et, ancaq S.Hüseynovun Sizi öldürəcəyindən qorxduğunuza görə Bakıya qayıtmaqdan imtina
etmisiniz.
-Dedi ki, gəlirsənsə gəl.
Mənim qayıdacağımı görəndə, Ģübhəsiz ki, H.Əliyevin adamları təyyarənin qanadını güllələrlə
deĢdilər və ekipaj bu təyyarədə uçuĢdan imtina etdi. Beləliklə, mənim geri dönməyim üçün heç
bir nəqliyyat vasitəsi qalmadı.
Mənim ikinci fikrim də vardı - düĢünürdüm ki, qüvvələri hələ saxlayaq, Xalq Cəbhəsi səfərbər
vəziyyətdə qalsın, əgər Azərbaycanda yenidən devriliĢ baĢ versə və rus ordusu Azərbaycana
qayıtsa (əsasən Surət Hüseynovun əliylə) o zaman mənim qanuni prezident kimi buna qarĢı
mübarizə aparmağa səlahiyyətim olsun.
Surət Hüseynova gəlincə, onun məni öldürə biləcək gücü yoxdu; onu mən heç zaman
saymamıĢam da. O, mənə həmiĢə dəcəl bir adam təəssüratı bağıĢlayıb. Bu devriliĢdə də o,
20-30-cu vintlərdən birisidir və diqqət yetirilməyə layiq deyil.
-O iddia edir ki, Siz hakimiyyətə gələn kimi bolĢeviksayağı davranaraq özünüzdən qabaqkı bütün
tarixi inkar etmisiniz.
-BolĢeviklərin davamçısı H.Əliyevin özü olub və çox doğru deyir ki, babaları olan bolĢeviklər hər
Ģeyi inkar ediblər - Müsavat hakimiyyətini də, Azərbaycanın müstəqilliyini də. Müsavatın
baĢçılarını «quldur», «vətən xaini» adlandırıblar. BolĢeviklərin davamçıları olan kommunistlər öz
əcdadlarını da danıblar - yeri gələndə Leninin özündən tutmuĢ Plexanova, Stalinə, XruĢĢova
qədər hamını inkar etdilər. O inkarçılar içərisində H.Əliyev də xüsusi yer tutur. Vaxtilə Brejnevin
yanında olarkən hamını inkar edərək yalnız Brejnevi qaldırdılar…
Hər Ģey göz qabağındadır. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda indiyədək aparılan
mübarizəni bu gün bolĢevikcəsinə danaraq, M.Ə.Rəsulzadənin adının çəkilməsinə belə qısqanclıq
göstərərək müstəqilliyimizlə bağlı hər Ģeyi öz adına çıxarmaq istəyən məgər Heydər Əliyev deyil?
-Doğrudanmı Siz baĢda olmaqla indiki müxalifət ilderləri indiyədək sağ qaldığınıza görə H.Əliyevə
minnətdar olmalısınız?
-Heydər Əliyev sağ qalması üçün mənə minnətdarlıq etməlidir. Onun Bakıya gəlməsinin də,
Bakıdakı mühafizəsinin də, Naxçıvana getməsinin də, Naxçıvanda Ali Sovetin sədri seçilməsinin
də səbəbkarı mənəm. H.Əliyev bunları bilməlidir və bilir.
-H.Əliyevin Naxçıvan Ali Sovetinin də, Azərbaycan Ali Sovetinin də sədri seçilməsindəki həlledici
rolunuzu indi səmimi Ģəkildə deyirsiniz. Buna bu gün peĢmansınız, ya yox?
-Bu məsələnin nə qədər xeyirli, nə qədər ziyanlı olmasını mən hələ də ölçüb-biçirəm. Orada elə
məqamlar var ki, bəli, mən hökmən o addımı atmalıydım, özü də, o addımı məcburi yox, Ģüurlu
Ģəkildə atırdım. Düzdür, mövcud Ģərait də adamı vadar edir ki, müəyyən addımı atmalısan.
Mən düĢünürdüm ki, H.Əliyevin gəlməsi onun ətrafındakı qüvvələrin sakitləĢməsinə və onların
bizimlə birləĢərək Azərbaycanın problemlər girdabından çıxarılmasına səbəb olacaq. Mən müxtəlif
siyasi qüvvələri Azərbaycan naminə birləĢdirmək istəyirdim. Vəzifrova da, onun adamlarına da,
Mütəllibova da, onun adamlarına da, Əliyevə də, onun adamlarına da demiĢdim ki, gəlin,
Azərbaycanın müstəqilliyi, gələcəyi yolunda əl-ələ verək, belə etsək bir neçə ayın içində ən ciddi
problemlərimizi də həll edə bilərik - xalqın gücü, iradəsi ilə. Mən hətta Vaqif Hüseynovu, Rəhim
Qazıyevi, Surət Hüseynovu da Vətən uğrunda mübarizəyə qoĢmaq istəyirdim. Təəssüf ki, bütün
bu adamların həm iddiaları, həm də müxtəlif qüvvələrin təsiri altında olması onların vahid gücə
çevrilməsinə imkan vermədi. Bu gün onların da hamısı əzab-əziyət içərisindədir, mən də,
xalq da. Bu gün Heydər Əliyevin özünün də vəziyyəti yaxĢı deyil və onun sonu necə
qurtaracaq - bunu qarĢımızdakı yaxın tarix göstərəcək
».
(«Mən müxtəlif siyasi qüvvələri Azərbaycan naminə birləĢdirmək istəyirdim». Əbülfəz Elçibəylə
onun mətbuat katibi Ədalət Tahirzadənin söhbəti. - «Yeni Müsavat» qəzeti, 24-25.06.1998).
Bakıya gəldiyi gün Azərbaycan prezident Əbülfəz Elçibəylə görüĢən H.Əliyevə Azərbaycanın baĢ
naziri vəzifəsi təklif edildi. Ancaq Surətin qiyamından və indiyədək Moskva, Tehran və Ankarada
apardığı uğurlu diplomatik danıĢıqlardan sonra manevr imkanları hədsiz geniĢlənmiĢ H.Əliyev bu
vəzifəyə, əlbəttə, razılıq vermədi və onun sədrliyi altında Dövlət ġurası yaradılmasını təklif etdi.
Bu, açıqdan-açığa hakimiyyətə birdəfəlik yiyələnmək deməkdi və təbii ki, prezident belə təkliflə
razılaĢa bilməzdi.
Yalnız “fəxri qonaq” statuslu H.Əliyev ilk vaxtlar Elmlər Akademiyasının “Ġsmailiyyə” binasında
yerləĢir və rəsmi qonaqlarını burada qəbul edirdi. Bu çağda onun ən etibarlı və ən yaxın
köməkçisi Rəsul Quluyevdi.
9 iyunda Azərbaycan tərəfi (V.Quluzadə) ATƏM-in Qarabağda vəziyyətin nizama salınmasına dair
Minsk qrupunun təklif etdiyi “təxirəsalınmaz tədbirlərin cədvəli”ni imzaladı. Bu təklifləri
Ermənistan da qəbul etdi. V.Quluzadə ermənilərin də bu iĢə razılaĢmasını Azərbaycan xarici
siyasətinin və Ģəxsən Azərbaycan prezidenti Ə.Elçibəyin qələbəsi saydı.
“Yeni cədvəl”ə əsasən 15-20 iyunda atəĢ kəsiləcəkdi ki, kəlbəcərli qaçqınlar doğma ocaqlarına
qayıda bilsinlər. 18 iyundan 60 günlük atəĢkəs olacaq, bu müddətdə Minsk Qrupunun iĢi
hazırlanacaqdı. ATƏM-in nümayəndələrinə iĢğalçıların Kəlbəcərdən çıxıb getməsinə 21 iyunda
nəzarət etmək tapĢırılmıĢdı. Bu zona beynəlxalq nəzarət altında olacaqdı.
Ġyunun 9-unda səhər Ali Sovetin binası qarĢısında AXC-nin çağırıĢıyla respublika ictimaiyyətinin
mitinqi keçirildi. Saat 12-nin yarısında mitinqi AXC sədrinin müavini Arif Rəhimoğlu açdı. O,
Abbas Abbasov, Asya Manafova, ġadman Hüseynov və baĢqalarının «dövlət komissiyası»nın
üzvü olmalarına baxmayaraq hadisələrin gərginləĢməsində xüsusi rol oynadıqlarını dedi. Arif bəy
S.Hüseynovun cinayətlərini sadalayandan sonra Gəncədən çıxan rus diviziyasının ona külli
miqdarda hərbi texnika verməsiylə yanaĢı, bu texnikadan istifadəni öyrətməkçün 75 nəfər xüsusi
desantını da Gəncədə saxladığını bildirdi. (Hadisələr vaxtı Gəncədə 4 rus generalının olması və
Surətə müĢavirlik etməsi də xəbər verilmiĢdi).