar  hakimiyyəti  devirməkçün  Göyçay  rayonuna  da  basqın  etdilər,  ancaq 

müqavimətlə  rastlaĢdılar.  Ġcra  hakimiyyəti  baĢçısının  müavini  ĠKRAM  ƏLĠ  OĞLU  ZEYNALOV 

surətçilərin  gülləsiylə  qətlə  yetirildi.  (Ayın  17-sində  onun  toyu  olmalıydı).  Əbülfəz  bəy 

dövlətçiliyimiz yolunda Ģəhid olmuĢ bu qeyrətli insanın ölümüylə bağlı dedi: “Ġkram bəy öz ölümü 

ilə bizə - hərəkat yoldaĢlarına dönməzlik və qətiyyət nümunəsi göstərdi”.   

Qiyamçılar  rayonlara  yaxınlaĢarkən  yalnız  rayon  icra  hakimiyyəti  baĢçıları  sədaqətli  çıxdılar 

(içlərində  dönüklər  olsa  da),  ancaq  polis,  təhlükəsizlik  və  prokurorluq  iĢçiləri,  demək  olar  ki, 

kütləvi  Ģəkildə  qiyamı  dəstəklədilər  (görünür,  rüĢvət  almağın  çətinliyi  onları  iqtidara  qarĢı 

qəzəbləndirmiĢdi; həm də onların az qala hamısı sovet rejiminin yetirməsiydi).   

KeçmiĢ  dövlət  müĢaviri  Arif  Hacıyev:  «Bütün  icra  baĢçıları  o  dövrdə  hakimiyyəti  can-baĢla 

qorudular,  bu  istiqamətdə  əllərindən  gələni  etdilər  -  bütün  icra  baĢçıları.  Xüsusilə  Gəncəətrafı 

rayonların icra baĢçıları (Goranboy, MaĢallah Abdullayev; Tərtər, Sərdar Həmidov; Yevlax, Rafiq 

Hüseynov; Mingəçevir, Rafiq Ərəbov və b.), döyüĢ bölgələri rayonlarının icra baĢçılarının hamısı, 

sonra  bir  sıra  rayonların  rəhbərləri  (Zaqatala,  Ġbadulla  Qurbanov;  Balakən,  Osman  Qunduzov; 

Hacıqabulun  icra  baĢçısı  və  b.)  S.Hüseynovun  qoĢunlarına  bacardıqları  qədər  müqavimət 

göstərdilər, hakimiyyəti qorudular. Göyçayda icra baĢçısının müavini, qiyamçılarla savaĢa qalxmıĢ 

Ġkram  Zeynalov  güllələndi.  AğdaĢ  rayonunda  da  müqavimət  təĢkil  olunmuĢdu.  ġamaxının  icra 

baĢçısı  ġirzad  Əyyub  kimi  bir  çox  baĢqaları  da  Surət  Hüseynovun  qoĢunlarının  qarĢısını  almaq, 

hakimiyyəti  silahsız  qorumaqçün  xalq  içərisindəki  tərəfdarlarını,  Xalq  Cəbhəsi  və  Müsavat 

qurumlarını, hələ bir çox hallarda qohum-əqrabalarını da bu iĢə cəlb edirdilər. Bakı Ģəhərinin icra 

hakimiyyəti  baĢçıları,  ümumiyyətlə,  vahid  bir  qurum  kimi  fəaliyyət  göstərərək  vaxtaĢırı  yığıĢır, 

vəziyyəti müzakirə edərək müqavimətin təĢkil olunmasına yardım göstərirdilər. Təsadüfi deyil ki, 

Surətin  qoĢunları  hansı  rayona  daxil  olurdusa  onun  silahlı  qüvvələri  ilk  növbədə  rayon  icra 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə