Hələ uĢaqlIqdan mən qocalmIĢam



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə172/191
tarix04.02.2018
ölçüsü3,92 Mb.
#23895
1   ...   168   169   170   171   172   173   174   175   ...   191

istefası məsələsinə baxdı və onun yerinə sədr seçilməsini müzakirə etdi. 

Ġclası  Tamerlan  Qarayev  aparırdı.  O  bildirdi  ki,  biz  hamımız  buraya  televiziyada  verilmiĢ  elanla 

yığılmıĢıq; bu elan Ġsa Qəmbərin ərizəsi oxunduqdan sonra verildi. 

Ġsa Qəmbər bəyan etdi ki, mən respublikada sabitliyin bərqərar olması, vətəndaĢ qarĢıdurmasına 

son qoyulması, qardaĢ qanı axıdılmasına yol verməməyə kömək göstərmək naminə öz müstəqil 

qərarımla istefa verirəm. 

Ġstefası qəbul edilən Ġsa Qəmbər Milli Məclisin üzvü qaldı. 

Ġsa  bəyin  istefası  qanunverici  hakimiyyətin  də  qiyam  qarĢısında  əl  qaldıraraq  məğlubiyyətə 

uğramasının  rəsmi  təsdiqi  oldu.  Bu  istefada  rolu  olduğu  Ģübhə  doğurmayan  keçmiĢ  baĢ  nazir 

Pənah Hüseynov onun səbəbini belə açıqlayır: “Yevlax [11 iyunda] alınandan sonra Ġsa bəy bunu 

hərbi məğlubiyyət  kimi qiymətləndirib  qərar  qəbul elədi.  H.Əliyev baĢ nazir vəzifəsini  istəmirdi. 

Açıq  Ģəkildə  o,  ümumiyyətlə,  heç  bir  postu  istəmirdi.  Biz  axırıncı  imkandan  istifadə  edərək 

Əbülfəz  bəyin  prezidentliyini  saxlamaq  istiqamətində  çalıĢırdıq.  Təbii  ki,  H.Əliyev  birinci  Ģəxs 

olmaq uğrunda mübarizə aparırdı. Hesab edirəm ki, onunçün əlveriĢli Ģərait yaranmasaydı ikinci 

posta da razı ola bilərdi” (“Yeni Müsavat”, 16.04.1999).   

Ġsa bəyin istefası məhz H.Əliyevin Ali Sovet sədri seçilməsindən ötrüydü. Əlbəttə, Ġsa bəyin özü 

razı olmasaydı hər hansı qüvvənin onu buna məcbur edə biləcəyini ağlıma da gətirmirəm və bu 

qərarın qarĢılıqlı razılıq nəticəsində ortaya çıxdığına kiçicik də Ģübhəm yoxdur, ancaq onun lehinə 

olan  bütün  tutarqaları  bir  yana  qoyaraq  düĢünürəm  ki,  Ġsa  bəy  kimi  olduqca  güclü  bir  Ģəxsin 

hakimiyyətdən getməsi çox yanlıĢ addımdı. Ona görə ki, Ġsa bəy bu hakimiyyətə gəlib düĢmüĢ, 

məsələn,  Tahir  Kərimli  kimi  sıradan  bir  Ģəxs  deyildi  -  o,  Azərbaycan  Xalq  hərəkatının 

liderlərindən,  Azərbaycan  Xalq  Cəbhəsinin  qurucularından,  nəhayət,  bu  hakimiyyətin  qələbəsini 

təmin  edən  insanlardan  biriydi  və  hakimiyyətdəki  yerini  də  özü  qazanmıĢdı.  Ġsa  Qəmbər 

prezident Elçibəylə yanaĢı bu hakimiyyəti qurmaq, möhkəmlətmək və yaĢatmaqçün hədsiz gərgin 

çalıĢmıĢ, Azərbaycan dövlətinin müstəqilliyinə öz layiqli töhfəsini vermiĢdi. Prezidentlə birgə Ġsa 

bəy  də  hakimiyyət  sarayının  möhkəmliyini  qoruyan  sarsılmaz  sütundu  və  onun  uçurulması 

hökmən bu sarayın yerlə yeksan olunmasıyla nəticələnməliydi. Ona görə də Ġsa bəyin getməsini 

hakimiyyətin  yadlara  könüllü  təhvil  verilməsinə  razılıq  kimi  anlayıram  və  bu  qərarı  qətiyyən 

bəyənmirəm.  Ancaq,  açığı,  bu  sözləri  yazsam  da,  öz-özümdən  soruĢuram:  bəs  istefa 

verilməsəydi  nə  olacaqdı?  O  saat  da,  nədənsə,  gözlərim  önündə  Azərbaycan  boyda  qan  dənizi 

calxalanır... 

Bəli,  əslində  Azərbaycan  Xalq  hərəkatının  məntiqi  nəticəsi  olan  əsl  xalq  hakimiyyətinin  taleyini 

biryolluq həll edən Milli Məclisin bu iclasında bir yanda Ġsa Qəmbər istefa verir, obiri yandasa bu 

hakimiyyətin  qanlıbıçaq  düĢmənləri  olan  Rəhim  Qazıyev,  Arif  Rəhimzadə,  Araz  Əlizadə  və 

baĢqaları  cilov  gəmirir,  əksəriyyəti  kommunistlərdən  ibarət  Ali  Sovetin  sessiyasının 

çağırılmamasından, Gəncə və ona bitiĢik rayonlarda dövlət qurumlarını ləğv edib hakimiyyəti öz 

nəzarəti  altına  almıĢ  S.Hüseynovun  tələblərinin  yerinə  yetirilməməsindən  narahatlıqlarını 

bildirirdilər. Rəhim Qazıyev hətta Ġsa Qəmbər istefa verəndən sonra da üzünü deputatlara tutub 




soruĢurdu:  «Dünən  “sessiya-sessiya”  deyirdiniz,  indi  noldu?  Mən  tələb  edirəm  ki, 

sessiyanın günü müəyyənləĢdirilsin. Hiss edirəm ki, Surətin tələblərinə bir etinasızlıq 

var». Bəli, artıq hamının siyasət bazarında öz malını Surətin adıyla xırıd etməsi dəbə minmiĢdi. 

Etibar Məmmədovun təklifiylə prezidentin Milli Məclisə gəlməsinədək fasilə elan edildi. Fasilədən 

sonra Əbülfəz Elçibəy və H.Əliyev də iclasa qatıldılar. 

Ali  Sovetin  sədri  olması  razılaĢdırılmıĢ  H.Əliyev  sessiyada  söz  alaraq  dedi:  “Hadisə  olub,  qan 

tökülüb.  Ancaq  bunun  davam  etməsinə  yol  vermək  olmaz.  Mən  prezident  Əbülfəz  Elçibəydən 

xahiĢ  etmiĢəm  və  qərara  gəlmiĢəm  ki,  Gəncəyə  gedib  vəziyyəti  yerində  öyrənim,  sonra 

təkliflərimi verim...”. 

N.Pənahovun  bildirdiyinə  görə,  S.Hüseynov  H.Əliyevin  Ali  Sovet  sədri  olmaq 

istədiyini bilən kimi “çox sərt Ģəkildə Əliyevlə telefonla danıĢaraq ultimatum verdi ki, 

necə gəlib elə də geri qayıtsın. Təxminən bir neçə saatdan sonra televiziya vasitəsi 

ilə  Əliyev  bildirdi  ki,  Gəncəyə  çıxır”.  Əliyevin  Gəncəyə  getməsinə  Surətdən  icazəni 

onun qohumu Nəriman Ġmranov (keçmiĢ təhlükəsizlik naziri) alıbmıĢ. 

Əslində  Surətin  belə  qəzəblənməsinə  əsas  yoxdu  -  H.Əliyev  “özgəsi”  deyildi  axı!  Fazil 

Qəzənfəroğlu  yazır:  “Gəncə  üsyanında  hər  nə  qədər  Surət  Hüseynovun  adı  ön 

plandaydısa da ssenarinin pərdəarxası qəhrəmanları Rəhim Qazıyev, Heydər Əliyev, 

Ə.Hümbətov,  R.Cavadov,  R.Quluyev  və  E.Məmmədov,  A.Abbasov  kimi  isimlərdi. 

Heydər Əliyevin ona pul və silah yardımı etdiyi haqqında əldə bilgilər vardı. Heydər 

Əliyevlə  Surət  Hüseynov  arasında  davamlı  kuryerlik  edən  Ģəxs...  sonradan  KQB 

polkovniki  SauĢkinin  oyuncağı  olmaqdan  qurtulmayan  Nemət  Pənahovdu” 

(F.Qəzənfəroğlu, göstərilən kitabı, s.215).   

Əbülfəz bəy də, H.Əliyev də Ali Sovet binasına girəndə içəridə bulunmuĢ və dövlət adamlarının 

onları  necə  qarĢılamasının  Ģahidi  olmuĢ  bir  dostum  sonralar  mənə  söylədi  ki,  həmin  gün  qəti 

inandım  ki,  Azərbaycanın  bir  prezidenti  getdi,  yerinə  baĢqası  gəldi.  Ali  Sovetdən  reportaj 

hazırlayan  “Azadlıq”  qəzetinin  müxbiri  Bahəddin Həziyev  də  maraqlı  bir məqamı  tutub:  “Məclis 

iĢini  yarımçıq  saxlayır.  Salondan  çıxarkən  Naxçıvan  MR  Ali  Məclisinin  sədri  Azərbaycan 

Respublikası  baĢ  nazirinin  birinci  müavini  Vahid  Əhmədova  göstəriĢ  verir  ki,  bir  saatdan  sonra 

maĢınlar jurnalistləri aparmaq üçün Ali Sovetin qarĢısında olsun” (“Azadlıq”, 15.06.1993). 

Siyasətdən baĢı çıxmayan, ancaq prezident olmaq eĢqiylə alıĢıb-yanan Surət Hüseynov iqtidarın 

qarĢısında  irəli  sürdüyü  bütün  tələblərlə  məhz  Heydər  Əliyevə  xidmət  göstərdiyini  anlayacaq 

səviyyədə  deyildi.  Onun  nadanlığından  maksimum  yararlanan  H.Əliyev  Bakıya  gəldikdən  sonra 

məhz  Surət  xofunu  körükləməklə  hələlik  ilk  addım  kimi  strateji  əhəmiyyətli  spiker  kürsüsünü 

boĢaltdırmağa nail oldu. 

Ġsa Qəmbərin istefasından sonra ABġ-ın Oksford analitik mərkəzinin ġərqi Avropa qrupu Gəncə 

hadisələrini  operativ  təhlil  edərək  vəziyyəti  dəyərləndirdi: 

“Beləliklə,  Qəmbərin  və  Nazirlər 

Kabineti baĢçısının istefası çevriliĢin müvəffəqiyyəti üçün zəruri Ģərt ola bilər. Lakin Elçibəyin bu 

çətinliklərdən qurtarmaq üçün legitim imkanları vardır, çünki hakimiyyətə seçki yolu ilə gəlmiĢdir.

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə